Aşıq sənəti
Axısqa türklərinin tarixən formalaşmış
bədii yaradıcılığının
bir hissəsidir. Aşıq sənəti
cənubi Gürcüstan torpağında
XVIII yüzillikdən təşəkkül
tapıb. "Ön Asiya xalqları ilə
sıx ünsiyyət nəticəsində,
eləcə də türkdilli xalqların
Gürcüstan torpaqlarında məskunlaşmaları
ilə bağlı olaraq aşıqlar
Mesxet-Cavaxetidə XVIII əsrdən əvvəl
də mövcud olmuşlar" (M.Çikovani).
Əski Axısqa əyalətində
(Poskov, Çıldır, Ardahan, Şavşat,
İmirhav, Artvin, Ardanuç, Tavusker və
s.) XVII-XVIII yüzilliklərdə Ahılkelekli
Hasta-Hasan, Altunkalalı Çerkezoğlu,
Ahıskalı Mahmut Çirkini, Gülalı
Xoca, Ahılkelekli Taşdemir, Emran İşığı,
Üzeyir Usta Fakiri, Ahıskalı Kornan,
Ahıskalı Pir- Medhi, Hırtızlı
Sevdayi, Hırtızlı Nihani, Ahıskalı
Şehri, Azğurlu İsmail, Kobliyanlı
S e f i l i… və başqa el aşıqları
yaşayıb- yaratmışlar.
Aşıq Məmməd
Səfili (Məmməd Yusufzadə Kuşoyev)
1870-ci ildə (bəzi mənbələrdə
1882) Gürcüstanın Adıgün rayonunun
Pulate kəndində dünyaya göz açıb.
Uzun boylu və yaraşıqlı bir
köy xocası idi. "İyi saz vururmuş",
Həyatı məhrumiyyətlər
içərisində keçib. Qanlı-qadalı
1937-də molla adı ilə ona divan tutulub.
Naməlum ünvana sürgün edilib. Vəfatı
və dəfn olunduğu yer bəlli deyil.
Lakin alınan məlumatlara görə
Orta Asiyaya aparılıb. Sır-Dərya
rayonunun Slavyan kəndindəki körpünün
tikintisində Aşıq Məmmədin
çalışdığı müəyyənləşdirilib.
Körpünün daşları üzərində
onun ad-familiyası yazıldığı
aşkarlanıb.
…Aşıq Məmməd
dövrünün savadlı, dərin bilikli
ziyalılarından olub. Mükəmməl
dini təhsil görüb, şəriət
qanunlarını dərindən mənimsəyib.
Eyni zamanda, el-obada istedadlı aşıq
kimi tanınıb. Şerlərinin çoxunu
"Molla", "Cindar" və "Səfili"
təxəllüsləri ilə yazıb.
El yığnaqları, məclisləri
onsuz keçməzmiş. Aşıq
"Mən kiməm" adlı şerində
belə deyir:
Bən elə bir kitabəm
ki, gəzərəm əldən-ələ,
Oxunduqca artar ziyam, düşərim
dildən-dilə.
Bən elə bir arıyam
ki, uçarım kecə-günüz,
Zəhmətim getməz hədər,
qonarım güldən-gülə.
Səfili millətinin qədir-qiymətini
bilənləri həmişə sevmiş,
onlarla təmasda olmağa can atmışdır.
Hacı Zeynalabdin Tağıyevlə aşığın
əlaqəsi də təsadüfi deyil.
O, Hacıya dərin hörmət bəsləmiş,
hətta milyonçunun yanında bir müddət
aşıqlıq da etmişdir. Hacı
da öz növbəsində el aşığının
hörmət-izzətini saxlamışdır.
"Koroğlu" dastanının
mahir ifaçılarından biri də
M.Səfili olmuşdur. Bakıda-Əlyazmalar
İnstitutunda onun dilindən söylənmiş
dastan indiyədək durur. 1929-cu ildə
Vəli Xuluflu tərəfindən buraxılmış
"Koroğlu" kitabındakı iki
qoldan biri M. Səfilinin dilindən yazıya
alınmışdır.
1925-ci ildə aşığın
qardaşı Maqsud Xoca Posova qaçıb
gələrək Badele (Türkgözü)
köyündə yerləşmiş
və burada imam olmuşdu. Ağabəyisinin
əlyazısı ilə yazılı
bir deyişlər (deyişmələr)
toplusunu 1937- ci ildə Maqsud Xocada görən
M.Fahrettin Kırzıoğlu onun sürətini
çıxarmışdır.
Bugünə kimi aşığın
əlyazmalarını nəvəsi
İlim Şahverdiyev qoruyub saxlayır.
Bu əlyazmalar içərisində insan
qəlbini riqətə gətirən
qoşmalar, gəraylılar, cığalı
təcnislər, qəzəllər,
deyişmələr, bağlamalar və
dastanlar çoxdur. Dünyanın ən
böyük dərdi olan vətənsizlik
dərdindən aşığın
dastanları, deyişmələri, qoşmaları,
gəraylıları, məniləri,
qəzəlləri, türkü və
şarkıları və s. doğdu.
1927- ci ildə yaşadığı
ərazidəki bütün türk kəndlərini
gəzdikdən sonra 168 misradan ibarət
bir dastan qələmə almışdır.
Sənətkarın dastanlarından biri
"Aşıq Səfili ilə dəyirmançının
dastanı"dır.
Kobliyanlı Səfilinin "1915-
Ardahan kırğını destanı"da
məlumdur. Aşağıdakı həmin
dastandan bəzi parçaları "Dədə
Qorqud" toplusunun oxucularına ərməğan
edirik.
M.Səfili müasirlərindən
Murad Zarzamlı, Aşıq Bezgün Sakunetli,
Aşıq Sümməni, Şəhri
Əfəndi, Əhməd Pepinov, Aşıq
Bəsir və adları məlum olmayan
neçə-neçə söz ustaları
ilə deyişmiş və onları
bağlamışdır.
Maraqlı bir fakt: Bir dəfə
altı aşıq Səfilinin üstünə
düşür ki, sən gərək
bizim hər birimizə bir bağlama deyəsən,
kim bu bağlamanı açmasa, sazını
sənə verəcək. Aşıq
Məmməd cavab verir ki, birinci siz deyin.
Razılaşmırlar. Baxır ki, olmayacaq,
özü başlayır. Elə bu vaxt
görür ki, bir gəlin altı dənə
təmizlənmiş balığı
bir siniyə qoyub, üstünə də
ağ parça atıb gəlir. Bunu görən
aşıq görək nə deyir:
Səfili der, sində gördüm,
Zülfünü sində gördüm.
Alti məftə bir kəfəndə.
Onu da sinda gördüm.
Nə qədər eləyirlər
bağlamanı aça bilmirlər, uduzduqlarını
boyunlarına alıb sazlarını M.Səfiliyə
təhvil verirlər.
Ümumiyyətlə,
aşığın əldə olunan
əsərləri onun yaradıcılığı
haqqında yüksək fikirlər söyləməyə
imkan verir. Səfilinin zəngin irsini toplayıb
çap etdirməklə onun ruhu qarşısında
borcumuzu yerinə yetirmiş olardıq.
İ.Kazımov,
filologiya elmləri doktoru
D
A S T A N L A R
"1918 və 1919 Gürcü
savaşı və Kobliyan dastanı"ndan:
1. Dinleyin ağalar, vasfedim hali
Değişmenem bir diyara Koblıyan.
Devrettim cihanı, yoktur emsali
Meyil verməz bir ağyare Koblıyan.
2. Salınurlar bağda barı
yiyerler
Herbirisi bir kaside diyerler
Güzelleri türlü renkten giyerler
Gark olmuştu sim ü zara Koblıyan.
3. Sim ü zer almıştı
herbir yanını
Söylerdiler çay, kahvenin şanını
Gürcü, göstermedi bir nişanını
Dediler: Nikola'y(ı) ara, Koblıyan.
4. Ahir-Şer'e döndü, düştü
bir ataş
Dediler: askere kimi edek baş?
Rey-gördüler: (Atabekli) Server
Bek olsun, kardaş
Kırılak, inmezden bire Koblıyan.
5. Bir kavga çıktı
ki, meded, elaman
Top, tüfenk sesinden koptu bir duman
Ol saatta Gürcü bozuldu heman
Düşürdüler bayır,
kıra Koblıyan.
6. Düştü bayır,
kıra kavqa kuruldu
Ezeli: Poskov'un adı soruldu
İkinci: Çıkhel'de toplar
kuruldu
Dolu kimi yağa yere Koblıyan.
7. Kaçmayın kardaşlar,
olalım koçak
Er olanlar cengin kapusın açak
Sıyırın kılıcı,
bağlanın bıçak
Kurt, koyun içine gire Koblıyan.
8. Kırın düşmanları,
vurun bozulsun
Kesin kelleleri kanı süzülsün
Palaka (falaka)ya cemdekleri düzülsün
Üçüncü: Vale'ye gire
Koblıyan.
9. Girdi Ahıska'ya, tikti bayrağı
Düşman yüreğine
vurdular dağı
Kesilsin Azgur'dan Anda'nan-Dağı
(sınor)
Dünya durduğunca dura Koblıyan.
10. Durup bir zaman da böylece kaldı
(14 ay)
Yol açtı İngilis, müzevir
oldu (Nisan 1919)
Hayın Gürcü, Azgur-Kalası'n
aldı
Şimdi geldi size sıra Koblıyan.
11. Dara kaldı da çok bunğaldı
millet
Böyükler içine düştü
adavet
Bozuldu Azgur'da, koptu kıyamet
Anda düştü ah ü zara
Koblıyan.
12. Verdiler serini, durdular cenge
Haber oldu İngilis, Gürcü,
Fireng'e (Katolik-Gürciye)
Yahudi, ermeni girdiler denge
Korkaram ki bize vura, Koblıyan.
13. Vurdu bu dört millet, İslam
üstüne
Umum Haçperestler düştü
kasdine
Kimi süngü, tüfenk almış
destine:
Gelin, kılak pare pare Koblıyan.
14. Vira ceng olundu dört gün,
dört gece
Devr-i-Adem görmemişti böylece
İngilis topları yucadan yuca
İşter ki dağları
yara Koblıyan.
15. Eikara düşende, eğlendi
kaldı (Gürcüler)
Talancı, köylere velvele saldı
Heman Ahıska'dan telqraf geldi:
Barışık bayrağın
gere Koblıyan.
16. Peder (Bahşı-Bek) den
ulaştı bize yardımcı
Ahire yetişti destanın ucu
İşitenler desin, bu da bir
inci
SEFİLİ'den bir ibare Koblıyan
"AŞIX SƏFİLİNAN
DEQİRMANÇİNİN DASTANI"
Deyilənlərə görə,
aşıx Səfilinan deqirmançi İbrahim
qardaşlux imişlar. Bir gün vədəsi
yetiyer də İbrahim vəfat ediyer. Buni
eşiden aşıx Səfili İbrahimin
kövi olan Zeyubana gəliyer. Deqirmani boş
görüyer. Yürəqi toliyer, dərindən
bir uf edində sazi aliyer. Boş qalmiş
deqirmana görax nəsil diyer.
Aldi Səfili:
Bir suval sorayım, miras deqirman,
Aşıxların sadıx
yari nec olmiş?
Çara yox ölümə,
bulunmaz dərmən,
Çift gezan durnanın biri nec
olmiş?!.
Aldi deqirman:
Söz de cavabına aşıxlar
piri,
Sanın İbrahimin getdi, gəlmədi,
Bilinməz məkəni, nerdədür
yeri
Fələk kəməndinan
duti, gəlmədi.
Aldi Səfili:
Bundan belə gezem qürbət
elləri,
Əhbəblərin həp
bükülmiş belləri,
Hani İbrahimin şirin dilləri
Boş qalmiş odasi, kendi nec
olmiş?
Aldi deqirman:
Bundan belə əhbəb olan
nedarlar,
Dünyaya gələnlər
bir gün gedarlar.
Bu dünyaynan alış- veriş
edarlar
Dünyaya parasız saşdi,
gəlmədi.
Aşıx Səfili:
Der Səfili, hani simasi mələk?
Rəhmət olsin, yarabbi, budur
dilək.
Gözün çıxsın
sanın, ey çərxü- fələk,
Deqirmançiların piri nec olmiş?
Aldi deqirman:
Bu fağır deqirmanda eylədi
andi
Qohum-qardaş ham ağladi, ham
yandi.
Qurumiş sulari, pozulmiş bəndi.
Dünyayi parasız saşti
gəlmədi.
Sora aşıx Səfili kövün
kənərindəki məzəristana
gəldi. Yüzüni məzərluğa
dutub görax nə dedi?…
Bayğun kimi çöl virani
dutarlar
Ey məzərlux, İbrahimi
gördüzmi?
Əcəl şərbətini
içmiş yaşarlar,
Ey məzərlux, İbrahimi
gördüzmi?
Aldi məzərlux:
Al xəbəri aşıx,
məzəristandan
Sanın İbrahimin gəldi
bundadur!
Qurimiş cəsətdə
üzülmiş cani
Əcəl şərbətini
içmiş, bundadır!
Aldi Səfili:
Fələk qəst eyladi o
şirin cana,
Aşxımdan olmişim deli-
divana
Nerdədür məkəni
görsədin bənə,
Ey məzərlux, İbrahimi
gördüzmi?
Aldi məzərlux:
Gəldi sələm verdi,
soruşdi biznan,
Mərhaba eylədi, görüşdi
biznan.
Əl çəkdi dünyadan
qarışdi biznan.
Çıxancan cəsəddən,
öldi bundadır.
Aldi Səfili:
Der Səfili, na söylədi,
na güldi,
Veran qaldi bağda gülləri
soldi.
Tuyduzmi dərdi na oldi öldi
Ey məzərlux, İbrahimi
gördüzmi?
Aldi məzərlux:
Məzəristanda der tükənmiş
güni,
Nə qəətən yaşasa,
ölümdür sonu.
Aşdi fələk vurdi əcəl
oxuni
Karışdi bizlərə
gəldi, bundadır.
Məzəristan bir əl qaxdi
da aşıx Səfiliya göstərib
dedi ki, sanın qardaşluğun İbrahimin
türbəsi deho türbədür. Səfili
onun türbəsinin yanına gəlib də
görax İbrahimin türbəsinə
nəsil dedi:
Məzərluxda yatan səvqülli
qardaş,
Əcəb na yatarsın qaax,
Molla İbi.
Tovdi didalarımda qaninan yaş.
Nəzər eylə bənə
bax, Molla İbi.
Aldi Molla İbrahim (içəridən):
Dinnə əziz qardaş,
dinnə sözümi,
Bən ölmişim bu məzərdən
qaxamam.
Çərx fələk kor
etdi iki gözümi,
Gör bən nə gündəyim
sana baxamam.
Aldi Səfili:
Gözü yaşli qoydun burda
bəni
Ağlar qohum- qardaş yad edir
sani
Kimlərə buraxdın san
deqirmani
Növbətçi çağurur
çıx, Molla İbi.
Aldi Molla İbrahim:
Amanat yerinə tapşurdum cani
Faniya buraxdım bən deqirmani.
Növbətçilər gələndə
yoxlayın bəni
Qardaş, bu qarannux yerdən
çıxamam.
Aldi Səfili:
Der Səfili məcəl yoxmi
qıçında
Yoruldunmi deqrimanın içində.
Na yatarsın qara toprax içində.
Burax bu məkəni, çıx
Molla İbi.
Aldi Molla İbrahim:
İbrahim də der qolum bağlidur,
Çəkdi qara toprax yolum bağlidur.
Dutuldum kəməndə qolum
bağlidur
Doxxuz taxta altdan qardaş, çıxamam.
Sora Aşıx Səfili oturub
da fələqə çox minnət
ediyer. Fələqə bir-iki ağır
söz də diyer. Səfili başıni
qaldurub yoxari baxanda gördü ki, qarşida
bir bayaz atli gəliyer ona toğri. Yanına
gilib atdan enər-enməz Səfilinin yaxasıni
topliyer və diyer: Səfili, sanın qardaşluğun
vədəsi yetmiş, ölmiş, bənim
na günahım ki, bu qədər bənə
söqərsin.
Aldi fələk:
Bən yüz çəvürmişim
gözəl məvlaya
Na sorarsın deli-divana qardaş
Neçəsini ğərğ
etmişim dəryaya
Nuhinan girmişim o tufana qardaş.
Aldi Səfili:
Yıxdın könül şəhrini,
xarab eylədin
Qaraltdın yüzümi arab eylədin
Civan- cəhilləri turab eylədin
Söylənməz dünyada
adın, ey fələk.
Aldi fələk:
Topraxdan xalq olan toprağa gedar,
Can çıxar qəfəsdən
yaraba gedər.
Axıri bu dünyay xaraba gedər,
Gümən olmaz fani çıxana,
qardaş.
Aldi Səfili:
Nasıl pəhlivansın ki,
çıxamasın,
Güləş dutub əlimdən
sıxamasın.
Ərzə yazsam, oxumasın,
baxmasın,
Bu nəməyi dinlamazsın,
ey fələk.
Aldi fələk:
Bən bir pəhlivanım
kimsə yıxamaz,
Sağ dünyay bir olsa, bəni
yıxamaz,
Pəncəmi vursam göz açıb
baxamaz
Sərçə na edacax şahana,
qardaş.
Aldi Səfili:
Yüqütdün insani, mali, neylədin?
Rüstəm pəhlivani,Zali,
neylədin?
Ğeybəri qoparan Aliy, neylədin?
İçurdun zəhərdən,
cami ey fələk.
Aldi fələk:
Yıxdım Rüstəm
Zali, Əsvəndiyari
Bənə qüvvət verdi
canabi-bari
Sahabi-zülfiqari, Ali-Heydari
Gənə varmi gələ
gümənə, qardaş.
Aldi Səfili:
Yıxdın Qafda, Qafa nasi dəyürdün,
San saman kimi hər yerə sayurdun.
Qoymadın gələni, geri
çəvürdün
Dutdun Misiri, Hələbi, Şami,
ey fələk.
Aldi fələk:
Heç bir canni qurtulamaz ölümdən,
Hər adamın keçmax olmaz
yolundan.
Vurub pəncəyi yola saldım
əlimdən,
Əl etmişim Hində, Yəmənə,
qardaş.
Aldi Səfili:
Atlimi gəlürsün, yoxsam
ki, yaya,
Mərhəmət etmazsın,
taşmisin,qaya
Kimisini boğub atarsin çaya
Nə olacax bu əncəmin,
ey fələk?
Aldi fələk:
Aş görünməz xırdalanur
tay olur
Kimisinin gövdəsində
qani zay olur.
Kiminin səbəbi axan çay
olur
Onnara oliyer m a h a n a, qardaş.
Aldi Səfili:
Nə kimsəyə tanışıb
söz diyarsın
Mərhəmətsiz cəhillərə
qıyarsın.
Bir gün sıra gəlür
bəni yiyarsın,
Yürəgimə vurdun bəgüm
cəmi ey fələk.
Aldi fələk:
Söz tanışma, yoxdur mərhəmət
bəndə,
Gücinan öldürməm,
qəsdim yox canda,
Saralur yapraği düşər
hər yanda
Bir ataş salarım, cahana qardaş.
Aldi Səfili:
Civan ikən ölüm ulaşdi
tezdən,
Gedən getdi yüzi çəvürdi
bizdən.
Gülmədi oğuldan, gülmədi
qızdan
San bülürsün sərəncəmi,
ey fələk.
Aldi fələk:
Hani qələmqaşli gəzi
nargözlər,
Ağlar qohum-qardaş, analar
sızlar.
Nişanli gəlinnər, köçəcax
qızlar
Ölüm baxmaz cəhil-civana,
qardaş.
Aldi Səfili:
Dedi sani haqqa qılem şikayət
Aldın əlimdən qardaşımi,
ey fələk
Nuhun tufanında verdin əziyyət
Ğərğ etdin dünyayi
gemida, ey fələk.
Aldi fələk:
Çərxü fələk
der, gedan gəlmədi.
Bir kəfin gətürdi, bişe
olmadi.
Fani dünya Süleymana qalmadi,
Qarışdilar toza- dumana ,
qardaş.
Aldi Səfili:
Der Səfili sözün kimlər
bəzədə,
Bayğun kimi gün keçürdün
məzərdə,
Zeyuban qəryasında etdi qəzədə
Netdin Molla İbrahimi, ey fələk.
Bu deyişmalar buninan qurtuliyer.
Yürəqini boşaldıb qardaşluğunun
əvinə gəliyer. Onun ölümi
münasibətinan quran oxuyer. Allah rəhmət
etsin deyib də əvünə - Pulateyə
gəliyer.
LİRİK ŞERLƏRİ
M e s x e t i y a m b ə n i m
Tarixin uzundur, adınsa əziz,
Baxan gözümsün, Mesxetiyam
bənim.
Yaşamax çətündür,
dünyada sənsiz,
Axan kanımsın, Mesxetiyam
bənim.
Tağların, taşların
tarixi vardur.
Bütün həsrətluğun
axıri vardur.
Gələcax bir zaman sən
də gülərsin
Bilki, canımsın Mesxetiyam
bənim.
"Mesxetiyam"-deyib səsləsən
əgər
Səsizə səs verur, yatmiş
kayalar.
Qırx dörddan butani bənki
həsrətim,
Ay gözü yaşlım,
Mesxetiyam bənim.
Meşəsinə baxın,
dərəyə baxın,
Çayından keçib də,
tağına çıxın.
Karına baxın, buzuna da baxın,
Xoş təbiətlim, Mesxetiyam
bənim.
Puarların düzilmişdi
sıraya,
Gələnə- gedənə
olurdun həmdəm.
Kim qazandi, kim yiyacax dünyada?
Pozulur əhvalım, Mesxetiyam
bənim.
Sən ey Səfil, yüzin dutsan
kıblaya,
Məkkəm, Mədinəm
də kaxar ayağa,
Sürgündə yaşamax,
kolay gəlməsin,
Təmüz niyyatlım, Mesxetiyam
bənim.
K o b i l y a n i
Dərənin halıni xəbər
alan dost,
Söz verin, tərifə girem
meydana.
Desəmki cənnətdür,
şübhə etma sən
Uzağa getmə heç, gör
Kobilyani.
Toprağa nə əksən,
inkarmi edər?
Laxana, baklacan, qartopi, qoun.
Kara kiraz, fişna, şahi şəfrəni
Taxıli, arpasi var Kobiliyani.
Çıxanda tağına,
dərəyə enin
Düzündə gezib də,
meşəyə çıxın
Puardan, dəryadan açılmaz
gözün
Axduxca sulari, gur Kobiliyani.
Dizin-dizin çıxdım
yol burulsa bən
Seyr etdim kızinan kövləri
bir-bir
Günüz günəşlidur,
gecə işıxli
İşığa ğərğ
olmiş, nur Kobiliyani.
Eşitdux xəbəri açılmiş
yollar
Səvünən kim, ağliyan
kim, gülən kim.
Çoxdandur həsrətux,
gəl görüşax biz
Var- dövlətin yollara sar Kobiliyani.
G ö r ü ş ə n gəlmişim,
ana toprağım
Gül- çiçək əlimdə,
başım aşşaği
Ey Səfil, cani dildən səvmax
üçün
Salem qolumi b o y n a n, yar Kobilyani.
P u l a t e l i l ə r
Gürcistan diyari Mesxi dərəsi,
Sahabli dünyanın ilkin milləti
Sayılanda sayi dərənin
xalqi
Pulate siftəsi,pulatelilər.
Sayılur məkəni Persat
yaxasi,
Solunda Laşesi, sağda Arznesi
Camida yer olmaz gəlür gerisi
Qılanda namazi, pulatelilər.
Hər kövün özünün
olmiş ağasi
Pulate kövündə olmuşdur
azi
Sənətə güc vermiş,
çoxdur ustasi
Doktroli, mollali pulatelilər.
Ottuz yeddidə ki tufan qopanda
Fitnə-fəsətlərə
yol açılanda
Molladan, aşıxdan qurban verəndə
Boş qaldi kövüz ki, pulatelilər.
Vətəndən qırx
bini fronta getdi
Qırıldi, sürildi, itkinə
düşdi.
Vətənə heç biri
dönmədi geri
Yatağuz yoxmidi, pulatelilər.
Komendant saatı qoyuldi bizə,
Çətin oldi gezmax bizə
və sizə.
Komendant, voyenni düşərdi
izə,
Öqündən qaçardi,
pulatelilər.
Açıldi yolumuz gezdux hər
yeri,
Yituxlar tapılur, salarlar mehi.
Əzizin ölmişdür,
gəlsə xəbəri
Yürəqi dağladi, pulatelilər.
Bütün sürülənlər
Orta Asiyada
Ağızlari çatmişidi
y e n q i ətməqə
Olanda buxqalter, briqadir, zvena
Ünsiyyət bağladi, pulatelilər.
Köçüb də gəldilər
Azərbaycana
Ağsaxallar razi oldi Muğana
Süzməsən içilməz
Allahın suyi
Su taşıni aldi, pulatelilər.
İşləyib yaşıyan
muğandakiləl
Haxıldan çıxmasın
Vətən hər gündə
Bir gecədə yaşamaya
Qaliyə
Ottuz t ü t ü n çıxdi,
pulatelilər.
Bağlamax olurmi açılmış
yoli?
Kim qol çəkər buna,
h a n q i bir deli?
Olmiyan bir şeyi bayrax etdilər,
Ayacan yazıldi, pulatelilər.
Y a y l a l a r
İlk bahar olanda yaylaya qaxar
İnəgi, camuşu, tovar
sürüsi
Peşinə yollanur, cəil-
qocalar
İlk bahar nəfəsli,
gülli yaylalar.
Dağlarda olurlar yaylalar qomşi
Arzneli, Laşasi, Pulateli hani?
Nənələr səslərlər
altun, narınci…
Dərəsi, təpəsi,
otli yaylalar.
Hər axşam hağıllar
mallarnan tolar
Tanalar mələşür,
əvməz nənələr
Piləkidən çıxar,
bişən çadilər
Varli, bərəkətli, suli
yaylalar.
Çobanlar hay verur mola-tavara
Haxıllar boşanur, səs-
səsə verur.
Çocuxlar oyanur qaçarlar yola
Sən ey səsli- küyli,
halli yaylalar.
Yaylada yanulur saysız, ağarti
Ətməqə sürtəndə
süzmə, qaymaği
Onlari yiyana xastalux nedər?
Qurutli, peynilli, yağli yaylalar.
Sabağinan pusa olur tağlarda
Yem yeşil otlarda çisali olur.
Çaxallar mələşür,
ularlar qurdlar
Taşlida kəsəkli, nəmli
yaylalar.
Axşamdan çox olur kingli-sinəqi
Yaxarlar təzəqi,çıxar
tütüni.
Çocuxlar qaçınur, havada
əllər
Təzəkli-şirəli,
hisli yaylalar.
Tağlara çıxardi qızlar-oğlanlar
Kimisi oynasa, kimi güləşür
Halaya düzülür, cəil-
qocalar
Nənəli, dədəli,
sözli yaylalar.
Yaylasi qurtulur, enərlər
kövə.
Qocasi, cəili , bütün həppisi
Dizində güci var, sıfati
tamlar
Sifati işıxli, rəngli
yaylalar.
Qırx dörddən biyani yolun
duyuxdur
Yaylasi bilinməz, kövi bilinməz
Səfildur dərd çəkib
səni soruşan,
Sən həp ey həsrətli,
dağli yaylalar.
V ə t ə n i z h a n i ?
Doğulub böyüdüz kiçik
topraxda,
Çocuxkən yituran, vətəniz
hani?
Oynardız yamacda, gözəl
meşədə…
Çocuxkən yituran, Vətəniz
hani?
Məclis qurub başliyanda söhbətə
Yərənnüq qurtarmaz çekardi
gecg,
Çekilib əvizə yuxuz
gəlməzdi,
Cəyilkən ayrılan,Vətəniz
hani?
Aşx oduna düşüb
yanduğuz vaxıt
Sözüz sabahacan çekduği
vaxıt
Ayrılanda hər səmtə
qaçduğuz vaxıt
Nişanliykən yituran, Vətəniz
hani?
Tağlar ətəqinə
süri kaxanda
Kızın görüşünə
oğlan çıxanda
Dədənin nənəyə
tərs- tərs baxması,
Qocaykən tərk edən,
Vətəniz hani?
Camida yığılıb
namaz qılardız
İmamın vaizini gözəl
dinlardız
Kız- gəlin qapida süküt
dururdi,
Şəriəti sevən,
Vətəniz hani?
Düzülüb sıraya siz
ot biçəndə,
Yorulanda puardan su içəndə
Səslənəndə t
ı r p a n l a r qol gücünə
Tırpanıni kıran, Vətəniz
hani?
Yaylanın yolidur, dağlara
kaxar,
Çoban sürüsünə
uzaxdan baxar.
Yağ, peynil, yoğurd süzməsi
olur,
Şıratına həsrətlənən,
Vətəniz hani?
Hitlerin davasi yolda büdrədi,
Fronta gedənlər, həp
də gəlmədi.
Eşitdilar xəbəri, Vətən
olmadi
Frontdan dönənlər, Vətəniz
hani?
Dünyanın varluği kimsəyə
qalmaz,
Yax yoli yituran kendinə gəlməz.
Xalx bedavasıni olan heç də
ommaz,
Bedvadan uzax duran, Vətəniz
hani?
Millətlər içində
geridən baxan
Vətəni olub da, köçəri
olan
Səfildur, soruşan cəillər
adından
Dədəm, babam, anam, Vətəniz
hani?
B i z i m d a ğ l a r
Əzəl bahar deyib gəldim
yanına,
İzin ver seyr edem, doyunca dağlar.
Möhtəşəm, möhtəşəm
durub yan-yana
Buluddan alursuz, suyuzi dağlar.
İşlərdi cəməət
başi aşşaği,
Yaşardi dünyada kimdən
aşşaği?
Günahsız xalq idi, sürgün
etdilər.
Olmiş əhvalatın şahidi
dağlar.
Qarşında diz çöküb,
öpdüm toprağın,
Gördüm dünyayi, gözümə
gəldi nur
Vətənimə qalxan olub
sən durdun
Düşmənə ox oldun,
göz yaşi dağlar.
Səfilim, meyl etdim bizim tağlara,
Varluğum bağlidur, anam toprağa.
Gözəl görükürsün
qoca dünyaya,
Paluddan yoğrulmiş, damari
dağlar.
G ə l s i n i r ə l i
Nəsihət eylarım bütün
xalqıma
Ağzıni yummiyan, gəlsin
irəli.
Yol açılur təprən,
anam toprağa
Yatanlar ayılsun, gəlsin irəli.
Vətəni sevmiyan olmasın
gərək,
Düz baxaq sabaha əl- ələ
verək
Gərək bizlər, yaxınlaşub
birləşək
Yatanlar ayılsun, gəlsin irəli.
Millətim yamandur diyan tapılmaz
Diyani varsa da, güni gün olmaz.
Səfil, san da diyarsın vaxt
gəlür ki,
Vətəni seyr edən, gəlsin
irəli!
V ə t ə n ü ç
ü n
Əlimdə dəftər,
qələm
Yazarım, Vətən üçün
Asıb torba boynuma
Dilənürüm Vətən
üçün
Aci- aci baxma bənə
Na kesər, haxlın sənin
Xəncəri vursan bənə
Ölürüm Vətən
üçün!
Durub bənə hay verma
Gözlərini bərəltmə
Uzaği, türmə desən,
Yatarım Vətən üçün
Xalqımın tayi varmi,
Varisə də göstər
hani?
Xalqın ki, açılsa bəxti,
Bən yaşarım, Vətən
üçün!
Xalqım bilməz yorulmax
Yiqitlərə biz hay verax.
Səfil versələr ki,
imkan
Sən yazarsın, Vətən
üçün.
A d ə t i m v a r
Baxın ədrəfizə,
ədrəfdə kim var?
Yıxılmiş qöqülü
yıxmaya nə var.
Hər xalxın adəti, ənənəsi
var
Adəti yitürəndə
nə də haxıl var!
Səslənsin toylarda zurnanın
səsi
Patladın dauli, qızışsın
meydan
Çalınsin meyidə uzun
dərəsi
Oxunsun peşinə mənisi
onun.
Çıxardız tağlara
qara zurnaynan
Cəhillər güləşür,
qız-qəlin oynar.
Qalmazdi dünyada na dərd, na
da ğəm.
Düzülsə halaya cəil-qocalar!
Səfil, ulaşsan da elə
bir dövrə
Raziyim səslənsin zurna və
meyi
Çalınmasın məzarımda
qitara
Oynadıb çalsınlar,
bir də ki, sazi!
H a x l ı m a g ə l d i
Həsrətini çekduğum
gözəl Vətənin
Abu- havasi da haxlıma gəldi.
Ağladuxca axar, gözlərim
yaşi
Dup-duri puari, haxlıma gəldi.
Uzaxdan baxarsın yeşil təpəli
Yaxına gedərsin,gülli-
çiçəkli
Qarşında tururdi gəlin
-ləçəkli
Qarli- buzli tağlar haxlıma
gəldi.
Dərənin ədrəfi
yem- yeşil xali,
Çıxanda gezmaya görünməz
ardi
Yaşardi içində avusi-qurdi
Qamli- paludli meşə, haxlıma
gəldi.
Yaradan verurdi havadan suyi
Böyürdi əkinlər
qalmazdi geri.
Bazi deqüşürdi hava haxlıni
Yağmurli salidə haxlıma
gəldi.
Yazın ortasında xarmanlar
tolar
Küsənlər barışur,
toy-bayram olur
G ü z ə yaxın meyvələri
d ö ş ü r ü l ü r
Pantasi, furuci haxlıma gəldi.
Dərəyə gələndə
güzün aylari
Hazırlaşur enməyə
onun yaylasi
Möhkəmdür dərədə
qışın qapısi
Metro yarımlux qar haxlıma
gəldi.
Keçən günlər bu
dəftərə sığmazdur
Görməmişim, yazduğum
hələ azdur
Səfil, baban ah çəkib
diyandaki
Toy- düqünli günlər,
haxlıma gəldi.
M o r b e d q o c a l a r
Boynuza alursuz hər ağır
yüki
Yabançi olmişdur qorxi və
hürki
Asıb da başızi, tolanduxca
siz
Bilməz rahatluği, morded qocalar.
Əlindən iş qaçmaz,
çatduxca güci
Kimsəyə şər
atmaz, olsa da suçi.
Küvənür, yekinur işini
görür
Varsa inatluği, morbed qocalar.
Beş vaxıt namazi keçmaz
hər gündə,
İşə başliyanda
bismillah dildə
Yalvarur Allaha rahat ölməyə
Artduxca təşvişi, morbed
qocalar.
Qomşiya yol alur söhbət
etməyə
Dərdini- sərini yari bölməyə
Toruni oyanıb ağlasa əgər
Səsinə can səslər,
morbed qocalar.
Q o c a l u x
Yapuşdun sən əsadan
Yol gezarsın kesadan
İştah daha qalmamiş
Yemək artar kəsadan
Oxçurun əlindən veracax
olsan
Yatduğun döşəqi
atacax olsan
İşıxli dünyada
satacax olsan
Sən birdən düşərsin,
gözdən qocalux.
Çeynaduxca l u x m a y böyür
ağzında
Gümənin gəlməzdi
rahatca yata.
Çoğuna göz tiksən
gözün tayamaz
Heç yoxdan qalursun, azdan qocalux.
Gecalar yatanda çekülür
yuxun
Qısaca mürgülər
sabaha yaxın.
Ah-uf edib də qaxıb yataxdan
Şikayət edərsin, yaşdan
qocalux.
Hər keş əkduğuni
bir gün biçacax
Əcəl badəsini kimlər
içəcax?
Əl atıb bir işdən
tutacax olsan,
Xətirə yanuşma, işdən
qocalux.
Qocalar yığışıb
başlasa sözə,
Hər biri bir dastan, tolidür
sinə.
Keçmiş günlərizi
sayarsiz bir- bir
Tarixdən yadigar, qalma qocalux.
Unutdun çiçəqin qoxusuni
sən
Varmasın fərqinə gözəlluğun
sən
Muçlanıb bir dibdə
yumax kimisən,
Həzz alamassın heç
güldən qocalux.
G ə l
Alıb da əlinə sən
tarağıni,
Tağların saçıni
taramaya gəl!
Kurumiş puarın, uçmiş
kəhrizin
Dərdini, halıni aramaya gəl!
Gələndən- gedəndən
yurdi sorama
Əllərin qoynunda kənərdə
turma.
Həsrətlə ömrüni
sən başa vurma
Paraka qoynunda qocallıya gəl!
Yüzi yüz söz desin, bini-
binini,
Nə loğmani ara, nə
də təbibi,
Qoparıb o tağdan tela otuni,
İrinni yarami sarımaya gəl!
Ziyalım gizlənib kölgədə
qalsa,
İrəlidə gedənə
geridən gülsə,
Xalqın da həsrətdən
gözləri salsa,
Günənə ğərğ
olmiş, ağlamaya gəl!
Y o l a ç ı l s a…
Xalqın gəzsin diyar- diyar
Vətənindən yoxdur xəbər
İqna uci kimi əgər
Yol açılsa biz bəxtəvər.
Özbək elim, qazax elim
Möhkəm dəqül bənim
belim
Cəhd etduxca bağli yolum
Qanad verin, qırıx qolum.
Hani Tse, hani Varxan
Biz qazansax olur qalxan
Mücdəsinə öküz
qurban
Mesxetiyam, bənim arxam.
Uzanduxca əqri yollaro
Tökümi yox, yavan yillər
Sərsəm- sərsəm
gəzən ellər
Beldən əqri, döqüx
əllər.
Sayıxlama sən yuxida
Diyermişlər ola- biço
Ye yapraği çiraqino
Alafluğa edər niqo.
Tolaşursun oba- oba,
Vətənin nerdədür
baba?
İnsan kimi yaşamaya
Dönem gərək ocağıma.
Sıxlətim çox, dilim
qısa
Toy, bayramlar dönər yasa
Əzəbkeşə olsa
cəfa
Ah-ufundan gəlür cana.
Bən olmişim ağır
bir yük
Dərdin, sərin palaza bük
Xam bir yerdə sən əvi
tik
Vətən olur diyerdin pek?
Babamın var nəsihəti
Qərib yerdə ölmə
dedi.
Can əvlində Vətən
dedi
Vətənimə sən
get dedi.
Sərsəm- sərsəm
gezamasın
Gezsan əgər yatamasın
Vətən nerdə bilamasın
Hax yoluni görəməsin.
G ə l t a y a n b u n a
Dünyada qayğısız
gezən çocuxlar
Nə günahi, nə səbəbi
ağnarlar.
Eşidib biləndə sürgündür
onlar
Baxanda g ö z l ə r ə
n gəl tayan buna!
Məktəbdən bülurux
ana və Vətən,
Hər keşə məlumdur,
ayrılmaz bədən.
Qırx dörddən biyani bağlidur
yolun
Vuranda d i z l ə r ə n, gəl
tayan buna!
Kökümüz ulidur, təmüz
əslimiz
Dünyada tanınax, çıxsın
səsimiz
Ey Səfil, kimsəyə yoxdur
qəsdimiz.
Deqəndə h i s s l ə
r ə n, gəl tayan buna!.
O ğ l u m a n ə s i h ə
t o l s u n
Əldə olsa hünərin,
Dilində yağın olsun.
Uyma çox gədalara,
Başında haxlın olsun.
Elmə sən fikir versən,
Düz yolun yiturmasın.
Dünyada sirr açmaxçün,
Beynində axın olsun.
Uzaxlarda tolaşma,
Xeyr varisə, şər də
var.
Xalxa bağli yürəqin,
Vətənə yaxın
olsun.
Vurulmiş var- dəvlətə,
Kimsə gəlməz gözünə.
Vətənə xor baxana,
Sancmaya oxun olsun.
Bənluğun əldə
saxla,
Çığnatma vicdanın
sən.
Açsalar səndə yara,
Axmaya qanın olsun.
Hər qapiya yan alma,
Yaprax kimi saralma.
Yüz ölçüb də
bir biç ki,
Alanda sanın olsun.
Nerdə olsan bil ki sən,
Ağac ə k m ə y unutma.
Can qədrinə yetməyə,
Qalmaya bağın olsun.
Başi qarli tağa çıx,
Yatıb yuxla, qorxma sən.
Təmüz hava almaxçün,
Gezmaya tağın olsun.
Şərt dəqül dəniz
olsun
Kanal olsun, göl olsun.
Heç ki bişe olmasa,
Çimməyə çayın
olsun.
Sən ey Səfil, bax dosta
Olmaz xəyanət dosta
Dost yolunda bir kərə
Verməyə canın olsun.
Ə c ə m q ı z i
Gəl sən ilə dost olayım
Sadıx yara əcəm qızı.
Qaşların mehraba bənzər
Gözlərin də əcəm
qızı.
Qız sənin ismin, şərifin
Üç hərf ilə oxunur
Biri ləmdür, biri limdür
Sində vara əcəm qızı.
Yükləmiş köçi,
kərvani,
Cəvahir ərkəni sən
Satdın, savdun mərd eylədin
Sən ki etdin kəri sən.
Öldürdün aşıx
Səfili,
Genə oldin qanli sən.
Boyu uzun, beli incə,
Zülfi qarə əcəm
qızi.
Y a x ş i d u r
Gör nələr xəlq
etdi yaradan cani,
Şölə üçün
ay -günəşi y axşidur.
Cahanda söylənür gözəlin
şani
Geyinmaya al- qumaşi yaxşidur.
Ölüm eydur aci kəlmə
demadan,
Haxıl kəşf olunmaz
dəli- səmədən.
Namərdin də yağlısıni
yemədən
Mərd yigidin quri aşi yaxşidur.
Səfili der, bir yadigar de səndən,
Toymax olmaz paldan, tatli lisandan
Bivəfa qaridan, pinti insandan
Sarılmaya bayır taşi
yaxşidur.
M a n i l ə r i l ə r
Gün çıxar meşələrdə
Gül suyi şüşələrdə
Hər keş vətəndə
yaşar
Biz qaldux köşələrdə.
Tağlarsız nə tağlarsız,
Qardan kəmər bağlarsız.
Gül sizdə çiçək
sizdə,
Dərdiz nədür ağlarsız?
Dağıstan tağ yeridur
Gürcistan bağ yeridur.
Veran qalmiş Axısxa
Gözəlin çağ yeridur.
Aşıx der vətən
qari
Kömləqi kətən
qari
Adamın əvüni yıxar
Axşamdan yatan qari.
Yeşilmi çit səndədür
Bir uci də bəndədür
Cənnətdən huri çıxsa,
Qənə meylim səndədür.
Bu tağlar necə tağlar
Baş-başa verur ağlar
Yari səndə buldisəm
Yüz bin yaş yaşa tağlar
Qarşidə çəvürmələr
İçində tavar mələr
Quzusini qurt qapmiş
Onunçün yanğun mələr.
D ö r d l ü k l ə r
Vətən deyib ağladım
Yürəgimi dağladım.
Dedilər, yol açılur
Ümidə bel bağladım.
Yetimə gün verməzlər,
Yetim kimi qalxux biz.
Fərqinə heç varmazlar
Yitib yox olsax da biz.
Haxlımdan çıxmaz
Vətən həsrəti
Canıma yatmaz
Tavar, mal əti.
Sən ey Səfil ümid varmı?
Xalxın Vətən diyacaxmi?
Babalardan bir misal var
Dönmiş t ə k i r bir
də dönər!
E d a r ı m (qəzəl)
Atıb başımi yerə,
hər yeri qan edarım
İncimiş dəli könlüm,
hər güni zar edarım!
Əliminan əkdim, böyütdüm,
bu almani, nari.
Yaşarım xalkinan, hər
yeri gülizar edarım!
Vətəndə də əkmişdüm,
bu almani, bu güli,
Əlim üzülmiş oradan,
hər yerə car edərim!
Yada düşsə bizim ellər,
çəkiyerim bən də ah!
Sız verur yaram, hər yerə
haray edarım!
Səfilim, şaşıb
hər şeyə, guman edərim,
Sabrum tükənsə birdən,
coşub tufan edarım!