NİTQ MƏDƏNİYYƏTİ
1. NITQ MƏDƏNIYYƏTININ ANLAYIŞI. Nitq mədə-niy-yəti dedikdə,
hər şeydən əvvəl, filologiyanın dildən ünsiyyət vasitəsi
kimi istifadə qaydalarını elmi əsasda öyrənən sahəsi nəzərdə
tutulur. Nitq mədəniyyəti anlayışından bu və ya digər nitq
təzahürünün keyfiyyətini bildirmək üçün də istifadə edilir.
Nitq mədəniyyətinin konkret predmetini müəyyənləşdirmək
(məsələn, fonetika, qrammatika və s. predmeti kimi) çox
çətindir və bu sahə bir növ predmetsiz sahədir. Çünki burada
bu və ya digər dil faktı, hadisəsi yox, üsullar, qayda-qanunlar
sistemi öyrənilir.
Nitq mədəniyyəti dilçilik elminin praktik sahəsidir və filologiya
elminin nəzəri göstəriciləri məhz nitq mədəniyyətində təcrübi
əhəmiyyət qazanır.
2. NITQ MƏDƏNIYYƏTI MILLI MƏDƏNIYYƏTIN TƏR--KIB HISSƏSIDIR.
Mil-lətin mədəniyyətinin göstərici-lərin-dən biri də gözəl
nitqdir (həm şifahi, həm də yazılı nitq nəzərdə tutulur).
Gözəl nitq üçün birinci növbədə aşağıdakılar tələb olunur:
a) dilin özünün səmimiliyi, ifadə imkanlarının genişliyi
(Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşu
buna tam imkan verir);
b) həmin dildən istifadə edənlərin hazırlığı, yə`ni dilin
səmi-miliyindən, ifadə imkanlarının genişliyindən faydalanmaq
vər-dişlərinin inkişaf etməsi.
3. NITQIN DÜZGÜNLÜYÜ, DƏQIQLIYI VƏ IFADƏ-LI-LIYI. Nitq mədəniyyətinin
əsas şərtləri bunlardır: 1) nitqin düzgünlüyü; 2) nitqin
dəqiqliyi; 3) nitqin ifadəliyi.
Düzgün nitq o nitq forması və ya təzahürü hesab olunur ki,
orada dilin fonetik, qrammatik və leksik və s. qayda-qanunları
po-zulmasın. Nitqin düzgünlüyü nitq mədəniyyətinin birinci
şərtidir. Bu zaman məsələ belə qoyulur: düzgündür, ya düzgün
deyil? Məs: "Qapını vurmaq" düzgün deyil, "qapını
döymək" düzgün-dür.
Nitqin dəqiqliyi - fikrin ifadəsi üçün bilavasitə tələb
olunan dil vasitəsini (sözü, ifadəni, cümləni və s.) tapmaqla
müəyyən edilir. Məs: "qış gəlir" düzgündür, ancaq
dəqiq deyil. "Qış düşür" həm düzgün, həm də dəqiqdir.
Nitqin ifadəliliyi dedikdə, ən müvafiq, ən uğurlu dil vasitəsini
tapıb işlətmək başa düşülür. Qeyd etmək lazımdır ki, nitqin
ifadəliliyini onun dəqiqliyindən fərqləndirmək bir o qədər
də asan deyil. Məs: "O, ömrünü boş-boşuna keçirdi"
cümləsi həm düz-gün, həm də dəqiqdir, ancaq ifadəli deyil.
"O, ömrünü yelə verdi" isə daha ifadəli və gözəldir.
4. NITQ MƏDƏNIYYƏTININ ÜMUMI (ICTIMAI) VƏ XÜSUSI (FƏRDI)
MƏSƏLƏLƏRI. Nitq mədəniyyətinin elə məsələləri vardır ki,
ümumi (ictimai) xarakter daşıyır. Bu o deməkdir ki, nitqin
düzgünlüyü bütövlükdə cəmiyyətdən tələb olunur. Demək, dilin
qayda- qanunlarına hamı riayət etməlidir. Dilin fonetik
tərkibini, düzgün tələffüz və yazılış qaydalarını, cümlənin
quruluşunu hamı eyni cür qavrayır. Əgər belə olmasaydı,
dil öz əsas vəzifəsini - ünsiyyət funksiyasını yerinə yetirə
bilməzdi.
Nitq mədəniyyətinin elə məsələləri də vardır ki, bunlar
xüsusi (fərdi) səciyyəlidir. Bu o deməkdir ki, hamı eyni
cür dəqiq danışıb yazmır, yaxud hamının nitqi gözəl (ifadəli)
deyil. Həm də nitqin gözəlliyi hərədə bir cür təzahür edir.
Nitq mədəniyyətinin ümumi məsələləri ilə xüsusi məsələləri
birbaşa bir-birinə bağlıdır və bunları eyni zamanda həll
edən nitq sahibinin nitqi əsl nitq mədəniyyəti nümunəsi
hesab olunur (düzgünlük, dəqiqlik və ifadəlilik).
5. DIL, NITQ VƏ NITQ FƏALIYYƏTI. Dil - ünsiyyət va-si-təsi
olub, mücərrəd işarələr sistemindən ibarətdir. Hər bir dilin
özünəməxsus quruluşu, ifadə imkanları vardır ki, bunun nəticəsində
müəyyən ifadə formaları və üsullar meydana çıxır.
Nitq - ünsiyyət prosesidir. Nitq bu və ya digər mə`lumatın
(informasiyanın) ifadə təbiətinə uyğun olaraq dilin ifadə
imkanları əsasında meydana çıxır.
Dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən çox az
dəyişikliklərə uğrayır, nitq isə ona nisbətən dəyişkəndir.
Nitq fəaliyyəti - nitqin təzahürü üçün lazım gələn ictimai,
psixoloji və fizioloji aktların sistemidir.
Dil ünsiyyət vasitəsi, nitq isə ünsiyyət prosesidir.
6. ƏDƏBI DIL. NITQ NORMALARI. Tarixən müəyyənləş-miş möhkəm
qayda-qanunlara tabe olub, xalqın, millətin ümumi, nümunəvi
ünsiyyətinə xidmət edən nitq forması dilçilikdə ədəbi dil
adlanır.
Ədəbi dilin (nitqin) tabe olduğu qayda-qanunların sisteminə
ədəbi dilin (nitqin) normaları deyilir. Norma-müəyyən dövrdə
sözün fonetik tərkibi və leksik mə`nasının, cümlənin qrammatik
quruluşunun bu və ya digər dil kollektivində obyektiv (hamı
tərəfindən qəbul olunan) şəkildə fəaliyyətidir.
Ədəbi dilin iki təzahür forması var: 1) şifahi ədəbi dil
və 2) yazılı ədəbi dil.
7. MÜASIR AZƏRBAYCAN ƏDƏBI DILININ NOR-MA-LARI. Dilin daxili
quruluşunu onun fonetikası, leksikası (lüğət tərkibi) və
qrammatikası təşkil edir. Müasir dilimizin normaları da
buna uyğundur. Bunlar aşağıdakılardır.
1) Fonetik norma. Söz ümumxalq dilində müxtəlif variantlarda
işlənsə də, ədəbi dildə ancaq bir cür yazılır və tələffüz
olunur.
Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma adlanır.
Orfoepik norma orfoepiya lüğətlərində, orfoqrafik norma
isə orfoqrafiya lüğətlərində əks olunur.
Həm orfoepik, həm də orfoqrafik normalar dilin fonetik quruluşu,
xüsusilə onun xarakterik əlaməti olan ahəng qanunu ilə müəyyən
edilir.
Fonetik normaya əməl olunması, yə`ni sözün düzgün tələffüz
və yazılışı şəxsin savadlılığının və ədəbi dili mənimsəməsinin
ən mühüm göstəricisidir.
2) Leksik norma. Leksik norma hər bir şəxsdən sözün mə`-na-sına
bələd olmağı, onu düzgün, yerində işlətməyi tələb edir.
Söz öz yerində işlənmirsə, demək, fikir düzgün ifadə olunmur
və nitq mədəniyyətinin tələbi pozulur.
Ədəbi dildə söyüşlərə, loru, yaxud kobud sözlərə yer verilmir.
Leksik norma funksional üslublara görə fərqlənir. Bədii
üs-lubda obrazlı sözlər, ifadələr işləndiyi halda, elmi
üslub üçün bu, xa-rakterik deyil, yə`ni elmi üslubda daha
çox terminlərdən istifadə olunur.
Sözdən düzgün istifadə ilə yanaşı, nitq mədəniyyəti tələb
edir ki, o, eyni zamanda dəqiq və ifadəli olsun. Bunlar
leksik normaya aid olan elementlərdir.
3) Qrammatik norma. Qrammatik norma sözlər və cümlələr arasındakı
əlaqələrin nitqdə düzgün qurulmasını tələb edir. Qram-matik
normalar dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur:
a) miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir:
məs: on qələm, yüz uşaq və s.
b) adlara əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra
hal, ondan sonra isə xəbərlik şəkilçisi artırılır. Məs:
şəgird-lər-imiz-in-dir; qohum-lar-ınız-dan-am və s.
c) fe`l köklərinə əvvəl tə'sirlik, sonra növ, daha sonra
şəkil, ondan sonra isə şəxs-xəbər əlaməti (şəkilçisi) artırılır.
Məs: gül-dür-ül-məli-dir; yaz-ış-a-q və s.
ç) mübtəda ilə xəbər cümlədə şəxsə, müəyyən dərəcədə isə
kəmiyyətə görə uzlaşır. Məs: Mən şagird-əm; Onlar getdi-lər
və s.
d) cümlədə əvvəl mübtəda, sonra tamamlıq, daha sonra xəbər
gəlir; tə`yin izah etdiyi cümlə üzvündən əvvəl, zərflik
isə, əsasən, xəbərdən əvvəl işlənir. Məs: Həsən tarixi filmlərə
həvəslə baxırdı.
Beləliklə, ədəbi dilin normaları müəyyən tarixi mərhələdə
bir sistem olaraq fəaliyyət göstərir. Ədəbi dilin normalarını
əməl etmək nitq mədəniyyətinin ən mühüm şərtidir.
8. DILIMIZIN TƏKIBINDƏ ÖZƏLLƏŞMƏ MEYL-LƏ-RI. Müasir Azərbay-can
dilinin tərkibində 60-cı illərdən (XX əsr) başlayaraq özəl-ləş-mə
meylləri müşahidə olunur.
Özəlləşmə üç yolla gedir: 1) Hər hansı söz ustasının qədim
mənbələrdən, xalq dilindən söz götürməsi, yaxud mövcud oxşarlıq
əsasında söz yaratması yolu ilə; 2) cəmiyyətin özündə müəy-yən
hadisə ilə bağlı yeni sözlərin yaranması yolu ilə; 3) Türk
dillərinin tə`siri ilə.
Dilimizdə sözlərin türkləşdirilməsi prosesi əvvəllər də
olmuş, bu gün işlətdiyimiz bir sıra sözlər (qurultay, bildiriş,
görün-tü, başqan, seçki, ildönümü və s.) belə yaranmışdır.
Son zaman-larda da bu qayda ilə qeyri-türk mənşəli qarşılıqları
ilə paralel işlənən bir sıra sözlər, leksik vahidlər yaranmışdır.
Məs: əyləc (tormoz), dönüm (mərhələ), dürlü (müxtəlif),
qaynaq (mənbə), çağdaş (müasir), yüzillik (əsr), durum (vəziyyət),
özəlləşmə (xüsusiləşmə) və s.
9. NITQ NORMALARININ TARIXLIYI. Norma tarixi kate-qoriyadır
və zaman keçdikcə dəyişikliklərə uğraya bilir. Məs: 30-cu
illərə qədər Azərbaycan ədəbi dilinin fonetikasında sağır
nun (N1) adlı bir səs var idi və bu səs xüsusi hərflə göstərilirdi.
Hazırda bu səs fonetik normativliyini itirmişdir.
Bir neçə il bundan əvvəl ədəbi dildə fəal işlənən sosializm,
kolxoz, sovxoz, partkom və s. sözlər fəal nitq prosesindən
yavaş-yavaş çıxmaqda, dilə yeni-yeni sözlər gəlməkdədir.
10. NITQ ISTISNALARI. Normanın mövcudluğunu istis-na-larsız
təsəvvür etmək mümkün deyil.
Müasir ədəbi dilimizdə istisnalar - qeyri-normativ hallar,
əsasən, normanın tarixi hərəkətinin - təkamülünün nəticəsi
kimi aşağıdakı hallarda meydana çıxır:
1) artıq öz dövrünü keçirmiş nitq vahidləri bu və ya digər
üslubda "ilişib" qalır;
2) yeni meydana çıxan nitq vahidləri bir müddət normativləşmir.
11. NATIQLIK SƏNƏTI. Nitqi mövcud ədəbi normalara uyğun
(düzgün) olmaqla yanaşı, həm də dəqiq və gözəl (ifadəli)
olan adam-lar natiq adlanırlar. Natiqlik müəyyən peşakarlıq
tələb edən sənətdir. Bir fəaliyyət sahəsi olaraq natiqlikdən
bəhs edən elm sahəsi natiqlik sənəti və ya ritorika adlanır.
Natiqlik sənətinin əsas tələbləri aşağıdakılardan ibarətdir:
1) Düzgün, dəqiq və gözəl (ifadəli) danışmaq;
2) Dinləyicilərin (auditoriyanın) səviyyəsini, xarakterini
nəzərə almaq, yə`ni auditoriya üçün anlaşıqlı olmaq;
3) Nitqin intonasiyasına, ritminə fikir vermək və bu deyilənlərin
tələblərinə uyğun bədən, baş, əl-qol hərəkətləri etmək;
4) Mümkün qədər yığcam danışmaq, mətləbdən uzaqlaşmamaq
və dinləyiciləri yormamaq;
5) Nitqə (çıxışa, mühazirəyə və s.) əvvəlcədən hazırlaşmaq,
sonra isə təhlil edib konkret nəticələr çıxarmaq.
Natiqliyin aşağıdakı sahələri mövcuddur: 1) bədii natiqlik;
2) akademik natiqlik; 3) siyasi natiqlik; 4) inzibati-idarə
natiqliyi; 5) işgüzar natiqlik.
12. JESTLƏR. Natiqlik sənətinin mühüm şərtlərindən biri
əl-qol hərəkətlərindən - jestlərdən nitqin ritm və intonasiyasına
uy-ğun şəkildə istifadə etməkdir. Jestlər nitqin tə`sirini
artırır, ona emosionallıq verir. Ancaq yersiz əl-qol atmaq
məqbul sayılmır. Bu, nitqin tə`sirini artırmaq əvəzinə,
azalda bilər.
13. MIMIKA. Nitq prosesində üz əzələlərinin mə`nalı hərəkəti
(təəccüb, narazılıq, sevinc və s. emosiyalar ifadə etməsi)
mimika adlanır. Mimika nitqin anlaşılmasında, sözün ciddi,
yaxud kinayə, ironiya ilə deyilməsini başa düşməkdə mühüm
rol oynayır.
Jestlə mimika mükəmməl nitqdə bir-birini tamamlayır və vahid
psixofizioloji akt kimi çıxış edir. Şifahi ədəbi dil bunlarsız
mümkün deyil.
14. NITQ ETIKETLƏRI. Hər xalqın milli təfəkkürünə uyğun
olaraq müxtəlif müraciət üsulları vardır ki, bunlara nitq
etiketləri, yaxud yarlıqları deyilir. Nitq prosesində bu
etiketlərə əməl etmək həm nitq, həm də insani mədəniyyətin
göstəriciləri sayılır. Bunlar aşağıdakılardır:
1. Müraciət etiketləri. Müsahib yaşca böyük olduqda, yaxud
ortada tanışlıq olmadıqda ona "Siz" deyə müraciət
olunur. Bu, bizim xalqımızda çox qədim adətdir. Bu qayda
bütün müraciət formalarında gözlənilir. Məs: bağışlayın,
əyləşin, buyurun, lütfən sözünüzə davam edin və s. Bundan
başqa Bəy! cənab! Qardaş! Dərdin alım! və s. bu kimi müraciət
formaları da vardır.
Müraciət etiketləri rəsmi (məs: cənab hakim! və s.) və qeyri-
rəsmi (məs: Oğlum! və s.) olmaqla iki yerə ayrılır.
2. Görüşmə etiketləri. Salam! Salam-əleyküm! Xoş gördük!
Gün aydın! Axşamınız xeyir! Xoş gəlmisiniz! və s.
3. Ayrılma etiketləri. Xudahafiz! Əlvida! Sağ olun! Allah
amanında! Uğur olsun! Yaxşı yol! Xeyrə qənşər gedin! Uğurlu
yol! Görüşənə qədər! və s.
4. Təbrik etiketləri. Təbrik edirəm! Gözünüz aydın! Mübarək
olsun! və s. (Hamısının cavabında: sağ olun!)
5. Alqışlar. Allah kömək olsun! Yastığınız yüngül olsun!
Allah rəhmət eləsin! və s.
6. Qarğışlar. Allah öldürsün! Gözün tökülsün! və s.
7. Söyüşlər. Səni yerə soxum! Üzünə tüpürüm! və s.
Nitq etiketlərindən yerli-yerində istifadə olunması ünsiyyətin
normal gedişinə, anlaşmaya kömək edir, səmimi münasibətlər
yaradır.