.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

DİL VƏ DİLÇİLİK


1. DIL NƏDIR? Bir həqiqətdir ki, dilsiz, danışıqsız, ünsiy-yətsiz cəmiyyət ola bilmədiyi kimi, cəmiyyət olmadan dil də ya-rana bilməzdi. Dilin yaranması, inkişafı cəmiyyətin tarixi və inki-şafı ilə bağlıdır. Dil fərdi hadisə deyil, yə'ni onu bir nəfər yarat-ma-yıb. Dil ictimai hadisədir. Bu o deməkdir ki, dili ayrı-ayrı adam-lar yox, cəmiyyət, insanların birliyi yaradıb, formalaşdırıb və inkişaf etdirib.
Dil insanlar arasında qarşılıqlı anlaşma, ünsiyyət vasitəsidir. Dilsiz, nitqsiz, danışıqmız insanlar bir-birilərini dərk edə, an-laya bilməzlər.
İctimai hadisə olub insanlar arasında ünsiyyət yaradan dilin yaranması, inkişafı, başqa elmlərlə əlaqəsi, özünəməxsus qanun və qaydalarını öyrənən elmə dilçilik elmi deyilir.
2. YAZI. İnsanlar səsli dildən, şifahi danışıqdan istifadə etməklə yalnız müəyyən məsafədə bir-biriləri ilə əlaqə saxlaya bilirdilər. cəmiyyət inkişaf etdikcə ünsiyyətin digər forması- yazı meydana gəldi. Yazı səsli dilin norma ilə qavrayışını tə'min edən işarələr sistemidir. İnsanların səsin yetmədiyi yerlərlə əlaqə yaratmaq, hətta özlərindən sonra gələcək nəsillərlə ünsiyyət saxlamaq ehtiyacından yaratdıqları yazının dörd növü var: Əşyavi yazı, şəkli yazı, fikri yazı və hərfi yazı.
a) Əşyavi yazı. Bu, yazının ilk növü, ilk tipidir. İnsanlar bir-birilərinə müxtəlif əşyalar göndərməklə fikir və düşüncələrini bildirirdilər.
b) Şəkli (piktoqrafik) yazı. Əşyavi yazıdan sonra meydana gəlib. Bu yazıda hansı əşyanı yazmaq nəzərdə tutulursa, onun şəkli çəkilir.
c) Fikri (ideoqrafik) yazı. Şəkli yazıdan sonra meydana gələn bu yazıda şəkil hər hansı bir anlayışı ifadə edir, daha çox dü-şüncə ilə bağlı olur. Məs: Əgər şəkli yazıda göz şəkli gözü, günəş şəkli günəşi əks etdirirsə, fikri yazıda göz şəkli görmək, baxmaq, duymaq, günəş şəkli isə işıq, aydınlıq, istilik və səadət anlayış-larını ifadə edir.
Şəkli və fikri yazı hərfi yazıya doğru əhəmiyyətli bir addım hesab olunur.
ç) Hərfi yazı. Yazının ən mükəmməl forması hərfi (fonoqrafik) yazıdır. Bu yazıda yalnız bütöv söz yox, həm də sözün ayrı-ayrı səsləri ifadə olunur. İndiki halda hər bir hərf müəyyən bir (bə'zən bir neçə) səsi ifadə edirsə, hərfi yazının meydana gəldiyi ilk zamanlarda bir işarə, hərf bir neçə səsi ifadə etmişdir. Belə yazıyı heca yazısı (sillabik yazı) deyilib və qədim misirlilər, assuriyalılar bu yazıdan istifadə ediblər.
3. DILÇILIK. Dil ictimai hadisə, dilçilik isə elmdir. Dilçi-lik elmi ictimai hadisə olan dili tədqiq edir, öyrənir.
Türk dünyasının ən qədim və böyük dilçisi Mahmud Kaşğari (1029-1126) hesab olunur.
Türkologiyanın banisi hesab olunan M.Kaşğari «Divani lüğətit-türk» (1072) əsəri ilə məşhurlaşıb. 10 ilə yazılmış və 9.000-dən artıq söz və ifadə toplanmış bu əsər Məhəmməd peyğəmbərin (s) aşağıdakı kəlamı ilə başlayır: «Türk dilini öyrənin, onların uzun sürən hakimiyyəti vardır».
Türk xalqlarının tarixini, folklor və etnoqrafiyasının öyrənmək üçün çox qiymətli mənbə olan bu lüğətin bu günə qədər gəlib çatan yeganə əlyazması XIII əsrdə Azərbaycanda Məhəmməd Əssari tərəfindən göçürülən nüsxədir. Bu nüsxə 1915-ci ildə Türkiyədə tapılıb və orada çap olunub. M.Kaşğarinin lüğəti Azər-baycan dilinə 30-cu illərdə tərcümə edilsə də, indiyə kimi çap olunmayıb.
Dilçilik elminin əsas şö'bələri aşağıdakılardır: fonetika, orfoqrafiya, orfoepiya, leksikologiya, söz yaradıcılığı, qrammatika (qrammatika iki bölmədən ibarətdir: morfologiya, sintaksis), etimologiya, lüğətçilik, dialektologiya, üslubiyyat və s.
Qeyd: Dilçiliyin şö'bələri barədə irəlidə mə'lumat verildiyindən, biz burada ancaq etimologiya, lüğətçilik və dialektologiya barədə ümumi mə'lumat verməklə kifayətlənəcəyik.
4. ETIMOLOGIYA. Etimologiya sözü yunanca etimon (əsl, həqiqət, sözün əsas mə'nası) və loqos (tə'lim, elm) hissə-lə-rindən yaranıb. Dilçiliyin bu sahəsində sözün mənşəyi, nədən törəməsi, əmələ gəlməsi öyrənilir.
Sözün əslini bərpa etmək, onun başqa söz və mə'nalarla əlaqəsini öyrənmək üçün aparılan dilçilik araşdırmasına etimoloji təhlil deyilir. Etimoloji təhlil vasitəsilə sözün ilkin mə'naları aşkarlanır. Aşağıdakı nümunələrə diqqət edək.
Arsak – indiki Qarabağın qədim adıdır. Etimoloji təhlil sü-but edir ki, bu yer adı (toponim) iki sözün – Ar və sak birləşməsindən yaranıb. Sak qədim türk tayfalarından birinin adı, Ar isə Ər – igid, cəngavər, qoçaq mə'nasındadır. Deməli, Arsak igid, qəhrəman türk tayfası olan sakların yaşadığı yer deməkdir.
Qarabağ – «Bağ» qədim türk tayfasıdır. «Qara» isə qədimdə dilimizdə «böyük» mə'nasında işlənib.
Azərbaycan – Bu sözün etimologiyası gah Xəzər tafasının adı, gah od, atəşlə bağlı şəkildə öyrənilib, araşdırılıb.
5. LÜĞƏTÇILIK. Dilçiliyin təcrübi sahələrindən biridir. Lüğət-lərin tərtib olunma və yaranma prinsiplərini öyrənir. Lüğət-lə-rin ya-radılması ilə məşğul olan adama, mütəxəssisə lüğətçi (ümumi şəkildə lüğətçiliyə leksikoqrafiya, lüğətçiyə leksikoqraf deyilir) deyilir.
Lüğətçilik türk dilçiliyinin qədim sahələrindən biridir. Hələ XI əsrdə Mahmud Kaşğari «Divani lüğətit-türk» (türk dillərinin divani toplusu) əsərini yaratmış, XIII-IV əsrlərdə cəmaləddin ibn Mühənna, Ninduşah Naxçıvani, Hüsam Təbrizi, XIX əsrdə Mirzə Məhəmmədəli Kazım bəy bu sahədə gərəkli işlər görmüşlər. XX əsrin əvvəllərindən başlayaraq Sultan Məcad Qənizadə, Üzeyir bəy Hacıbəyov, Qara bəy Qarabəyov, Əli ağa Şıxlinski kimi şəxsiyyətlər bu sahə ilə ciddi məşğul olmuşlar. 40-cı illərdə Heydər Hüseynovun rəhbərliyi ilə «Rusca-Azərbaycanca lüğət», 1964-1987-ci illərdə isə Əliheydər Orucovun rəhbərliyi, müəllifliyi və redaktəsi ilə «Azərbaycan dilinin izahlı lüğəti» (4 cilddə) çap olunmuşdur. Lüğətlərin ən əsas növləri aşağıdakılardır:

1. Tərcümə lüğətləri
2. İzahlı lüğətlər
3. Terminoloji lüğətlər

Lüğətlərdə sözlər əlifba sırası ilə ardıcıllıqla düzülür.
6. DIALEKTOLOGIYA. Dialekt və şivəni öyrənən dilçilik sahəsi dialektologiya adlanır.
Ədəbi dildə işlənən nitqdən başqa, müəyyən ərazilərlə bağlı danışıq təzahürləri, müxtəlif regionlarda təsadüf olunan məhəlli dil xüsusiyyətləri də mövcuddur ki, bunlara dialekt və şivələr deyilir. Dialektologiya dialekt və şivələri öyrənir
Bədii əsərlərin dilində işlənən məhəlli əlamətli sözlərə dialektizm deyilir.


Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz