.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

TABELİ MÜRƏKKƏB cÜMLƏLƏR

1. Tərkibindəki sadə cümlələrdən biri qrammatik cəhətdən digərinə tabe olan mürəkkəb cümləyə tabeli mürəkkəb cümlə deyilir. Bu cür cümlələrdə tabe edən hissə baş cümlə, tabe olan hissə budaq cümlə adlanır. Baş cümlənin işarəsi: - kvadrat (), budaq cümlənin işarəsi: - dairə (O)
Tabeli mürəkkəb cümlənin tərkib hissəsi olan budaq cüm-lə-lər ya baş cümlənin buraxılmış bir üzvü yerində işlənir, yaxud da bütövlükdə baş cümlənin ümumi məzmunu ilə bağlı olur. Məs: 1) Aydın idi ki, maşın xarab olub yolda qalmışdır. 2) Müəllim öz kəndimizdən olsa, bütün çətinliklərdən birdəfəlik xilas olarıq.
Misallardakı (maşın xarab olub yolda qalmışdır) və (müəllim öz kəndimizdən olsa) budaq cümlələr, (aydın idi ki) və (bütün çətinliklərdən birdəfəlik xilas olarıq) baş cümlələrdir. Birinci misaldakı budaq cümlə baş cümlənin mübtədası yerində işlənmiş, ikinci misaldakı budaq cümlə isə baş cümlənin ümumi məzmunu ilə bağlı olub, baş cümlədəki işin şərtini bildirir.
2. BUDAQ cÜMLƏNİ BAŞ cÜMLƏYƏ BAĞLAYAN VASİTƏLƏR. Budaq cümləni baş cümləyə bağlayan bir sıra vasitələr var. Bunlar aşağıdakılardır:
1) Budaq cümlələrin bir qismi baş cümləyə tabelilik bağ-la-yı-cıları (ki, çünki, ona görə ki, odur ki, əgər, hərgah, madam ki və s) ilə bağlanır. Belə budaq cümlələr baş cümlədən əvvəl də, sonra da gələ bilər. Məs: Madam ki tanıyırsınız, kim olduğunu söyləyin (əvvəldə). Bütün tələbələrdən tələb olunur ki, şəhərdə pasport qeydiyyatına düşsünlər (axırda).
2) Budaq cümlələr baş cümləyə yalnız intonasiya ilə bağlana bilir. Məs: Qara pəhləvan gördü, hərif çox güclüdür.
3) Budaq cümlələrin bir qrupu baş cümləyə kim, nə, necə, nə cür, hansı, nə vaxt, haçan, hara, nə qədər, necə və s. əvəzliklərlə – bağlayıcı sözlərlə bağlanır və bu sözlər çox vaxt ki ədatı ilə birgə işlənir. Məs: Kim ki zəhmətdən qorxmur, onun çörək sahibi olması mümkündür. Nəyi ki bilmirsən, öyrənməyə çalış.
Bağlayıcı sözlər bağlayıcılardan fərqli olaraq cümlə üzvü olur. Bağlayıcı sözlər əsasında qurulan budaq cümlə bir qayda olaraq, baş cümlədən əvvəl gəlir.
4) Bə'zən budaq cümlə baş cümləyə –sa, (-sə) şəkilçisi və –mi4 ədatı ilə bağlanır. Belə budaq cümlələr də baş cümlədən əvvəl gəlir. Məs: Göyün üzü açılsa, hava bir qədər isinər. Bir şey oldumu, özünü itirmə, mənə mə'lumat çatdır.
Tabeli mürəkkəb cümlələrin tərkib hissələri bir-birindən vergüllə ayrılır.
Qeyd: Bağlayıcılı sözdə «ki» ədatından sonra vergül qoyulmaz; Məs: Harda ki iş çoxdur, mən orda işləmək istəyirəm.
3. BAŞ cÜMLƏDƏ ƏVƏZLİKLƏRİN ROLU. Bağlayı-cı-lı tabeli mürəkkəb cümlələrin baş cümləsində çox zaman budaq cümlə vasitəsilə müəyyənləşən, aydınlaşdırılan bu, o, buna, ona, bunda, onda, elə, belə (müxtəlif formalarda), o qədər və s. sözlər – işarə əvəzlikləri işlənir. Belə sözlər həm müəyyən bir budaq cüm-lə-nin işlənməsinə şərait yaradır, həm də budaq cümlənin növünə əvvəlcədən işarə edir. Məs: 1) Bu da aydındır ki, (nə?) Həsən dərsə gəlməyəcək. 2) Mən də onu deyirəm ki, (nəyi?) yaşım ötür, qo-calıram. 3) Dediyim odur ki, (nədir?) işə gecikməyim. 4) Uşaq elə sevindi ki, (necə?) elə bil dünyanı ona bağışladılar. 5) Koroğlu onda ayıldı ki, (nə zaman?) iş işdən keçmişdi.
Misallardan göründüyü kimi baş cümlələrin birincisində əvəzlik mübtəda (bu), ikincisində tamamlıq (onu), üçüncüsündə xəbər (odur), dördüncüsündə tərzi-hərəkət zərfliyi (elə), beşincisində isə zaman zərfliyi (onda) yerində işlənmişdir. Bu cür sözlər, yə'ni işarə əvəzlikləri baş cümlədə hansı üzv yerində işlənirsə, budaq cümlə də onun adı ilə adlanır. Belə ki, yuxarıdakı cümlələrdən birincisi mübtəda, ikincisi tamamlıq, üçüncüsü xəbər, dör-dün-cüsü tərzi-hərəkət, beşincisi isə zaman budaq cümləli tabeli mü-rəkkəb cümlələrdir.
Bu xüsusiyyətinə görə baş cümlədə işlənən belə əvəzliklərə əvəzlik-qəliblər də deyilir.
Qeyd: Bə'zən baş cümlədə bu cür sözlər işlənməyə bilər, lakin onları bərpa və təsəvvür etmək mümkündür. Məs: Demək istəyirəm ki, (nəyi?) getməyinə razı deyiləm; Onu demək istəyirəm ki, (nəyi?) getməyinə razı deyiləm.
Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlandıqda baş cümlədə müxtəlif cümlə üzvü vəzifələrində əvəzlik-sözlər işlənir. Belə sözlərə qarşılıq söz deyilir. Belə sözlər baş cümlədə hansı üzv yerində işlənibsə, budaq cümlə həmin üzvün adı ilə bağlıdır. Əvəz-lik-sözlər bir qayda olaraq baş cümlənin bir üzvü olur. Məs: Ne-cə istəyirsən, elə də yaz. Kimi məsləhət bilirsən, onu da göndə-rək.
4. BUDAQ cÜMLƏLƏRİN NÖVLƏRİ. Tabeli mürəkkəb cümlələr budaq cümlələrinə görə fərqlənir və budaq cümlələr də cümlə üzvlərinə uyğun gəlir. cümlə üzvlərinə uyğun olaraq, budaq cümlələr başlıca olaraq aşağıdakı növlərə ayrılır:

I mübtəda budaq cümləsi; 1) tərzi-hərəkət budaq cümləsi;
II xəbər budaq cümləsi; 2) yer budaq cümləsi;
III tamamlıq budaq cümləsi; 3) zaman budaq cümləsi;
IV tə'yin budaq cümləsi; 4) kəmiyyət budaq cümləsi;
V zərflik budaq cümləsi; 5) səbəb budaq cümləsi;
6) məqsəd budaq cümləsi;
7) qarşılaşdırma budaq cümləsi;
8) şərt budaq cümləsi.

5. MÜBTƏDA BUDAQ cÜMLƏLİ TABELİ MÜRƏKKƏB cÜMLƏLƏR. Mübtəda budaq cümləsi ya baş cümlənin mübtədası əvəzinə işlənir, yaxud da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan mübtədanı izah edir. Məs: 1) Ürəyindən keçir ki, (nə?) babası Solmazın əlindən tutsun. 2) Bu da aydındır ki, (nə?) o yerlərdə dağ çiçəkləri çox ətirli olur.
Hər iki misalda budaq cümlə baş cümlədən sonra gələrək ona «ki» bağlayıcısı ilə bağlanmışdır. Birinci cümlənin baş cüm-lə-sində mübtəda yoxdur və mübtədanın baş cümlədən doğan sua-lına budaq cümlə cavab verir. İkinci misalın baş cümləsində müb-təda «bu» işarə əvəzliyi ilə ifadə olunmuş, budaq cümlə isə həmin sözü açmağa və aydınlaşdırmağa xidmət edir.
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş cümlə, əsasən, budaq cümlədən əvvəl gəlir. Bə'zən elə hallar olur ki, mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağ-layıcı sözlə bağlanır. Bu zaman baş cümlədə mübtəda vəzifəsində qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məs: 1) Kimdən so-ruşuram, qoy o cavab versin. 2) Kim ki intizamlıdır, döyüşü də o udur. 3) Kim gəncliyini zəhmətsiz keçirsə, gələcəkdə peşman ola-caq.
Qeyd: Tərkibində əvəzlik-qəlib işlənmiş mübtəda budaq cüm-ləli tabeli mürəkkəb cümlələr sadələşdirilərkən əvəzlik-qəlib atılır, budaq cümlə tərkib şəklində onun yerinə qoyulur. Məs: Məktubda o da yazılmışdı ki, (nə?) Çingizi xaricə göndərmək istəyirlər. Sadələşdirilərkən cümlə belə olacaqdır: Çingizi xaricə göndərmək istədikləri də (nə?) məktubda yazılmışdı.
6. XƏBƏR BUDAQ cÜMLƏLİ TABELİ MÜRƏKKƏB cÜMLƏLƏR. Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edib aydınlaşdırır. Baş cüm-lənin xəbəri adətən odur, o idi, bu idi, elədir, belədir, oradadır, buradadır, onun üçündür, bunun üçündür və s. sözlərlə ifadə olunur və budaq cümlə onların izahına xidmət edir. Məs: 1) Məqsədim budur ki, (nədir?) yayda rayona gedəm. 2) Vəziyyət elədir ki, (necədir?) gəlişinizlə hər şeyi yerinə qoya bilərsiniz.
Xəbər budaq cümləsi bə'zən baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlə bağlanır. Bu zaman baş cümlədə qarşılıq bildirən söz xəbər vəzifəsində işlənir. Məs: 1) Hər kim tez gəlsə, bu yer onundur. 2) Əvvəllər necə idisə, indi də elədir.
Qeyd: Əvəzlik-qəlib işlənmiş xəbər budaq cümlələrini sadə-ləşdirərkən baş cümlədəki əvəzlik-qəlib ixtisar olunur və budaq cümlə tərkib şəklində onun yerini tutur. Məs: Məqsədim odur ki, yayda rayona gedim – Məqsədim yayda rayona getməkdir.
7. TAMAMLIQ BUDAQ cÜMLƏLİ TABELİ MÜRƏK-KƏB cÜMLƏLƏR. Tamamlıq budaq cümləsi ya baş cümlənin tamamlığı əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzlikləri ilə ifadə olunan tamamlığı ifadə edir. Məs: 1) Hiss edirəm ki, (nəyi?) siz əməlinizdən peşmansınız. 2) Onu da bilirəm ki, (nəyi?) qalib gəlməyimiz çətin olacaq.
Tamamlıq budaq cümləsi daha çox baş cümlənin fe'li xəbərinə aid olur. Lakin bə'zən ismi xəbərə də aid ola bilər. Məs: Əminəm ki, (nəyə?) hər şey yaxşı olacaq.
Tamamlıq budaq cümləsi baş cümləyə «ki» bağlayıcısı olmadan intonasiya ilə də qoşula, bağlana bilir. Məs: Mən bilirəm, (nəyi?) sən nə demək istəyirsən.
Bə'zən tamamlıq budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır və baş cümlədə tamamlıq vəzifəsində qarşılıq bildirən söz işlənir və ya təsəvvür olunur. Məs: 1) Kim ki çıxış edirdi, onu (kimi?) alqışlayırdılar. 2) Səndən nə soruşsalar, (ona) cavab ver.
Qeyd: Tamamlıqlar kimi, tamamlıq budaq cümlələri də vasitəsiz və vasitəli olurlar. İsmin tə'sirlik halının (kimi?, nəyi?, nə?) suallarına cavab verib tə'sirli fe'llərlə əlaqədə olan tamamlıq budaq cümlələri tə'sirli, qalan tamamlıq budaq cümlələri isə tə'sirsiz tamamlıq budaq cümlələri hesab olunur.
8. TƏ'YİN BUDAQ cÜMLƏLİ TABELİ MÜRƏKKƏB cÜMLƏLƏR. Tə'yin budaq cümləsi baş cümlənin isimlə (və ya isimləşmiş sözlərlə) ifadə olunmuş hər hansı bir üzvünü tə'yin edir və necə?, nə cür?, hansı? suallarından birinə cavab verir. Məs: 1) Mən insan o adama deyirəm ki, ömrü fırtınalar içərisində keçsin. 2) O şe'ri oxuyuram ki, heç yerdə cap olunmayıb. 3) O elə şairdir ki, adı dünya durduqca yaşayacaqdır.
Misalların hər üçündə budaq cümlə baş cümlədən sonra gələrək ona «ki» bağlayıcısı ilə bağlanmışdır. Birinci cümlədə budaq cümlə baş cümlənin mübtədasını (insan), ikinci misalda tamamlığını (şe'ri), üçüncü misalda isə xəbərini (şairdir) izah edir.
Baş cümlədə işarə əvəzliyi (tə'yinin qəlibi) işlənməyə də bilər, lakin onu təsəvvür və bərpa etmək mümkündür. Məs: Nöqsan var ki, yüzlərlə adama ziyan vurur. (Elə nöqsan var ki, yüzlərlə adama ziyan vurur).
Tə'yin budaq cümləsi baş cümləyə bağlayıcı olmadan, intonasiya ilə də bağlana bilər. Məs: Elə adam var heç nəyi bəyənmir.
9. ZƏRFLİK BUDAQ cÜMLƏLİ TABELİ MÜRƏKKƏB cÜMLƏLƏR. Zərflik budaq cümləsinin növləri aşağıdakılardır: 1) tərzi-hərəkət budaq cümləsi; 2) zaman budaq cümləsi; 3) yer budaq cümləsi; 4) kəmiyyət budaq cümləsi; 5) səbəb budaq cümləsi; 6) məqsəd budaq cümləsi; 7) şərt budaq cümləsi; 8) qarşılaşdırma budaq cümləsi.
1) Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələr. Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir. Bu cür cümlələr baş cümlənin fe'li xəbərinə aid olur, baş cümlədə işlənmiş elə, belə işarə əvəzliklərinin mə'nasını izah edir və necə? nə cür? suallarına cavab olur. Məs: Elə danışırsan ki, eşidənlər səni qınayar.
Bə'zən tərzi-hərəkət budaq cümləsinin əvvəlində elə bil, guya, sanki, deyəsən sözləri işlənir və budaq cümlənin bu növü müqayisə məzmununa malik olur. Məs: Külək qarı elə sovururdu ki, elə bil (sanki, elə bil ki) aləm bir-birinə qarışacaqdı.
Bə'zən baş cümlə ismi xəbərlə əlaqələnir və dərəcə çalarına malik olur. Məs: Gecə elə aydın idi ki, (nə dərəcədə?) fanarları yandırmağa ehtiyac olmadı.
Tərzi-hərəkət budaq cümləsi bə'zən baş cümlədən əvvəl gəlir və ona necə, nə cür, necə ki, hər necə bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə isə qarşılıq bildirən elə, eləcə də, o cür sözlərindən biri işlənir. Məs: Nə cür istəyirsən, o cür də edərik.
2) Zaman budaq cümləli tabeli mürəkkəb cümlələr. Zaman budaq cümləsi baş cümlədəki hərəkətin zamanını bildirir, nə zaman? nə vaxt? haçan? suallarından birinə cavab olur. Zaman budaq cümləsi həm baş cümlədən sonra, həm də əvvəl işlənə bilir.
Zaman budaq cümləsi baş cümlədən sonra gələndə ona ki bağ-layıcısı ilə bağlanır. Baş cümlədə o vaxt, o zaman, onda ki söz-ləri işlənir və həmin sözlər budaq cümləsi vasitəsilə izah olunur. Məs: Biz o zaman xoşbəxt olacağıq ki, vətən torpaqları tam azad olunsun.
Zaman budaq cümləsi baş cümlədən əvvəl gələndə baş cüm-ləyə o zaman ki, o gün ki, o vaxt ki, nə zaman ki, haçan ki, elə ki və s. bağlayıcı sözlərlə bağlanır və baş cümlədə onda qarşılıq sözü işlənir (bə'zən işlənməyə də bilər). Məs: O zaman ki Püstə xanım evə çatdı (nə zaman?), onda artıq iş-işdən keçmişdi.
Bə'zən zaman budaq cümləsi baş cümlədən əvvəl gələrək ona ki bağlayıcısı ilə də bağlana bilər. Məs: Təzəcə yerini rahatlamışdı ki, səs eşitdi.
3) Yer budaq cümləli tabeli mürəkkəb cümlələr. Yer budaq cümləsi baş cümlədəki hərəkətin icra olunduğu yeri bildirir və haraya? harada? haradan? suallarından birinə cavab olur.
Yer budaq cümləsi baş cümlədən əvvəl gəlir, baş cümləyə bə'zən haraya (haraya ki), harada (harada ki), haradan (haradan ki), bə'zən də o yerə ki, o yerdə ki, o yerdən ki, bir yerə ki, bir yerdən ki, və s. bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə isə bunlara mü-vafiq olaraq, ismin üç halında – yönlük, yerlik, çıxışlıq hallarında qarşılıq bildirən oraya, orada, oradan sözləri işlənir (bə'zən bu sözlər işlənməyə də bilər, lakin onları bərpa etmək müm-kün-dür) və budaq cümlə vasitəsilə izah olunur. Məs: Harada ki, əməyinə düzgün qiymət vermirlər, mən orada işləmək istəmirəm. Bir yerə ki çağrıldın, orada olmağın məsləhətdir.
4) Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələr. Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin miqdarını bildirir və nə qədər? sualına cavab olur.
Kəmiyyət budaq cümləsi baş cümlədən əvvəl işlənir və baş cümləyə nə qədər, hər nə qədər, nə qədər ki bağlayıcı sözləri ilə bağlanır. Baş cümlədə isə uyğun olaraq qarşılıq bildirən o qədər, o qədər ki, o qədər də, bir o qədər, bir elə sözləri işlənir və budaq cümlə vasitəsilə izah edilir. Məs: Sən nə qədər demişdin, mən də bir o qədər aldım. Nə qədər çox oxusan, o qədər çox bilərsən.
Bə'zən baş cümlədəki qarşılıq bildirən o qədər sözü buraxılır, lakin təsəvvür edilir. Nə qədər səbirli olsan, xeyir taparsan.
5) Səbəb budaq cümləli tabeli mürəkkəb cümlələr. Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir və niyə? nə üçün? nə səbəbə? nəyə görə? suallarından birinə cavab olur.
Səbəb budaq cümləsi baş cümlədən sonra gəlir və ona ki, çünki, ona görə ki, ondan ötrü ki bağlayıcıları ilə bağlanır. Məs: Bu hadisə məni çox sevindirdi, çünki Söhbət öz səhvini başa düşmüşdü. cavanşir çox sevinirdi, ona görə ki o, ikinci sinfi də ə'la qiymətlərlə başa vurmaqda idi.
6) Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr. Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir və niyə? nə üçün? nəyə görə? nə məqsədlə? suallarından birinə cavab olur.
Məqsəd budaq cümləsi baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə məqsəd zərfliyi vəzifəsində ona görə, ondan ötrü (qəlib söz) ola da bilər, olmaya da. Məs: Zakir dostu Fərruxa teleqram göndərdi ki, onun gəlişindən xəbərsiz olmasın. Biz əlavə məşğələlərə ona görə gedirik ki, qəbul zamanı çətinliyimiz olmasın.
Qeyd: Səbəb və məqsəd budaq cümlələri bir-birinə çox yaxın və oxşardır. Bunları bir-birindən ayırmaq üçün cümləyə nə məqsədlə? sualını vermək lazımdır. Bu suala cavab verə bilməyən cümlə səbəb budaq cümləsi, cavab verən isə məqsəd budaq cümləsi sayılmalıdır. Məs: 1) Yaxşı oxuduğu üçün (niyə? nə səbəbə? nə üçün? nəyə görə?) Vasifi aspiranturada saxladılar (səbəb budaq cümləsi) 2) Müəllimlər keçmiş dərsi ona görə təkrar edirlər ki, (niyə? nə üçün? nəyə görə? nə məqsədlə?) şagirdlər biliklərə daha möhkəm yiyələnsinlər (məqsəd budaq cümləsi)
7) Şərt budaq cümləsi. Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab olur.
Şərt budaq cümləsi, əsasən, baş cümlədən əvvəl gəlir, ona şərt şəkilçisi –sa2 və ya şərt bağlayıcıları (əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki və s.) ilə bağlanır. Məs: Əgər mən bir adama yaxşılıq eləyirəmsə, demək, mə'nəvi ehtiyacımı ödəyirəm. Hərgah bu iş baş tutmasa, elə indidən açıb-ağartmağa ehtiyac yoxdur.
Şərt budaq cümləli tabeli mürəkkəb cümlələrdə bə'zən baş cümlədə bir şərtlə, o şərtlə, bu şərtlə qəlib sözlərdən biri iştirak edir. Bu zaman budaq cümlə baş cümlədən sonra gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məs: Bir şərtlə hamamdan çıxmaq istəyirdi ki, Səfiyyə ilə bir söhbət eləsin. Əhməd pulu bu şərtlə verdi ki, Məmmədin heç nədən xəbəri olmasın.
Bu cür tabeli mürəkkəb cümlələrdə bə'zən bu şərtlə, bir şərtlə birləşmələri yerini dəyişərək ki bağlayıcısı ilə budaq cümlənin tərkibinə keçir və bu şərtlə ki, bir şərtlə ki şəklində bağlayıcı birləşmə əmələ gətirir. Məs: Səninlə toya gedərəm, bir şərtlə ki, toyda çox oynamayasan.
Bə'zən şərt budaq cümləsi intonasiya ilə, bağlayıcı sözlərin köməyi olmadan da baş cümləyə bağlana bilir. Məs: Bir kasa azlıq eyləyir, yeddi kasa ye.
8) Qarşılaşdırma budaq cümləsi. Qarşılaşdırma budaq cüm-ləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmunu qarşılaşdırılır. Budaq cümlə baş cümlədə ifadə olunan hərəkətə qarşı duran hadisəni, vəziyyəti bildirir. Belə cümlələr nəyə baxmayaraq? sualına cavab olur. Qarşılaşdırma budaq cümləsi baş cümləyə, əsasən, -sa2 şəkilçisi, da, də, belə ədatları, yaxud nə qədər bağlayıcısı ilə bağlanır. Qarşılaşdırma budaq cümləsi baş cümlədən əvvəl gəlir. Məs: Aslanzadə hər işdə dəqiq olmağı tələb etsə də, təfərrüata varmağı sevməzdi. O nə qədər ağır vəziyyətə düşsə, fikirləşib yol tapacaqdır.
Qarşılaşdırma budaq cümləsi baş cümləyə qarşılıqlı şəkildə işlənən hərçənd (düzdür, doğrudur) – amma (ancaq, lakin, fəqət) bağlayıcıları ilə də bağlanır. Məs: Doğrudur, bir az ləngidik, amma tapşırığımızı yerinə yetirdik. Hərçənd çox da ciddi məsələ deyil, lakin ehtiyatlı olmaq lazımdır.
Qeyd: Bə'zən tabeli mürəkkəb cümlələrin tərkib hissələri ikidən artıq ola bilir. Bu cür cümlələr mürəkkəb tərkibli tabeli mürəkkəb cümlələr adlanır. Belə cümlələr daha çox budaq cümlələrin, bə'zən də baş cümlələrin hesabına formalaşır. Bunların, əsasən, üç növü var:
1) Bərabərhüquqlu budaq cümlələrin baş cümləyə tabe olması yolu ilə əmələ gələnlər. Məs: O zaman insan xoşbəxt ola bilər ki, başqalarına faydası dəysin, ürəyində xalqın səsini eşitsin, qolunda xalqın qüvvəsi duyulsun.
Bu misalda birinci cümlə baş cümlə, sonrakı üç cümlə isə zaman budaq cümlələri olub, paralel şəkildə baş cümləyə bağlanmışdır.
2) Bə'zən baş cümlə sadə, budaq cümlə tabesiz mürəkkəb cümlə şəklində olur. Məs: Sabutay gedəndən sonra xəbər gəldi ki, bərə yanıb, rəis o yana keçə bilməyib.
Bu misalda birinci cümlə baş cümlə, ikinci cümlə isə tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümləsinin özü də səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə şəklindədir (bərə yanıb, rəis o yana keçə bilməyib).
3) Bə'zən baş cümləyə bağlanan budaq cümlə tabeli mürəkkəb cümlə şəklində olur. Məs: Üzündən bəllidir ki, yaşı az olsa da, ömrünün çoxu gedib.
Bu misalda birinci cümlə (üzündən bəllidir ki) baş cümlə, ikinci cümlə (yaşı az olsa da, ömrünün çoxu gedib) isə mübtəda budaq cümləsidir. Budaq cümlənin özü qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlə şəklindədir.
Qeyd: Altından xətt çəkilmiş cümlələr budaq cümlələrdir.


Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz