.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

MÜRƏKKƏB cÜMLƏ


1. İki və ya daha artıq cümlənin birləşməsindən ibarət olan cümlələrə mürəkkəb cümlə deyilir.
Sadə cümlənin bir, mürəkkəb cümlənin isə iki və daha çox qrammatik əsası olur. Məs: Göy guruldadı, şimşək çaxdı, yağış yağmağa başladı.
Mürəkkəb cümlənin tərkib hissələrindən biri və ya hər ikisi təktərkibli də ola bilər. Belə hallarda həmin tərkib hissədə müb-tə-da axtarmağa ehtiyac yoxdur. Məs: Şad xəbər verdilər, ananın ürəyi açıldı.
Bu cümlənin birinci tərəfi (Şad xəbər verdilər) qeyri-müəy-yən şəxsli cümlə, ikincisi (Ananın ürəyi açıldı) şəxssiz cümlə şək-lində qurulmuşdur. Ona görə də tərkib hissələrinin heç birinin mübtədası yoxdur.
Mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə və tabelilik yolu ilə. Bu cəhətdən mürəkkəb cümlələrin iki növü var:
1) Tabesiz mürəkkəb cümlələr (bu cümlələr tabesizlik yolu ilə yaranır)
2) Tabeli mürəkkəb cümlələr (bu cümlələr tabelilik yolu ilə yaranır)
2. TABESİZ MÜRƏKKƏB cÜMLƏLƏR: Bərabərhüquq-lu sadə cümlələrin birləşməsindən əmələ gələn mürəkkəb cümləyə tabesiz mürəkkəb cümlə deyilir.
Tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələr bir-biri ilə müxtəlif mə`na əlaqələrilə (zaman, ardıcıllıq, səbəb-nəticə, aydınlaşdırma, qarşılaşdırma, bölüşdürmə əlaqəsi) bağlanır. Bu əlaqələr həm tabesizlik bağlayıcıları, həm də intonasiya ilə, bağ-layıcısız yaranır. Bu baxımdan tabesiz mürəkkəb cümlələr iki qru-pa ayrılırlar: bağlayıcılı tabesiz mürəkkəb cümlələr və bağ-layıcısız tabesiz mürəkkəb cümlələr.
3. BAĞLAYIcILI TABESİZ MÜRƏKKƏB cÜMLƏLƏR: Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmək üçün aşağıdakı bağlayıcılardan istifadə olunur:
1) Birləşdirmə bağlayıcısı: və; Məs: Qapı açıldı və Həsən içəri girdi.
2) Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin və s. Məs: Gün çıxdı, ancaq yağış kəsmədi.
3) İştirak bağlayıcıları: həm, həm də (ki), hətta, da, də.
Məs: Hava birdən-birə soyudu, hətta yağış da yağdı.
4) İnkar bağlayıcıları: nə, nə də, nə də ki; Məs: Nə o bunu dindirir, nə də o bunu danışdırır.
5) Bölüşdürmə bağlayıcıları: ya, ya da, gah, gah da, istər, istərsə də və s; Məs: Gah gün çıxır, gah bulud olur, gah da xəzri əsməyə başlayır.
6) Aydınlaşdırma bağlayıcıları: yə`ni, məsələn və s; Redaksiya fəaliyyətdə idi, yə`ni qəzet vaxtında çıxırdı.
Qarşılaşdırma, iştirak, inkar və bölüşdürmə bağlayıcıları ilə tabesiz mürəkkəb cümlənin tərəfləri bir-birinə bağlanıbsa, həmin bağlayıcılardan əvvəl vergül qoyulur. Aydınlaşdırma bağlayıcısı olan yə`ni(dən) əvvəl çox vaxt vergül, bə`zən də nöqtəli vergül qoyulur.
4) TABESİZ MÜRƏKKƏB cƏMLƏLƏRDƏ MƏ`NA ƏLA-QƏLƏRİ. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında mə'na əlaqələri həm bağlayıcıların iştirakı, həm də intonasiya ilə yaranır. Bunlar aşağıdakılardır: Zaman əlaqəsi, ardıcıllıq əlaqəsi, səbəb-nəticə əlaqəsi, aydınlaşdırma əlaqəsi, qarşılaşdırma əlaqəsi, bölüşdürmə əlaqəsi.
1) Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır. Məs: 1) Sənəmi görər-görməz bü-tün məclis onu seyr etdi və hər kəs bir-birinə pıçıldaşmağa baş-ladı. 2) Şəhərdə sakitlikdir, yollar təhlükəsizdir.
2) Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr. Ardıcıllıq əla-qəli tabesiz mürəkkəb cümlələrin tərkib həssələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məs: 1)Lampalar sön-dü, kino verilişi başlandı. 2) Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu.
3) Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir. Məs: 1) Birdən motor susdu, çarxlar dayandı. 2) Günəş batdı və göylər qaraldı.
Qeyd: Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrlə ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr arasında bənzəyiş var. Yadda saxlamaq lazımdır ki, səbəb-nəticə əlaqəli cümlələrdə bir kortəbiilik olur, yə`ni birinci cümlədəki səbəbdən sonrakı cümlədəki hadisə baş verir. Ardıcıllıq əlaqəli cümlələrdə isə işin ardıcıl icrası öz ifadəsini tapır. Məs: 1) Arvad diksindi və süd kasası əlindən yerə düşdü (səbəb-nəticə əlaqəsi); 2) Günəş batdı, lampalar yandı (ardıcıllıq əlaqəsi).
4) Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr. Aydınlaş-dırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindən biri o birinin ifadə etdiyi fikri aydınlaşdırır.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən intonasiya ilə bir-birinə bağlanır. Bə`zi hallarda yə`ni aydınlaşdırma bağlayıcısından da istifadə olunur. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri intonasiya ilə bağlandıqda hissələr arasında iki nöqtə və ya nöqtəli vergül, yə`ni bağlayıcısı ilə bağlandıqda vergül qoyulur. Məs: 1) Əhmədin işi asan idi: idarələrə məktub daşıyırdı. 2) Uzun qış axşamı idi; külək dəhşətli bir sızıltı ilə əsirdi. 3) Səlim başını tərpətdi, yə`ni o razı idi.
Qeyd: Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrinin tərkib hissələri arasında o vaxt nöqtəli vergül işarəsi qoyulur ki, cümlənin tərkib hissələrinin birində vergül işarəsi olsun. Məs: Ələm qoruqdakı hündür ərik ağacına nəzər saldı; budaqların çoxu puçurlamışdı, tumurcuqların burnu ağarırdı.
5) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və ya hadisələr bir-biri ilə qarşılaşdırılır.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib his-sələri intonasiya, qarşılaşdırma bağlayıcıları (amma, ancaq, lakin) və antonim sözlərin köməyi ilə əlaqələnir. Məs: 1) Mən çox dedim, o az eşitdi. 2) Aslan kişi getmək istədi, ancaq İsa kişi qoy-ma-dı. 3) Hadisənin nə yerdə olduğunu Kərəm başa düşmüşdü, İl-yas isə heç nə anlamırdı.4) Çiçək var, amma aparmaq öz əlindədir.
Qeyd: Amma, ancaq, lakin bağlayıcıları ilə yanaşı, yeri gəldikdə isə bağlayıcısından da istifadə olunur. Məs: Mən şofer olub maşın sürürəm, sən isə bədnəzərdən qorxursan.
6) Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr. Bölüşdür-mə əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindəki iş və ya hadisələr ya növbə ilə bir-birini əvəz edir, yaxud da iki və ya daha artıq işdən yalnız birinin mümkünlüyü ifadə olunur. Belə tabesiz mürəkkəb cümlələr bölüşdürmə bağlayıcılarının köməyi ilə yaranır. Məs: 1) Gah güclü yağış yağır, gah da külək əsirdi. 2) Ya uşaqlar kəndə gələcək, ya da mən onları görmək üçün şəhərə gedəcəyəm. 3) Ya vətən torpağı tam azad olunacaq, ya da biz hamımız bu yolda qurban gedəcəyik.
Qeyd: Amma, ancaq, lakin bağlayıcıları işlənmiş tabesiz mürəkkəb cümlələrdə qarşılaşdırma, və, həm, həm də, nə, nə də, da, də bağlayıcıları işlənmiş cümlələrdə zaman, ardıcıllıq və səbəb-nəticə əlaqəsi, yə'ni bağlayıcısı işlənmiş cümlələrdə aydınlaşdırma əlaqəsi, ya, ya da, gah, gah da bağlayıcıları işlənmiş cümlələrdə isə bölüşdürmə əlaqəsi olur
5. BAĞLAYIcISIZ TABESİZ MÜRƏKKƏB cÜMLƏLƏR. Bağlayıcılı tabesiz mürəkkəb cümlələrdən fərqli olaraq, bağ-layıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında mə`na əlaqələri sadə cümlələrin məzmunundan və intonasiyadan asılı olur. Məs: 1) Sərin külək əsdi, mağara bir sərinlik doldu. 2) Əhməd çıxış etmək istədi, Qulu imkan vermədi.
Birinci cümlədə səbəb-nəticə, ikinci cümlədə qarşılaşdırma əlaqəsi var.
İntonasiya ilə qurulan tabesiz mürəkkəb cümlələrdə mü-rək-kəb cümləni təşkil edən sadə cümlələr arasında vergül qoyulur. Məs: İldırım çaxdı, göy gürüldadı, yağış yağmağa başladı.
Belə hallarda sonuncu tərkib hissələr arasında və bağlaycısı da işlənə bilər.


Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz