.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

2. SİTATLAR. Öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlara sitat deyilir.
Jitatla verilən cümlə tərtib formasına, durğu işarələrindən istifadə qaydasına görə vasitəsiz nitqdən seçilmir. Fərq ondadır ki, sitatdan istifadə edərkən müəllif öz fikrini gücləndirmək, fikrin ilkin mənbəyini göstərmək və s. məqsədlər güdür. Bu cəhət elmi əsərlər üçün səciyyəvidir. Məs: M.F.Axundov "Təmsilat"ı tərcümə edən Mirzə Məhəmməd cəfərə yazırdı: "Kəmalüddövlə vaiz və nəsihətçi deyil, o, tənqidçidir".
Əgər bütöv bir cümlədən ibarət olan sitat tam şəkildə verilmirsə, bə`zi sözlər ixtisar edilirsə, buraxılmış sözlərin yerinə üç nöqtə qoyulur. Məs: S.Vurğun yazırdı: "Azərbaycan xalqı qəhrəman ..... xalqdır".
Sitatlar müəllifin nitqinin tərkibinə də daxil ola bilər. Lakin bu zaman dırnaqlar saxlansa da, sitat kiçik hərflə başlanır. Si-tatdan bu cür istifadə halları vasitəli nitqə oxşayır. Məs: M.F.Axun-dovun fikrincə "elm və mədəniyyət geniş yayılandan sonra" artıq despotizm, fanatizm və s. "yaşaya bilməz".

 

 

 

 

 

 

 

 

 

 

 

 

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz