.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

XÜSUSİLƏŞMİŞ ÜZVLÜ cÜMLƏLƏR

1. XÜSUSİLƏŞMİŞ ÜZVLƏR. cümlədə mə`na və intonasiya cəhətdən fərqləndirilən üzvlərə xüsusiləşmiş üzvlər deyilir. Bütün cümlə üzvləri xüsusiləşə bilir. Lakin tamamlıqlar və zərfliklər daha çox xüsusiləşir.
Tamamlıqlar başqa, qeyri, özgə, savayı, əlavə, əvəzinə və s. qoşmaların köməyi ilə xüsusiləşir. Tərkibində bu qoşmalardan biri olan tamamlıq intonasiya və fasilə ilə qalan üzvlərdən ayrılaraq xüsusiləşir. Məs: 1) Quşların səsindən başqa, bir səs eşidilmir-di. 2) Plandan əlavə, 30 faiz pambıq nəzərdə tutulub və s.
Zərfliklər əksərən baxmayaraq, halda, kimi, əlaqədar olaraq, asılı olaraq və s. sözlərin köməyi ilə xüsusiləşir. Məs: 1) Jəhər yorğun və ac olduğumuza baxmayaraq, körpünü tikdik. 2) Payız olduğu halda, aran yerlərdə isti idi.
Qeyd: Başqa, əlavə sözləri qoşma kimi işləndikdə, halda, kimi sözləri xəbərin yanında işləndikdə xüsusiləşmiş üzv əmələ gətirə bilmir.
Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra vergül qoyu-lur.
2. DƏQİQLƏŞDİRİcİ XÜSUSİLƏŞMİŞ ÜZVLƏR. Də-qiqləşdirici xüsusiləşmiş üzvlər bu və ya digər bir üzvə aid olur, onun mə'nasını konkretləşdirir. Dəqiqləşdirici xüsusiləşmiş üzv-lər olan cümlələrdə əvvəl gələn üzv məzmunca çoxluğu, bütövü, sonra gələn üzv isə çoxluq, ümumilik bildirənin bir hissəsini, bir qismini ayırıb nəzərə çarpdırır və xüsusiləşdirir. Məs: Biz bütün adamlara, o cümlədən də uşaqlara diqqətlə yanaşmalıyıq və s.
Dəqiqləşdirici xüsusiləşmiş üzvlər xüsusən, xüsusilə, o cüm-lə-dən, hətta sözlərinin köməyi ilə formalaşır. Bu sözlər xüsusi-ləş-di-rilən üzvün əvvəlində işlənir. Məs: 1)Bütün siniflər, xüsusən onun-cular yaxşı nəticə əldə etdilər. 2) Onun bütün bədəni, hətta üz-gözü də toz-torpaq içində idi. Dəqiqləşdirici xüsusiləşmiş üzv-lər əlavələrə oxşayır. Lakin onları eyniləşdirmək olmaz. Xüsusi-lə-şən əlavələrlə dəqiqləşdirici xüsusiləşmiş üzvlər mə`na həcminə gö-rə fərqlənir. Əlavə ilə onun aid olduğu üzv mə`naca bərabər olur. Məs: Mən Bəşirə - şəhərli dostuma məktub yazdım.
Dəqiqləşdirici xüsusiləşmiş üzvlər isə ümumilik bildirən üz-vün, bütövün bir hissəsini nəzərə çarpdırır. Məs: Orta məktəbin şa-girdləri, xüsusən 10-cu sinifdə oxuyanlar daha yaxşı işləyirdilər.
Bundan başqa, əlavələrdən əvvəl yə`ni sözü, dəqiqləşdirici xü-susiləşmiş üzvlərdən əvvəl isə xüsusən, xüsusilə, o cümlədən tipli sözlər işlənir.
Dəqiqləşdirici xüsusiləşmiş üzvlərdən əvvəl vergül qoyulur.

VASİTƏSİZ VƏ VASİTƏLİ NİTQ, SİTATLAR

1. VASİTƏSİZ VƏ VASİTƏLİ NİTQ. Danışarkən və ya ya-zarkən bə`zən başqasının nitqini (onun nə dediyini, nə yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: 1) vasitəsiz, 2) vasitəli.
1) Vasitəsiz nitq. Birisinin eynilə işlətdiyimiz sözlərinə vasitəsiz nitq deyilir.
Ünsiyyət prossesində başqasının, bə`zən də özümüzün əvvəl-lər söyləmiş olduğumuz fikri eynilə işlətmək lazım gəlir. Bu cür fikirlərin işləndiyi cümlələr iki hissədən - müəllifin sözlərindən və vasitəsiz nitqdən ibarət olur. Məsələn: Məhəmməd pey-ğəm-bər demişdir: "cənnət anaların ayaqları altındadır" (Müəllifin sözü)c (vasitəsiz nitq).
Müəllifin sözləri çox zaman dedi, əmr etdi, düşündü, fikirləşdi, soruşdu və s. sözlərlə - nitq fe`lləri ilə bitir, cüttərkibli və ya təktərkibli cümlə şəklində formalaşır. Vasitəsiz nitq isə bir, iki, üç və daha artıq cümlədən ibarət olub, müəllif nitqinə intonasiyanın köməyilə qoşulur. Vasitəsiz nitq müəllif təhkiyəsinə daxil olduqda dırnaq arasına alınır, dialoqun tərkib hissəsi olduqda, adətən tire ilə verilir.
Vasitəsiz nitq beş vəziyyətdə işlənə bilər:
1) Müəllifin sözlərindən sonra; məs: M.Qorki demişdir: "Ki--tab bilik mənbəyidir". Əli dedi: - Gəlin dərsdən qaçaq. (M: "V")
2) Müəllifin sözlərindən əvvəl; "Tək bircə anaş qoyun qalsa, mənə bəsdir", - deyə çoban ürəyini sıxmırdı. ("V" M)
3) Müəllifin sözlərinin arasında; məs: Ələm: - Birdən kön-lümə düşdünüz, - dedi. Katibə dəstəyi yerinə qoyub: "Rektor sizi istəyir", - dedi. (M: "V": m)
4) Müəllifin sözlərindən əvvəl və sonra; məs: "Vağzala sür, - dedi, - orada bilərsən" ("V":m: "v")
5) Müəllif nitqi ilə vasitəsiz nitq ardıcıl növbələşə də bilər; məs: -Qızım, bu mənim nəyimə lazımdır? - deyə Xürrəm gülüm-sün-dü. -Bunu sənə bağışlayıblar. (V - m -V)
2) Vasitəli nitq. Vasitəsiz nitqin vəsitəli nitqə çevrilməsi. Başqasının nitqinin eynilə deyil, öz sözlərimizlə dəyişilmiş şəkildə verilməsinə vasitəli nitq deyilir. Bu cür cümlələr müəllifin sözlərindən və başqasının nitqinin məzmunundan ibarət olur.
Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən "ki" bağlayıcısından istifadə olunur, dırnaqlar və tire atılır. Vasitəli nitq budaq cümlə şəklində formalaşır və müəllif nitqindən sonra işlənir. Məs:

Müəllim dedi: «Sabah sifətin dərəcələrini soruşacağam».
Müəllim dedi ki, o sabah sifətin dərəcələrini soruşacaq.

Vasitəli nitqdə şəxs əvəzlikləri vasitəsiz nitqdə olduğu kimi saxlanmır, müəllifin istəyinə uyğun olaraq dəyişdirilir.
Vasitəli nitqdə vasitəsiz nitqə məxsus xüsusi intonasiya olmur və vasitəsiz nitq vasitəli nitqə çevrilərkən xitabları, nidaları, vasitəsiz nitq üçün zəruri olan bə`zi başqa əlamətləri saxlamağa ehtiyac qalmır.


Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz