.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

QRAMMATİK cƏHƏTDƏN cÜMLƏ ÜZVLƏRİ
İLƏ BAĞLI OLMAYAN SÖZLƏR

Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərin hamısı cümlə üzvü olmur. Xitab və ara sözlər belələrindəndir.
1. XİTAB. cümlədə müraciət olunanı bildirən sözlərə xitab deyilir. Xitab, adətən, insana aid sözlərələ ifadə olunur. Çünki bir qayda olaraq, insana müraciət olunur, insanla danışılır. Məs: Sənubər, dərsi bilirsənmi? Dost, hardan gəlirsən? və s.
Xitabdan ya adamları çağırmaq, ya nitqi qüvvətləndirmək, ya da dinləyicinin diqqətini cəlb etmək üçün istifadə edilir.
Xitablar insandan başqa digər canlılara, hətta cansız əşyalara da aid ola bilər. Belə xitablar, bir qayda olaraq bədii dildə, xüsusən şe'rdə, poetik əsərlərdə işlənir. Məs:

De, hara qaçırsan, hara, kəpənək? (başqa canlı)
Salam, a gədiklər, salam, a dağlar! (cansız əşya)

Xitab ismin adlıq halında olur və formal cəhətdən mübtədaya oxşayır. Lakin mübtədadan fərqli olaraq xüsusi intonasiya ilə deyilir və kiçik fasilə ilə cümlənin digər üzvlərindən ayrılır.
Xitab cümlənin əvvəlində gələndə ondan sonra vergül və ya nida, ortasında gələndə hər iki tərəfində vergül, axırında gələndə isə ondan əvvəl vergül, ondan sonra nöqtə, nida və ya sual işarəsi qoyulur. Xitab ayrı-ayrı sözlərlə də, söz birləşmələri ilə də ifadə oluna bilir. Məs:
1) Qızım, kağız götür, qeyd et. (söz, cümlənin əvvəlində)
2) Göy göl, tə'rifini çox etmişəm. (əvvəldə, söz birləşməsi)
3) Qızarmış, sevgilim, al yanaqların (ortada, söz)
4) Ancaq duz-çörəyi itirmə, oğlum! (axırda, söz)
Xitablar ey, ay, a, heç kimi köməkçi vasitələrlə də işlənir. Məs: Gəl, ey qoca Təbriz.
Öz tacını qoy, a dağlar!
Xitablar həm müxtəsər, həm də geniş ola bilirlər. Məs: Dost, hardan gəlirsən? (müxtəsər xitab); Əziz dost, səni çoxdan axtarırdım (geniş xitab). Geniş xitablarda tə'yin də olur.
2. ARA SÖZLƏR. Ara sözlər danışanın ifadə etdiyi fikrə mü-nasibətini bildirir. Ara sözlər həm söz, həm söz birləşməsi, həm də cümlə formasında ola bilirlər. Məs: 1) Təəssüf ki, Səməd çox az yaşadı (söz formasında); 2) Sözün doğrusu, bu iş məni açmır (söz birləşməsi); 3) Görünür, günəşə iştahan vardır (cümlə).
Ara sözlər, əsasən, cümlənən əvvəlində işlənsələr də, bə'zən cümlənən ortasında, bə'zən də cümlənən axırında işlənə bilirlər. cümlənin əvvəlində işlənən ara sözdən sonra vergül, ortasında iş-lənən ara sözün hər iki tərəfində vergül, axırında işlənən ara söz-dən əvvəl vergül, sonra isə cümlənən xarakterinə görə durğu işa-rəsi işlənir. Məs: 1) Məncə, havalar isti keçəcək. 2) Sən, doğur-dan da, cəsarətli adamsan. 3) Yerli igidlərin səsidir, bəlkə?
Ara sözlərin ən çox işlənən mə'na növləri aşağıdakılardır:
1) Yə'qinlik bildirənlər: Əlbəttə, şübhəsiz, həqiqətən, düzü, doğurdan da, doğrusu, yə'qin ki.
2) Güman, şübhə, təəssəf bildirənlər: bəlkə (də), güman (ki), deyəsən, ehtimal (ki), olsun (ki), görəsən, görünür, olmaya, hayıf (ki), çox hayıf, təəssüf (ki) və s.
3) Fikrin mənbəyini, kimə aid olduğunu bildirənlər: Mən-cə, bizcə, mənə görə, sənə görə, deyilənə görə, guya və s.
4) Nitqin hissələri arasında münasibəti (əlaqəni) göstərənlər: nəhayət, beləliklə, deməli, demək, xülasə, qısası, əvvələn, əvvəla, əksinə, birincisi, ikincisi və s.
3. ƏLAVƏ cÜMLƏLƏR VƏ ƏLAVƏ SÖZLƏR. Əlavə cümlə və əlavə sözlər nitqdə fikri dəqiqləşdirmək, şəxs, əşya, hadisə haqqında əlavə mə'lumat vermək məqsədilə işlədilir. Bunlar aid olduqları söz və ifadələrdən sonra, ayrıca söz qrupu kimi əlavə edilir və xüsusi intonsiya ilə fərqləndirilir. Yazıda onlar, adətən, mö'tərizəyə alınır, bə'zən də hər iki tərəfdən tire qoyulur. Məs: 1) – Yox, bizimkilər deyil. Ağam (Səhhət atasını nəzərdə tu-turdu) qapını belə döymür. 2) Şagirdlər dərsdən sonra idman zalına yığışar – buna adət etmişdilər – müxtəlif idman növləri üz-rə məşq edərdilər.
Belə əlavə cümlə və sözlər cümlə üzvlərinin əlavəsinə oxşayır.
4. SÖZ – cÜMLƏLƏR. Dilimizdə elə cümlələr var ki, on-lar üzvlənmir, yə'ni belə cümlələrdə baş və ya ikinci dərəcəli üzvü göstərmək mümkün deyil.
Bir sözdən ibarət olub üzvlənməyən cümlələrə söz cümlə deyilir.
Bir sıra ədatlar, modal sözlər və nidalar nitqimizdə xüsusi intonasiya ilə tələffüz edilir, bitmiş fikir ifadə edir və nəticədə söz-cümlə kimi formalaşır.
Bəli, yox, xeyr, əsla ədatları təklikdə işlənərək bütöv bir cüm-ləni əvəz edir. Məs: Dərsi bilirsənmi? – Bəli. Sizə soyuqdurmu? – Yox və s.
Əlbəttə, bəlkə də, şübhəsiz, şəksiz, yə'qin ki, sözsüz, əsla və s. modal sözlər söz-cümlə ola bilir. Məs: Hamı razı qaldı? – Əlbəttə. Toya gedəcəksənmi? – Şübhəsiz.
Nidalar da söz-cümlə kimi çıxış edə bilirlər. Məs: Hamı oxuyanı alqışladı: - Əhsən!
Qeyd: Ədatlar və modal sözlər cümlə üzvləri ilə birlikdə işlənib, həmin cümlədəki fikrə uyğun mə'na ifadə etdikdə söz-cüm-lə olmur. Məs: Dərsə gedəcəksənmi?– Əlbəttə, getməyim va-cib-di.
Söz-cümlədən sonra, adətən, nöqtə, nida işarəsi, üç nöqtə, az-az hallarda isə sual işarəsi qoyulur.

 

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz