.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

SADƏ cÜMLƏNİN NÖVLƏRİ

Baş üzvlərin iştirakına görə sadə cümlənin iki növü var: 1) cüttərkibli cümlələr; 2) təktərkibli cümlələr.
1. cÜTTƏRKİBLİ cÜMLƏLƏR. cümlənin qrammatik əsa-sı – mübtəda və xəbər cümlənin iki qütbünü təşkil edir və əsas fikir bu üzvlərin vasitəsi ilə ifadəsini tapır. cümlələriimzin böyük əksəriyyətini hər iki baş üzvün iştirakı ilə qurulan cümlələr təşkil edir. Məs: Səhər açıldı. Uşaq qorxudan əsirdi və s.
Hər iki baş üzvün iştirakı ilə qurulan sadə cümlələrə cüttərkibli cümlələr deyilir. Məs: Zəng çalındı. Evin qapısı şiddətlə dö-yüldü.
Mübtədası mən, sən, biz, siz sözlərindən ibarət olan cümlələrdə bəzən həmin əvəzlik – mübtədalar buraxılır. Belə cümlələr də cüttərkibli hesab olunur, çünki onların mübtədasını xəbərdəki şəxs şəkilçisinə əsasən bərpa etmək olur. Məs: Dünən toya getmişdik – Biz dünən toya getmişdik və s.
İkinci dərəcəli üzvlərin (tamamlıq, tə'yin, zərflik) iştirakına görə cüttərkibli cümləlr iki yerə ayrılır.
a) Müxtəsər cümlələr. İkinci dərəcəli üzvlərin iştirak etmədiyi cümlələr müxtəsər cümlələr adlanır. Müxtəsər cümlələrdə yal-nız mübtəda və xəbər (baş üzvlər) olur. Məs: Külək əsir. Yağış yağırdı.
b) Geniş cümlələr. Baş üzvlərlə bərabər ikinci dərəcəli üzvlərin də iştirak etdiyi cüttərkibli cümlələrə geniş cümlələr deyilir. Məs: Hava birdən-birə qaraldı. Murad qırmızı almaları zorla mənə verdi.
2. TƏKTƏRKİBLİ cÜMLƏLƏR. Baş üzvlərdən biri əsasında qurulan sadə cümlələrə təktərkibli cümlələr deyilir. Təktərkibli cümlələr iki növə ayrılır: 1) Xəbər əsasında formalaşanlar; 2) Mübtəda əsasında formalaşanlar.
cüttərkibli cümlələr kimi, təktərkibli cümlələr də müxtəsər və geniş olur.
1) Xəbər əsasında formalaşan təktərkibli cümlələr. Xəbər əsasında, yə'ni mübtədanın iştirakı olmadan formalaşan təktərkibli cümlələr aşağıdakılardır:
a) Şəxssiz cümlə. Qrammatikada şəxs dedikdə mübtəda nəzərdə tutulur.
Mübtədası olmayan və onun təsəvvür edilməsi qeyri-müm-kün olan təktərkibli cümlələrə şəxssiz deyilir. Şəxssiz cümlələrin xəbəri həmişə III (üçüncü) şəxsin təkində olur. Məs: Səhərdir. (müxtəsər cümlə). Əsmərə Qulunun yazığı gəldi. (geniş cümlə). Məktublara diqqətlə baxıldı.
Şəxssiz cümlələrin xəbəri həm nitq hissələri, həm də fe'li fra-zeoloji vahidlərlə ifadə olunur. Məs: Səssizlikdir. Nərimanın həyəcandan rəngi qaçmışdı.
b) Qeyri-müəyyən şəxsli cümlə. Hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən təktərkibli cümlələrə qey-ri-müəyyən şəxsli cümlə deyilir. Məs: Bizi hərbi hissəyə gətirdilər.
Qeyri-müəyyən şəxsli cümlələrin bir qismində elə bil, elə bil ki, sanki, deyəsən, guya ki və s. sözlər işlənir və belə cümlələrdə icraçı qeyri-müəyyən deyil, qeyri-real olur. Məs: Sanki (elə bil, deyəsən və s.), Qəmərin başına bir vedrə qaynar su tökdülər.
Qeyri-müəyyən şəxsli cümlələrin xəbəri III (üçüncü) şəxsin cəmində olur.
Xəbərdəki şəxs şəkilçisinə əsasən, qeyri-müəyyən şəxsli cüm-lələrdə mübtəda kimi onlar sözünü artırmaq olar, lakin konkret mə'na ifadə edə bilmədiyindən həmin sözün artırılması düz-gün deyil. Məs: Onu nahaq yerə gözdən salıblar – Onlar onu nahaq yerə gözdən salıblar və s.
c) Ümumi şəxsli cümlə. Hərəkət və ya hökmün eyni zaman-da hamıya aid olduğunu bildirən təktərkibli cümlələrə ümumi şəx-sli cümlə deyilir. Məs: Palaza bürün, elinən sürün. Əvvəl dü-şün, sonra danış.
Bu cümlələrin xəbəri II şəxsin təkində olsa da, iş, hadisə, hökm təkcə II şəxsə deyil, hamıya – hər üç şəxsin təkinə, həm də cəminə aiddir.
Ümumi şəxsli cümlələrin xəbəri III şəxsin cəmində olan qeyri-müəyyən şəxsli cümlələrdən fərqli olaraq bu cümlələrdə işin icrası bir və ya bir qrup qeyri-müəyyən şəxsə deyil, hamıya, bütün şəxslərə aid olur. Məs: Onu e'zamiyyətə göndərdilər (qeyri-müəyyən şəxsli cümlə). Pilləkanı pillə-pillə qalxarlar (ümumi şəxsli cümlə) və s.
Ümumi şəxsli cümlələr ümumiləşmiş mə'nalar ifadə edir. Ona görə də belə cümlələr əksərən atalar sözləri və məsəllərdən, hikmətli sözlərdən ibarət olur. Məs: Əvvəl arxı tullan, sonra bərəkalla de. İşləməyənə tənbəl deyərlər və s.
Qeyd: Təktərkibli cümlələr də cüttərkibli cümlələr kimi təhlil olunur. Ancaq əvvəlcə onun mübtəda və ya xəbər əsasında əmələ gələn təktərtibli cümlə olduğunu qeyd etmək lazımdır.
2. MÜBTƏDA ƏSASINDA FORMALAŞAN TƏKTƏR-KI-BLI CÜMLƏLƏR. Adlıq cümlə mübtəda əsasında formalaşan təktərkibli cümlədir.
Əşyanın, hadisənin adını çəkməklə onun mövcudluğu haqqında mə'lumat verən təktərkibli cümlələrə adlıq cümlə deyilir. Məs: Qışın ortaları… Axşam… Yenə həmin yer… və s.
Adlıq cümlələr vasitəsilə hər hansı bir hadisənin danışılan vaxtda mövcud olduğu bildirilir, lakin həmin hadisə haqqında əlavə mə'lumat və ya hökm verilmir.
Adlıq cümlələrdə baş üzv (mübtəda) isimlə, ismi birləşmələrlə ifadə olunur.
Adlıq cümlələr də müxtəsər və ya geniş olur. Məs: cəbhə bo-yu. Çöl. Sükut (müxtəsər). Dağın ətəyində gözəl bir ev. Ön tərəfdə bir hovuz (geniş).
3. BÜTÖV VƏ YARIMÇIQ cÜMLƏLƏR. Bütöv cümlələrdə fikrin ifadəsi üçün lazım olan bütün üzvlər iştirak edir. Məs: Zavodun direktoru iclasa gecikmişdi. Atlar yəhərlənmişdi.
Dilimizdə elə cümlələr də var ki, onların bir və ya bir neçə üzvü buraxılmış olur. Məs: Bişirdiyin nədir? – Düyü. – Nə istəyirsən xala? – Oğlumu və s.
Bu tipli cümlələr yarımçıq cümlə adlanır.
Bir və ya bir neçə üzvü buraxılan, lakin asanlıqla bərpa edilən cümlələrə yarımçıq cümlələr deyilir.
Yarımçıq cümlələrdə buraxılmış üzvləri (həm baş üzvlər, həm də ikinci dərəcəli üzvlər buraxıla bilər) əvvəlki cümlələrin köməyi ilə asanlıqla bərpa etmək olar. Məs: Bu oğlan kimdir? – Mənim dostumdur. Bunu kim deyir? – Mən.
Misal göstərilən cümlələri aşağıdakı şəkildə asanlıqla bərpa etmək olar. Bu oğlan mənim dostumdur. Bunu mən deyirəm.
Yarımçıq cümlələrdən daha çox dialoqlarda istifadə olunur.
Qeyd: Yarımçıq cümlələr də bütöv (cüttərkibli və təktərkib-li) cümlələr kimi təhlil edilir. Bütöv cümlələrdən fərqli olaraq, be-lə cümlənin yarımçıq olduğunu və məhz hansı üzvlərin buraxıldığını göstərmək lazımdır.

 

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz