.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

HƏMcİNS ÜZVLÜ cÜMLƏLƏR

1. HƏMCINS ÜZVLƏR HAQQINDA MƏ'LUMAT. Eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlərə həmcins üzvlər deyilir. cümlənin bütün üzvləri həmcins ola bilər. Məs: 1. Əli, Məmməd və Həsən dərsdən gəldilər. (kim? -mübtəda) 2. Uşaqlar gülür, danışır, oynayırdılar (nə edirdilər? - xəbər) 3. Rza qardaşına, bacısına və bacısı qızına hədiyyə almışdı (kimə? - tamamlıq) 4. Gələn elçi ucaboy, enlikürək, yaraşıqlı bir adam idi (necə? – tə'yin) 5. Qulu tələsə-tələsə, tövşüyə-tövşüyə içəri girdi (necə? - zərflik)
Və, ilə bağlayıcıları ilə bağlanan həmcins üzvlərdən başqa, digər həmcins üzvlər arasında vergül qoyulur.
Qeyd: 1. Tə'yinlər həm həmcins, həm də həmcins olmaya bilir.
a) Sadalanma intonasiyası ilə tələffüz edildikdə və hər biri bir başa tə'yinlənən üzvə aid olduqda həmcins olur. Məs: Rauf qara, qırmızı, yaşıl qələmləri mənə verdi.
b) Az-çox biri digərinə aid olan və sadalanma intonasiyası ilə tələffüz edilməyən tə'yinlər həmcins ola bilmir. Məs: Yaşıl eynəkli adam çıxıb getdi.
2. Emosionallıq, ifadəlilik məqsədilə təkrar edilən sözlər həmcins sayılmır. Məs: Gülün, gülün, uşaqlar!
2. HƏMCINS ÜZVLƏR ARASINDA BAĞLAYICILAR. Həmcins üzvlər tabesizlik bağlayıcıları ilə əlaqələnir. Həmcins üzvləri əlaqələndirən tabesizlik bağlayıcıları mə'naca beş qrupa bölünür:
1) Birləşdirmə bağlayıcıları: və, ilə (-la, -lə). Məs: Rza və (ilə) Qafar getdilər. (İlə bağlayıcısını ilə qoşması ilə qarışdırmaq olmaz. «İlə» bağlayıcı kimi işləndikdə «və» bağlayıcısı ilə əvəz oluna bilir).
2) Bölüşdürmə bağlayıcıları: ya, ya da, və ya, yaxud da, gah, gah da. Məs: Səməd müalicə olunmaq üçün ya Kiyevə, ya da Moskvaya getməlidir. Gah yağış, gah da qar yağırdı.
3) İştirak bağlayıcıları: həm, həm də (ki), hətta, da, də. Məs: Aşıq həm çalır, həm oxuyur, həm də oynayır. Qasım da, Mirzə də, Hacı da məktəblidir.
4) İnkar bağlayıcıları: nə, nə də (ki). Məs: Həsən bəy nə inadından əl götürmür, nə də istəyinə çata bilirdi.
5) Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin. Məs: Göyərçin dinmək istədi, amma udqunub dayandı.
Yadda saxlamaq lazımdır:
- Həmcins üzvləri bağlayan amma, ancaq, lakin bağlayıcılarından əvvəl vergül qoyulur. Məs: Güllə atıldı, ancaq quşa dəymədi.
- Həm, həm də, nə, nə də, ya, ya da, gah, gah da bağlayıcıları ilə bağlanan həmcins üzvlərdə təkrar olunan bağlayıcılardan əvvəl vergül qoyulur. Məs: Yağış gah yağır, gah da kəsirdi.
- Da (də) bağlayıcısının təkrarlanması ilə bağlanan həmcins üzvlərdə həmin bağlayıcıların əvvəlincisindən (və ya əvvəlincilərindən) sonra vergül qoyulur. Məs: Atam da, anam da, dayım da Bakıya getdilər.
Qeyd: cümlədə həmcins xəbər yerində işlənən yox, deyil sözlərindən sonra da vergül qoyulur. Məs: Bina məktəb üçün deyil, klub üçün tikilmişdir.
3. HƏMCINS ÜZVLƏRDƏ ÜMUMILƏŞDIRICI SÖZ-LƏR. Həmcins üzvlərin hamısına aid olan və onları ümumiləşdirən cümlə üzvünə (sözə) ümumiləşdirici söz deyilir. Ümumiləşdirici sözlər həmcins üzvlərdən həm əvvəl, həm də sonra işlənə bilərlər: Məs: İçəridəkilər: müəllim və şagirdlər çaşıb qaldılar. Tarlalarda, meşələrdə, zəmilərdə – hər tərəfdə bir sükut hökm sürürdü.
Ümumiləşdirici sözlər həmcins üzvlərdən əvvəl gələndə ondan sonra iki nöqtə, sonra gələrsə ondan əvvəl tire işarəsi qoyulur. (Yuxarıdakı misallara diqqət etməli. Birinci cümlədə «içəridəkilər» (mübtəda), ikinci cümlədə isə «hər tərəfdə» (yer zərfliyi) sözləri ümumiləşdirici sözlərdir).
Qeyd: 1. Bə'zən ümumiləşdirici sözlərdən sonra «yə'ni», «mə-sələn» sözləri işlədilir. Bu zaman həmin sözlərdən sonra iki nöqtə, ümumiləşdirici sözlərdən sonra vergül qoyulur. Məs: Bütün şagirdlər, yə'ni: həm oğlanlar, həm də qızlar dərsə hazır idilər.
2. Bə'zən həmcins üzvlərdən sonra ümumiləşdirici sözdən əvvəl «bir sözlə» tipli yekunlaşdırıcı sözlər işlənir. Belə hallarda həmcins üzvlərdən sonra tire, belə sözlərdən sonra vergül qoyulur. Məs: Ordu, qaçqınlar, əsirlər – bir sözlə, aləm bir-birinə qarışıb.
4. HƏMCINS ÜZVLƏRDƏ ŞƏKILÇILƏRIN VƏ HIS-SƏ-CIKLƏRIN IXTISARI. İxtisarlar aşağıdakı kimidir:
1. Sonuncusunda saxlanılmaqla, həmcins mübtədaların cəm şəkilçisi ixtisar olunur. Məs: Bu gün müəllim, tələbə və aspirantlar iməcliyə toplaşmışdılar.
2. Sonuncusunda saxlanılmaqla, həmcins tamamlıqlarda hal şəkilçisi ixtisar olunur. Məs: Rasim Rəşad, cəmilə və Rəşidi gəzməyə aparmışdı.
3. Sonuncu saxlanılmaqla, həmcins xəbərlərdə şəxs şəkilçiləri ixtisar olunur. Məs: Körpələr gülür, danışır, oynayırlar.
4. Həmcins xəbərlər tək olarsa, «idi», «imiş» hissəcikləri, cəm olarsa, hissəcik və şəkilçi ixtisar olunur. Məs: Samir oxuyur, yazır və şəkil çəkirdi. Həkimlər tələsir, ora-bura qaçır, xəstəni vəziyyətdən çıxarmaq istəyirdilər.
5. Sonuncusunda saxlanılmaqla, həmcins üzvlərdən sonra gələn ilə (-la, -lə) qoşması ixtisar olunur. Məs: Həsən Qulu, Orxan və Şaiqlə kitabxanaya getdi.
5. XƏBƏRIN HƏMCINS MÜBTƏDALARLA UZLAŞ-MA-SI. Həmcins müb-tə-dalar həm şəxs əvəzlikləri, həm də isimlərlə ifadə oluna bilir. Be-lə cümlələrdə xəbərin onlarla uzlaşması aşağıdakı qaydada olur:
1. Müxtəlif şəxslərdə olan həmcins mübtədalardan biri I şəxsdə olanda xəbər I şəxsin cəmində olur. Məs: Biz, siz və onlar bir dərddəyik.
2. Həmcins mübtədalar II və III şəxsdə olarsa, xəbər II şəxsin cəmində olur. Məs: Sən və Asif rayona getməlisiniz.
3. Həmcins mübtədalar üçüncü şəxsdə olan sözlərlə (əvəzlik və isimlərlə) ifadə edildikdə xəbər də III şəxsdə olur. Məs: Sona, Samirə və Roza dərsdən qaçdılar.
Qeyd: Həmcins üzvlü cümlələr də sadə cümlələr kimi təhlil olunur. Təhlil zamanı hansı üzvlərin həmcins olduğunu, hansı vasitələrlə əlaqələndiyini, ümumiləşdirici sözün olub-olmadığını və s. göstərmək lazımdır.
6. SADƏ CÜMLƏDƏ SÖZLƏRIN SIRASI VƏ MƏNTI-QI VURĞU: Müxtəsər cümlələrdə əvvəl mübtəda, sonra xəbər gəlir. Məs: Qapı açıldı.
Geniş cümlələrdə isə sözlərin sırası əsasən aşağıdakı kimidir: Mübtəda əvvəldə, xəbər sonda, tə'yin həm mübtədadan əvvəl, həm də sonda gələ bilər. Tamamlıqlar mübtədadan sonra, xə--bərdən əvvəl, zərflik isə çox vaxt xəbərin yanında, ondan əvvəl işlənir.
Məqsəddən asılı olaraq, cümlə üzvlərinin sırası dəyişə bilər və göstərilənlər məcburi deyil. Misallara diqqət etməli: 1) O, əlcəyi və corabı həkimin qabağına qoydu. 2) Yüklü dəvələr karvansaranının qabağında dayandı. 3) Bizə oyunu udmaq lazımdır.
cümlədə müəyyən sözün başqalarına nisbətən qüvvətli tələffüzünə məntiqi vurğu deyilir. Məntiqi vurğu fikri söyləyənin şəxsi münasibətlərindən daha çox asılı olur. Məs: Sənin atan kən-də gedir? Sənin atan kəndə gedir? Sənin atan kəndə gedir? Sənin atan kəndə gedir?


Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz