.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

cÜMLƏ VƏ cÜMLƏ ÜZVLƏRİ

1. cÜMLƏ. Bitmiş bir fikri bildirən söz və söz birləşmələri cümlə adlanır. cümlə vasitəsilə bir iş və ya hadisə haqqında mə'-lu-mat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Məs: Qar ya-ğır. Atam evdədirmi? Səhər lap tezdən gəlin! Gecdir.
cümlə qurluşca sadə və mürəkkəb olur. Mübtəda və xəbər cümlənin qrammatik əsasını təşkil edir.
a) Sadə cümlənin yalnız bir qrammatik əsası olur. Məs: Qapı şiddətlə döyüldü.
b) İki və ya daha qrammatik əsası olan cümlələr mürəkkəb cüm-lə adlanır. Məs: Zəng çalındı, müəllim içəri girdi.
2. cÜMLƏNİN MƏQSƏD VƏ İNTONASİYAYA GÖRƏ NÖVLƏRİ. Hər bir cümlə müəyyən bir məqsədlə deyilir və hər cümlənin özünəməxsus intonasiyası var. Bu cəhətdən cümlələr dörd cür olur:
1) NƏQLİ cÜMLƏ. Bu cümlələr bir hadisə, əşya, əlamət və s. haqqında mə'lumat vermək məqsədi ilə işlədilir. Nəqli cüm-lə-lər adi intonasiya ilə deyilir. Məs: Qardaşım ali məktəbdə oxu-yur. Uşaqlar Novruz bayramında bir yerə yığışmışdılar.
2) SUAL cÜMLƏSİ. Sual məqsədilə işlənən cümləyə sual cüm-ləsi deyilir. Sual cümləsinin üç növü var:
a) Sual əvəzliklərinin köməyi ilə yaranan sual cümlələri. Məs: Kim dərsə hazırdır?
b) Sual ədatlarının köməyi ilə yaranan sual cümlələri. Məs: Məgər bu barədə sənə deyilməmişdi?
c) Yalnız sual intonasiyası ilə əmələ gələn sual cümlələri. Məs: Ali məktəbdə oxuyur?
Sual ədatları və intonasiya ilə əmələ gələn sual cümlələrinə hə-min cümlələrin özlərini, ya da bir hissəsini təkrar etməklə, yaxud da onlara «bəli», «xeyir» sözləri ilə cavab vermək olar. Sual əvəzlikləri ilə düzələn sual cümlələrində isə bu mümkün deyil. Belə cümlələrdə əvəzliyin əvəzinə onun tələb etdiyi sözü işlətmək lazımdır. Məs: Şəhriyar harada anadan olmuşdur? – cümləsinə cavab belə verilməlidir: Şəhriyar Təbrizdə anadan olmuşdur.
3) ƏMR cÜMLƏSİ. Əmr cümləsi əmr, xahiş, məsləhət, istək və s. mə'nalarını ifadə edir. Əmr cümləsinin xəbəri fe'lin əmr şəkli ilə ifadə olunur. Bu əmr cümləsi üçün qrammatik göstərici hesab olunur. Məs: Tez olun, qapını örtün!
4) NİDA cÜMLƏSİ. Yüksək hiss-həyəcanla tələffüz edilən cümlələrə nida cümləsi deyilir. Məs: Ah…dünya nə qədər gözəldi!
Nida cümləsinin xüsusi forması yoxdur. Nəqli, sual və əmr cümlələri xüsusi intonasiya ilə deyiləndə nida cümləsinə çevrilir. Bu cümlə tipi iki yolla əmələ gəlir:
a) Yalnız intonasiya vasitəsi ilə. Məs: Lağ-lağ danışıb başlama fəryada, əkinçi!
b) Nidaların köməyi ilə. Məs: Of… partla ürəyim! Yazıq Xuraman!
3. cÜMLƏ ÜZVLƏRİ. Hər hansı söz cümlə üzvü olmaq üçün ilk növbədə leksik mə'naya malik olmalı, başqa bir sözlə sintaktik əlaqəyə girməlidir.
cümlə üzvləri əsas nitq hissələri və söz birləşmələri ilə ifadə olunurlar. Köməkçi nitq hissələri və xüsusi nitq hissəsi olan nida cümlə üzvü yerində işlənə bilmir.
Nitq hissələri ilə ifadə olunan cümlə üzvləri sadə üzvlər, söz birləşmələri ilə ifadə olunanlar isə mürəkkəb üzv adlanırlar.
cümlənin beş üzvü var. Bu üzvlər cümlənin təşkilindəki roluna görə iki növə ayrılırlar.
1. BAŞ ÜZVLƏR. mübtəda, xəbər
2. İKİNcİ DƏRƏcƏLİ ÜZVLƏR: tamamlıq, tə'yin, zərflik.
Mübtəda və xəbər cümlənin qrammatik əsasını təşkil edirlər. Bu o deməkdir ki, baş üzvlərin iştirakı olmadan (heç olmasa birinin) cümlə yalnız yarana bilməz, bitmiş fikir ifadə olunmaz.
4. MÜBTƏDA. cümlənin fikir özülünü bildirən, adlıq halda olub, kim? nə? hara? suallarından birinə cavab verən cümlə üzvünə mübtəda deyilir. cümlədə mübtəda varsa, iş, hal, hərəkət, əlamət onunla bağlıdır. Mübtədanın ifadə vasitələri müxtəlifdir.
a) Mübtəda əsasən isim və əvəzliklərlə ifadə olunur. Məs: Na-miq evə getdi. Biz onunla dostuq.
b) Məsdərlər də mübtəda yerində işlənə bilər. Məs: Oxumaq yaxşı şeydir. Yaşamaq gözəldir.
c) Sifət, say, işarə əvəzlikləri, fe'li sifətlər substantivləşərək (isimləşərək) mübtəda yerində işlənir. Məs: Qırmızı qaradan yaxşıdır (sifət). Birincilər qalib gəldilər (say). Bu, maraqlıdır (əvəzlik). Gələn məktəbin müdiridir (fe'li sifət).
ç) Mübtəda mürəkkəb adlarla, ikinci və üçüncü növ tə'yini söz birləşmələri ilə, məsdər və fe'li sifət tərkibləri ilə ifadə oluna bilir. Pəncərə şüşəsi sındı (ikinci növ tə'yini söz birləşməsi). Evin qapısı açıldı (üçüncü növ tə'yini söz birləşməsi). Həmişə yaxşı oxumaq lazımdır (məsdər tərkibi). Mərd anadan süd əmənlər mərd olar (fe'li sifət tərkibi).
Nitq hissələri ilə ifadə olunan mübtədalar sadə, mürəkkəb adlar və söz birləşmələri ilə ifadə olunan mübtədalar mürəkkəb mübtəda adlanır.
Mübtəda o, bu işarə əvəzlikləri ilə ifadə olunduqda, ondan son-ra vergül qoyulur. Məs: Bu, qartal idi. O, cəld qanadlarını aç-dı.
Qeyd: O, bu işarə əvəzlikləri ilə ifadə olunan mübtədalardan sonra fe'l və köməkçi nitq hissəsi işləndikdə vergül qoyulmaz. Məs: O uçdu. Bu da məni pərt etdi.
Qeyd: Var, yox, lazım, gərək, mümkün, bəs tipli sözlərlə və sual əvəzlikləri ilə ifadə olunan cümlə üzvləri sual tələb etmir. Məs: Sənə sözüm var. Sizə nə lazımdır? Mənə bu da bəsdir. Gələn kimdir? və s.
5. XƏBƏR. Mübtədaya aid hərəkət və ya hökmü bildirən baş üzvə xəbər deyilir. Xəbər nə edir? (fe'lin bütün şəkil və zaman-larında), kimdir? nədir? necədir? neçədir? haradadır? və s. suallarından birinə cavab olur. Məs: Yarpaqlar töküldü. Fəridə gözəldir və s.
Xəbər həm əsas nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur. Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, birləşmələrlə ifadə olunanlar mürəkkəb hesab olunur.
Xəbər ifadə vasitələrinə görə iki cür olur: fe'li xəbər, ismi xəbər
a) FE'LI XƏBƏRLƏR. Fe'li xəbər təsriflənən fe'llərlə (fe'lin əmr, xəbər, arzu, vacib, lazım və şərt şəkilləri ilə) ifadə olunur. Məs: Körpə güldü. Ülvü bizə gələsidir. Mən getməliyəm və s.
Fe'li xəbərlər fe'li frazeoloji birləşmələrlə də ifadə olunur. Məs: İgidlər dərdə düşdü. Bayram köksünü ötürdü və s.
Qeyd: Başlamaq, istəmək, bilmək, olmaq, etmək fe'lləri əksərən başqa sözlərə birləşərək xəbər vəzifədə işlənir. Məs: Mən yatmaq istəyirəm. Müğənni oxumağa başladı və s.
Başlamaq, istəmək, olmaq sözləri müstəqil şəkildə işlənib xəbər ola bilirlər. Məs: Biz oynamağa başladıq. Mən kitab istəyirəm. İslam şəhərdə olur.
b) İSMI XƏBƏRLƏR. İsmi xəbərlər adlarla (fe'l olmayan nitq hissələri ilə) ifadə olunur. Məs: Murad şagirddir (isim). Sənin qiy-mətin beşdir (say). Rəsmiyyə yaraşıqlıdır (sifət). Qələbə bizimlədir (əvəzlik) və s.
İsmi birləşmələrlə, fe'li sifət tərkibləri və məsdərlə ifadə olunan xəbərlər də ismi xəbər adlanırlar.
cümlədə var, yox, lazım, mümkün, bəs sözləri də ismi xəbər kimi işlənir və heç bir suala cavab olmur. Məs: Evdə heç kəs yoxdur. Bizə bircə xal lazımdır. Oxumaq mümkündür və s.
İdi, imiş köməkçi sözləri özündən əvvəlki söz və birləşmələrlə birlikdə xəbərin tərkib hissəsi kimi çıxış edir və bu sözlər(idi, imiş) xəbərin quruluşuna tə'sir etmir. Məs: O, kəndə gəlməli imiş. Roza Muradın bacısı idi.
6. XƏBƏRİN MÜBTƏDA İLƏ ŞƏXSƏ VƏ KƏMİY-YƏ-TƏ GÖRƏ UZLAŞMASI. Xəbər mübtəda ilə şəxsə görə həmişə uzlaşır. Mübtəda hansı şəxsdə olarsa, xəbər də həmin şəxsin şəkil-çisini qəbul edərək onunla uzlaşır. Məs: Biz razıyıq. Qızlar palaz toxuyurlar və s.
İnsan anlayışı bildirən mübtədalar birinci və ikinci şəxslərin həm tək, həm də cəmlərində həmişə kəmiyyətcə xəbərlə uzlaşır. Məs: Mən oxuyuram. Biz oxuyuruq. Sən oxuyursan. Siz oxu-yursunuz.
Üçüncü şəxsin təkində uzlaşma əlaqəsi həmişə baş verir, cə-mində isə bu əlaqə həm ola, həm də olmaya bilər. Məs: O, oxu-yur, Onlar oxuyur (oxuyurlar).
Heyvan və quş anlayışı bildirən mübtəda cəm olduqda xəbər həm tək, həm də cəm ola bilər. Məs: İtlər hürürdü (İtlər hü-rür-dülər). Qarğalar uçur (Qarğalar uçurlar).
İnsan və heyvan anlayışı bildirməyən mübtədalarla xəbər kə-miyyətcə əksərən uzlaşmır. Məs: Ağaclar kəsildi. Zəmilər biçil-di.
7. cÜMLƏNİN İKİNcİ DƏRƏcƏLİ ÜZVLƏRİ: Tamam-lıq, tə'yin və zərflik cümlənin ikinci dərəcəli üzvləridir. İkinci dərəcəli üzvlərdən tamamlıq və zərflik xəbərlə bağlı olur, xəbəri izah edib aydınlaşdırır. Tə'yin isə mübtəda, tamamlıq və əşya məz-munlu digər üzvlərə aid olur.
8. TAMAMLIQ. cümlədə əşya bildirən, adlıq və yiyəlik hal-lardan başqa, qalan halların suallarına cavab verən ikinci dərəcəli üzvə tamamlıq deyilir. Tamamlıq hərəkət və əlamətin ob-yektini bildirir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? kimdə? nədə? kim-dən? nədən? nə? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab olur.
Tamamlığın ifadə vasitələri aşağıdakılardır:
a) İsim. Məs: Qulu kitabı oxudu. Əhməd Məmmədə baxdı.
b) Əvəzlik. Məs: Səni axtarırlar. Bacım mənə köynək almışdı.
c) Substantivləşmiş, yə'ni ismin xüsusiyyətlərini qəbul etmiş sifət, say, işarə əvəzliyi, zərf və fe'li sifətlər tamamlıq vəzifəsində işlənə bilərlər. Məs: Murad qırmızını bəyənmədi (sifət). Direktor onunculara təşəkkür etdi (say). Bunu qardaşım alıb (əvəzlik). Qaçanı qovmazlar (fe'li sifət). O, əli ilə irəlini göstərdi (zərf).
ç) Məsdərlər də cümlədə tamamlıq yerində işlənir. Məs: O, oxumağa vərdiş etmişdi. Yaşamağı bacarmaq lazımdır.
d) Tamamlıq ikinci və üçüncü növ tə'yini söz birləşmələri, fe'li sifət və məsdər tərkibləri ilə də ifadə olunurlar. Məs: Rauf məktəb direktorunu gözləyirdi (ikinci növ tə'yini söz birləşməsi). Məmməd kitabın cildini bəyənmədi (Üçüncü növ t. s. b.). Rəşid mey-danda at oynatmaqdan zövq alırdı (məsdər tərkibi). Anası Mirzə ilə Xasayın ürəyindən keçənlərdən xəbərsiz idi (fe'li sifət tərkibi).
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar sadə tamamlıqlar, söz birləşmələri və tərkiblərlə ifadə olunan tamamlıqlar isə mürəkkəb tamamlıqlar adlanır.
9. Vasitəsiz və vasitəli tamamlıqlar - Tamamlıq vasitəsiz və vasitəli olur.
a) vasitəsiz tamamlıqlar ismin tə'sirlik halında olur, tə'sirli fe'llə əlaqələnir və kimi? nəyi? nə? suallarından birinə cavab olur. Vasitəsiz tamamlıqların iki növü var: 1) müəyyənlik bildirən vasitəsiz tamamlıqlar; 2) qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar tə'sirlik halın müəyyənlik bildirən formasında olan söz və birləşmələrlə ifadə edilir və kimi? nəyi? suallarından birinə cavab olurlar. Məs: Qulu dəftərləri yoxladı. Məktəbin direktorunu işdən azad etdilər.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamalıqlar qeyri-müəy-yən tə'sirlik halda olan söz və birləşmələrlə ifadə olunur və nə? sualına cavab olur. Məs: İlham qardaşına qırmızı qələm bağış-la-dı. Quzu su içir. Biz burada yanalma körpüsü tikməli idik.
Qeyd: Ayrılıqda kim? sualına cavab verən sözlər vasitəsiz tamamlıq kimi işləndikdə nə? sualına cavb verir. Məs: Universitet nə qəbul edir? – Tələbə.
b) Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq halının suallarına (kimə? nəyə? kimdə? nədə? Kimdən? nədən?), eyni zamanda kim ilə? nə ilə? kim üçün? nə üçün? nə barədə? suallarına cavab olan sözlərlə ifadə olunur və həmin suallara da cavab olur. Məs: Səndə gözəl qabiliyyət var. İtkinlər barədə nə bilirsiniz? Sənin üçün boyunbağı almışam və s.
Tamamlıq adətən fe'li xəbərə aid olur. Lakin vasitəli tamam-lıqlar bə'zən ismi xəbərlərlə də əlaqələnə bilirlər. Məs: Məm-məd qardaşından ağıllıdır. Səməd Vurğunda dağlarımızın əzə-mə-ti vardı.
10. TƏ'YİN. İsimlə ifadə olunan hər hansı bir üzvü müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvə tə'yin deyilir. Tə'yin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? suallarından birinə cavab olur. Məs: Sevil çox ağıllı qızdır. Rasim beş kitab aldı və s.
Tə'yin əsasən sifət, say, fe'li sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məs: Yaşıl işıq yandı (sifət). Toyda yüz adam iştirak edir-di (say). Bu kitab çox maraqlıdır (işarə əvəzliyi). Çalışqan şagirdləri hamı sevir (fe'li sifət).
İsim və zərflər də atributivləşdikdə (sifətləşdikdə) tə'yin vəzifəsində işlənirlər. Məs: Doktor cavadzadə rezin əlcəkləri əlinə taxdı (isim). Aşağı otaqlar qaranlıq idi (zərf).
Tə'yin ismi birləşmələr və fe'li sifət tərkibləri ilə də ifadə oluna bilər. Məs: Qəza rəisi Kərim xan Tiflisə yola düşdü (ikinci növ tə'yini söz birləşməsi). Yaşıl meşədən çıxan maral səhraya üz qoydu (fe'li sifət tərkibi).
cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin tə'yini ola bilər.
Nitq hissələri ilə ifadə olunan tə'yinlər sadə, söz birləşməsi və tərkiblərlə ifadə olunan tə'yinlər mürəkkəb tə'yin adlanır.
11. ZƏRFLİK. cümlədə hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətlərdən izah edən ikinci dərəcəli üzvə zərflik deyilir. Məs: Qapı şiddətlə döyüldü. Uşaq qaça-qaça içəri girdi. Xəstələndiyi üçün dərsə getməmişdi. Xəstələndiyi üçün rəngi solğun idi.
Zərflik hərəkətin icra vəziyyətini bildirdikdə fe'li xəbərə, (əvvəlinci üç misalda olduğu kimi), əlamətin meydana çıxma səbəbini göstərdikdə (sonuncu cümlə) ismi xəbərə aid olur.
12. ZƏRFLİYİN İFADƏ VASİTƏLƏRİ. Zərfliklər əsasən aşağıdakı nitq hissələri və söz birləşmələri ilə ifadə olunurlar.
a) Zərflərlə. Məs: Hadisə çoxdan olmuşdu. Hava yavaş-yavaş aydınlaşmağa başladı. Azad gülə-gülə içəri girdi.
b) Yer və zaman mə'nalı isimlərlə. Məs: Həsən Kərimi şəhərə yola saldı. Rauf hər yay istirahətə gedirdi.
c) Fe'li bağlamalarla. Məs: Qar yağanda bu dağların üzünü görmə.
ç) Qoşma artırılmış isimlərlə. Məs: Bacısı Arzudan ötrü gəlmişdi.
d) Qoşma artırılmış məsdərlərlə. Məs: Yaralı yıxılmamaq üçün ağaca söykənmişdi.
e) Sual əvəzlikləri ilə. Məs: Bakıya niyə gedirsən?
Nitq hissələri ilə, yə'ni yuxarıdakı qayda ilə ifadə olunan zərfliklər sadə zəfliklər adlanırlar.
Mürəkkəb zərfliklər isə ismi və fe'li birləşmələrlə ifadə olunurlar. Məs: Dağların qoynunda bir dəniz vardır (ismi birləşmə, 111 növ). Şah uzaq vilayətlərə səfərə çıxanda oğlunu da özü ilə aparardı (fe'li bağlama tərkibi) və s.
Qeyd: Fe'li bağlama tərkibləri bir qayda olaraq zərflik vəzifəsində işlənir.
13. ZƏRFLİYİN MƏ'NA NÖVLƏRİ. Zərflik əksərən fe'li xəbərə, bə'zən də ismi xəbərə aid olur. Fe'li xəbərə aid olanda işin, ismi xəbərə aid olduqda əlamətin meydana çıxmasının icra tərzini, zamanını, yerini, miqdarını, səbəbini və məqsədini bildirir. Buna görə də zərfliyin aşağıdakı mə'na növləri vardır:
1) Tərzi-hərəkət zərfliyi. İşin, hərəkətin icra tərzini bildirir və necə? nə cür? nə tərzdə? nə vəziyyətdə? suallarından birinə cavab verir və əsasən, tərzi-hərəkət zərfləri, fe'li bağlama tərkibləri ilə ifadə olunur. Məs: Uşaq zorla nəfəs alırdı. Ağıllı adam qabaqcadan söz verməz. Səkinə gözlərini qırpmadan anasına baxırdı. Pəhləvan qızmış nər kimi irəli atıldı. Sarayın bütün hörmətli adamları ayaq üstə, əmrə müntəzir dayanmışdı.
2) Zaman zəfliyi. İşin, hadisənin, hərəkətin zamanını bildirir və nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxtadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab olur. Bu zərfliklər zaman zərfləri, zaman mə'nalı isimlər, fe'li bağlama və fe'li bağlama tərkibləri, ismi birləşmələr və s. ifadə olunurlar. Məs: Səhərlər hava soyuq olur. Yaya qədər işlərimizi qurtarmalıyıq. Sənubərlə üz-üzə gələndə çox sevindim. Ev qışa qədər tə'mir olunmalıdır və s.
3) Yer zərfliyi. İşin, hərəkətin, hadisənin yerini bildirir və hara? haraya? harada? haradan? suallarından birinə cavab olur. Yer zərfləri, yer bildirən isimlər və ismi birləşmələrlə ifadə olunur. Məs: Murad meşəyə getdi. Ora getmək üçün maşın lazımdır. Kəndimizin aşağısından kiçik bir çay axır və s.
4) Kəmiyyət zərfliyi. İşin, hərəkətin nə qədər, hansı nisbətdə icra olunduğunu bildirir və nə qədər? sualına cavab olur. Zərfliyin bu növü bə'zən hərəkətin dərəcəsini də bildirir və nə dərəcədə? nə dərəcəyə? suallarına cavab verir. Kəmiyyət zərfliyi miqdar zərfləri, ismi birləşmələr və s. ilə ifadə olunur. Məs: Məm-məd bir qədər irəli getdi. Yol artıq dərəcədə təhlükəli idi. Meşədə xeyli yubandıq. Qələbəyə yüz faiz əminik və s.
5) Səbəb zərfliyi. Hərəkətin və ya əlamətin səbəbini bildirir və niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarından birinə cavab olur. Səbəb zərfliyi üçün, ötrü, görə qoşmalarının artırıldığı sözlər, birləşmələr, fe'li bağlama və fe'li bağlama tərkibləri, sual əvəzlikləri və ismi birləşmələrlə ifadə olunurlar. Məs: Əli yatdığı üçün işə yubanmışdı. Rəfiqə dərsə gecikdiyi üçün müəllimdən üzr istədi. İlham dostları ilə görüşə getdiyinə görə müəllimdən icazə almışdı.
6) Məqsəd zərfliyi. İşin, hərəkətin məqsədini bildirir və niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab olur. Məqsəd zərfliyi bə'zi isim,məsdər və məsdər tərkibləri (çox vaxt bunlara üçün, ötrü qoşmaları əlavə edilir), sual əvəzlikləri, ismi birləşmələrlə ifadə olunur. Məs: Şəhərə oxumaq üçün gəlmişəm. Biz vətəni müdafiə etmək üçün vuruşuruq.
Səbəb zərflikləri ilə məqsəd zərflikləri arasında oxşarlıq var-dır. Bunları fərqləndirmək üçün aşağıdakıları yadda saxlamaq lazımdır:
1) Səbəb zərfliyinin ifadə etdiyi iş xəbərdəki işdən əvvələ aid olur. Məs: Sənubər xəstələndiyi üçün tədbirə gələ bilməmişdir.
2) Məqsəd zərfliyinin ifadə etdiyi iş isə xəbərdəki işdən sonraya aid olur. Məs: İlham nənəsini yoxlamaq üçün hər həftənin bazar günü kəndə gedirdi.
3) Səbəb zərflikləri nə məqsədlə? sualına cavab verə bilmədiyi halda, məqsəd zərflikləri nə məqsədlə? sualına cavab olur. Məs: Şahın üzünə ağ olduğum üçün məni buraya göndəriblər (səbəb zərfliyi). Dəvə sahibləri Madara kömək etmək üçün Lalənin adamlarına qoşuldular (məqsəd zərfliyi).
Qeyd: Zərfliyin yuxarda qeyd olunan mə'na növlərindən başqa, şərt və qarşılaşdırma növləri də vardır ki, bunlar xüsusiləşmiş tərkiblərlə ifadə olunur və «Xüsusiləşmələr» bəhsində öyrənilir.
Suallarının bir qismi tə'yinin sualları ilə eyni olan tərzi-hərəkət zərfliyini tə'yinlə qarışdırmaq olmaz. Tə'yin isimlə ifadə olunmuş üzvü izah edərək ondan əvvəl gəlir, tərzi-hərəkət zərfliyi isə fe'lə aid olur. Məs: Minayə gözəl bir qələm almışdı. Toya xeyli adam gəlmişdi (tə'yin). Minayə gözəl danışırdı. Toyda xeyli oynadım (zərflik).
14. cÜMLƏ ÜZVLƏRİNİN ƏLAVƏSİ. cümlədə özündən əvvəlki üzvün mə'nasını izah edən, konkretləşdirən sözə və ya söz birləşməsinə əlavə deyilir. Məs: Fikrim dənizə – Xəzərə yönəldi.
Bütün cümlə üzvlərinin əlavəsi olur və əlavələr aid olduğu cümlə üzvündən sonra gəlir.
a) Mübtədanın əlavəsi – Ucaboylu bir nəfər – Vəli Məmmə-dov içəri daxil oldu.
b) Xəbərin əlavəsi – Azərbaycan zəngin bir yerdir – qara qı-zıl ölkəsidir.
c) Tamamlığın əlavəsi – Murad iki əmioğlunu – Qasım ilə Həm-zəni yanına çağırdı.
ç) Tə'yinin əlavəsi – Bu oyunda o, ikinci, yə'ni həlledici qo-lu vurdu.
d) Zərfliyin əlavəsi – Bizimkilər topa tutulan gecə – yanvarın 19-da Bakıda olmamışam.
cümlə üzvlərindən başqa üçüncü növ ismi birləşmələrin, fe'li bağlama, fe'li sifət. məsdər tərkiblərinin asılı tərəflərinə və xitablara aid əlavələr də ola bilər. Məs: Vüsalənin – birinci kurs tə-ləbəsinin hazırcavablığı professoru heyran etmişdi. Kəndə – evlərinə dönəndə qaş qaralmışdı. Gül, ey nazlı vətən – Odlar torpağı və s.
Qeyd: Əlavələr izah etdiyi sözdən tire (-) işarəsi ilə ayrılır. Bə'zən əlavədən əvvəl vergül işarəsi də qoyulur. Məs: Dünən, mayın 5-də Qafarın ad günü idi.
Əlavədən əvvəl yə'ni bağlayıcısı işləndikdə də vergül işarəsi qoyulur. Məs: Dünən, yə'ni mayın 5-də Qafarın ad günü idi.


Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz