.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

16. Sintaktik əlaqələr. Sözlər mə`na və sintaktik cəhətdən əla-qələnməsə, nə söz birləşməsi, nə də cümlə əmələ gələr. «Məktəb» və «getmək» sözlərinə diqqət edək. İndiki vəziyyətdə bu söz-lər arasında heç bir əlaqə yoxdur. Məktəb sözünə yönlük hal şəkil-çisi (-ə) əlavə edib getmək sözü ilə əlaqələndirsək məktəbə getmək birləşməsi alınacaqdır, getmək məsdərini də fe`lin təsriflənən forması ilə əvəz etsək, Məktəbə getdi cümləsi alınacaqdır.
Sözlər arasındakı bu cür əlaqə sintaktik əlaqə adlanır.
17. Sintaktik əlaqələrin növləri. Sintaktik əlaqələrin iki növü var:
1) Tabesizlik əlaqəsi. 2) Tabelilik əlaqəsi.
18. Tabesizlik əlaqəsi. Tabesizlik əlaqəsində olan sözlər ey-ni-hüquqlu sözlərdir. Bunlardan biri o birisinə tabe olmur, biri o birini aydınlaşdırmır, hər ikisi eyni qrammatik formada olur. Məs: Uşaqlar gülür, danışır və oynayırdılar.
Tabesizlik əlaqəsi özünü cümlədəki sözlər və tabesiz mü-rəkkəb cümlənin tərəfləri arasında göstərir. Bu əlaqə həm intonasiya, həm də tabesizlik bağlayıcıları ilə müəyyənləşir.
a) İntonasiya ilə: Düşəndə çovğuna, borana ceyran
b) Bağlayıcı ilə: Qocalar və cavanlar rəqs edirdilər.
19. Tabelilik əlaqəsi. Bu əlaqədə olan sözlərdən biri o birinə tabe olur. Tabelilik əlaqəsinin üç növü var:
1. Uzlaşma əlaqəsi. Tabe sözün şəxs və kəmiyyətə görə əsas sözlə uyğunlaşmasına uzlaşma deyilir. Məs: Mən şagirdəm, sənin kitabın, Həsən gəldi. Bu əlaqədə tərəflərin biri təkdirsə, o biri də tək, cəmdirsə, o biri də cəm olmalıdır.
Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər, həm də ikinci və üçün-cü növ tə`yini söz birləşmələri arasında olur. Mübtəda ilə xə-bər arasında şəxsə görə uzlaşma heç vaxt pozulmur. Kəmiyyətə görə uzlaşma birinci və ikinci şəxslərin tək və cəmində, üçüncü şəxsin təkində həmişə olduğu halda (mən oxuyuram, biz oxuyuruq, sən oxuyursan, siz oxuyursunuz, o oxuyur), üçüncü şəxsin cə-mində həm ola, həm də olmaya bilər. Məs: Uşaqlar oxuyur (uzlaşmır), Uşaqlar oxuyurlar (uzlaşır).
İkinci növ tə`yini söz birləşməsinin ikinci tərəfi şəxs əvəzlik-ləri ilə ifadə oluna bilmədiyinə görə uzlaşma yalnız üçüncü şəxsə görə olur. Məs: Qız qalası, nar dənəsi, alma qurusu və s.
Üçüncü növ tə`yini söz birləşməsində isə uzlaşma hər üç şəx-sə görə olur. Məs: mənim kitabım, bizim kitabımız, sənin kitabın, sizin kitabınız, onun kitabı, onların kitabı (üçüncü şəxsdə cəmdə kəmiyyətə görə uzlaşma olmur).
2. İdarə əlaqəsi. Əsas sözün tələbi ilə tabe sözün ismin adlıq ha-lından çıxıb başqa hala düşməsinə uzlaşma deyilir. Məs: Leylək qışa qalmadı, Köçdü isti ellərə. Bu misalda idarə aşağıdakı qayda ilədir:
qışa-----------qalmadı
ellərə------------köçdü
Əsas (qalmadı,köçdü) sözlərin tələbi ilə tabe sözlər (qış, el-lər) ismin yönlük halına düşmüşdür.
İdarə əlaqəsində əsas söz (ikinci tərəf) çox vaxt fe`llə, asılı söz (birinci tərəf) isim və ya substantivləşmiş başqa nitq hissələri ilə işlənir. Bə`zən başqa nitq hissələri də ikinci tərəf, yə`ni əsas söz kimi çıxış edə bilirlər. Məs: yuxudan oyanmaq (isim-məsdər), dağ-lardan ağır (isim-sifət), böyüyə hörmət(isim-isim) və s.
3. Yanaşma əlaqəsi. Tabe sözün heç bir qrammatik şəkilçi qə-bul etmədən əsas sözə tabe olmasına yanaşma əlaqəsi deyilir. Məs: azad insan, yüksələn bayraq, durub baxmaq və s.
Yanaşma əlaqəsində olan sözlərdə, daha doğrusu birləşmə-lər-də birinci, yə`ni asılı tərəf heç bir şəkilçi qəbul etmədən ikinci, yə`ni asılı tərəfə tabe olaraq onu tə`yin edir.
Qeyd: Uzlaşma əlaqəsinin göstəriciləri şəxs sonluqları və mənsubiyyət şəkilçiləri, idarə əlaqəsinin göstəriciləri isə hal şəkilçiləridir. Yanaşma əlaqəsinin isə heç bir qrammatik göstəricisi yox-dur.

 

 

 

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz