SİNTAKSİS
1. Sintaksis mənşəyinə görə yunan sözü olub birləşmə, tər-ti-bat
deməkdir. Qrammatikanın bir şö'bəsi kimi sintaksis sözlərin
söz birləşmələri və cümlələr şəklində birləşmə qaydalarından
bəhs edir. Sintaksis söz birləşmələri və cümlələr adlanan
iki bö-yük hissədən ibarətdir.
Söz birləşmələri əşyalar arasında, əşyalarla əlamətlər,
hərəkət-lər arasında əlaqələri ifadə edir və söz birləşmələri
əmələ gətirən sözlər əvvəlki mə'nasını itirmir. Sözlərin
sintaktik əlaqələr va-sitəsi ilə birləşməsi sayəsində əmələ
gələn söz birləşmələrinin ma-hiyyətini, onların tipləri
və əmələ gəlmə yollarını, birləşmədə işti-rak edən tərəflərin
qrammatik əlamətlərini öyrənmək, söz bir-ləş-məsi ilə mürəkkəb
sözün, cümlənin oxşar və fərqli cəhətləri ni aş-kar-lamaq
sintaksisin ən zəruri məsələlərindəndir.
Sintaksisin məşğul olduğu sahələrdən biri və ən başlıcası
cüm-lə problemidir. Bitmiş bir fikri ifadə edən ən böyük
dil vahidi olan cümlənin quruluşca növləri, cümlə üzvləri,
əlavə və xüsusiləş-mələr, qrammatik cəhətdən cümlə üzvləri
ilə bağlı olmayan söz-lər, təktərkibli, cüttərkibli, bütöv
və yarımçıq cümlələr, məqsəd və intonasiyaya görə sadə cümlənin
növləri, budaq cümlənin rəngarəng növ və tipləri və s. bu
kimi məsələlər sintaksisin əsas tədqiqat sahələridir.
Dil sistem xarakteri daşıyır və bu sistemi təşkil edən dil
vahid-ləri (fonem, söz, söz birləşməsi, cümlə) özünəməxsus
qanunauyğunluqla sıralanaraq dilin ümumi mənzərəsini təşkil
edir. Bu sis-temin başlanğıcında fonem, sonunda isə cümlə
dayanır. Demə-li fonem dilin ilk, özlüyündə heç bir mə'naya
malik olmayan va-hidi, cümlə isə dilin son, ən mə'nalı vahididir.
Söz birləşməsi bu silsilədə sözlə cümlənin sərhədində dayanır.
Söz birləşməsi də söz kimi dilin ad bildirmə vasitələri
sahəsi-nə aid olub əşyaları, hadisələri, prosesləri və s.
bildirir. Bu o deməkdir ki, söz birləşməsi sintaktik mövqeyinə,
cümlədəki roluna və mə'nasına görə sözə yaxınlaşır və söz
kimi cümləyə tikinti ma-terialı olaraq daxil olur.
2. Söz birləşmələri: Söz birləşməsi iki və ya daha artıq
müs-tə-qil sözün mə`na və qrammatik cəhətdən birləşməsindən
əmələ gəlir. Məs: qol saatı, göy çəmən, işə yarayan, məktəb
direktoru və s.
3. Söz birləşmələrinin quruluşu: Bu birləşmələr quruluşuna
gö-rə iki cür olur:
a) Sadə söz birləşməsi: Sadə söz birləşməsi iki müstəqil
sözdən ibarət olur. Məs: dəniz kənarı, məktəb direktoru,
qızıl üzük, şe`-ri əzbərləmək və s.
b) Mürəkkəb söz birləşməsi: Bu birləşmələr isə üç və ya
daha artıq sözdən ibarət olur. Məs: qoşa qala qapıları,
vətənin azad-lığı uğrunda vuruşanlar və s.
4. Söz birləşməsi və söz: Söz leksik kateqoriya, söz birləşmə-si
isə qrammatik kateqoriyadır. Həm söz, həm də söz birləşmə-si
ad bildirir. Məs: dağ, dəniz (söz); Xəzər dənizi, Qafqaz
dağ-ları (söz birləşməsi). Bu cəhətdən sözlə söz birləşməsi
arasında yaxınlıq var. Fərqlər aşağıdakılardır:
a) Jöz səslərdən (ata-a,t,a), söz birləşməsi sözlərdən əmələ
gə-lir (ana dili-ana,dili).
b) Söz ümumən ad bildirir (üzük, kitab, oxumaq), söz birləş-məsinin
tərkibində sözlərin mə`nası bir qədər konkretləşir və ona
görə də söz birləşməsi sözə nisbətən konkret ad bildirir
(qızıl üzük, kitab mağazası, mahnı oxumaq).
5. Söz birləşməsi və cümlə. Söz birləşməsi ilə cümlə arasında
həm oxşar, həm də fərqli cəhətlər var:
Oxşar cəhətlər: a) həm söz birləşməsi, həm də cümlə sözlərdən
əmələ gəlir. Məs: Baharın gəlişi (söz birləşməsi); Bahar
gəlir (cümlə). b) həm söz birləşməsində, həm də cümlədə
sözlərin sırası eyni olur. Məs: Uşaqlar dərsdən gələndə
(söz birləşməsi); Uşaqlar dərsdən gəldilər (cümlə).
Fərqli cəhətlər: a) Söz birləşməsi bitmiş fikir ifadə etmir,
cüm-lə isə bitmiş fikir ifadə edir. b) Söz birləşməsində
intonasiya bitkinliyi yoxdur, cümlədə isə intonasiya bitkinliyi
var. c) Söz birləşmələrində baş üzvlər olmur, cümlələrdə
isə baş üzvlər olur və bunlar bir-biri ilə əlaqələnir. ç)
Söz birləşməsi nitqin nisbətən kiçik, cümlə isə böyük vahididir.
Söz birləşməsi də söz kimi cümlənin tərkibində işlənir,
müstəqil ola bilmir. d) Söz birləşməsi bir sözdən ibarət
ola bilmədiyi halda, cümlə bir sözdən ibarət ola bilir.
Məs: Soyuq hava (söz birləşməsi); Soyuqdur (cümlə).
6. Söz birləşməsində əsas və asılı tərəflər. Söz birləşməsində
söz-lərdən biri əsas, digəri isə asılı olur. Asılı söz əsas
sözə tabe olub onu müxtəlif cəhətlərdən izah edir. Azərbaycan
dilində söz birləşməsinin əsas sözü birləşmənin ikinci tərəfində,
asılı söz isə birinci tərəfində olur. Ona görə də "asılı
söz, əsas söz" əvəzinə daha çox "birinci tərəf,
ikinci tərəf" ifadələrindən istifadə olunur. Məs: əlvan
çiçəklər, uca dağ, vətəni qorumaq və s. Bu birləşmələrdəki
"çiçəklər, dağ, qorumaq" sözləri əsas söz, yaxud
ikinci tərəf, "əlvan, uca, vətəni" sözləri isə
asılı söz, yaxud birinci tərəfdir.
7. Söz birləşmələrinin növləri. Əsas tərəfin ifadə vasitəsinə
görə söz birləşməsinin iki növü var. 1) ismi birləşmələr
(zəngin tor-paqlar, pəncərə şüşəsi); 2) fe`li birləşmələr
(vətəni sevən, məktəbə getmək, evə gedəndə).
8. İsmi birləşmələr. İkinci, yə`ni əsas tərəfi adlarla (əsasən
isim, sifət, say, eləcə substantivləşən-ismin xüsusiyyətlərini
qəbul edən başqa sözlərlə) ifadə olunan birləşmələrə ismi
birləşmələr de-yilir. Məs: yaşıl meşə, əsgərlərin beşi,
dəmir iradə və s.
İsmi birləşmələrdə bir qayda olaraq birinci tərəf (asılı
söz) ikinci tərəfi (əsas söz) izah, tə`yin etdiyindən həmin
birləşmələrə tə`yini söz birləşmələri deyilir. Forma və
mə`na xüsusiyyətlərinə görə tə`yini söz birləşməsi üç növə
ayrılır.
9. Birinci növ tə`yini söz birləşmələri. Bu birləşmələrin
əm-ə-lə gəlməsində heç bir formal əlamət, şəkilçi iştirak
etmir. Məs: dəmir iradə, taxta qapı, yaşıl yarpaq və s.
Birinci növ ismi birləşmələrin ikinci tərəfi (əsas söz)
adətən isimlə, birinci tərəfi (asılı söz) isə müxtəlif nitq
hissələri ilə (isim, sifət, say, əvəzlik, fe`li sifət) ifadə
olunur. Məs: dəmir qapı (isim, isim); şirin söhbət (sifət,isim);
beşinci sinif (say, isim); bu ölkə (əvəzlik,isim); oyanan
Şərq (fe`li sifət, isim).
Birinci növ tə`yini söz birləşmələrinin tərəfləri parçalanaraq
ayrı-ayrılıqda cümlə üzvü olur. Birinci tərəf tə`yin ikinci
tərəf isə cümlənin müxtəlif üzvləri rolunda çıxış edir.
Məs: Yaşıl qələm yerə düşdü. Torpaq yol narahat idi.
Tərkibindəki sözlər mə`naca ayrılmağa imkan vermədikdə bi-rinci
növ tə`yini söz birləşmələri bütövlükdə cümlənin üzvü olur.
Məs: Yarım əsr bir igidin ömrüdür.
10. İkinci növ tə`yini söz birləşmələri. Birinci tərəfi
şəkilçisiz (birinci tərəf qeyri-müəyyən yiyəlik halda olur),
ikinci tərəfi 3-cü şəxsin mənsubiyyət şəkilçisi ilə (-ı,-i,-u,-ü)
əmələ gələn ismi birləşmələrə ikinci növ tə`yini söz birləşməsi
deyilir. Məs: Odlar yur-du, bahar fəsli, pəncərə şüşəsi
və s.
İkinci növ birləşmələrin əsas xüsusiyyətləri aşağıdakılardır:
a) Bu birləşmələrin tərəfləri bir qayda olaraq isimlə ifadə
olunur (əsgər anası, təyyarə gölgəsi və s).
b) Başqa nitq hissələrinə aid olan söz bu birləşmənin tərəflə-ri
kimi işləndikdə substantivləşir, yə`ni ismin xüsusiyyətini
qəbul edir (gözəllər gözəli, işləmək həvəsi, oxumaq arzusu
və s).
c) Bu birləşmələrin tərəfləri arasına başqa söz artırmaq
olmur. Məs: vətən torpağı, hava yolları və s.
ç) Bu birləşmələrin tərəfləri eyni zamanda cəmlənə bilmir.
Bi-rinci tərəf cəm olanda ikinci tərəf tək (sular sonası,
ellər gözəli), ikinci tərəf cəm olanda birinci tərəf tək
olur (Qafqaz dağları, türk dilləri, Şərq ölkələri).
Qeyd: İstisna hallarda hər iki tərəf cəmlənə bilir. Məs:
həm-karlar ittifaqları, atalar sözləri, elmlər doktorları
və s.
İkinci növ tə`yini söz birləşmələrinin tərəfləri hissələrə
ayrıl-mır və bütöv şəkildə cümlənin bir üzvü yerində işlənir.
Məs: Gələn məktəb direktorudur. Qız qalası əzəmətlidir.
11. Üçüncü növ tə`yini söz birləşmələri. Birinci tərəfi
yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçilərinin köməyi
ilə yaranan is-mi birləşmələrə üçüncü növ ismi birləşmələr
deyilir. Məs: ağacın yar-pağı, kəndin yolları, Nizaminin
poemaları və s.
Üçüncü növ birləşmələrin tərəfləri, əsasən, isimlərlə ifadə
olunur. Başqa nitq hissələrinə aid sözlər bu birləşmənin
tərəfləri ol-duqda isimləşir, yə`ni substantivləşir. Məs:
oxumağın mə`nası, yolun uzunu, deyilənlərin çoxu və s. (oxumaq-məsdər,
uzun-sifət, çox-saydır. Bu birləşmələrdə isimləşmişdir).
Üçüncü növ birləşmənin əsas xüsusiyyətləri aşağıdakılardır:
a) Hər iki tərəfinin şəkilçisi var. (Əlinin kitabı).
b) Bu birləşmənin ikinci tərəfi hər üç şəxsin mənsubiyyət
şəkilçilərini qəbul edir. Məs: mənim qələmim, bizim qələmimiz;
sənin kitabın, sizin kitabınız; onun dəftəri, onların dəftəri(ləri).
c) Bu birləşmənin tərəfləri arasına söz artırmaq olur. Məs:
Nizaminin lirikası-Nizaminin fəlsəfi, ictimai və orijinal
lirikası və s.
ç) Bu birləşmələrin tərəfləri həm ayrı-ayrılıqda, həm də
hər ikisi eyni zamanda cəmlənə bilər. Məs: tarixlərin yadigarı,
Bül-bü-lün mahnıları, natiqlərin çıxışları, çayların suları.
Üçüncü növ tə`yini söz birləşmələri hissələrə ayrılmadan
cü-mlənin bir üzvü yerində işlənir. Məs: Evin qapısı açıldı.
Qeyd: Bə`zi hallarda üçüncü növ tə`yini söz birləşməsinin
birinci tərəfi I və II şəxs əvəzlikləri ilə ifadə olunur,
lakin ikinci tə-rəfdə buna uyğun şəkilçi işlənmir. Məs:
bizim qızlar, sizin dağ-lar və s. Belə birləşmələri ayırıb
birinci tərəfi tə`yin, ikinci tərəfini isə sualına müvafiq
cümlə üzvü kimi təhlil etmək lazımdır. Məs: Bizim uşaqlar
dərsə gecikmişdilər.
12. Fe`li birləşmələr. İkinci, əsas tərəfi fe`lin təsriflənməyən
for-maları (məsdər, fe`li sifət və fe`li bağlamalar) ilə
ifadə olunan söz birləşmələrinə fe`li birləşmələr deyilir.
Məs: məktəbə getmək (məsdər), məktəbə gedən (fe`li sifət),
məktəbə gedəndə (fe`li bağlama).
Fe`li birləşmələrin ikinci tərəfinin bu fe`l formalarından
han-sı ilə ifadə olunmasının bir o qədər də fərqi yoxdur.
Əgər fe`li birləşməyə misal söyləmək lazım gələrsə, fərq
qoymadan onların hər birindən nümunə vermək olar. Məs: yaxşı
oxumaq, yaxşı oxu-yan, yaxşı oxuyanda və s.
Fe`li birləşmələrin ikinci tərəfləri fe`llə ifadə olunduğundan
hə-rəkət bildirir, birinci tərəf isə həmin hərəkəti müxtəlif
cəhətlərdən izah edir. Məs:
a) Birinci tərəf hərəkətin subyektini bildirir (uşaqlar
gülər-kən)
b) Birinci tərəf hərəkətin obyektini bildirir (tamaşaya
bax-maq)
c) Birinci tərəf hərəkətin yerini bildirir (dağlara qalxmaq)
ç) Birinci tərəf hərəkətin zamanını bildirir (səhər oyanmaq)
d) Birinci tərəf hərəkətin kəmiyyətini bildirir (az danışmaq)
e) Birinci tərəf hərəkətin tərzini bildirir (durub baxmaq)
ə) Birinci tərəf hərəkətin səbəbini bildirir (işləyib yorulmaq)
Fe`li birləşmələrə tərkiblər də deyilir. Tərkiblər əsas
tərəf-lə-rin (ikinci tərəf) adları ilə adlanır.
Qeyd: Birləşmələrdə iki tərəf (tabe olan və tabe edən) və
iki söz olur. Tərkiblərdə isə sözlərin miqdarı çox olur.
Birləşmə və tər-kiblərin cümlədə rolu onların əsas tərəfləri
olan fe`li bağlamanın, fe`li sifətin və məsdərin cümlədəki
rolu kimidir.
13. Fe`li bağlama tərkibləri. Əsas tərəfi fe`li bağlama
ilə ifa-də olunan tərkiblərə fe`li bağlama tərkibləri deyilir.
Məs: Qür-bət-də xan olunca, Vətənində dilən,gəz.
14. Fe`li sifət tərkibləri. Əsas tərəfləri fe`li sifətlərlə
ifadə olu-nan birləşmələrə fe`li sifət tərkibləri deyilir.
Məs: Özünü xalqdan üstün tutanları xalq sevmir.
15. Məsdər tərkibləri. Əsas tərəfi məsdərlə ifadə olunan
tər-kib-lərə məsdər tərkibi deyilir. Məs: İnsana yalan demək
yaraşmaz.
Fe'li birləşmələr təhlil zamanı parçalanmır və bütöv halda
cümlənin müəyyən bir üzvü vəzifəsində işlənir.