.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

ƏDAT

Sözlərin və cümlələrin tə'sir gücünü artıran köməkçi nitq his-səsinə ədat deyilir. Ədatlar cümləyə müxtəlif cəhətdən mə'na in-cəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir.
Azərbaycan dilində daha çox işlənən ədatlar bunlardır: ki, ha, axı, kaş, bəs, lap, qoy, məgər və s.
Ədatların mə'naca növləri. Ədatların mə'naca növləri aşağıdakılardır:
1. Qüvvətləndirici ədatlar: Qüvvətləndirici ədatlar ya cümlə daxilindəki sözlərin, ya söz birləşmələrinin, ya da bütünlüklə cü-m--lənin mənasını qüvvətləndirir. Qüvvətləndirici ədatlar aşağıda-kı-lar-dar: axı, ən, lap, hətta, daha, artıq, da, də, necə, ha, ki, -ca2. Məs: Axı, biz neyləmişik? Yaxşı da, daha məni öldürməyəcəksən ki. Lap ağıllı iş görüb. camaatı incitmə ha! Hətta yuxarılarda da belələri var və s.
2. Dəqiqləşdirici ədatlar: Dəqiqləşdirici ədatlar aid olduqları sözün mənasının dəqiq müəyyənləşməsinə xidmət edir. Bunlar aşağıdakılardır: elə, məhz, əsl. Məs: Bu elə əsl mən deyəndir. Bu işi məhz sən görməlisən. Bu əsl arzuladığım adamdır və s.
3. Məhdudlaşdırıcı ədatlar:
Məhdudlaşdırıcı ədatlar özlərindən sonra gələn sözün və ya söz birləşməsinin, bə'zən də bütün cümlənin mə'nasını məhdudlaşdırır. Aşağıdakılar məhdudlaşdırıcı ədatlar hesab olunur: yalnız, ancaq, təkcə, tək, bircə, bir və s. Məs: Ancaq sənə e'tibar edirəm. Bizə yalnız siz lazımsınız. Bunu bircə onlar bilirlər və s.
4. Sual ədatları: Sual ədatları, başlıca, olaraq sual cümlələrində işlənir və cümlənin ümumi məzmununa aid olan sualın daha da qüvvətlənməsinə kömək edir. Bunlar aşağıdakılardır: məgər, yə'ni, bəs, -mı4 və s. Məs: Məgər, bu barədə eşitməmisən? Bu işə razı olarsanmı? Bəs nə üçün susursan? Yə'ni bu, mən deyən adamdır? və s.
5. Əmr ədatları: Əmr ədatları aid olduqları cümlədə məsləhət, tə'kid, xəbərdarlıq, sövqetmə, diqqəti cəlb etmə və s. mə'na-la-rın əmələ gəlməsinə kömək edir. Əmr ədatları aşağıdakılardır: di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana, -sənə və s. Məs: Bax, gecikmə ha! Götürsənə! Savaşmayın ha! Di yeri, xoş gəldin! və s.
6. Arzu ədatları: Arzu ədatları aid olduğu cümləyə müxtəlif növlü arzu mə'naları gətirir. Bunlar aşağıdakılardır: kaş, kaş ki, təki, barı və s. Məs: Təki sən gələsən. Kaş hər şey düz ola. Barı bir dəfə səni görəydim və s.
Qeyd: Yuxarıdakı bölgüyə daxil olan ədatlar bə'zən başqa mə'nada da işlənə bilər. Məs: Bu ki sudur cümləsində ki ədatı qüvvətləndirmə, tə'kid bildirdiyi halda, Ay bala, bir yerin ağrımır ki? cümləsində sual bildirir.
2. Ədatların başqa nitq hissələrindən fərqləndirilməsi: Ədat-la-rın bə'ziləri başqa nitq hissələri ilə omonim ola bilir. Məs: An-caq sözü həm bağlayıcı, həm ədat; qoy sözü həm fe'l, həm də ədat ola bilir. Telefon zəng çaldı, ancaq cavab verən olmadı (bağ-la-yı-cı); Bu işi ancaq Məmməd bacarar (ədat); Silahı yerə qoy (fe'l); Qoy getsin (ədat)
Sinonim ədatlar əsasən bunlardır: ki (bağlayıcı və ədat); tək-cə (zərf və ədat); necə (əvəzlik və ədat); da, də (bağlayıcı və ədat); bir, bircə (say və ədat); elə, belə (əvəzlik və ədat); bax (fe'l və ədat); hətta (bağlayıcı və ədat) və s.
Qeyd: cümlədə işlənmə yerinə və vəzifəsinə görə belə, elə, axır, tək, təkcə, bir, bircə, bax, gəl, gəlin, qoy, qoyun, gör, görün, görüm, görək sözləri həm müstəqil nitq hissələri, həm ədat yerində, ki, hətta, da, də, amma, ancaq, fəqət sözləri həm bağlayıcı, həm də ədat yerində işlənir.
- Lap, axı, məhz, məgər, kaş, barı, bəs, di sözləri dilimizdə ancaq ədat kimi işlənir.
- ca2 , - sana2 , -mı4 hissəcikləri dilimizdə həm ədat, həm də şəkilçi kimi işlənir.
1. Ədatların yazılışı (orfoqrafiyası). Sual bildirən –mı4, əmr bildirən –sana2 ədatları şəkilçi halına düşdüyünə görə həmişə qoşulduğu sözə bitişik yazılır. Qalan bütün ədatlar sözlərdən ayrı yazılır.
Da ədatı sözün son hecası qalın saitlə bitirsə «da», «də» şəklində, incədirsə «də» şəklində yazılır. Məs: Yaz da! De də!
4.Modal sözlər. Danışanın ifadə etdiyi fikrə münasibətini bil-dirən köməkçi nitq hissəsinə modal sözlər deyilir. Məs: Ehtimal ki, sabah o buraya gələcəkdir. Xülasə, qonaq ayağa qalxaraq getməyə hazırlaşdı. Əli, nəhayət, arzusuna çatdı və s.
Modal sözlərin mə'naca aşağıdakı növləri vardır:
1) Təsdiq bildirən modal sözlər: əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, doğrudur, düzü, düzdür və s. Məs: Rə'na, əlbətdə ki, yaxşı həkimdir. Müğənni, doğrudan da yaxşı oxuyurdu. Şüb-hə-siz, biz yarışda qalib gələcəyik. Düzü, bu qədər tez gələcəyinizi gözləmirdim və s.
2) Ehtimal və şübhə bildirən modal sözlər: gərək (gərək ki), yə'qin (yə'qin ki), görünür (görünür ki), ehtimal ki, bəlkə (bəlkə də), görəsən, görən, güman ki, olsun ki və s. Məs: Kim bilir, bəlkə də, bu onun son arzusu idi. Bəlkə, indi oralara qar yağıb. Gü-man ki, bu yay kəndə gedə bilməyəcəyəm. Görünür, Novruzun bu işdən xəbəri olmayıb və s.
3) Nəticə bidirən modal sözlər: demək (demək ki), deməli, xülasə, ümumiyyətlə, bir sözlə, nəhayət və s. Məs: Demək, şəhərə az qalıb. Nəhayət, qonaqlar gəlib çıxdılar. Bir sözlə, hamı öz işi ilə məşğul idi. Ümumiyyətlə, məni bu işlərə qatmayın və s.
4) Bənzətmə və ya müqayisə bildirən modal sözlər: sanki, elə bil (elə bil ki) və s. Məs: Elə bil, zalım oğlunun gəmisi batıb. San-ki, bir pəridir başda kəlağay və s.
5) Fikrin mənbəyini bildirən modal sözlər: məncə, səncə, biz-cə, zənnimcə və s. Məs: İşlərimiz, məncə, yaxınlarda düzələ-cək. Zən-nimcə, taxılımız yaya qədər bəs edər və s.
2. Modal sözlərin orfoqrafiyası və onlarda durğu işarələrinin işlənməsi. Modal sözlərin quruluşca iki növü var:
1) Sadə modal sözlər: yə'qin, guya, deyəsən, demə, deməli və s.
2) Tərkibi modal sözlər: bəlkə də, görünür ki, söz yox, gərək ki və s.
Tərkibi modal sözlər ayrı yazılır.
Modal söz cümlənin əvvəlində gələndə ondan sonra, cüm-lə-nin ortasında gələndə həm ondan əvvəl, həm də ondan sonra ver-gül qoyulur. Modal sözlər cümlənin sonunda gələndə ondan əvvəl vergül, sonra isə nöqtə qoyulur. Məs: Nəhayət, gəlib çıxdınız. Bu xəbər məni, əlbəttə, sevindirdi. Daşdan da gövhərlər çıxarram, əlbət.

 

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz