.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

ZƏRF

I. ZƏRF. Hərəkətin tərzini, zamanını, yerini, miqdarını və s. bildirən əsas nitq hissəsinə zərf deyilir. Zərflər necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt? hara? nə qədər? nə üçün? niyə? və s. suallarından birinə cavab olurlar.
II. Zərfin quruluşca növləri. Zərfin quruluşca üç növü var: Sadə, düzəltmə, mürəkkəb - tərkibi.
a) Sadə zərflər bir kökdən ibarət olur və sözdüzəldici (leksik) şəkilçisi olmur. Məs: əvvəl, sonra, gec, tez və s.
b) Düzəltmə zərflər kök və sözdüzəldici şəkilçilərdən ibarət olur. Düzəltmə zərflər əsasən aşağıdakı şəkilçilər vasitəsilə əmələ gəlir:
1. -dan, -dən. Zərfdən tərzi-hərəkət zərfi düzəldir. Məs: bərk-bərk-dən, qəfil-qəfil-dən, uca-uca-dan və s.
2. –yana, -yanə, -anə. İsim və fe'llərdən tərzi-hərəkt zərfi dü-zəlir. Məs: ağa-ağa-yanə, dost-dost-anə, saymaz-saymaz-yana və s.
3. –la, -lə. İsimdən tərzi-hərəkət zərfi düzəldir. Məs: heyrət-hey-rət-lə, güc-güc-lə, həsəd-həsəd-lə və s.
4. –an, -ən. İsimdən tərzi-hərəkət zərfi yaradır. Məs: qəlb-qəlb-ən, qəsd-qəsd-ən, ruh-ruh-ən və s.
5. –casına, -cəsinə. Məs: igid-igid-cəsinə, dost-dost-casına.
6. –ca, -cə. Məs: ehmal-ehmal-ca, türk-türk-cə və s.
7. –akı, -əki. Məs: Yan-yan-akı, çəp-çəp-əki və s.
8. –ca, -cə. Məs: Yavaş-yavaş-ca, sakit-sakit-cə və s.
9. –gə. Məs: Bir-bir-gə.
10. –sız, -siz, -suz, -süz. Məs: Hal-hal-sız, güc-güc-süz və s.
c) Mürəkkəb zərflər. Mürəkkəb zərflər iki və ya daha artıq sözün birləşməsindən əmələ gəlib defislə və ya bitişik yazılırlar. Məs: yavaş-yavaş, üzbəüz, arabir və s.
Tərkibi zərflər isə bir neçə sözdən ibarət olur və ayrı yazılır. Məs: bir an, bu gün və s.
Mürəkkəb zərflər əsasən aşağıdakı yollarla əmələ gəlir və yazılırlar:
1. Sadə sözlərin təkrarı ilə əmələ gəlib defislə yazılanlar. Məs: tez-tez, gec-gec, az-az və s.
2. Biri və ya hər ikisi şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə əmələ gəlib defislə yazılanlar. Məs: ildən-ilə, birdən-birə, qabaq-qabağa və s.
3. Antonim, yaxud yaxın mə'nalı sözlərin təkrarı ilə əmələ gə-lib defislə yazılanlar. Məs: gec-tez, ara-sıra, başdan-binadan və s.
4. Yönlük halda işlənmiş bir sayına digər sayların qoşulma-sı ilə əmələ gəlib defislə yazılanlar. Məs: birə-iki, birə-beş, birə-min və s.
5. –ba, -bə bitişdiricisinin köməkliyi və eyni sözlərin təkrarı ilə yaranıb bitişik yazılanlar. Məs: yanbayan, üzbəüz, günbəgün, taybatay və s.
6. Müxtəlif mə'nalı sözlərin birləşməsi ilə əmələ gəlib bitişik ya-zılanlar. Məs: atüstü, əlbir, dabanbasma və s.
III. Zərfin mə'naca növləri. Zərfin mə'naca növləri aşağıdakı-lardır:
1. Tərzi-hərəkət zərfləri. Hərəkətin icra tərzini bildirir, necə? nə cür? suallarına cavb olur. Məs: Əsgərlər cəsarətlə (necə?) vuruşdular.
Tərzi-hərəkət zərfləri hərəkətin keyfiyyətini də bildirir. Məs: yaxşı danışmaq, pis oxumaq və s.
2. Zaman zərfləri. Hərəkətin icra zamanını bildirir. Nə zaman? nə vaxt? haçan? suallarına cavab olur. Məs: Dünən (nə vaxt?) yağış yağırdı və s.
3. Yer zərfləri. Hərəkətin icra yerini bildirir. Hara? haraya? harada? haradan? suallarına cavab olur. Məs: Düşmən geri (hara?) çəkildi.
Dilimizdəki irəli, geri, içəri, yuxarı, aşağı, bəri və s. sözlər is-min hal şəkilçilərini qəbul etdikdə belə, zərf olur. Məs: içəriyə, içəridən və s.
4. Miqdar zərfləri. Hərəkətin miqdar və ya dərəcəsini bildirir. Nə qədər? neçə? suallarına cavab olur. Məs: Plan birə-beş (nə qədər?) yerinə yetirildi və s.
5. Səbəb zərfləri. Hərəkətin icra səbəbini bildirir. Nə üçün? Ni-yə? nə səbəbə? suallarına cavab olur. Məs: İstidən (nə üçün?) nə-fəs almaq olmurdu və s.
IV. Zərfin digər nitq hissələrindən fərqləndirilməsi. cümlədəki yerindən asılı olaraq, bə'zi sözlər həm isim, həm zərf; həm si-fət, həm zərf; həm say, həm də zərf ola bilirlər. Necə? nə cür? sual-larına cavab olan zərflər sifətlərə, nə qədər? sualına cavab olan zərflər saylara, nə zaman? hara? suallarına cavab olan zərflər isə isi-mlərə bənzəyir. Nitq hissələrini (oxşar suallara cavab verənlər) qarışdırmamaq üçün aşağıdakıları yadda saxlamaq lazımdır.
1. Söz isim kimi işləndikdə kim? nə? hara? (bütün hallar üzrə) suallarından birinə cavab olur. Məs: Yaz (nə?) ilin ən gözəl fəslidir. Qışda gecə (nə?) gündüzdən (nədən?) uzun olur və s.
Zaman bildirən isimlər zərf yerində işlənəndə nə? sualına deyil, nə vaxt? nə zaman? haçan? suallarından birinə cavab olur. Məs: Gecə (nə vaxt?) qar yağırdı. Havalar yazda (nə vaxt?) istiləşəcək.
Səhər, axşam, gecə və s. isimlər hərəkətin zamanını bildir-dik-də zərf olur. Məs: Qatar axşam (nə vaxt?) yola düşəcək.
2. Bu və ya digər söz sifət olduqda əşyanın əlamət və keyfiy-yətini bildirərək isimdən əvvəl işlənir, cümlənin tə'yini olur. Məs: Yaxşı (necə?) adam əməlindən bilinər. Zərf kimi işləndikdə hərəkətlə bağlı olur, fe'llə əlaqələnir və cümlənin zərfliyi yerində çıxış edir. Məs: İmtahandan beş almaq üçün yaxşı (necə?) oxumaq lazımdır.
Sifətlər hansı? sualına cavab verdiyi halda, zərf heç vaxt hansı? sualına cavab olmur.
3. Bu və ya digər söz say kimi işləndikdə əşyanın miqdarını, zərf kimi işləndikdə isə hərəkətin miqdar və kəmiyyətini bildirir. Saylar isimdən əvvəl işlənərək cümlənin tə'yini, zərflər isə fe'llə ifadə olunmuş üzvlə bağlı olaraq cümlənin zərfliyi olurlar. Məs: Toya çox (nə qədər-say) adam gəlmişdi. Natiq çox (nə qədər?, zərf) danışdı və s.
4. Zərf əmələ gətirən –la, -lə şəkilçisi ilə köməkçi nitq hissəsi olan «ilə»ni (bağlayıcı, qoşma) qarışdırmaq olmaz. Yolla (ilə) (nə ilə?) gedirdim. Sür'ətlə (necə?) gedirdim.
5. –da2 (yerlik hal) –dan2 (çıxışlıq hal) şəkilçiləri ilə zərf dü-zəl-dən –da2, -dan2 şəkilçilərini qarışdırmamalı. –da2, -dan2 hal şə-kil-çisi olanda söz ismin suallarına (kimdə? nədə? harada? kimdən? nədən? haradan?), zərf düzəldən şəkilçi olduqda isə necə? nə za-man? sualına cavab olur. Məs: Üç beşdən (nədən?) azdır. Qəzetdə (nədə?) maraqlı yazı oxudum. O, birdən (necə?) ayağa sıçradı. Gündə (nə vaxt?) səkkiz saat işləyirəm.
Zərf cümlədə, əsasən, zərflik yerində işlənir.

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz