NİTQ HİSSƏLƏRİ
1. NITQ HISSƏLƏRI. Sözlər qrammatik mə'nalarına görə müəy-yən
qruplara, yə'ni nitq hissələrinə ayrılır. Azərbaycan dilin-də
11 (on bir) nitq hissəsi var. Bunlar üç qismə bölünür:
1) Əsas nitq hissələri. Əsas nitq hissələri müstəqil leksik
mə'-na-ya malik olub, müəyyən əşyanı, əlaməti, miqdarı,
hərəkəti və s. bildirir, suala cavab verir, şəkilçi qəbul
edir, cümlədə bu və ya digər cümlə üzvü yerində işlənir.
Azərbaycan dilində altı əsas nitq hissəsi var: isim, sifət,
say, əvəzlik, fe'l, zərf.
2) Köməkçi nitq hissələri. Köməkçi nitq hissələri müstəqil
lek-sik mə'naya malik olmur, heç bir suala cavab vermir,
heç bir cüm-lə üzvü yerində işlənmir, yalnız qrammatik mə'na
daşıyır. Bun-ların sayı dörddür: qoşma, bağlayıcı, ədat,
modal sözlər.
3) Xüsusi nitq hissəsi. Dilimizdə nida adlı bir xüsusi nitq
hissəsi var ki, o, yalnız hiss-həyəcan bildirir.
İSİM
1. Əşyaların adlarını bildirən, kim? nə?
və bə'zən də hara? sualla-rından birinə cavab olan nitq
hissəsinə isim deyilir. Əşya dedikdə bütün varlıqlar nəzərdə
tutulur. Varlıqlar isə iki cür olur: göz-lə görünməsi mümkün
olan konkret varlıqlar(daş, su, çörək, qələm, ev, maşın
və s.) və mücərrəd varlıqlar(xəyal, yuxu, fikir, tarix,
elm və s.)
- İnsan bildirən isimlər kim? (ata, uşaq, Əli, bacım, müəllim
və s.), cansız əşya və heyvan bildirən isimlər nə? (qələm,
quzu, ceyran, ağac, dəftər, maşın və s.), məkan, yer bildirən
isimlər isə hara?(Bakı, kənd, dəniz və s.) sualına cavab
verir.
Qeyd: İsimlər cümlədə, əsasən, mübtəda və ya tamamlıq, bə'zən
də digər cümlə üzvü yerində işlənə bilir.
2) İSMIN QURLUŞCA NÖVLƏRI. İsimlərin quruluşca üç növü olur:
sadə, düzəltmə və mürəkkəb isimlər.
Sadə isimlər. Sadə isimlər yalnız bir kökdən, yaxud kök
və qra-mmatik şəkilçidən ibarət olur. Məsələn: daş, daşın,
daşda, ev, çörək, çay, su, məktəb və s.
3. Düzəltmə isimlər. Söz köklərinə leksik (jözdüzəldici)
şəkilçilər artırmaqla yaranan isimlər düzəltmə isimlər adlanır.
Mə-sələn: gəmi-gəmicçi,sənət-sənətckar, yaxşı-yaxşıclıq
və s. Di-li-mizdə ən çox isimlərin özlərindən və fe'llərdən
düzəltmə isimlər əmələ gəlir.
3. İsimdən düzələn düzəltmə isimlər. İsimdən isim düzəltmək
üçün, əsasən, aşağıdakı şəkilçilərdən istifadə olunur:
1. –çı4. Bu şəkilçilərlə peşə, sənət, məşğələ və s. mə'naları
ifa-də edən isimlər düzəlir. Məs: əmək-əməkçi, dəniz-dənizçi,
kömək-köməkçi, dil-dilçi, qulluq-qulluqçu və s.
2. –lıq, -lik, -luq, -lük. Bu şəkilçilərlə keyfiyyət, vəzifə,
yer, əşya adı və s. ifadə edən isimlər düzəlir. Məs: rəhbər-rəhbərlik,
daş-daşlıq, göz-gözlük, dərzi-dərzilik, qohum-qohumluq və
s.
Qeyd: Bu şəkilçilər başqa nitq hissələrindən (sifət, say
və əvəzliklərdən də) isim düzəldirlər. Məs: zərif-zəriflik,
ağır-ağırlıq, gözəl-gözəllik, az-azlıq, bir-birlik, mən-mənlik
və s.
3. –ça2. Bu şəkilçilər vasitəsilə kiçiltmə mə'nalı isimlər
əmə-lə gəlir. Məs: dəftər-dəftərçə, meydan-meydança, bağ-bağça
və s.
4. -cıq4, -cığaz4. Bu şəkilçilərlə kiçiltmə və əzizləmə
məzmunlu isimlər yaranır. Məs: ev-evcik, ev-evciyəz, göz-gözcük,
quş -quşcuğaz, daxma-daxmacıq və s.
5. –lı4. Bu şəkilçilər yer münasibəti, familiya, nəsil,
sahiblik və s. məzmunlu isimləri yaradır. Məs: kənd-kəndli,
at-atlı, Sultan -Sultanlı, sevgi-sevgili və s.
6. –daş. Bu şəkilçi ilə həmrə'ylik və iştirak bildirən isimlər
düzəlir. Məs: yol-yoldaş, sirr-sirdaş, əmək-əməkdaş, məslək-məs-ləkdaş
və s.
7. –dar. Bu şəkilçi vasitəsilə isimlərdən peşə, əqidə, vəziyyət
bildirən isim düzəlir. Məs: əmək-əməkdar, ev-evdar, mal-maldar,
hava-havadar və s.
8.-keş. Bu şəkilçi ilə peşə və əlamət məzmunu ifadə edən
isim-lər düzəlir. Məs: zəhmət-zəhmətkeş, cəfa-cəfakeş, mala-ma-la-keş
və s.
9. –stan. Bu şəkilçidən yer, ölkə bildirən isimlər düzəltmək
üçün is-tifadə olunur. Məs: dağ-Dağıstan, gürcü-Gürcüstan,
əfqan -Əfqanıstan və s.
Qeyd: Dilimizdə nisbətən az işlənən –iyyət (hakim-ha-kimiy-yət,
şəxs-şəxsiyyət), -iyyat (ədəb-ədəbiyyat, kəşf-kəşfiyyat),
-at2 (mə'lum-mə'lumat, mühacir-mühacirət), -iyyə (nəzər-nə-zə-riy-yə,
fərz-fərziyyə), -i, -vi (Qüds-Qüdsi, Gəncə-Gəncəvi), -izm
(Ma-r--ks-Marksizm, material-materializm), -ist (real-realist,
ideal-ide-a-list) şəkilçiləri də isimdən isim düzəldə bilirlər.
2. Fe'ldən düzələn isimlər. Fe'ldən düzələn isimlər, əsasən,
aşağıdakı şəkilçilər vasitəsilə yaranır.
1. –ış4. Bu şəkilçi vasitəsilə hal-vəziyyət, hərəkət bildirən
isim-lər əmələ gəlir. Məs: bax-baxış, gəz-gəziş, göstər-göstəriş,
yaşa-yaşayış, yağ-yağış, çağır-çağırış və s.
2. –aq2, -q, -k. Bu şəkilçilər vasitəsilə fe'llərdən müxtəlif
mə'-nalı, əsasən əşya adı bildirən isimlər yaranır. Məs:
yat-yataq, çök-çökək, döşə-döşək, dara-daraq, ələ-ələk və
s.
3. –ıq, -ik, -uq, -ük, -q. Bu şəkilçilərlə yer, bölgü, bilik,
ba-carıq bildirən isimlər əmələ gəlir. Məs: tapşır-tapşırıq,
min-mi-nik, bil-bilik, qoru-qoruq, bur-buruq, böl-bölük
və s.
4. –ım4. Bu şəkilçilər hadisə, ölçü, bacarıq bildirən isimlər
ya-radır. Məs: yığ-yığım, biç-biçim, böl-bölüm, öl-ölüm
və s.
5. –tı4. Bu şəkilçilərlə hadisə, əşya, əlamət və s. adları
bildirən isimlər əmələ gəlir. Məs: bağır-bağırtı, qaral-qaraltı,
göyər-gö-yərti, tullan-tullantı və s.
6. –qı, -qu, -ğı, -ğu, -kü, -ki, -gi, gü. Bu şəkilçilərlə
alət, vəziyyət və mücərrəd məfhumları bildirən isimlər düzəlir.
Məs: çal-çal-ğı, böl-bölgü, səp-səpgi, sor-sorğu, sev-sevgi,
duy-duyğu və s.
7. –qın, -ğın, -qun, -ğun, -kin, -gin, -gün, kün. Bu şəkilçilərlə
ha-disə və vəziyyət bildirən isimlər yaranır. Məs: bas-basqın,
qır-qırğın, yan-yanğın, daş-daşqın, uç-uçqun və s.
8. –ı4. Bu şəkilçi vasitəsilə ölçü, xasiyyət bildirən isimlər
yaranır. Məs: ölç-ölçü, qorx-qorxu, sür-sürü, yaz-yazı və
s.
9. –ıcı4. Bu şəkilçilər peşə, sənət və s. bildirən isimlər
əmələ gə-tirirlər. Məs: sat-satıcı, bil-bilici, qur-qurucu,
at-atıcı, yırt-yır-tı-cı, sür-sürücü və s.
Qeyd: Bunlardan başqa nisbətən az işlənən –ar2 (aç-açar,
yet-yetər), -caq, - cək (yellən-yelləncək), -ma2 (dol-dolma,
vuruş-vu--ruşma), -ın, -in (səp-səpin, ək-əkin, gəl-gəlin),
-id, -üd (keç-ke-çid, öy-öyüd), -ınc, -inc, -ünc (qax-qaxınc,
sev-sevinc), -acaq, -əcək (çap-çapacaq, gəl-gələcək), -cə
(düşün-düşüncə, əylən-əy-lən-cə), -gəc (süz-süzgəc, üz-üzgəc),
-ır (gəl-gəlir (qazanc)), -ıc (ayır-ay-rıc), -ıntı4 (qaz-qazıntı,
əz-əzinti) şəkilçiləri də fe'llərdən mü-x-tə-lif mə'na ifadə
edən isimlər düzəldirlər.
Yadda saxlayın: Fe'ldən isim düzəldən –ğı, -ğu,-gi, -gü,
-ğın, -ğun, -gin, -gün şəkilçiləri so-nu cingiltili samitlə
bitən fe'llərə (çal-çal-ğı, dur-durğu, sər-sərgi, yor-yorğun,
yan-yanğın və s.), -qı, -qu, -ki, -kü, -qın, -qun, -kın,
-kün şəkilçiləri isə sonu samitlə bitən fe'l--lərə artırılır
(as-asqı, səp-səpki, sürt-sürtkü, seç-seçki, bas-basqın,
küs-küskün və s.)
-stan şəkilçisi sonu saitlə bitən isimlərə artırıldıqda
bir cür ya-zılır (Gürcü-stan, Qobu-stan və s.) Bu şəkilçi
samitlə bitən isim--lərə qoşulduqda ahəng qanununa uyğun
olaraq şəkilçinin əv--vəlinə ı,i,u,ü saitlərindən biri artırılır.
Məs: kənd-i-stan, Monqol-u-stan, Bolqar-ı-stan, Kürd-ü-stan
və s.
4. Mürəkkəb isimlərin əmələ gəlməsi və yazılışı. Mürəkkəb
isim-lər, əsasən, aşağıdakı yollarla əmələ gəlir və qeyd
olunan şə-kildə yazılır.
1. Müxtəlif mə'nalı iki söz birləşərək yeni mə'na bildirən
mü-rəkkəb isim əmələ gətirir. Bu yolla yaranan isimlər bir
vurğu al-tın-da tələffüz olunaraq bitişik yazılır. Məs:
kəklikcotu=kəkli-ko-tu, ayaqcqabı=ayaqqabı, acaccdələn=ağac-də-lən
və s.
2. Mürəkkəb isimlərin başqa bir qismi yaxın mə'nalı, yaxud
antonim sözlərin birləşməsindən əmələ gəlir. Bu cür isimlər
bir vur-ğu altında tələffüz olunur və defislə yazılır. Məs:
dəftər-kitab, yor-ğan-döşək, oğul-uşaq, dost-tanış, isti-soyuq,
dərə-təpə və s.
3. Tərəflərindən biri ayrılıqda işlənməyən və ayrılıqda
heç bir mə'na verməyən sözlərin iştirakı ilə də mürəkkəb
isimlər əmələ gəlir və bu cür isimlər defislə yazılır. Məs:
uşaq-muşaq, ağac-uğ-ac, adam-madam, təhər-töhür və s.
4. Təkrar olunan iki fe'lin arasına «ha» və «a» bitişdiriciləri
artırmaq vasitəsilə də mürəkkəb isimlər əmələ gəlir və bu
isimlər bitişik yazılır. Məs: gəlhagəl, tuthatut, qaçaqaç,
basabas və s.
Qeyd: Ağa, bəy, xanım, şah, seyid tipli sözlər mürəkkəb
ismin tərkib hissəsi olduqda qoşulduğu sözlə bir vurğu altında
deyilərək ona bitişik yazılır. Məs: Ağaxan, Mirhəsən, Balabəy,
Xa-nımgül, Şahrza, Seyidəli və s. Həmin sözlər ləqəb, titul,
rütbə bildirdikdə, yaxud hörmət mə'nasında işləndikdə mürəkkəb
söz-ün tərkib hissəsi olmur və ayrı yazılır. Məs: Şah Abbas,
Seyid Əzim, Hacı Mustafa, Müslüm bəy və s.
Dilimizdə bə'zən elə sözlərə təsadüf olunur ki, onlar tarixən
iki sözün birləşməsindən əmələ gəlsələr də, hazırda onları
tərəflərə parçalamaq mümkün olmadığından belə sözlər sadə
söz hesab olunur. Məs: böyürtkən.
5. ÜMUMI VƏ XÜSUSI ISIMLƏR. Eynicinsli bütün var-lıq və
hadisələrin ümumi adlarını bildirən isimlər ümumi isimlər
ad-lanır. Məs: ev, kitab, adam, dağ, su, çay, dəniz, kənd,
balıq, bayram, yay, payız, külək və s.
Ayrı-ayrı şəxslərin və ya tək olması ilə fərqlənən digər
varlıqların adlarını bildirən isimlərə xüsusi isimlər deyilir.
Xüsusi isim-lərə aşağıdakılar aiddir:
1. Şəxslərin ad və familiyaları (soyadları). Məs: Məmməd,
Həsən, Sənubər, Fatma, Muradzadə, Hacıbəyli, Sultanlı, Quliyev,
Qaçaq Nəbi, cəfər cabbarlı və s.
2. coğrafi və astronomik adlar. Məs: Lənkəran, Təbriz, Gü-nəş,
Mars, Qafqaz, Savalan, Ağdaş və s.
3. Qəzet, jurnal, bədii əsər, gəmi, restoran və s. verilən
adlar. Məs: «Azadlıq» (qəzet), «Dəli Kür» (bədii əsər, roman),
«Koroğlu» (opera), «Azərbaycan» (gəmi), «Yasəmən» (kafe,
restoran) və s.
4. Heyvanlara verilən xüsusi adlar. Məs: Qırat, Alagöz,
Top-lan, Gümüş, Pələng və s.
Xüsusi isimlər cümlədəki yerindən asılı olmayaraq böyük
hərflə yazılır. Qəzet, bədii əsər, gəmi, kafe və s. verilən
xüsusi ad-lar dırnaq işarəsi ilə, qalanları isə dırnaqsız
yazılır. Məs: «Səfəvilər» (roman), «Azərbaycan» (qəzet),
«Gülnarə» (kafe), Qarıt, Savalan, Qoşqar, Rza və s.
Bə'zən ümumi isimlər xüsusi ismə, bə'zən də xüsusi isimlər
ümumi isimlərə çevrilə bilir. Məs: sevinc, kamal, durna
sözləri ümu-mi isimlərdir. Bu sözlər insan adı bildirəndə
xüsusi ismə çevrilir və böyük hərflə yazılır (Sevinc, Kamal,
Durna).
Rentgen, Badamlı sözləri isə əslində xüsusi isimdir. Rentgen
alman aliminin adı, Badamlı isə qəsəbədir. Bu sözlər (rentgen
– tibbi cihaz, badamlı – mineral su) bə'zən cümlə daxilində
ifadə etdiyi məzmuna uyğun olaraq ümumi ismə çevrilir və
kiçik hərflərlə yazılır.
Qeyd: Vətən sözü ümumi isimdir, lakin ölkə adı əvəzində
işlənəndə böyük hərflə yazılır. Məs: Bizim üçün Vətən (yə'ni
Azərbaycan) hər şeydən müqəddəsdir.
Günəş, Yer, Ay sözləri astronomik və coğrafi mə'nalarda
işlənərkən böyük hərflərlə, qalan bütün başqa hallarda isə
kiçik hərflə yazılır.
6. MÜRƏKKƏB ADLAR VƏ ONLARIN YAZILIŞI. Ay-rı-ayrı sözlərdən
ibarət olan adlar xüsusi isim, söz birləşmələrindən ibarət
olan ad-lar isə mürəkkəb adlar adlanır. Mürəkkəb adlara
aşağıdakılar daxil-dir: 1) İdarə və təşkilat adları, 2)
bayramların adları, 3) dövlət təltiflərinin adları, 4) coğrafi
adlar.
Mürəkkəb adların yazılmasında üç qayda var:
1. Tərkibində olan bütün sözlərin baş hərfi böyük yazılanlar.
Bunlara aşağıdakılar daxildir:
a) Ölkə və muxtar respublikaların rəsmi adları. Məs: Azər-bay-can
Respublikası, İran İslam Respublikası, Amerika Birləş-miş
Ştatları, Naxçıvan Muxtar Respublikası və s.
b) Respublika, şəhər və rayon tabeliyində olan idarə və
təş-ki-lat adları. Məs: Azərbaycan Respublikası Xalq Təhsili
Nazir-liyi, Lerik Rayon İcra Hakimiyyəti, Bakı Qaz İdarəsi
və s.
2. Tərkibində olan sözlərin ancaq əvvəlincisi böyük hərflə
ya-zılan mürəkkəb adlar. Bunlar aşağıdakılardır:
a) Məşhur tarixi gün və bayramların adları. Məs: Ramazan
bay-ramı, Novruz bayramı, İyirmi yanvar, Qələbə bayramı
və s.
b) Tərkibində çay, dəniz, meydan və s. bu qəbildən sözlər
olan mürəkkəb coğrafi adlar. Məs: Sakit okean, Qara dəniz,
Alaşar çayı, Gənclər meydanı, Nizami küçəsi, Müəllimlər
evi və s.
c) Dövlət mükafatları və təltiflərin (orden, medal, nişan)
ad-ları. Məs: Dövlət mükafatı, «Xalq təhsili ə'laçısı» nişanı,
İsti-q-lal ordeni və s.
3. Fəxri adların özək hissəsini təşkil edən bütün sözlər
kiçik hərflərlə yazılır. Məs: Azərbaycan Respublikasının
xalq artisti, Azər-baycan Respublikasının əməkdar incəsənət
xadimi və s.
Qeyd: Mürəkkəb adların bir çoxu, xüsusən ölkə, idarə və
təşkilat adları mürəkkəb ixtisarlar şəklində də işlədilir.
Məs: Azərbaycan EA – Azərbaycan Elmlər Akademiyası, BDU
– Bakı Dövlət Universiteti, BMT – Birləşmiş Millətlər Təşkilatı.
Mürəkkəb ixtisarların oxunuşu onların asan və gözəl səslənməsinə
görə müəyyən edilir və ixtisarlara qoşulan şəkilçilər həmin
sözlərin son saitinin ahənginə uyğun yazılır. Məs: BMT (be-em-te),
BMT-də, ATS (a-te-es), ATS-ə və s.
Mürəkkəb adlar sintaktik təhlil zamanı cümlənin bütöv üzvü
olur, yə'ni mürəkkəb adlar təhlil zamanı parçalanmır.
7. TƏK VƏ CƏM ISIMLƏR. İsimlər tək və cəm olurlar. İsimlər
cəm-də işlənərkən –lar2 şəkilçisini qəbul edir. Məs: uşaq
(tək) – uşaq-lar (cəm), dağ (tək) – dağlar (cəm) və s.
–lar2 şəkilçisi iki və ya ikidən artıq olan çoxluğu bildirir.
Əşyanın konkret miqdarını bildirmək üçün ismin əvvəlinə
müəy-yən miqdar sayı artırılır. Məs: beş dəftər, iki yüz
adam və s. Belə hallarda isimlər cəm şəkilçisi qəbul etmir
(«üç bacı», «iki kitab» yazıldığı və deyildiyi halda, «üç
bacılar», «iki kitablar» yazmaq və demək olmaz).
Dilimizdə elə isimlər var ki, onlar mə'naca topluluq bildirir-lər.
Məs: camaat – çoxlu adam, xalq – ölkənin əhalisi, sürü –
çoxlu qoyun-quzu və s. Belə sözlər toplu isimlər adlanırlar.
Toplu isimlər cümlədə mübtəda yerində işlənəndə xəbər cəm
şəkilçisi qəbul etmir. Məs: Xalq ayağa qalxdı. Sürü örüşdən
qa-yıtdı («xalq ayağa qalxdılar, sürü örüşdən qayıtdılar»
yazmaq və demək olmaz).
8. İSMIN MƏNSUBIYYƏTƏ GÖRƏ DƏYIŞMƏSI. Əşyanın hansı şəxsə
mənsubluğunu (aidliyini) bildirən qram-ma-tik şəkilçilərə
ismin mənsubiyyət şəkilçiləri deyilir. Mənsubiyyət şəkilçiləri
aşağıdakılardır:
Tək cəm
I (mən) – ım4, -m (bizim) -ımız4, -mız4
II (sən) – ın4, -n (sizin) – ınız4, -nız4
III (o) – ı4, -sı (onların) – ı4, -sı4, -ları2
I, II şəxslərə aid mənsubiyyət şəkilçiləri
qəbul edən isimlər əşyanın əsasən insana, III şəxsə aid
mənsubiyyət şəkilçisini qəbul edən isimlər isə əşyanın həm
insana, həm də başqa əşyalara mənsubluğunu ifadə edir. Mənsubiyyət
şəkilçiləri bütün hallarda özündən əvvəl gələn və yiyəlik
halda işlənən əvəzlik və ya isimlə bağlı olur. Məs:
mənim kitab-ım, quzu-m bizim kitab-ımız,
quzu-muz
sənin kitab-ın, quzu-n sizin kitab-ınız, quzu-nuz
onun kitab-ı, quzu-su onların kitab-ı(ları), quzu-su(ları)
İsimlər də fe'llər kimi, şəxsə görə dəyişə
bilir. Məs: şagird-əm, şagird-ik, şagird-sən, şagird-siniz,
şagird-dir, şagird-dirlər və s.
İsimlərdə həm mənsubiyyət, həm də şəxs şəkilçiləri şəxslə
bağ-lıdır, lakin yuxarıdakı misallardan göründüyü kimi bunlar
bir-birindən əsaslı şəkildə fərqlənirlər.
9. BƏ'ZI ALINMA SÖZLƏRIN MƏNSUBIYYƏTƏ GÖRƏ DƏYIŞMƏSI. Dilimizdə
saitlə bitən bir neçə alınma söz var ki, onların qəbul etdikləri
mənsubiyyət şəkilçiləri digər söz-lə-rə artırılan mənsubiyyət
şəkilçilərindən bir qədər fərqlənir. Hə-min sözlər bunlardır:
tale, mövqe, mənşə, mənafe, mənbə. Bu söz-lərdə mənsubiyyət
şəkilçisinin əvvəlində «y» bitişdirici samiti işlənir. Məs:
mənafe-y-im mənşə-y-im
mənafe-y-in mənşə-y-in
mənafe-y-i mənşə-y-i
mənafe-y-imiz mənşə-y-imiz
mənafe-y-iniz mənşə-y-iniz
mənafe-y-i (mənafe-ləri) mənşə-y-i (mənşə-ləri) və s.
10. İSMIN HALLANMASI. İsimlər cümlədə başqa
söz-lər-lə əlaqə-yə girərkən müəyyən qrammatik şəkilçilər
qəbul edərək dəyişirlər. İsmin belə dəyişməsinə ismin hallanması
deyilir. İsmin altı halı var və həmin hallar suallara görə
müəyyənləşir.
1) Adlıq hal. Bu halda olan isimlər əşyanın adını bildirir,
şə-kilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab
olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada)
verilir. Məs: dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş,
dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.
İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də
işlənə bilir. Məs: bacı (başlanğıc formada); bacılar (cəm
şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım
(cəm və mənsubiyyət şəkilçisi ilə).
2) İsmin yiyəlik halı. İsmin yiyəlik halı sahiblik, aidlik,
yiyəlik mə'nalarını bildirir. Yiyəlik halda işlənən isim
cümlədə özün-dən sonrakı başqa bir isimdən – daha doğrusu,
mənsubiyyət şə-kil-çili isimdən asılı olur. Məs: ağac-ın
(yiyəlik hal) yarpağ-ı (mən-subiyyət şəkilçili isim), qapının
ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim
evimiz və s.
Yiyəlik halın iki forması var:
a) Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın4
(-nın4) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın?
suallarından birinə cavab olur. Məs: Məmmədin (kimin?),
dəftərin (nəyin?), Bakının (haranın?)
b) Qeyri-müəyyəndik bildirən yiyəlik hal. Bu halda olan
isimlər şəkilçisiz olur və nə? sualına cavab olur. Məs:
ağac (nə?) yarpağı, dəmir (nə?) qırığı, qonaq (nə?) otağı,
çoban (nə?) tütəyi və s.
Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan ismi hal şəkilçisini
(-ın4, -nın4) artırmaqla müəyyənlik bildirən yiyəlik hala
çevir-mək olur. Məs: maşın təkəri – maşının təkəri, kənd
yolu – kən-din yolu və s.
Qeyd: Samitlə bitən isimlər yiyəlik halda –ın4, saitlə bitən
isim-lər isə -nın4 şəkilçisi qəbul edir. İkinci şəkildəki
«n» samiti iki samit arasında işlənən bitişdirici samitdir.
-ın4 yiyəlik hal şəkilçisi ikinci şəxsin təkinin mənsubiyyət
şəkilçisi ilə ononimdir. Məsələn, dəftərin cildi, aşığın
sazı (yiyəlik hal); sənin dəftərin, sənin sazın (mənsubiyyət).
3) İsmin yönlük halı. Yönlük hal hərəkətin yönümünü, istiqamətini
və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samit-lə
bitən söz köklərində –a2, saitlə bitənlərdə isə –ya2 («y»
bitiş-di-ri-ci samitdir) şəkilçisini qəbul edir, kimə?,
niyə?, haraya? Sual-la-rın-dan birinə cavab olur. Məs. Murada
(kimə?), quzuya (nəyə?), kən-də (haraya?) və s.
Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlər yönlük halda
iş-lənərkən tələffüz zamanı həmin saitlər ahəngə uyğun olaraq
qa-pa-lı saitlərdən (ı,i,u,ü) birinə keçir. Məs: dərəyə-(dəriyə),
Şuşaya-(Şuşuya), kölgəyə-(kölgüyə), torbaya-(torbıya) və
s.
4) İsmin tə'sirlik halı. Tə'sirlik hal hərəkətin obyektini,
yə'ni hərəkətin hər hansı bir əşya üzərində icra olunduğunu
bildirir. Yiyəlik hal kimi, tə'sirlik halın da iki forması
var:
a) Müəyyənlik bildirən tə'sirlik hal. Bu halda olan isim
müəyyənlik bildirərkən samitlə bitən isimlərdə – ı4, saitlə
bitən isimlərdə isə – nı4 şəkilçisini qəbul edir, kimi?
nəyi? bə'zən də haranı? suallarından birinə cavab olur.
Məs: kitabı (nəyi?), ceyhunu (kimi?), Bakını (haranı?) və
s.
b) Qeyri-müəyyənlik bildirən tə'sirlik hal. İsim tə'sirlik
halda qeyri-müəyyənlik bildirdikdə şəkilçisiz işlənir və
ancaq nə? Sua-lına cavab olur. Məs: Mağazadan kitab (nə?)
aldım. Maşın sər-nişin (nə?) daşıyır və s.
Qeyd: Qeyri-müəyyənlik bildirən tə'sirlik halda olan isimlərlə
adlıq halda olan isimləri fərqləndirmək üçün aşağıdakıları
yadda saxlamaq lazımdır:
a) Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismi müəyyənlik
bildirən isim kimi də işlətmək olur. Məs: Kəndə yol (nə?)
çəkdilər – Kəndə yolu (nəyi?) çəkdilər.
b) Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismi cümlədə
fe'l-dən uzaqlaşdırdıqda onu şəkilçisiz işlətmək mümkün
olmur. Məs: Futbolçular qapıya top (nə?) vurdular – Futbolçular
topu (nəyi?) qapıya vurdular.
c) Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismin əvvəlinə
o, bu əvəzliklərindən biri artırıldıqda həmin isim mütləq
şəkilçi qəbul etməli olur. Məs: Həsən kitab (nə?) aldı –
Həsən bu kitabı (nəyi?) aldı.
5) İsmin yerlik halı. İsmin yerlik halı əşyanın və ya hərəkətin
yerini bildirir, -da2 şəkilçisi ilə düzəlir və kimdə? nədə?
harada? sual-larından biri-nə cavab olur. Məs: anada (kimdə?),
kağızda (nədə?), dənizdə (harada?) və s.
6) İsmin çıxışlıq halı. İsmin çıxışlıq halı hərəkətin çıxış
nöqtəsini, başlanğıc yerini bildirir, -dan2 şəkilçisi ilə
düzəlir, kimdən? nədən? haradan? suallarından birinə cavab
olur. Çıxışlıq hal mə'-na-sına görə yönlük halın əksini
ifadə edir.
Sonu n, m samitləri ilə bitən sözlərdən sonra çıxışlıq hal
şəkilçisi (-nan2) şəklində tələffüz olunur. Məs: dostumdan
(dostumnan), səpindən (səpinnən) və s.
11. İSIMLƏRIN HALLANMASINA AID MISALLAR.
A. qələm düyü kəpənək qonaq
Y. qələmin düyünün kəpənəyin qonağın
Yön. qələmə düyüyə kəpənəyə qonağa
T. qələmi düyünü kəpənəyi qonağ
Yer. qələmdə düyüdə kəpənəkdə qonaqda
Ç. qələmdən düyüdən kəpənəkdən qonaqdan
Qeyd: Sonu «q» və «k» samitləri ilə bitən
çoxhecalı əsl Azər--baycan sözləri hallanarkən yiyəlik,
yönlük və tə'sirlik hallarda q-ğ, k-y əvəzlənməsindən «Fonetika»
bəhsində mə'lumat verdiyimizdən, burada təkrara ehtiyac
görmədik.
12. BƏ'ZI IKIHECALI ISIMLƏRDƏ SON SAITIN DÜŞMƏSI. Dilimizin
lüğət tərkibində elə ikihecalı sözlər var ki, onlara saitlə
başlanan şəkilçilər artırıldıqda söz kökünün son sa-iti
düşür. Məs: isim – ism-in, ism-i, ism-ə və s. Belə sözlər
dili-mizdə çox azdır. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir.
1. İsim, qisim, cisim, nəsil, fəsil, şəkil, fikir, ətir,
səbir, səfir, qədir, ömür, sinif, eyib, zehin, izin kimi
ərəb-fars mənşəli sözlər.
2. Beyin, çiyin, ağıl, qarın, alın, oğul, burun, ağız, boyun
kimi əsasən əsl Azərbaycan sözləri.
Ərəb-fars mənşəli yuxarıdakı sözlərə həm hal, həm də mənsubiyyət
şəkilçiləri artırdıqda sözün kökündəki son sait düşür. Məs:
ömür, ömrün, ömrə, ömrü, ömrün; şəkil, şəklin, şəklə, şəkli,
şəklim və s.
Əsl Azərbaycan sözlərinə yalnız mənsubiyyət şəkilçisi artır-dıqda
köklərin son saiti düşür. Bu sözlər saitlə başlanan hal
şə-kil-çi-ləri qəbul etdikdə söz kökləri dəyişməz qalır.
Məs:
Hal şəkilçisi ilə Mənsubiyyət şəkilçisi
ilə
Beyin-in quruluşu Uşağın beyn-i
Boyun-un arxası Sənin boyn-un
Çiyin-in əzələsi Onun çiyn-i
İsmin morfoloji təhlil qaydası
1. Sözün hansı nitq hissəsindən əmələ gəlməsi,
sualı
2. Başlanğıc forması
3. Quruluşca növü
4. Ümumi və ya xüsusi olması
5. Halı, mənsubiyyət şəkilçisi (əgər varsa), tək və ya cəm
olması.