.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

MORFOLOGİYA


1. Dil haqqındakı elmin bölmələrindən biri olan qrammati-ka-da sözlərin dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissədən ibarətdir: 1) morfologiya, 2) sintaksis. Morfologiya yunanca «morfos» (forma) və «loqos» (bəhs) söz-lərinin birləşməsindən əmələ gəlib «sözün formaları haqqında bəhs» mə'nasını bildirir.
Morfologiyada nitq hissələri, onların quruluşu və dəyişmə xü-susiyyətləri öyrənilir.
Sintaksis də mənşəcə yunan sözüdür, «tərtib» mə'nasını bil-dirir. Sintaksis söz birləşmələri, cümlə və onun tərkibini öyrənir.
2. SÖZÜN TƏRKIBI. Kök və şəkilçi sözün mə'nalı his-sə-lə-ridir. Sözün ayrılıqda işlənə bilən, əsas mə'nanı ifadə edən hissəsinə kök deyilir.
Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulduqda müəyyən mə'na daşıyan hissəsinə şəkilçi deyilir.
Əsil Azərbaycan sözlərində, bir qayda olaraq, kök əvvəl, şə-kilçi sonra gəlir. Məs: gəmicçi, kitabclar, çəmənclik, çəməncdə və s. Dilimizdə söz köklərinə əvvəl leksik (sözdüzəldici), son-ra isə qrammatik (sözdəyişdirici) şəkilçilər artırılır. Məs: yaz-ı-çı-lar, iş-lə-miş-ik, sağ-ıcı-lar-ın və s.
Bə’zən qrammatik şəkilçi leksik şəkilçidən əvvəl də gələ bilir. Məs: ev-imiz-dəki, bab-m-gil və s.
Azərbaycan dilində eyni zamanda sözlərə bir neçə leksik və qra-mmatik şəkilçi artırmaq olur. Məs: ək-in-çi-lik-dən, yara-q-lı-lar-ımız, yat-aq-xana-dakı-lar və s.
3. LEKSIK VƏ QRAMMATIK ŞƏKILÇILƏR. Şəkilçilər iki cür olur: 1) leksik (sözdüzəldici) şəkilçilər, 2) qrammatik (sözdəyişdirici) şəkilçilər.
Qoşulduqları söz köklərindən yeni sözlər yaradan şəkilçilər leksik şəkilçilər adlanır. Məs: yaxşı-yaxşıclıq, gör-görcüş, külək-küləkcli və s.
Qrammatik şəkilçilər isə sözün ancaq formasını dəyişir və bu şəkilçilər söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağ-la-mağa xidmət edir.
İsimlərdə hal və cəm şəkilçiləri, fe'llərdə zaman, şəxs şəkilçi-ləri və s. qrammatik şəkilçilərdir. Məs: kitab-kitabcın, kitabcla-r; get-gedcir, ged-ir-əm və s.
Qeyd: Şəkilçilərin mə'na növləri barədə dərsliyin müvafiq böl--mələrində hər bölməyə uyğun olaraq müfəssəl məlumat veriləcəkdir.
4. ŞƏKILÇILƏRIN YAZILIŞI. Qrammatik şəkilçilər ahəng qanununa uyğun olaraq həmişə iki və dörd cür yazılırlar. Dili-mizdəki qrammatik şəkilçilərin hamısı əsil Azərbaycan şəkil-çiləridir.
İki cür yazılan şəkilçilərin tərkibində yalnız iki açıq sait işti-rak edir: a, ə. Digər açıq saitlər (e, o,ö) şəkilçilərdə ona görə işti-rak etmir ki, əsl Azərbaycan sözlərində həmin səslər (e,o,ö) sö-zün birinci hecasından sonrakı hecalarda işlənə bilmir. (-lar2, -da2, -da2, -a2 və s.)
Qapalı saitlər isə (ı, i, u, ü) sözün bütün hecalarında işləndiyi üçün şəkilçilərin də tərkibində iştirak edir. Buna görə də qapalı saitli şə-kilçilər ahəng qanununun tələbinə uyğun olaraq dörd cür yazılır. –ın4,-dı4, -mış4, -ı4 və s.
Leksik şəkilçilər də ahəng qanununa uyğun olaraq iki və dörd cür yazılırlar. Lakin leksik şəkilçilər arasında bir cür yazılanı da var. Bu şəkilçilər başqa dillərdən dilimizə keçmiş, ahəng qa---nununa tabe olmurlar. Məs: bi-, na-, anti-, –daş, -kar, -baz, -keş, -dar, -gil və s.
Azərbaycan dilinin öz şəkilçilərindən fərqli olaraq, alınma şəkilçilər sözlərin əvvəlinə də artırıla bilir. Məs: na-insaf, ba-mə-zə, bi-savad və s.
Qeyd: Sözün kökü saitlə bitərsə, sözə saitlə başlanan şəkilçi artdıqda iki sait arasında n, y, s samitlərindən biri işlənir. Bu sa-mit-lər bitişdirici samitlər adlanır. Məs: ata-n-ın, ata-y-a, ata-s-ı və s.
Yazıda «n» samitindən, əsasən, sonu saitlə bitən sözlərə is-min yiyəlik, tə'sirlik hal şəkilçiləri, «y» samitindən yönlük hal şə-kil-çisi və tale, mənbə, mənafe, mövqe, mənşə sözlərinə mənsubiy-yət şəkilçiləri, «s» samitindən isə sonu saitlə bitən sözlərə III şəxs mənsubiyyət şəkilçisi artırılarkən bitişdirici samit kimi istifadə olunur. Məs: quzu-n-un, quzu-n-u, quzu-y-a, quzu-s-u, tale-y-im, mövqe-y-in, mənafe-y-i və s.
5. SÖZÜN BAŞLANĞIC FORMASI. Sözün başlanğıc for-ması onun leksik mə'nasını bildirən hissəsidir. Bütün sözlərdə qram-matik şə-kil-çiyə qədərki hissə başlanğıc formadır. Məs: yaz-maq, yazı, ya-zı-çı, yazıçılıq, yazıçılıqdan və s.
Sözlər bütün lüğətlərdə yalnız başlanğıc formada öz əksini tapır.
İsimlərin başlanğıc forması onların heç bir qrammatik şəkil-çisi olmayan adlıq hal formasına uyğun gəlir. Məs: gəmiçilikdən, dəmirçinin, kitabda, oxucular və s.
Fe'llərin başlanğıc forması onların qrammatik şəkilçiyə qədər-ki hissəsidir. Məs: gözəlləşir, başladılar, göndərildi və s.
Qeyd: Sözlərin quruluşca növü, hansı nitq hissəsinə aid olması onların başlanğıc formasına görə müəyyən olunur.

Sözün tərkibinə görə təhlili

1) Təhlil edilən sözün hansı nitq hissəsinə aid olduğu göstərilir.
2) Sözün başlanğıc forması müəyyən edilir.
3) Əgər başlanğıc forması düzəltmə sözdürsə, onun necə əmə-lə gəlməsi izah olunur.
4) Sözün qrammatik şəkilçilərindən hər birinin mə'nası mü-əy-yənləşdirilir.
Şifahi təhlil nümunəsi (bağçadakı)
Bu söz sifətdir. Bağçadakı bütövlükdə başlanğıc formadadır. –ça kiçiltmə mə'nası bildirən leksik şəkilçi, -dakı isə isimdən si-fət düzəldən şəkilçidir. Demək, -ça şəkilçisi «bağ» ismindən «bağ-ça» ismini, -dakı şəkilçisi isə «bağça» ismindən «bağçadakı» sifətini əmələ gətirmişdir.
Yazılı təhlil nümunəsi (yazıçılıqdan, ələkçilər, bağçadakı, namərdlik)
Yazıçılıqdan, ələkçilər, bağçadakı, namərdlik.

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz