.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

LEKSİKA

1. SÖZ VƏ ONUN LEKSIK MƏ'NASI. Söz dilin əsas va-hidi-dir. Dildəki sözlərin hamısı birlikdə onun lüğət tərkibini, leksikasını təşkil edir.
Dilin lüğət tərkibindən bəhs edən elmə leksikologiya de-yi-lir. Leksikologiya yunanca lixikos -lüğət və loqos – tə'lim söz-lər-in-in birləşməsindən əmələ gəlmiş dilçilik terminidir.
Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı ifadə etməyə xid-mət edir. Hər bir sözün ifadə etdiyi mə'naya onun leksik mə'nası deyilir. Leksik mə'na odur ki, həmin sözü deyərkən nəyi başa dü-şürük. Sözlərin leksik mə'nası izahlı lüğətlərdə öz ifadəsini ta-pır. Məsələn: döyüş - vuruşma, çarpışma, vuruş, dava; zarafat – gül-mək, əylənmək və dilxoşluq üçün deyilən söz və ya edilən hərəkət və s.
Sözün leksik mə'nası ilə yanaşı, qrammatik mə'nası da olur. Məs: izin sözünün icazə mə'nası onun leksik mə'nası, isim olması, adlıq halda işlənməsi isə onun qrammatik mə'nasıdır.
Qeyd: İzahlı lüğətlərdə sözlərin leksik mə'nası, orfoqrafiya lüğətində düzgün yazılışı, orfoepiya lüğətində isə düzgün tələffüz qay-daları əhatə olunur. Lüğətlərin hamısında sözlər əlifba sırası ilə düzülür.
2. SÖZÜN HƏQIQI VƏ MƏCAZI MƏ'NASI. Sözün həqi-qi mə'nası dedikdə onun əşya, hərəkət, əlamət və miqdarı ifadə etməyə xid-mət edən lüğəvi, leksik mə'nası başa düşülür. “Qızıl üzük” – deyəndə üzüyün qızıldan düzəldilməsi nəzərdə tutulursa, “qızıl adam” – deyəndə adamın yaxşı xasiyyətə malik olması bildirilir. Müəyyən əlamət və keyfiyyətləri daha qabarıq şəkildə nəzərə çarpdırmaq üçün insanlara məxsus müəyyən hərəkətlər cansız əşyalar üzərinə keçirilir və beləliklə sözün məcazi mə'nası yaranır.
Məs:

balta çay uşaq
iti şirin yatdı
söz yuxu külək

Misallardakı iti balta, şirin çay, uşaq yatdı, çiy ət bir-ləş-mələri həqiqi, iti söz, şirin yuxu, külək yatdı, çiy söz birləşmələri isə məcazi mə'nalı sözlərdir.
Sözlərin məcazi mə'na kəsb etməsində əşya, hadisə, hərə-kət, keyfiyyət və s. arasında məkan, zaman, vasitə və xüsusən bən---zəyiş kimi müxtəlif əlaqələrin varlığı vacib şərtlərdəndir. Sö-zün həqiq və məcazi mə'naları arasında uzaq və yaxın əla-qə-lərin olması zəruridir. Məcaz yalnız iki mə'nanın (həqiqi və kö-çür-mə) mövcudluğu əsasında yaranır.
Məcazi mə'nalı sözlərdən ən çox bədii əsərlərdə istifadə olu-nur.
3. TƏKMƏ'NALI VƏ ÇOXMƏ'NALI SÖZLƏR. Tək-mə'na-lı sözlərin yal-nız bir leksik mə'nası olur. Məs: kənd, meşə, avtobus, moruq və s.
Eyni leksik mə'na ilə bağlı bir-birinə yaxın müxtəlif mə'na-ları bil-dirən sözlərə çoxmə'nalı söz deyilir. Məs: qaş – üzüyün qaşı, dağın qaşı, adamın qaşı; diş – mişarın dişi, pələngin dişi, da-rağın dişi və s.
Çoxmə'nalı sözlər bu və ya digər cəhətdən bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir. Məs: kağız sözü üç mə'nada işlənir: a) kağız – üzərində yazı yazılan material; b) ka-ğız – hər cür rəsmi sənəd; c) kağız – müxtəlif əşyalar ha-zırlamaq üçün işlədilən material.
Çoxmə'nalı sözlərdə onun daşıdığı mə'nalardan biri öz kon-k-ret ifadəsini ancaq mətnin daxilində alır. Söz öz ilk müstəqim, həqiqi mənasından ayrılıb çoxmə'nalılıq kəsb edəndə məcazi mə'-na daşıyır. Ağız sözünü nəzərdən keçirək. Bu söz “adımın ağzı” ifa-dəsində həqiqi mə'nada, “qazanın ağzı”, “qapının ağzı”, “to-pun ağzı”, “bıçağın ağzı” ifadələrində isə məcazi mə'na daşıyaraq çoxmə'nalılıq əmələ gətirmişdir.
Çoxmə'nalı sözlərdə mə'na çalarlığı nə qədər çox olursa-olsun, bunlardan biri mütləq onun ilk həqiqi, müstəqim mə'na-sı-nı təşkil edir. Başqa mə'naları isə ilk mə'naya az və ya çox yaxın olduğuna baxmayaraq, onun sonradan törənmiş mə'naları kimi özünü göstərir.
Çoxmə'nalı sözlərdə sözün mə'na çalarlıqlarından əsas mə'-na-sı həqiqi, ikinci və sonrakı mə'naları isə məcazi mə'na adlanır.
Aşağıdakı sözləri çoxmə'nalı sözlərə misal göstərmək olar: bu-run, diş, qol, ağız, üz, göz, maşın (tikiş maşını, minik maşını) və s.
4. OMONIMLƏR. Deyilişi ilə yazılışı eyni olan, lakin lek-sik mə'nalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Omonim sözlər iki və ya daha çox, bə'zən məntiqcə yaxın (ay: 1-)- peyk adı, astronomik termin; 2) 30 gün), bə'zən də heç bir mən-tiqi yaxınlığı olmayan (biz: 1) birinci şəxs əvəzliyinin adı; 2) çək-məçilikdə istifadə olunan alət) müxtəlif məfhumları ifadə edir.
Omonimlik həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olan leksik vahidlərdə özünü göstərə bilir. Məs: düz (isim, sifət, fe'l), saç (isim, fe'l), qaz (isim, isim, fe'l), sarı (sifət, fe'l) və s.
Dilimizdə elə sözlər vardır ki, onlar həm omonim, həm də çoxmə'nalı söz kimi işlənə bilir. Məs: qol (imza, qapıya vurulan top – omonim; adamın qolu,çayın qolu – çoxmə'nalı söz), kök (kök adam, bitki adı – omonim; ağacın kökü, dişin kökü, nəslin kökü – çoxmə'nalı söz) və s.
Yazılışı eyni, vurğusunun yerini dəyişməklə səslənməsi, tələffüzü müxtəlif olan sözlər omonim sayılmır. Məs: qoyun, bağ-la-ma, alma, sərin, gəlin və s. Bu sözlərdə vurğu sözün sonunda olan-da həmin sözlər isim, şəkilçilərdən əvvəl olanda isə fe'l kimi işlənir. Belə sözlər omoqraf adlanır. Bu qəbildən olan sözlərə bə'-zən təsadüfi omonimlər də deyilir ki, belə sözlər vurğunun və qra-ma-tik şəkilçilərin köməyi ilə yaranır. Deməli, bu yollarla yaran-mış yazılışı eyni olan sözləri omonim hesab etmək olmaz.
Çoxmə'nalı sözlərdən fərqli olaraq omonimlər eyni leksik mə'na ilə bağlı müxtəlif mə'naları deyil, tamamilə başqa-başqa lek-sik mə'naları ifadə edir və lüğətlərdə ayrı-ayrı sözlər kimi onların üzərinə sıra nömrələri qoyulur. Məs: qaz1 (quş), qaz2 (yanan maye.), qaz3 (torpağı qazmaq) və s.
Aşağıdakı sözlər omonimdir: əqrəb (saat əqrəbi, həşarat); di-van (oturmaq üçün avadanlıq, cəza vermək); don (paltar, şax-ta); bal (arı, bal, rəqs); kök (yerkökü, tosqun, kök adam) və s.
5. SINONIMLƏR. Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mə'naları bildirən sözlərə sinonimlər deyilir.
Sinonimlər eyni məfhumun ancaq çox yaxın və nisbətən fərqli mə'nalarını ifadə etmək xüsusiyyətlərinə malikdir. Ədəbi dildəki sinonimlər bədii üslubda əsas yer tutduğundan, sino-nim-lər bədii dilin əsas ifadə vasitələrindən sayılır. Nitqdə təkrara yol ver-məmək, mə'nanı daha dəqiq ifadə etmək, oxucu və dinləyicidə emo-sional-ekspresiv hiss yaratmaq, sözün mə'nasını aydın-laş-dır-maq üçün sinonimlərdən geniş istifadə olunur.
Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məs: qaçmaq – yüyürmək, tullamaq – atmaq, dolanmaq – dön-mək (fe'l), gözəl – göyçək – qəşəng, zərif – incə, qalın – sıx (sifət), çeşmək – eynək – gözlük, arzu – istək – kam, səadət – xoşbəxtlik – ağ gün, el – oba (isim), çox – xeyli, bir az – bir qədər (say), biri – kim isə, heç kəs – heç kim (əvəzlik), ahəstə – yavaş-yavaş, pəsdən – alçaqdan (zərf), ayrı –başqa – savayı, qabaq – əvvəl (qoşma), amma – ancaq – lakin, və ya – yaxud (bağlayıcı), qətiyyən – əsla (ədat), əfsus – heyif (nida) və s.
6. ANTONIMLƏR. Mə'naca bir-birinin əksi olan sözlərə an-to-nim-lər deyilir. Antonimləri təşkil edən sözlər eyni bir nitq his-sə-sinə aid olur. Məs: arıq-kök, dərə-təpə, yaxşı-pis, isti-soyuq, qa-ran-lıq-aydınlıq, xeyir-zərər, mərhəmət-qəzəb, saf-çürük, ağır-yün-gül, gəlmək-getmək, küsmək-barışmaq, xeyli-bir az, çoxlu – bir qədər, irəli- geri, tez-gec, əvvəl-axır və s.
Müqayisə və qarşılaşdırma yolu ilə aşkar edilən müxtəlif tə-za-dlı hadisələr əks qütblərdə duran leksik vahidlər olan anto-nim-lər vasitəsi ilə şərh olunur.
Sinonimlər kimi antonimlər də mütləq və nisbi mə'naları ifa-də edir.
7. ÜMUMIŞLƏK SÖZLƏR VƏ ÜMUMIŞLƏK OLMA-YAN SÖZLƏR. Dili-mi-zin lüğət tərkibindəki sözlərin əksəriyyəti hamı üçün mə'lum və ha-mı tərəfindən başa düşülən sözlərdir. Biz gündəlik nitqimizdə, əsa-sən, belə sözlərdən istifadə edirik ki, belə sözlər ümumişlək söz-lər adlanır. Məs: çörək, su, ata, oxumaq, ev, yaxşı, yazmaq və s.
Dilimizdə elə sözlər də vardır ki, onlardan hamı öz nitqində is-tifadə etmir. Belə sözlər ümumişlək olmayan sözlər adlanır. Əsas növləri aşağıdakılardır.
1) Dialekt sözləri. Yalnız bə'zi rayon və kəndlərdə işlədilən sözlərə dialekt sözləri deyilir. Məs: hancarı (necə), doqqaz (küçə), lapdan (birdən), nimdər (döşəkçə), becid (tez), ayama (ləqəb) və s.
2) Terminlər və ya ixtisas sözləri. Müxtəlif ixtisas və peşə sahələri ilə əlaqədar olan sözlərə terminlər və ya ixtisas sözləri deyilir.
İxtisas sözlərindən, yə'ni terminlərdən elmi üslubda daha çox istifadə olunur. Terminlərdən bə'zən bədii əsərlərdə də isti-fa-də olunur. Bu, həmin əsərlərdə adamları, onların məşğuliyyətini da-ha dəqiq şəkildə təsvir etməyə kömək göstərir.
Hər elm sahəsinin özünəməxsus terminləri olur: Məs: dil-çilikdə – sinonim, antonim, mübtəda, xəbər və s; riyaziyyatda – inteqral, tənlik, teorem və s; ədəbiyyatda – roman, qafiyə, vəzn, süjet və s.
Dilimizdə elə sözlər vardır ki, onlar həm ümumişlək söz, həm də termin kimi (sifət – adamın üzü (ümumişlək söz), nitq hissəsi (termin); pərdə – pəncərə örtüyü (ümumişlək söz), musiqi alə-tində pərdə (termin) və s.; elə sözlər də vardır ki, yalnız termin kimi (relyef, meredian, kulminasiya, fonem, morfem və s) işlənirlər.
8. ALINMA SÖZLƏR. Dilimizin lüğət tərkibinə daxil olan söz-lə-rin böyük əksəriyyətini əsl Azərbaycan sözləri təşkil edir. Xüsusən əvəzlik, sifət, say və fe'llərin demək olar ki, hamısı türk mənşəli söz-lər-dir. Məs: mən, sən, oturmaq, ürək, dəniz, altı, doqquz və s.
Ahəng qanunu, söz köklərinə şəkilçilərin artırılması və vur-ğu-nun sözün son hecasına düşməsi dilimizin öz sözlərinə xas olan başlıca cəhətlərdir.
Bütün dünya dillərində olduğu kimi, bizim dilimizdə də çox-lu alınma sözlər vardır. Bu sözlər iki qrupa ayrılır:
1) Ərəb-fars dillərindən alınma sözlər: sahib, qanun, hökm, ki-tab, müalicə, şüur, müdafiə, e'lan, şö'bə, əlamət və s.
2) Avropa dillərindən alınma sözlər: velosiped, traktor, pro-jektor, snayper və s.
Dilimizdəki alınma sözlərin bir qismi dünya dillərinin ço-xun-da işlədilir (parlament, deputat, firma, fonetika və s.). Belə söz-lər beynəlmiləl sözlər adlanır.
Qeyd: Aşağıdakı xüsusiyyətlər əsl Azərbaycan sözləri üçün xa-rakterik deyil.
1) Sözün əvvəlində iki samitin yanaşı işlənməsi: stansiya, plan, snayper və s.
2) Sözlərdə iki saitin yan-yana işlənməsi: ailə, zəif, təbii, müəl-lim və s.
3) Sözün j və r səsi ilə başlanması: jurnal, Jalə, rahat, rəf, rels, radio və s.
4) Sözlərdə apostrof işarəsinin işlənməsi: e'lan, me'mar, mə'dən, tə'mir, şö'bə, mö'tərizə və s.
5) Sözün tərkibində «j» samitinin işlənməsi: Əjdər, ajan, hajər və s.
9. YENI SÖZLƏR (NEOLOGIZMLƏR). cəmiyyətin, elm və tex-ni-ka-nın inkişafı ilə bağlı yaranan sözlər yeni sözlər ad-lanır. Məs: kos-mo-drom, biznesmen, ekologiya, telefilm, kap-ron və s.
10. KÖHNƏLMIŞ SÖZLƏR (ARXAIZMLƏR). Dilə daima yeni sözlər daxil olduğu kimi, bə'zi sözlər dövrdən-dövrə köh-nəlir, öz ümu-miş-lək xüsusiyyətini itirir. Bu cür sözlər köh-nəl-miş sözlər adlanır. Məs: dəbilqə, darğa, qalxan, xurcun, təhnə, mülkədar, kənd-xu-da, dəyə, toppuz, sayru, əsrük və s.
11. FRAZEOLOJI BIRLƏŞMƏLƏR. Frazeoloji bir-ləş-mə-lər dedikdə tər-kibcə dəyişməz, hazır şəkildə işlənən məcazi mə'nalı bir-ləş-mə-lər nəzərdə tutulur. Bu birləşmələrə sabit söz birləşmələri də deyilir.
Frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mə'nalarını itirir, yalnız birlikdə məcazi mə'na ifadə edir.
Aşağıdakı birləşmələr frazeoloji birləşmələrdir: ürəyi ağ-zı-na gəlmək (qorxmaq), gözü su içməmək (inanmamaq), dabanına tüpürmək (qaçmaq), əldən düşmək (yorulmaq), ağzına su alıb otur-maq (susmaq), başa çatdırmaq (tamamlamaq) və s.
Frazeoloji birləşmələr bütövlükdə cümlənin bir üzvü olur. Məs: Eldar kişi lap yanıb tökülürdü. O, Kərim babanı görəndə dili qurudu.
Frazeoloji birləşmələr nitqə xüsusi ifadəlilik, canlılıq gətirir. Belə birləşmələrdən, əsasən, danışıq üslubunda və bədii üs-lub-da istifadə olunur.

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz