.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

ORFOQRAFİYA


1.ORFOQRAFIYA – yazılı nitqdə dil vahidlərinin ya-zılışını tənzimləyən qaydalar sistemidir. Orfoqrafiya yazılı nitqin normalarıdır ki, bu normalarının konkret dil vahidlərinə görə qanuniləşdirilmiş müxtəlif təzahirləri orfoqrafiyanın qaydalarını təşkil edir.
Müasir Azərbaycan dilinin orfoqrafiya qaydaları, əsasən üç prinsip – fonetik, morfoloji və tarixi ən'ənəvi üzərində qurulmuşdur.
Azərbaycan dilinin öz sözlərinin və şəkilçilərinin yazılışında aşağıdakıları gözləmək lazımdır:
Son səsi “d”, həm də “t” ilə deyilən sözlər “d” ilə yazılır. Məs:bulud, qurd, kənd, polad və s.
Son səsi “k”, “g”, “y” ilə deyilən ikihecalı və çoxhecalı sözlər “k” ilə yazılır. Məs: böyük, kəpənək, hörümçək, çiçək, çörək və s.
Son səsi “ğ”, “x”, “q” ilə deyilən ikihecalı sözlər “q” ilə yazılır. Məs: bulaq, qaşıq, qonaq, yarpaq və s.
Son səsi “c”, “ç”, “j” və ya “ş” ilə deyilən sözlər “c” ilə yazılır. Məs: ağac, qılınc, dinc, kərpic, gec, süzgəc, sac, güc və s.
2. APOSTROF IŞARƏSI. Apostrof sözü yunanca aros-trorhes (“çev-riliş”, “çönük”) sözündən düzəldilmiş beynəlxalq termindir.
Ərəb və fars dillərindən dilimizə keçən bə'zi sözlərin birinci, bə'zən də ikinci hecasında ixtisara düşən boğaz səsindən əvvəlki incə saitlərin uzadılmasını göstərmək və ya sözün samitlə bitən birinci hecasından sonrakı saitlə başlayan hecasının tam örtüsüz heca halında ayrıca, aydın tələffüz olmasını bildirmək üçün bu işa-rədən istifadə olunur. Məs: tə'kid, e'zam, iste'dad, şö'lə, əş'ar, məş'əl, məs'ud, məl'un, cüz'i, qit'ə və s.
Saitlərdən sonra işlənən apostrof işarəsi həm həmin saitin uzun tələffüz edildiyini, həm də heca ayrıcını, samitlərdən sonra işlənməsi isə yalnız heca ayrıcını bildirir.
3. DEFIS IŞARƏSI. Latınca “ayırma” mə'nasını verən divisio sö-zündən olan defis ( - ) işarəsi yazıda istifadə olunan ən qısa üfüqi xətdir. Azərbaycan yazısında bu işarədən aşağıdakı mə--qam-larda istifadə olunur:
- Mürəkkəbləşmiş sözlərin və ifadələrin yazılışında. Məs: ala-bəzək, az-az, qeyri-rəsmi, əks-hücum, dost-tanış, yer-göy və s.
- Söz hissələri arasında: a) sətirdən sətrə keçirmədə (işlə-yir, dinləmiş-dir) və s; b) ayrıca yazılan şəkilçilərin əvvəlində (-dan2,-lar2, -çı4, -daş və s.; c) rəqəmlə yazılan saylara bitişən şəkilçilərlə rə-qəm arasında (5-ci, 9-cu) və s.
Qeyd: Nitq hissələri haqqında danışılarkən onların yazılış qaydaları barədə ətraflı məlumat veriləcəyindən defislə yazılan mürəkkəb sözlər barədə burada geniş şərhə ehtiyac görmürük.
4. NÖQTƏ IŞARƏSINDƏ ORFOQRAFIK ISTIFADƏ. Əsa-sən durğu işarəsi kimi işlənilən nöqtə müxtəlif məqamlarda orfoqrafik işarə halında da işləndiyindən, orfoqrafiya qaydaları sırasında nöqtənin də or-foqrafik məqamları qeyd olunmalıdır. Bunlar, əsasən aşağıdakılardır:
- Sıra bildirən rəqəm və hərflərdən sonra nöqtə qoyulur. Məs: 1., 2., A., V. və s.
- Şəxs adı qısaltma yolu ilə ancaq baş hərflə yazılanda baş hərfdən sonra nöqtə qoyulur. Məs: M.Rəsulzadə, Ə.Elçibəy, S.c.Pi-şəvəri, S.Vurğun, M.İbrahimov, M.Müşviq. R.Rza və s.
- Ümumi sözlərdən ixtisar yolu ilə düzəldilən və ancaq yazıda işlədilən qısaltmaların sonunda nöqtə qoyulur. Məs: b.k. (bu kimi), e.d. (elmlər doktoru), və s. (və sairə), akad. (akademik), yol. (yoldaş) və s.
5. ŞƏKILÇILƏRIN YAZILIŞI. Azərbaycan ədəbi dilində iş-lənən şəkilçilər ahəng qanununa uyğun olaraq yazılışca iki cür olurlar: a) ahəng qanununa tabe olanlar; b) ahəng qanununa tabe olmayanlar.
Ahəng qanununa tabe olan şəkilçilər əsil Azərbaycan şəkilçiləridir ki, tərkibindəki saitin açıq və ya qapalı olması ilə bağlı ola-raq bunlar iki və dörd cür yazılır.
Tərkibində açıq “a” və “ə” saitləri olan şəkilçilər qoşulduğu sözün ahənginə uyğun olaraq iki cür, tərkibində qapalı “ı”, “i”, “u”, “ü” saitləri olan şəkilçilər isə dörd cür yazılır. Məs: -da, -də, -lar, -lər, -ın, -in, -un, -ün, -çı, -çi, -çu, -çü və s.
Söz kökünə qoşularaq ahəng qanununa tabe olmayan şəkilçilərin çoxu alınmadır və bunlar bir cür yazılır. İki və dörd cür yazılan şəkilçilər həm yeni söz düzəldə, həm də sözün formasını dəyişə bildikləri halda, bir cür yazılan şəkilçilər, əsasən söz düzəltmə qabiliyyətinə malikdirlər. Bunlar, əsasən, aşağıdakılardır:
- -varı. Məs: qalxan-varı, yüngül-varı və s.
- -dar. Məs: ev-dar, əmək-dar və s.
- -daş. Məs: silah-daş, vətən-daş və s.
- -i (-vi). Məs: inqilab-i, qərb-i, sıra-vi, dairə-vi və s.
- -kar. Məs: xilas-kar, tələb-kar və s.
- -gil. Məs: babam-gil, bacım-gil və s.
- -stan (-ıstan). Məs: Gürcü-stan, Dağ-ıstan və s.
- -keş. Məs: mala-keş, cəfa-keş və s.
- Fe'li bağlama düzəldən –kən şəkilçisi. Məs: gedər-kən, oxuyur-kən və s.
- Məkan ismi bildirən-laq şəkilçisi. Məs: qış-laq, çay-laq və s.
- Fe'lin icbar növünün şəkilçisi –t. Məs: anta-m, yandır-t və s.
- Ön şəkilçiləri na-, bi-, ba- və s. Məs: na-mərd, bi-savad, ba-məzə və s.
Qeyd: Digər orfoqrafik qaydalar barədə dərslik boyu konk-ret mövzularla bağlı olaraq müfəssəl mə'lumat verildiyindən bu-ra--da onları bir daha sadalamağa lüzum görmədik.


FONETİK TƏHLİL

Aşağıdakıları yadda saxlamaq lazımdır:
1) Sözün səs və hərf tərkibi (zəif (zəyif) - sözdə 5 səs, 4 hərf var)
2) Sözün yazılışı və tələffüzü (palıd (palıt), güllə (güllə))
3) Sait səslər (qalın, incə; açıq, qapalı; dodaqlanan, dodaq-lan-mayan)
4) Samit səslər (kar, cingiltili)
5) Sözün hecaları və vurğusu

Qeyd: Sözün heca və vurğuya görə təhlili onun yazılı forması, səslərin təhlili isə tələffüz forması üzərində aparılır.

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz