.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

FONETİKA

1. DANIŞIQ SƏSLƏRI VƏ ONLARIN ƏMƏLƏ GƏL-MƏ-SI. Dil haqqında elmin “Fonetika” bölməsində danışıq səs-ləri öyrənilir.
Danışıq səslərinin əmələ gəlməsini, onların bir-birinə mü-na--sibəti və fiziologiyasını, keyfiyyət və kəmiyyətini, nitq pro-se-sin-dəki funksiyasını və s. bu kimi bir çox əlamətlərin qanu-nauy-ğun-luqlarını öyrənən dilçilik şöbəsinə fonetika deyilir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səsləri danışıq üzvləri vasitəsilə əmələ gəlir. Danışıq üzvləri aşağıdakılardır: 1) ağ ciyərlər, 2) nəfəs borusu, 3) qırtlaq, 4) səs telləri, 5) ağız boşluğu, 6) dil, 7) dodaqlar, 8) dişlər, 9) burun boşluğu, 10) alt çənə, 11) üst çənə, 12) damaqlar.
Səslərin formalaşması prosesində iştirak edən mütəhərrik üzv-lər dil, dodaqlar və alt çənədir. Damaqlar, dişlər və üst çənə isə hərəkətsiz üzvlər hesab olunur.
Danışıq səslərinin əmələ gəlməsində səs telləri, dil və do-daq-lar daha fəal iştirak edir.
Sözün mə'nasını və formasını dəyişdirə bilən ən kiçik dil va-hidi fonem adlanır. Azərbaycan dilindəki [n] və [m] səslərindən başqa, yerdə qalan bütün danışıq səslərinin tələffüzündə hava axı-nı ağızdan çıxır. [N] və [m] səslərinin əmələ gəlməsində isə hava axını, əsasən burun boşluğundan çıxır. Ona görə də bu səs-lə-rə burun səsləri deyilir.
Səsləri hərflərlə, sözün yazılışını tələffüzü ilə qarış-dır-ma-ma-q üçün böyük mö'tərizə [ ] işarəsindən istifadə olunur. Səs və sözün tələffüzünü göstərmək üçün böyük mötərizədən ([a], [ayilə]) bir işarə kimi istifadə olunduğu halda, hərf və sözün yazılışında (a, ayilə) bu işarəyə ehtiyac olmur.
2. SAIT VƏ SAMIT SƏSLƏR. Danışıq səsləri iki cür olur:
1) saitlər, 2) samitlər.
Tələffüz zamanı maneəyə rast gəlməyən, musiqili tona malik, çox ay-dın şəkildə səslənən, deyilərkən hava axını ağızdan sərbəst çı-xan səslərə sait səslər deyilir. Dilimizdəki səslərin doqquzu sait-dir: a, ə, e, ı, i, o, ö, u, ü.
Samitlərin tələffüzündə hava axını ağızda müxtəlif maneələrə ra-st gəlir. Bu səslər maneəli, küylü səslər adlanır. Müasir Azər-bay-can dilində olan samit səslər aşağıdakılardır: b, p, v. f, g, k, z, s, j, ş, ğ, x, ç, c, q, (k'), d, t, y, (x'), l, r, m, n, h.
3. SAIT SƏSLƏRIN NÖVLƏRI. Yaranma yerinə və tələf-fü-z üsuluna görə sait səslərin üç növü var:
1) Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfqi vəziy-yə-ti-nə) görə. Bu vəziyyətə görə saitlər iki qrupa ayrılırlar:
a) qalın (dilarxası) saitlər: a,ı,o,u
b) incə (dilönü) saitlər: ə,e,i,ö,ü
2) Dilin üst damağa doğru qalxması və alt çənənin nisbətən aşağı enməsinə (dilin şaquli vəziyyətinə) görə. Bu vəziyyətə görə saitlər iki cür olur:
a) qapalı (dar) saitlər: ı,i,u,ü (bu saitlərdən ikisi qalın (ı, u), ikisi incədir (i, ü)).
b) açıq (geniş) saitlər: a,ə,e,o,ö (bu saitlərin ikisi qalın (a, o), üçü incədir (ə, e, ö)).
3) Dodaqların vəziyyətinə görə. Bu vəziyyətə görə saitlərin iki növü var:
a) dodaqlanan saitlər: o,ö,u,ü (bu saitlərdən ikisi qalın (o, u), ikisi incə (ö, ü); eyni zamanda ikisi qapalı (u, ü), ikisi açıqdır (o, ö)).
b) dodaqlanmayan saitlər: a,ə,e,ı,i (bu saitlərdən ikisi qalın (a, ı), üçü incə (ə, e, i); eyni zamanda üçü açıq (a, ə, e), ikisi isə qapalıdır (ı, i)).
4. BƏ’ZI SAITLƏRIN UZUN TƏLƏFFÜZÜ. Dilimizdə elə sözlər var ki, onlarda bə’zi saitlər uzun tələffüz olunur. Söz-lərdə ə, e və ö sait-lə-rinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda bə’zən hə-min saitlərdən sonra apostrof ['] işarəsi qoyulur. Məsələn: tə’mir, e’lan, şö’bə və s.
Uzun saitli sözlərin tələffüz şəklini göstərərkən həmin saitlərdən sonra iki nöqtə (:) qoyulur. Məs: me:mar, nümu:nə, ma:hur və s.
1) A saiti. Aşağıdakı məqam və şəraitdə uzun tələffüz olu-nur.
- Ərəb və fars dillərindən alınma sözlərdə birinci, bə’zən də ikinci hecadan sonrakı hecada əgər incə saitlərdən, xüsusən ə,e,i saitlərindən biri gələrsə, ondan qabaqkı hecada olan “a” azacıq uzun tələffüz olunur. Məsələn: a:di, a:lim, a:ləm, ka:tib, sa:kit, qa:bil, sa:hil, ma:təm, ma:ne, bəra:bər, təra:nə, ləya:qət, mü-ha:ribə, müda:fiə, müqa:vimət və s.
- Ərəb və fars dillərindən alınma sözlərin bə’zisində əslinə uy-ğun olaraq birinci hecadakı “a” saiti azacıq uzun tələffüz olu-nur. Məsələn: a:gah, a:ram, qa:nun, qa:mus, ma:hur, na:mus və s.
- ba-, na- ön şəkilçilərindəki “a” saiti uzun tələffüz olunur. Mə-sələn: ba:həm, ba:hava, na:dan, na:saz, na:gah, na:dinc, na:xələf və s.
- Rus və Avropa dillərindən alınan bə’zi sözlərin birinci he-ca-sında “a” saiti uzun tələffüz olunur. Məs: ba:za, fa:za, ka:bel v-ə s.
- Qoşa “a” saiti ilə işlənən sözlərdə: Məs: sa:t, ma:ş, cama:t, ma:rif, inşa:t və s.
2) O saiti. Aşağıdakı hallarda uzun tələfüz olunur:
- “ov”, bə'zən də “on” fonetik tərkibi ilə bitən birinci örtülü hecadakı “v” və “n” samiti düşür və “o” saiti uzun tələffüz olu-nur. Məs: do:ğa (dovğa), lo:ğa (lovğa), do:şan (dovşan), ço:dar (çovdar), so:qat (sovqat), so:ra (sonra) və s.
- Alınma terminlərin bir qismində, xüsusən “loq” hecası ilə bitən sözlərdə həmin hecadan əvvəl gələn vurğulu “o” saiti aza-cıq uzun tələffüz olunur. Məs: filo:loq, texno:loq, leksiko:loq (“logiya” morfemindəki “o” saiti vurğu qəbul edərək uzun tələf-füz olunur. Məs: filolo:giya, fonolo:giya, morfolo:giya və s.)
3) U saiti. “U” saiti ərəb və fars dillərindən alınmış bə’zi söz-lərdə incə saitlə formalaşan hecalardan əvvəlki hecada uzun tələffüz olunur. Məs: ümu:mi, xüsu:si, asu:də, nümu:nə, Füzu:li və s.
- Bə’zi başqa sözlərdə. Məs: tu:fan, Tu:la, du:ma və s.
4) Ə saiti. Ərəb dilindən alınan bir sıra sözlərdə “ə” saiti uzun tələffüz olunur və ondan sonra apostrof işarəsi qoyulur. Məs: ə:la, bə:zən, zə:fəran, tə:lim, nə:rə, mə:dən, mə:lum, mə:na və s.
Təkhecalı sözlərdə apostroflu “ə” uzun deyil, adi halda, ay-dın məxrəcli və vurğulu tələffüz olunur. Məs: və'd, sə'y, lə'l və s.
5) E saiti. Ərəb dilindən alınan bə’zi sözlərdə “e” saiti uzun tələffüz olunur və ondan sonra apostrof qoyulur. Məs: e:lan, e:dam, e:tiraz, me:mar, iste:fa, me:yar, e:zam və s.
- Bə’zi alınma sözlərdə vurğu “e” saitinin üzərinə düşdüyündən bir qədər uzun tələffüz olunur. Məs: e:ra, e:tika, e:pos, este:tika və s.
6) İ saiti. Aşağıdakı hallarda “i” saiti bir qədər uzun tələf-fuz olunur:
- bi- ön şəkilçisi ilə düzələn sözlərdə şəkilçinin “i” saiti uzun tə-ləffüz olunur. Məs: bi:tərəf, bi:savad, bi:çarə, bi:şərəf, bi:huş və s.
- Bir sıra alınma sözlərin ilk və orta hecasında “i” saiti uzun tələffüz olunur. Məs: şi:və, ni:zə, əqi:də, qəsi:də, si:ma və s.
- Bə’zi köməkçi sözlərin başında işlənən “i” saiti uzun tə-ləf-füz olunur. Məs: i:di, i:miş, i:kən, i:sə, i:lə və s.
7) Ö saiti. Aşağıdakı hallarda “ö” saiti bir qədər uzun tə-ləf-füz olunur:
- Ərəb dilindən dilimizə keçən bə’zi sözlərdə “ö” saiti uzun tə-ləffüz olunur və bu zaman həmin saitdən sonra apostrof işarəsi qo-yulur. Məs: şö:bə, şö:lə, mö:təbər, mö:cüzə, rö:ya, mö:tərizə və s.
- Müasir Azərbaycan dilində birinci hecası “öv” səsləri ilə bitən, ikinci hecası isə incə saitlərdən biri, xüsusən “ə” saiti ilə for-malaşan alınma sözlərin ilk hecasındakı “v” samiti tələffüz za-manı düşür və “ö” saiti uzun tələffüz olunur. Məs: tö:bə (tövbə), nö:bə (növbə), kö:sər (kövsər) və s. Azərbaycan dilində “öv” səsləri ilə bitən bir neçə söz var ki, bunları tələffüz edərkən “v” samiti düşür və “ö” saiti bir qədər uzun tələffüz olunur. Məs: bülö:y (bülov), kosö:y (kosöv) və s.
8) “I” və “ü” saitləri isə tə'kidlə sadalanan sözlərdə və sual cümlələrində bir qədər uzun tələffüz olunur. Məs: sarı:, O bir şey yazı:r?, ölçü:, Sənin gözün görü:r? və s.
5. SAMIT SƏSLƏRIN NÖVLƏRI. Samit səslərin iki növü var: kar samitlər, cingiltili samitlər.
- Kar samitlər təkcə küydən əmələ gəlir. Dilimizdəki kar samitlər aşağıdakılardır: p, f, (k'), t, ç, s, x, k, (x'), ş, h
- cingiltili samitlərin əmələ gəlməsində isə səs telləri də iş-tirak edir. Buna görə onlar küydən və səsdən ibarət olur. cin-gil-tili samitlər bunlardır: b, v, q, d, c, z, ğ, g, y, j, r, l, m, n
Dilimizdəki kar və cingiltili samitlərin çoxu cütlük təşkil edir:
b, v, q, d, c, z, ğ, g, y, j, r, l, m, n -
p, f, (k'), t, ç, s, x, k, (x'), ş, - - - - h
Qeyd: Əslində Azərbaycan dilində 25 (iyirmi beş) samit səs var-dır. Bunların 23-nün hərfi işarəsi olduğundan, biz qram-ma-tika kitablarında onların sayını adətən 23 kimi qəbul edirik.
R, l, m, n cingiltili samitlərinin kar qarşılığı, h kar samitinin isə cingiltili qarşılığı yoxdur.
6. AHƏNG QANUNU. Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Bu qanuna görə incə saitli heca ilə başlanan sözlərin sonrakı hecaları da incə saitli, qalın saitlə başlanan sözlərin sonrakı hecaları isə qalın saitli olur. Məs: qar-şı-laş-maq, dur-na-lar-ın (qalın); kə-pə-nək, me-şə-çi-lik (incə) və s. Ahəng qanunu dilimizin əsas fonetik qanunu sa-yıl-sa da, eyni zamanda dilin morfoloji quruluşunu da səciy-yələndirir. Bu xüsu-siy-yətə görə dilçilik elmində ahəng qanununu mor-fonoloji (yə'ni həm morfologiyanı, həm də fonetikanı bir-ləşdirən) hadisə sayır-lar. Morfonologiya morfologiya və fonetika sözlərinin hissə-lə-rin-dən təşkil olunub.
Türk mənşəli (iltisaqi dillər) dillərdə, xüsusilə Azərbaycan dilində bir qayda olaraq ahəng qanunu pozulmur. Dilimizdə öz dilimizə mənsub bir sıra sözlər (işıq, ilan, ildırım, iraq, ilxı, inan və s.) istisna olmaqla ahəng qanunu pozulmuş olan sözlər başqa dil-lərdən, ən çox flektiv dillərdən dilimizə keçmişdir. Məs: kitab, fərasət, fizika, qrammatika, trolleybus, təyyarə və s.
Başqa dillərdən dilimizə keçən leksik şəkilçilər ahəng qanununa tabe olmadığından bir cür yazılır. Belə şəkilçilər əsil Azərbaycan sözlərinə qoşulduqda da sözlərdə ahəng qanunu pozula bilir. Məs: anam-gil, vətən-daş, çörək-xana və s.
7. ƏLIFBA. Şifahi dildə sözlər səslərlə, yazılı dildə isə hərf-lərlə ifadə olunur. Hərf danışıq səsinin yazıdakı şərti işarəsidir.
Hərflərin çap və əlyazması, böyük və kiçik şəkli olur. Bütün hərf-lərin müəyyən sıra ilə düzülüşü əlifba adlanır. Dilimizin əlifba-sında 32 hərf vardır. Hərflərin 9-u sait, 23-ü samit səsləri bildirir.
Hərfi işarələr əsasında formalaşan əlifbaların, demək olar ki, hamısında hərflərin sıralanması çox oxşardır. A və B belə əlifbalarda ilk hərfləri təşkil edir. Bu isə qədim dövrlərlə, ilk hərfi yazıların yaranması dövrü ilə əlaqədar olaraq ən'ənəvi hal kimi sabitləşmişdir. Buna görə də ilk hərflərin adı ilə bağlı olaraq alfa, betta birləşməsindən əlifba sözü (rusca alfavit, ingiliscə alrhabet və s.) düzəldilmişdir.
Əlifba sözü ərəb dilində alfa əvəzinə əlif, betta əvəzinə ba birləşməsindən düzəlmiş, Azərbaycan dilinə də ərəb dilindən keçmişdir.
Lüğətlərdə, müxtəlif siyahı və mə'lumat kitiblarında sözlər, adətən, əlifba sırası ilə düzüldüyündən, əlifba sırasını əzbər bilmək hər bir savadlı şəxs üçün vacibdir.
Biz səsləri tələffüz edir və eşidirik. Hərfləri isə yazır və görürük. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Məs: «qapı» sözü dörd hərfdən ibarətdir: “qe”, “a”,“pe”, “ı”.
Əlifbadakı dörd hərf - cingiltili, kar qarşılığı olmayan və bə'zən də sonor samitlər adlandırılan m (“em”), n (“en”), l (“el”) və r (“er”) samitlərindən başqa, yerdə qalan bütün samitlər hərfin arxasına “e” saiti qoşulmaqla deyilir. Məs: b (“be”), d (“de”), x (“xe”), t (“te”), v (“ve”) və s. “K” hərfinin isə iki adı var: “ke”, “ka”. Sait səslərin, hərflərin adı isə yazıldığı şəkildə adlandırılır. Məs: a (“a”), ə (“ə”), u (“u”) və s.
8. (K) SƏSININ YAZIDA IFADƏSI
«Ke» hərfi iki əsas səsi ifadə edir: 1) (g) samitinin kar qarşılığını – k (“ke”) səsini. Məs: tə(k), şə(k)il, k(örpü) və s; 2) (q) sa-mitinin kar qarşılığını – k («ka») səsini. Məs: mar(k)a, (k)api-tan, maya(k) və s.
Qeyd: «Ke» hərfi digər hallarda (y) samitinin kar qarşılığı kimi səslənir və bu səs yazıda şərti olaraq (x') kimi işarə olunur və (y) kimi tələffüz olunur. Məs: məktəb – mə(x')təb – mə(y)təb, ürək – ürə(x') – ürə(y) və s.
Əlifbamızda «Ke» hərfinin iki adı var: “ke” və «ka». Miq-dar-ca çox az olan bəzi sözlərdə “q” hərfi də (k) səsini ifadə edir; Məs: nöqsan – nö(k)san, rəqs – rə(k)s, toqqa – to(k)qa, çaqqal – ça(k)qal və s.
9. QOŞASAITLI SÖZLƏRIN YAZILIŞI VƏ TƏLƏF-FÜ-ZÜ. İki sait hərfin yanaşı işləndiyi sözlər qoşasaitli sözlər adlanır. Məs: saat, təəccüb, təbii, dairə, zəif və s. Belə sözlər heç də yazıldığı kimi deyilmir. Eynicinsli qoşa saitli sözlər tələffüz olu-narkən qoşa saitlər bir uzun sait kimi tələffüz olunur. Məs: camaat – cam(a:)t, maaş – m(a:)ş, mətbəə – mətb(ə:), təbii – təb(i:) və s.
Müxtəlifcinsli qoşasaitli sözlərdəki qoşa saitlərin arasına, adətən bitişdirici samitlərdən birini (n, y, s) artırmaqla tələffüz et-mək tələb olunur. Məs: ailə – (ayi)lə, zəif – z(əyi)f, radio – rad-(iyo) və s.
Qeyd: Hərfin yanında qoyulan qoşa nöqtə (:) həmin saitin uzun tələffüz olunduğunu bildirir. Bəzi hallarda müxtəlifcinsli qoşa saitli sözlərdə də saitlərdən biri düşüb o biri uzun tələffüz olu-na bilər. Məs: müəllim – m(ə:)llim, müəyyən – m(ə:)yyən, müa-licə – m(a:)licə, səadət – s(a:)dət, fəaliyyət – f - (a:)liyyət və s.
10. QOŞASAMITLI SÖZLƏRIN YAZILIŞI VƏ TƏ-LƏF--FÜZÜ. Eynicinsli qoşasamitli sözlərdən bə'zilərinin yazılışı ilə tələffüzü fərqlənir.
- Qoşa tt, kk, pp hərfləri ilə yazılan sözlərdə kar sa-mit-lər-dən ikincisi cingiltili samit kimi tələffüz olunur. Məs: hətta – hət(d)a, səkkiz – sək(g)iz, hoppanmaq – hop(b)anmaq və s.
- Qoşa qq hərfləri ilə yazılan sözlərdə cingiltili samitlərdən əvvəlincisi kar samit kimi tələffüz olunur. Məs: toqqa – to(k)qa, diqqət – di(k)qət, doqquz – do(k)quz, rəqqasə – rə(k)qasə və s.
- Qoşa yy hərfləri ilə yazılan sözlərin çoxu bir “y” ilə tələffüz olunur. Məs: xasiyyət – (xasiyət), vəziyyət – (vəziyət), ədəbiy-yat – (ədəbiyat) və s.
Digər eynicinsli qoşasaitli sözlər isə yazıldığı kimi tələffüz olunur. Məs: rəssam – rə(ss)am, addım – a(dd)ım, təəssüf – t(ə:) (ss)üf və s.
11. SONU EYNICINSLI QOŞA SAMITLƏ BITƏN SÖZ KÖK-LƏRININ YAZILIŞI. Dilimizdə elə təkhecalı sözlər var ki, onların sonu eynicinsli qoşa samitlə bitir. Belə sözlərə samitlə başlanan şəkilçi qoşulduqda həmin samitlərdən ancaq biri yazılır. Məs: xətt – xətdə, sirr – sirli, həzz – həzdən və s.
Bu qayda təkcə hiss və küll sözlərinə aid deyil, çünki həmin sözlər bir “s” və ya “l” ilə yazıldıqda başqa mə'na, his, tüstü və kül, torpaq mə'nası verir.
Bu cür sözlərə saitlə başlanan şəkilçi qoşulduqda söz kökündəki saitlər yerində qalır. Məs: xətt-xəttin, sirr-sirrimiz və s.
Qoşa samitlə bitən sözlər bir qayda olaraq təkhecalı olur. Məs: dörd, türk, qənd, kənd və s.
12. SÖZLƏRIN SONUNDA CINGILTILI SAMIT-LƏ-RIN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ. Sözün sonundakı samitin kar, yaxud cingiltili olduğunu (t, yoxsa d; ç, yoxsa c; p, yoxsa b və s.) həmin sözə saitlə başlanan şəkilçi artırmaqla müəyyən etmək olar. Məs: polad – polad-ın, kərpic – kərpic-ə, corab – corab-ı, kitab – kitab-a və s.
Qeyd: Sonu «d» samiti ilə bitən sözlərə samitlə başlanan şəkilçi artırıldıqda və ya samitlə başlanan söz qoşulduqda «d» samiti «t» kimi, saitlə qoşulan söz və ya şəkilçi qoşulduqda isə “d” kimi tələffüz olunur. Məs: palıd-palı(t)da, palıd qozası – palı(t) qozası, palıd – palıd-ın, palıd ağacı – palı(d) ağacı. Bu qayda ilə “b” samiti “p” və “b” kimi, “z” samiti “s” və “z” kimi, “c” samiti “ç” və “c” kimi tələffüz olunur.
Kitab mağazası – kita(p) mağazası; kitab oxumaq – kita(p) oxu-maq; kərpic zavodu – kərpi(ç) zavodu, kərpic ovuntusu – kərpi(c) ovuntusu; almaz – alma(s), almazda - alma(s)da, almazın - alma(z)ın və s.
13. SONU Q VƏ G ILƏ BITƏN ÇOX HECALI SÖZ-LƏ-RIN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ. Son səsi (x) və ya (ğ) kimi tələffüz olunan çoxhecalı sözlər “q” ilə yazılır. Həmin sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda “q” samiti “ğ” samitinə keçir. Məs: yataq – yata(ğ)ın, uzaq – uza(ğ)a, otaq – otağ ın, otağ-a və s.
Son səsi (y) və ya y samitinin kar qarşılığı (x') kimi tələffüz olu-nan çoxhecalı sözlər “k” ilə yazılır. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda “k” samiti “y” samitinə keçir. Məs: göyçək – göyçə(y)in, çiçək – çiçə(y)in, çiçə(y)ə və s.
14. HECA. SÖZÜN SƏTIRDƏN - SƏTRƏ KEÇIRIL-MƏ-SI QAYDALARI. Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə heca deyilir. Sözlərdəki hecaların sayı onda iş-lənən saitlərin sayı qədər olur. Məs: qəh-rə-man-lıq, A-zər-bay-can, i-yir-mi və s. Azərbaycan dilində hecaların əsas tipləri aşa-ğı-dakılardır:
1) Saf heca. Saf heca bir sait səsdən ibarət olur. Məs: a-ta, o-ğul, ə-ziz və s. Saf hecalar saf-örtsüz hecalar da adlanır.
2) Örtüsüz qapalı heca. Bu cür hecalar saitlə başlanır, samitlə bitir. Məs: al, ot, iç, un, alt, üst və s.
3) Örtülü-açıq heca. Bu tip hecalar samitlə başlanıb saitlə bitir. Məs: bu, nə-nə, ba-la, ye-ni, bo-ru və s.
4) Örtülü-qapalı heca. Bu cür hecalar samitlə başlanır və samitlə də bitir. Məs: gəl, bir, can, qan və s.
Bə'zi sözlərdə samitlərdən sonra apostrof işarəsinin qoyulması onlarda heca bölümünü bildirir. Məs: sür'-ət, sün'-i, Kən'-an, ən'-ə-nə, məs'-ul və s.
Sait səslərdən sonra apostorf işarəsinin işlənməsi saitin uzun tələffüzünü göstərməklə yanaşı heca bölümünü də bildirir. Məs: me' – mar, mö' – tə – ri – zə və s.
Sözlər sətirdən sətrə hecalarla keçirilir. Lakin bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçir-mək olmaz. Məs: i-nək, sün'-i və s.
Qoşasamitli sözlər sətirdən - sətrə keçirilərkən samitlərdən biri sətirdə saxlanılır, digəri isə yeni sətrə keçirilir. Məs: ad-dım, gül-lə, əl-li, hət-ta, sək-kiz, toq-qa və s.
15. VURĞU. Sözdə hecalardan birinin o birinə və ya o birilərinə nisbətən qüvvətli deyilməsinə vurğu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.
Bizim dilimizdə vurğu çox zaman sözün axırıncı hecasının üzərinə düşür. Lakin əvvəlinci hecalarında vurğusu olan sözlər də az deyil. Əsil Azərbaycan sözlərində demək olar ki, vurğu həmişə sözün sonunda olur. Məs: ata, çiçək, çiçəklik, söylə, yazı və s.
Vurğusu son hecaya düşən sözlər müasir dilimizin lüğət tərkibindəki sözlərin təxminən 90%-ni təşkil edir. Belə sözləri, əsasən, aşağıdakı şəkildə qruplaşdırmaq olar.
1) Azərbaycan dilinin öz sözləri: baba, nənə, qardaş, budaq, ürək, bulaq, qaya, yarpaq, barmaq və s.
2) Müxtəlif dillərdən müxtəlif yollarla Azərbaycan dilinə keçib çoxdan işlənən və Azərbaycan dilinin fonetik normalarına az--çox uyğunlaşmış sözlər. Məs: əməl, ləhcə, şiddət, məktəb, tələf-füz, şərait, tələbə, saat, lampa, suxarı, çaynik, pambıq, bəkməz, dəstək və s.
3) Vurğusu son hecada olan alınma sözlər. Məs: hava, bəxtəvər, dərya, çəmən, zəmin, asiman, azad, küçə, kağız, vaqon, fay-ton, aqronom, aktiv, proqressiv, monolit, vulkan, avtomat, institut, telefon, partizan, proqram, problem, qəzet, aptek və s.
Vurğusu son hecaya düşməyən sözlər dilimizdə azlıq təşkil edirlər. Bu sözlərin demək olar ki, hamısı alınma sözlərdir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar.
1) Bə'zi coğrafi adlar. Məs: Avropa, Asiya, Amerika, Avstraliya, Afrika, Rusiya, Türkiyə, Hollandiya, Fransa, Almaniya, İngiltərə, London, Praqa və s.
2) Rus və Avropa dillərindən alınma terminlər. Məs: poema, komediya, morfologiya, delta, diktatura, texnika və s.
3) Ərəb və fars dilindən keçmiş bə'zi zərf, bağlayıcı və ədatlar. Məs: xüsusən, məsələn, həqiqətən, bə'zi, bə'zən, bəlkə, amma, həmişə, lakin və s.
Qeyd: Məqam və şəraitdən asılı olaraq bə'zi Azərbaycan sözlərində vurğu ilk hecada ola bilər. Məs: ancaq, yalnız, yenə, dünən və s.
Azərbaycan dilindəki şəkilçilərin çoxu vurğu qəbul edən şəkilçilərdir. Vurğu qəbul edən şəkilçilər sözə bitişdirildikdə, sözdə-ki vurğu şəkilçilərin üzərinə keçir. Məs: söylə-söyləyir, oxut-oxut-maq, çiçək-çiçəklik və s.
Müasir dilimizdə elə şəkilçilər vardır ki, onlar vurğu qəbul etmir. Bu şəkilçilər sözə artırıldıqda vurğu həmin şəkilçilərin üzərinə keçmir. Bu şəkilçilər, əsasən, aşağıdakılardır:
1) İnkar şəkilçiləri -m, ma2. Məs: sil-mə, çalış-m-ır, oxutdur-ma və s.
2) Sual şəkilçiləri –mı4. Məs: alacaq-mı, gördün-mü, gəlir-mi və s.
3) Birgəlik bildirən –la2 şəkilçiləri. Məs: atam-la, gül-lə, bacım-la və s.
4) Zaman şəkilçilərindən sonra gələn –sa2 (isə hissəciyinin şəkilçiləşmiş forması) şəkilçiləri. Məs: almış-sa, görür-sə, qalar-sa, alacaq-sa və s.
5) Zərf əmələ gətirən –ca2 şəkilçisi. Məs: məzmun-ca, ağıl-ca, mən-cə, siz-cə və s.
6) Tərkibində inkar şəkilçisi olan fe'li bağlama şəkilçiləri –madan2, -mamış2. Məs: oxu-madan, bil-mədən, salamlaş-mamış, gör-məmiş və s.
7) Fe'li bağlama düzəldən – kən şəkilçisi. Məs: olar-kən, gedər-kən, bilmiş-kən və s.
8) İndiki və gələcək zaman şəkilçilərindən sonra –dı4 (idi hissəciyinin qısaldılmış forması) şəkilçisi. Məs: oxuyar-dı, gələcək-di, görür-dü və s.
9) İndiki və gələcək zamandan sonra işlənən şəxs sonluqları. Məs: görür-əm, alır-san, oxuyur-sunuz, oxuyur-lar, gələcək-lər və s.
10) Xəbər şəkilçiləri –dır4. Məs:görüb-dür, almış-dır və s.
11) Zaman şəkilçilərindən sonra gələn –mış4 (imiş hissəciyinin qısaldılmış forması) şəkilçiləri. Məs: bilir-miş, alar-mış və s.
12) Əmr şəklinin II şəxs cəm şəkilçiləri –ın4, -ınız4. Məs: al-ın, qur-un, qaldır-ınız, bildir-iniz və s.
13) Nəsil, tayfa, familiya mənsubiyyəti bildirən –gil şəkilçisi. Məs: Əli-gil, anam-gil, bibim-gil və s.
14) Adlara (isim, sifət, say, əvəzlik) bitişərək xəbər düzəldən şəkilçilər: -am2, -ıq, -ik, -san2, -sınız4, -dır4, -dırlar4. Məs: şagird-əm, ə'laçı-yıq, sən-sən, cavan-sınız, saf-dır, uşaq-dırlar və s.
15) Familiya düzəldən –ov, -yev şəkilçisi. Məs: Hüseyn-ov, Əli-yev və s.

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz