.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
4.2.7. Zərf.

     

Axısqa türklərinin dilində iş, hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını və s. bildirən zərflər də geniş şəkildə işlədilir. Məsələn: ey, urusça, çapux (tez), er, yarın, dün, bıldır. kışın, qüzün, aşimdi, sora, birəz, aşşaği, yoxari, şimdi, ebirigün, əvlədə, tey və s.
Dağ aşşağı xizəklərdə enardux (G.Şahin). Əgər aşşaxdakilər sözümüzə baxmasa, yoxarilərəcək gedağın (İ.Səfil); Bəlkə bundan sora ey yaşadu. (danışıqdan).
Bu dilin düzəltmə zərfləri -ca, -cə (yengica, usulca, düzcə, azca və s.), -inan (axşaminan, gücinan və s.), -cana, -cənə (yaxşıcana, təmizcənə, eyğamaca və s.), -luğinan (eyluğinan, kötlüğinan və s.), -lari (oyılari, bıldırlari və s.), -dan (birdan, çoxdan və s./morfoloji göstəricilər vasitəsi ilə əmələ gəlir. Məsələn: Axşaminan kövə yetişdux. Günnərinən onların kapusunda tursax da... bizi Vətənə buraxmazlar. Bıldırları Salyandan kömür gətiriyerdim... (danışıq dilindən).
Mürəkkəb zərflərin də işlək dairəsi genişdir. Ən çox işlənənlər bunlardır: yegin-yegin, qoz-qoz, iləri-geri, üç-üç, sabax erikən, ötəgün, olindi, ebirigün, deyzanda, öyanda, biyani, oyani, axşamçaği, öyləvaxtı, yüzbəyüz, yüz-yüzə; Dizin-dizin çıxdım Yolburusa bən\\ Seyr etdim gözinən kövləri bir-bir (Aşıq Səfili).
Göründüyü kimi, Axısqa türklərinin dilində mürəkkəb zərflər eyni sözün təkrarı, müxtəlif sözlərin qovuşması, yanaşması və pə, -bə, -ba ünsürünün iştirakı ilə formalaşmışdır.

 

 

 

 

 

 

 

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz