Dilin özümlüyündə
qrammatik quruluşla yanaşı, əsas
lüğət fondu da başlıca amil
hesab edilir. Leksik quruluşuna görə bu
xalqın dili aqlütinasiyanın tarixən
inkişafını konkret faktlarla sübuta
yetirir.
Leksika hər bir dilin
qiymətli sərvətidir. Bu qiymətli
sərvətdə xalqın tarixi, maddi
və mənəvi mədəniyyəti
də qorunub saxlanılır. Xalqın
mənşəyi, meydana gəlməsi,
onun inkişafı, cəmiyyətdə
oynadığı rol, təbiəti dərki
və ona necə yiyələnməsi,
dil prosesləri - bütün bunlar leksikada öz
əksini geniş dairədə tapır.
Nəsillərin yaddaşı
həmin xalqın maddi və etnik mədəniyyəti
ilə də köklənir. Maddi-etnik mədəniyyət
Axısqa türklərinin təşəkkülü
və inkişafı ilə bir vaxtda formalaşmış,
təkmilləşmiş, zaman-zaman, qətrə-qətrə
yeni məna və forma qazanmış, zənginləşmişdir.
Bu əvəzsiz sərvətlərdə
onların əyilməz ruhu, bitib-tükənməyən
daxili enerjisi cəmləşmişdir.
Zamanın çətin və mürəkkəb
sınağından çıxmış
tarixi-etnik qaynaqlarda xalq taleyin amansız hökmünə
qarşı özlərinin daxili əzablarını
ifadə etmişdir.
Bu xalqda milli-etnik mədəniyyətini
daha çox sevmək, qorumaq və yaşatmaq
qüdrəti var. Bu xalq öz qədimliyini,
varlığını, özünəməxsusluğunu
dilində, mədəniyyətində,
adət-ənənələrində,
təsərrüfat, peşə və
məşğuliyyət sahələrində
qoruyub saxladı, zamanın burulğanından
çıxarıb indiki nəslə yetirdi.
Yaxşı ki, bütövdən ayrılsalar
da, keçmişin sərt və amansız
dolaylarında itib-batmadılar, hara getdilərsə,
maddi-mədəniyyət sərvətlərini
də özləri ilə apardılar.
Onları bu hala salan qüvvələrin
acığına həmin sərvətləri
böyük ümidlərlə ürəklərində
yaşatdılar. Axı, onlar tarixən
kök tayfalar olmuşlar, böyük türklüyün
əsasını, bünövrəsini
qoymuşlar. Öz əcdadları olan Tursaka\\Aqsaka
tayfalarının əbədi mübarizə
yolunu namusla, ləyaqətlə davam etdirmişlər.
Axısqa türklərinin
dilinin leksikası o dildə danışan
xalqın tarixi ilə bağlı yaranmışdır.
Bu dilin leksikasının
əsasını fonomorfoloji quruluşa
uyğun olan ümumtürk sözləri təşkil
edir. Bununla belə, bu dilin özünəməxsus
olan lüğət layı da vardır.
Qədim sözlər
və sözlərin qədim mə`naları
konservləşmiş şəkildə
xalqın məişəti ilə əlaqədar
olan leksikada, folklor nümunələrinin dilində
daha yaxşı saxlanılır [26, s.
203].
Lüğət tərkibində
olan leksemlərin böyük əksəriyyətinin
türk dillərində qarşılığı
var. Bu vahidlər leksikanın dəyişilməz
hissəsinə aid edilir.
Axısqa türklərinin
dilinin leksikasında əsas və aparıcı
leksik vahidlər türk mənşəlidir.
Həmin dilin leksikası bu baxımdan ümumtürkoloji
səciyyə daşıyır.
Bu dilin leksikasının
işlənmə və istifadə olunma
sahələri, sferaları genişdir.
Məişətdə, əmək fəaliyyətində,
kənd təsərrüfatı işlərində,
xalq təbabətində bu dilin leksik imkanlarından
istifadə olunur.
Yad mühitdə, müxtəlif
dillərin əhatəsində uzun bir inkişaf
yolu keçmiş Axısqa türklərinin
dilinin leksikası bu gün ancaq təsərrüfatla
bağlı mövqeyini qoruyub saxlamışdır.
Əsas leksik fond bir
neçə hissədən ibarətdir:
1. Maddi-mədəniyyət
leksikası