.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

DEMOKRATİYA: Gediləsi uzun bir yol

CAHİD Kazımov

 

DEMOKRATİYA - [yun. demo-kratia-dan] dövləti idarə işi xalqın əlində olduğu idarə üsulu, siyasi qu-ruluş, xalq hakimiyyətidir. Bu demo-kratiya sözünün yalnız bir mənasıdır. Demokratiya sözü o qədər işlərlə bağlanıb ki, artıq hər bir şeyin altın-dan demokratiya sözü çıxır. Sosializm demokratiyası, partiya daxili demo-kratiya kimi ifadələr də bunlardandır. Və DEMOKRATİK - Demokratiyaya müvafiq olan, demokratiya əsasənda qurulmuş, demokratiyanı həyata keçi-rən, demokratiya prinsiplərinə riayət edən deməkdir. Zəhmətkeş xalq küt-lə-lərinə xas olan; sadə adi (demokra-tik tərbiyə almış adam). Bu demokra-tik sözünün ikinci mənasıdır.

Soruşa bilərsiniz ki, demək istə-diklərimə niyə bu sözlərlə başladın? cavab verirəm ki, "çünki məni yaxşı başa düşəsiniz" deyə. Çünki aramızda bəlkə də hələ demokratiya sözünün nə olduğunu bilməyən və onu ağzında tez-tez hallandıranlar var. Demokratiya sözünü ağla gələndə ilk növbədə adamın ağlında belə bir sual ilişib qalır. Görəsən demokratiya do-ğur-dan da "dövlət idarə işi xalqın əlində olduğu idarə üsulu, siyasi qu-ruluş, xalq hakimiyyətidir"? Əgər belədirsə onda demək bu ölkəni mən və mənim simamda bütün ölkə və-təndaşları idarə edir. Nə gözəl, sevi-nirik. Niyə? Demokratiya sözünün al-tında yatan mənanın bu qədər gözəl başa düşülməsinə. Amma belə deyil. Demokratiya o demək deyil ki, hərə-miz qoltuğumuza bir "papka" vuraq və gedək oturaq dövləti idarə edək. Əlbəttə ki, hər bir vətəndaş dövlətin idarə edilməsində bilavasitə iştirak edir. Xalq hiss eləməsə də ölkənin hakimiyyəti onun əlindədir, ölkəni o idarə edir. Əsas məsələ onun fərqində olmaqdır. Hamının beynində qaranlıq qalan bu məsələyə də ümid edərəm ki işıq tutdum. İndi isə keçək əsas məsələyə.

Bu günlərdə Demokratiya və insan haqları barəsində biliklərin yayılması ilə məşğul olan İqtisadi və Siyasi Araş-dırmalar Mərkəzinin (FAR CENTRE) qurucusu və vitse prezi-denti Nikmət Nacızadənin tərtib et-diyi "Demokra-tiya: Gediləsi uzun bir yol" (demokrati-ya və antidemokratiya antologiyası e.ə. 430-b.e. 1998) kitabı gözəl tərtibatla işıq üzü görmüşdür. Bu kitabın ikinci nəşridir. Kitab FAR cENTRE tərəfin-dən tərtib edilib və ABŞ və Norveç səfirliklərinin, STA-TOİL, LAS-MO, bp Exploration və OSIAF - Azerbaijan təş-kila-tlarının yardımı ilə çap olunub.

Kitabda başdan ayağa demokratiya haqqında danışılır. Kitab ön söz, "An-tik və Avropa demokratiyası", "Ame-rika tə-crübəsi", "XX əsr demokratiya əsridir" adlanan üç böyük fəsildən ibarətdir.

"Bu kitab elə vaxtda işıq üzü görür ki, artıq cəmiyyətimiz demokratiya və insan haqları anlayışını 80-cı illərin əvvəllərindəki kimi birmənalı qav-rayıb həsrətlə gözləmir. Görünür, biz bu gün onun üstünlüklərinə və özü-ndə daşıdığı problemlərə daha ciddi və tənqidi yanaşırıq. Bu da təbiidir, axı son on ildə ölkədə baş vermiş köklü demokratik dəyişikliklərin ilk çağlarında bu qədər ehtiyac duy-duğumuz bir şeyi - tarixi təcrübəni biz indi-indi əldə edirik".

Müəllif kitabın "insan haqları və ABŞ-nın xarici siyasəti (1977) böl-məsində çox gözəl və yerinə düşən bir epiqraf vermişdir. "Böyük demo-kratik ölkələr ona görə azad deyildir ki, güclü və varlıdırlar. Mən əminəm ki, biz azad olduğumuza görə güclü, nüfuzlu və varlıyıq…"

Müəllif bu kitabda iki min ildən çox müddət ərzində ədalətli dövlət quruluşu və dövlətin insanla qarşılıqlı münasibətlərihaqqında gedən müba-hisələrdən qopmuş başlıcı ideyaları təqdim etməyə çalışmışdır. Antolog-iyada bəşər tarixinin ən böyük sima-ları demokratiyanın lehinə və əley-hinə səmimi-qəlbdən fikirlər söyləyir-lər. Buradaca həmçinin tarixi inkişa-fın ayrı-ayrı mərhələlərini, bir növ, tamamlamış və tarixin neçə yüzillik axarını irəlicədən müəyyən etmiş qanunlar, saziş və bəyannamə-lər də özü-nə yer tutub. Topluda de-mokrati-yanın ən böyük sirri və onun uğurunun rəhni olan demokratik insan xüsusi yer tutur. Bu insan ədalətli, xoşməramlı və fəal insandır; hər şeyə hörmətlə yanaşan, ancaq heç nəyə böyük hörmət bəsləməyən insandır; elə bir insan ki, onun üçün qurub-ya-ratmaq qələbədən yüksəkdir.Kitabda təqdim olunmuş demokratiya yalnız maraqlı və idraki mövzu deyil - o, oxucunu həyəcana gətirir; o, hə hansı uydurma dramdan qat-qat dramatik-dir. Perikl, con Milton, polkovnik Reynboro, Tomas cefferson və Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik Şekspir faciələrin-dəki hisslərdən də güclü və qaynar ehtirasdan xəbər verir.

Antologiyanın böyük hissəsi - ilk dəfə olaraq Azərbaycan türkcəsinə çevrilmiş 60-dan çox məqalə oxucu-ları çoxluğun mütləq hakimiyyətinə söykənən antik demokratiyadan baş-layaraq müasir demokratiyaya - çox-luğun hakimiyyətini insan hüquqları ilə məhdudlaşdıran liberal demokra-tiyayaqə-dər--ki demokratik sistemin keyfiyyət inkişafı ilə tanış edir. Bun-dan əlavə, toplu demokratiyanın mə-kanca inkişa-fını - antik şəhər-dövlət-lərdən üzü bəri Avropanın millət-dövlətlərinə, oradan da cizgiləri artıq bu gün beynəlxalq qurumlar timsa-lında aydınca sezilən gələcək ümum-bəşər hökumətinə doğru uzanan yo-lunu izləməyə imkan verir.

Kitabda İngiltərə, Amerika və Fransa inqilablarına da böyük diqqət yetirib və oxuculan 1988-92-ci illərdə Azərbaycanda baş verənləri yada salmaqla həmin təlatümlü olayları daha aydın və canlı təsəvvür edə bi-lərlər. Burada insan hüquqları: seçki hüququ, söz və din azadlığı, köləliyin ləğv edilməsi, qadınların hüquq bəra-bərliyi uğrunda mübarizə də kifayət qədər əks olunmuşdur.

Ümid edirik ki, bu antologiya bizi demokratiyanın sirrinə bir addım də yaxınlaşdıracaq, bir də, kim bilir, bəlkə bunda heç bir sirr yoxdur? Axı adətən yaşlı nəslin öz ağlı ilə kəsdirə bilməyib sirr zənn etdiyi şey cavanlar üçün apaydın həqiqətdir.

""Demokratiya: Gediləsi Uzun bir yol". Demokratiya və Antidemokratiya Antologiyası" kitabının ön sözü əsasında.
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz