.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

 TÜRK DİLLƏRİNDƏ AY ADLARI

İ.B.Kazımov, f.e.d. Azərbaycan Milli EA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçis

 

Ay, gün, həftə və planet adlarında xalqın dünyagörüşü, zəkası, inamı və müdrikliyi əks olunub. Bu adların formalaşmasında xalqın müşahidəsi əsasdır. Belə ki, xalq aya, günə və s. öz əlamətinə görə ad vermişdir.

Bu adlar Axısqa türklərinin dilində milli xarakteri ilə fərqlənir. Bu spesifiklik ilk dəfə bu dilin xüsusiyyətlərindən bəhs edən Y.N.Marrın, S.cikiyanın və F.Əliyevin diqqətini cəlb etmişdir1.2.3

Ay adlarını həm Axısqa türklərinin, həm də bə"zi türk dillərinin materialları əsasında nəzərdən keçirək:

Yanvar. Türk dillərində bu ay adının bir kaç paralelləri işlənir. Çağdaş türk dilində bu ay oçakau adlanır. Qaqauzlar isə bu ayı həm janavar, həm də büük ay - "böyük ay" adlandırırlar.

Axısqa türkləri isə zimhəri-zəmhəri deyirlər. "Zəmhəri" sözü (ərəbcə) - qışın ən soyuq vaxtı deməkdir.

Fevral. Çağdaş türk dilində bu aya şuvat (subat) deyirlər. Türk dilinin əksər dialektində bu ada rast gəlmək olur. Axısqa türkləri həmin aya qücük (küçük) deyirlər. Axısqalıların fikrincə, qüç sözü ağır deməkdir. Yə"ni qışın ən ağır vaxtı bu aya təsadüf edir. Lakin mövcud lüğətlərdə "qücük" sözü-qısa, gödək ay mə"nasında işlənir.4 Doğurdan da, fevralda günlər qısalır, gecələr uzanır. Qaqauzlar da qujuay deyərkən qısa ayı (korotkiy mesəü) nəzərdə tuturlar. Onlar yanvara byyk qüjük, fevrala isə küçük qüjük deyirlər.5

Mart. Bu ay adının fərqli olanı yoxdur.

Aprel. Əksər türk dillərində, o cümlədən, axısqalıların dilində bu forma saxlanılmışdır. Qaqauzlar isə paralel olaraq həm april, həm də çiçek ayı işlədirlər. Çünki bu ay ağacların, güllərin çiçək açdığı vaxta təsadüf edir. Apreldə hər tərəf gül-çiçəyə qərq olur.

May. Mayis (müasir türk dilində), pipiruda ayı (qaqauz dilində), "Pipiruda" - boboçka, kəpənək, böcək deməkdir. Bu ayda təbiət gözəlləşir, havalar istiləşir, kəpənəklər, böcəklər uçuşurlar. Qaqauzların diqqətini bu ayda, görünür daha çox kəpənəklərin uçuşu, böcəklərin səs-küyü cəlb edib. Ona görə də bu aya pipiruda adı vermişlər. Qaqauzlar may ayına "ay petri ayı"da deyirlər.

Axısqa türklərinin dilində may ayının başqa adı yoxdur.

İyun. Naziran (müasir türk dilində), "ay petri ayı" (qaqauz dilində). Axısqa türkləri bu aya kirəz ay deyirlər. Kirəz - yunan mənşəli sözdür, gilas deməkdir. Həmin ayda gilas yetişir. Buna görə də belə adlandırılmışdır.

İyul. Temmuz (müasir türk dilində), "ay iliya" (qaqauz dilində), Axısqa türklərirnin dilində bu aya orağ ayı deyirlər. Bundan əlavə, Axısqa türkləri iyulu çürük ay da adlandırırlar. Orağ ayına osmanlıca çürük ay deyirlər. Laz dilində isə iyula çuruği deyirlər.

---------------

Marr N.Ə. Qrammatika çomskoqo (lazskoqo) əzıka, Tiflis, 1910, 240 s.

2 Djikiə S.S. K obrazovaniö povelitelğnoqo nakloneniə v tureükix dialektax Vostoçnoy Anatolii. Soobheniə AN QSSR, t. V, № 2, Tbilisi, 1944, s. 831-839. (na qruz. əzıke, rezöme na russkom əzıke).

3 Aliev F. Oçerki po leksike turok Kazaxıstana. Alma-Ata, 1978, 98 s.

4 Qaqauzskoqo-russko-moldavskiy slovarğ. M., İzd-vo "Sovetskaə gnüiklopediə", 1973, 664 s.

5 Tureüko-russkiy slovarğ. M., 1977, 604 s.

Avqust. Agustos (müasir türk dilində), Axısqa türkləri bu aya xarman ayı deyirlər. Qaqauzlarda da xarman ayı işlənir. Çünki bu ay taxılın biçin vaxtıdır: xırman döyülən vaxtdır. Bu ay Azərbaycanın bə"zi dialektlərində biçin ayı da adlanır.

Sentyabr. Eylul (müasir türk dilində), Axısqa türkləri bu aya böqrüm (bögrüm) ayı deyirlər. Sentyabrda sığırın, öküzün, inəyin höyürə gələn vaxtıdır. Mal-qara höyürə gəlmə vaxtı çatanda böyürdüyü üçün bu ay belə adlandırılmışdır.

Qaqauzlar isə bu aya həm sentyabri, həm də panaya ayı deyirlər. Bu ad xristianlıqda İisus Xristosun anası bakirə Mariyanın adının epitetidir.

Oktyabr. Ekim (müasir türk dilində), Axısqa türkləri bu aya şarapayı deyirlər. Bu zaman üzüm və digər meyvələrin yığıldığı, toplandığı vaxta təsadüf edir. Meyvələrdən şərab hazırlanır.

Noyabr. Kasim (müasir türk dilində), Axısqa türkləri bu ayı koçay (sluka oveü i baranov) adlandırırlar. Koçi kattallar tovara, hoqur alsın tavar.1

----------

1. Marr N.Ə. Qrammatika çomskoqo (lazskoqo) əzıka, Tiflis, 1910, 240 s.

Qaqauzlar noyabr ayını kasım ayı adlandırırlar.

Dekabr. Araliq (müasir türk dilində), Axısqa türkləri karakış deyirlər. Bu ay qışın ən sərt vaxtıdır. İlin axır ayıdır.

Axısqalılar "güzay",2 "bahar ayı" adlarından da istifadə edirlər. "Güz"- payız deməkdir. İndi də bu əhalinin dilində güz sözü işlənir: Güzə yaxın meyvələri döşrülür (İ.Şahzadayev).

----------

2. Qeyd: Dialekt leksikasında geniş şəkildə işlənən güz/küz/kuz «quzu salınan yer» sözü də mənşəcə «payız mə

Beləliklə, ay adlarının bəzi türk dillərilə qarşılaşdırılması göstərir ki, Axısqa türklərinin istifadə etdiyi ay adlarında özümlü cəhətlər çoxdur. Bunlar xalqın mifik təsəvvürünün, zəngin dünyagörüşünün məhsuludur. Onların aylar haqqındakı təsəvvürləri maraqlı olduğu qədər də orijinaldır, bir-birini təkrarlamır.

Oğuz qrupu türk dillərində ay adları

Müasir Azərb. Dili Müasir türk dili Axısqa türklərinin dili Qaqauz dili

Yanvar

Fevral

Mart

Aprel

May

İyun

İyul

Avqust

Sentyabr

Oktyabr

Noyabr

Dekabr Osak

Subat

Mart

Nisan

Mayis

Naziran

Temmuz

Aqustos

Eylul

Ekim

Kasim

Aralik Zəmhəri

Qücük

Mart

Aprel

Mayis

Kirəz

Orağ

Xarman

Bögrüm

Şarap

Koç

Karakış Vüük ayı

Qujuk ayı

-

Çiçek ayı

Pipiruda ayı

Ay petri ayı

Ay iliya

Xarman ayı

Panaya ayı

Oktəbri

Kasım

Dekabri

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz