.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
 AŞIQ MƏMMƏD SƏFİLİNİN ŞERLƏRİNDƏ İŞLƏNMİŞ BƏZİ SÖZLƏRİN İZAHLI LÜĞƏTİ (357 söz).

 

Aşıq Məmməd Səfilinin şerlərinin dilində || Azərbaycan dilində qarşılığı və izahları

  • Abastuban ||toponimik ad
  • avu || ayı
  • avuc || ovuc
  • adres || ünvan
  • Azğur || toponimik ad
  • alavli || alovlu
  • alaca || palaz (Alaca bir doppi baş örtüsidur)
  • alaf || ot
  • Aliy || Əli
  • altuvaxli || alduvaxlı
  • Altun ||inək adı=Nənələr səslərlər altun, narınci…
  • Amxeri || toponimik ad
  • Apiyet || toponimik ad
  • Arznes || toponimik ad
  • armax || axtarmaq
  • Axısxa || toponimik ad
  • aşşaği || aşağı
  • ağarti || ağartı
  • ağnamax || anlamaq
  • ağsaxal || ağsaqqal
  • b a k l a c a n || badımcan
  • b a x ş a || başqa
  • b i c o - b i c o || gürcücə: tez-tez (Keşiş gəlib bico-bico bağırur /Na gündən–günlərə qaldın camican).
  • Badela || toponimik ad
  • bayaz || ağ
  • bayğun || bayquş
  • barğuc || panta növü
  • batman || ölçü adı (Yüz batman yağ yetər toya).
  • bağli qara || armud növü
  • bekləməx || gözləmək
  • Bennar || toponimik ad
  • biyan || bu yan
  • bin || min
  • binmax || minmək
  • birluğ || birlik
  • boncux || muncuq
  • boğoz /Azğur boğozi || boğaz (coğrafi termin).
  • Buzxana || oronimik ad
  • bulmax || tapmaq
  • buxqalter || mühasib
  • böqün || bu gün
  • Böyük Smada || toponimik ad
  • bəldərəcüz || fırtına adı
  • bən || mən
  • bənlux || mənlik
  • c ı l ğ a || Güc verəndə cılğaya o öküzlər/ X o t a x l u x edənlər, Vətəniz hanı?)
  • cami || mədrəsə
  • camuş || camış
  • camuş kıran || fırtına adı
  • cahan || dünya
  • civan || cəhil || cavan, gənc
  • Cizi gölü || hidronim
  • cigər || ciyər
  • Cüntə || toponimik ad
  • cəil || gənc, cavan
  • cəməət || camaat
  • ç i n ç a r || dərman bitkisi, şorba üçün.
  • Ç ü r ü q ay || ay adı –iyul (Çərmük xoş məkəndur , yoxdur əmsali / Ç ü r ü q ayda tolar cənnət vüsali).*

---------------------------

Axısqa türklərinin özlərinəməxsus maraqlı ay adları vardır :zəmhəri-yanvar,qücük - fevral, kirəz ay -iyun, çürüq ay, oraq ay - iyul, xarman ay - avqust, böqrüm ayı - sentyabr, şarap ayı - oktyabr, koç ay - noyabr, karakış - dekabr.

  • çançur || gavalı
  • çarux || çarıq
  • çaxal || çaqqal ( Meşə çaxalsız olmaz).
  • çağ ||vaxt
  • çiq || çiy
  • çiplax || çılpaq
  • çirəçuna || ot növü
  • Çixe || toponimik ad
  • çocux || uşaq
  • çual || çuval
  • Çurqut || toponimik ad
  • çuçul || cücə
  • çəng || müharibə (Qırx birin cəngində Vətənimiz qaxdi ayaği).
  • çərmüq || göl
  • d i r q ə n || yaba
  • d ö ş r ü l m a x || yetişmək ( Güzə yaxın meyvələri d ö ş r ü l ü r )
  • daday || dədə
  • dakument || sənəd
  • daul || musiqi aləti
  • deqirman || dəyirman
  • Dersel || toponimik ad
  • dib - köşə || müxtəlif ölkələrdə (Dib-köşədə əkərdux biz/Təlimi az, tərbiyə yox/Vətən nerdə tanıtmaya/Əlində fərmanın varmı?).
  • Dibsiz göl || hidronim
  • dida || göz
  • diyar || ölkə
  • diskinmax || diskinmək
  • doppi || özbəklərdə papaq (Doppunun tarixi uzun olsa da, Özbəqin andırı, mirasidur o / Bin bir xıl oyuna düşsə də doppi/ Özbəqin başında qalasidur o).
  • doska || lövhə
  • doxxuz || doqquz
  • duvax || duvaq
  • düqün || toy
  • dünyay || dünya
  • döşürmax || ? ( İrəli gələndə əsgər döşürür).
  • dərya || dəniz
  • dərmən || dərman
  • dərə || dərə
  • ey || yaxşı
  • Entel || toponimik ad
  • əbrəş şal || qadın geyimi adı
  • əv || ev (Əv yıxanın əvi olmaz)
  • əvləd || övlad
  • Ədiqön || toponimik ad
  • ədrəf || ətraf
  • ər || kişi
  • ərən || igid
  • əsbab || alət( çalğı alətləri)
  • Əsvəndiyar || İsfəndiyar
  • ətməq || çörək
  • f u r u c || meyvə adı ( Pantasi, furuci haxlıma gəldi)
  • fişna || gilənar
  • foşi || kələğayı
  • front || müharibə
  • fundux || fındıq
  • g ü z || payız (Dərəyə gələndə güzün aylari)
  • güvək || yeznə*

-------------------

Bəzi dialektlərdə (Qafan) «giyəv» formasında.

  • göq || göy
  • gögçək || göyçək
  • gənə || yenə
  • Ğeybər || Xeybər
  • Ğorzel || toponimik ad
  • Ğortuban || toponimik ad
  • Ğume || toponimik ad
  • h a v l i || aynabənd (Xerolilar Osmanniya qaçarlar/ Cami havlisında şarab içərlər).
  • halay || bar növləri
  • halay || oyun adı
  • hanqi || hansı (Kim qol çəkər buna, hanqi bir deli?).
  • hax || haqq
  • haxıl || ağıl
  • holux || çayın enli, dərin yeri
  • həppi || hamı
  • hər keş || hər kəs
  • x o t a x l u x || öküzü, kəli idarə edən
  • x ı l || müxtəlif ( Yazılur neçə xıl dildə)
  • Xarcam || toponimik ad
  • xarman || xırman (Xarmanın bəzəqi taxıldur, dəndür)
  • xoroz || xoruz (Toylarda çalınur daul da, zurna/Xorozi, bəşəti, şahbazi hani?)
  • iqna || iynə
  • İcaret || toponimik ad
  • illac || əlac
  • inqlamax || gözləmək (Həsrətlə inqliyan, vətəniz hani?)
  • inəg || inək
  • ixtiyar || ağsaqqal
  • iştəmax || istəmək
  • k a b a l a x || kişilərin baş örtüsü.Əsasən şaldan toxunur (Çuxa, kabalağıni talından atın/ Yavrum sənin üçün yanar ağlarım).
  • k ö v || kənd
  • kadro || kadr
  • kara kiraz || qara gilas
  • Kaxaret || toponimik ad
  • kendi || özü
  • Kexvan || toponimik ad
  • kinkilə || ağcaqanad
  • Kobiliyan || toponimik ad
  • koy || qoyun
  • kolay || asan
  • koni-komşi || qonum-qonşu
  • Kortox || toponimik ad
  • kuzi || quzu
  • kuzi kulaği || quzuqulağı ( ot adı)
  • kut || armud növü
  • külül || ot növü
  • Küçük Smada || toponimik ad
  • kömləq || köynək
  • köpri || körpü
  • köti || pis
  • köşə || yad ölkə mənasında (Hər keş vətəndə yaşar\Biz qaldux köşələrdə).
  • q a u n || qovun
  • q o m ş i || qonşu
  • qaval || qara ney
  • qaymağ || qaymaq
  • Qara puar || hidronim
  • Qaratuban || toponimik ad
  • qartopi || kartof
  • Qaf || Qafqaz
  • qaxmax || qalxmaq ( İlk bahar olanda yaylaya qaxar).
  • qeroy || qəhrəman (Qeroylari vurur yola! Rəhmət deyər, bənə Vətən)
  • Qoders || toponimik ad
  • qoca || qoca
  • qoca nənəy || fırtına adı
  • Qorqul || toponimik ad
  • Qoçali || xalq rəqsləri
  • Qurnel || toponimik ad*

---------------------

*Aşıq 1927 - ci ildə Dersel kəndindən tutmuş Azğur kəndinə kimi bütün kövlərə - kəndlərə qoşma qoşmuşdur. 42 bənddən ibarət olan həmin qoşmada axısqalılara məxsus 90 - dan çox coğrafi adın, xüsusən də kənd adlarının adı çəkilmiş və onların tipik xarakteri göstərilmişdir.

  • qurut || qurut
  • qüqüm || armud növü
  • qız-qəlin || qız-gəlin
  • qızılcux || zoğal
  • qırav- || (Qıravli doppi başında/ Ay sallanıb, gələn bədbəxt)
  • qırat || qırmızı at
  • qırım || toyla bağlı söz .Qırx çuvalda qırım uni\\Şəkər, halva nanım ola.
  • qösk || kösk
  • qələmkuş || qaranquş (Oturax kuş idux, qələmkuş oldux).
  • qərincə || qarışqa (Töküldi taxta-taş qərincə kimi).
  • l a z u t || qarğıdalı*

-------------------

*«Lazut» sözünün etimologiyası haqqında bax: Dcikiə S.S. K proisxodeniö slova «Lazut». – Soobheniə AN Qruz. SSR. T. 4, Tbilisi, 1944, s. 227-235.

  • l a x a n a || kələm
  • laqer || düşərgə
  • Laşe || toponimik ad
  • Lelvan || toponimik ad
  • luxmay || loxma
  • mal ||tovar || mal-davar
  • maxara || alma növü
  • maxas || qayçı
  • mey ||ney
  • Mesxetiya || toponimik ad
  • mehman || qonaq
  • mindər - ev || məişət avadanlığı
  • Moreli || toponimik ad
  • Muqaret || toponimik ad
  • Muxe || toponimik ad
  • muçlanmax || büzüşmək ? (Muçlanıb bir dibdə yumax kimi sən/ Həzz alamasın heç güldən qocalux)
  • muğri kuşi || quş adı (Kendini bilmiyan cavan səbilər/ Muğri kuşi kimi uçmiş yatarlar).
  • məzərlux || qəbiristanlıq
  • məndil || ev - məişət avadanlığı
  • məni || mani, bayatı
  • mərəz || xəstəlik
  • nabada || alma növü
  • nan || çörək
  • Narınci || inək adı
  • nasıl || necə
  • nec || necə
  • neynar || nə edər
  • nerdə || harda
  • nerə || hara
  • niqo || mal üçün ot, gürcücə
  • nişangah || nişan qoyulan yer
  • nənni || beşik
  • nənə || armud növü
  • oda || otaq
  • Orçoşan || toponimik ad
  • ottuz ||otuz ( Ottuz tütün çıxdi, pulatelilər)
  • örtünmax || bürünmək
  • p a r a x a || İralda p a r a x a, getmə uzax irağ ol; Həsrətlə ömrüni sən başa vurma/ P a r a x a qoynunda qocalmaya gəl.*

---------------------

Qeyd: Axısqalılar yağmur yağsa can paraxa, yağmasa yan paraxa –demişlər (red.).

  • p e ş || arxa (Peşinə yollanur, cəil - qocalar)
  • p i l ə k i || təndir (Piləkidən çıxar, bişən çadilər)
  • p u a r || bulaq
  • palaka || falaka
  • palud || palıd
  • pampara cemi || ot adı , duzla yeyilir (Əzəl başdan başlar pampara cemi)
  • panta || fanta
  • Papola || toponimik ad
  • para || pul
  • paşa || alma növü
  • peder || ata
  • peynil || pendir
  • Persa || toponimik ad
  • Persat || toponimik ad
  • pirinc || düyü
  • Posxov || toponimik ad
  • Pulate || toponimik ad
  • s a r m a x || səpmək (Var-dövlətin yollara s a r, Kobilyan)
  • s o k o || göbələk
  • Sabzara || toponimik ad
  • savaş || dava
  • savux || soyuq (Çiskinli, dumanli, savuxli Vətən).
  • Saqunet || toponimik ad
  • sadıx || sadiq
  • Sanqur || toponimik ad
  • Sarbastuban || toponimik ad
  • sari || armud növü
  • saruşmax || ? (Sarışurlar bağda bari yiyarlar).
  • sahab || sahib
  • sahabsızlux || sahibsiz
  • sağduci || sağdış
  • sin || sini (Səfili der, sində gördüm)
  • sinor || sərhəd
  • sinək || milçək
  • sora || sonra
  • soramax || soruşmaq
  • stikan || stəkan
  • suval || sual
  • sufra || süfrə
  • suç || günahkar
  • südkər || yemək adı
  • süzmə || süzmə
  • süri || sürü
  • sürməx || sürgün etmək
  • söbə || alma növü
  • söqüt || söyüd
  • söqüş || söyüş
  • sərvər || başçı
  • Səfil || ləqəb
  • ş ı r a t || surət (Şıratına həsrətlənən, Vətəniz hani?)
  • şalon || eşalon (Düzüldi şalonlar cəhənnəm yoli)
  • şaşurmax || çaşmaq( Avara qalanda haxlın şaşurur)
  • şahi || bitki adı
  • şenniğ || şennik || şinnik
  • şindi || indi
  • Şoqay || toponimik ad
  • Şolaver || toponimik ad
  • Şorta || toponimik ad
  • şəkər || alma növü ( Peşinə düzülür, tuti, kirazi, Şəkərə, nabada, şəkər almasi).
  • şəkərə || alma növü
  • şəfrən || bitki adı (Toprağa nə əksən, inkarmi edər? Laxana, baklacan, qartopi, qaun/ Kara kiraz, fişna, şahi, şəfrəni/ Taxıli, arpasi var Kobilyani).
  • t e l a || dərman bitkisi
  • t o v a r || mal-qara
  • t ü c c ə r || tacir
  • t ü t ü n* || tüstü (Qaynar suyun, tütün bürür)

-------------

Tütün və tüstü sözləri aşığın şerlərinin dilində «ailə», «ev» (40 tütün -40 ailə, 40 ev) mənasında da işlənmişdir.

  • t ı r p a n || dəryaz, kərənti (Səslənəndə tırpanlar qol gücünə/ Tırpanını kıran, Vətəniz hani?)
  • t ə k i r || təkə?? (Babalardan bir misal var/ Dönmiş təkir bir də dönər).
  • tayax || dayaq
  • talik || nəlbəki
  • tana || dana
  • tarağ || daraq
  • taş || daş
  • tağ || dağ
  • tela oti || ot adı
  • teleqrem || teleqrama
  • toprax || torpaq
  • torat || boz at
  • torun || nəvə
  • toğri || doğru
  • Tse || toponimik ad
  • Tsıxısuban || toponimik ad
  • tuar || divar
  • tuymax || duymaq
  • tuyği || duyğu
  • tulum || tuluq növü
  • Tutacuvar || toponimik ad
  • türlü || müxtəlif
  • təzək || təzək
  • təprənmax || tərpənmək (Yol açılur, təprən, anam toprağa)
  • təpə ||təpə
  • u r b a || toyda geyilən paltar
  • Ude || toponimik ad
  • ulaşmax || çatmaq, qovuşmaq
  • uli || ulu
  • umuz ||çiyin
  • Utqusuban || toponimik ad
  • ümman || dəniz
  • ün || səs
  • vakıt || vaxt
  • Varxan || toponimik ad
  • vasfetmek || vəsf etmək
  • y a n ğ ı l m a x || yanılmaq (Bir iş görəcax olsan/ Yanğılıb azız açasın)
  • yayla || yaylaq
  • yaprağ || yarpaq
  • yağ || yağ
  • yağmur || yağış
  • yekinmax || ? (Kimsəyə şər atmaz, olsa da suçi/Güvənir, yekinur, işini görür)
  • yem yeşil || yamyaşıl
  • yenqi || yeni
  • yenqilmax || yenilmək
  • yiqit || igid
  • yil || il
  • yilan || ilan
  • yitmax || itmək
  • yiturmax || itirmək
  • yitux || itik
  • yoxari || yuxarı
  • yutmax || udmaq
  • yürəq || ürək
  • Yıldız || ulduz
  • yəməni || ayaqqabı
  • yərən ||? (Yərənlər ifadə eləyin bizi).
  • yərənnüq || ? (Yərənnüq qurtarmaz çekardi gecə)
  • Zazol || toponimik ad
  • zayıf || zəif
  • Zanav || toponimik ad
  • zanmax || sanmaq
  • Zarzam || toponimik ad
  • zurna || musiqi aləti
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz