.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
 ÖN SÖZ

 

"Axısqa toponimləri" əsəri İsmayıl Kazımovun axısqalıların dilinə həsr olunmuş ikinci kitabıdır. Müəllif bu kitabda iki mühüm məsələni - Axısqa toponimləri və Axısqa-gürcü dil əlaqələri məsə-lə-lərini ön plana çəkmişdir. Tədqiqatçı axısqalıların yaşadığı ərazi-lərin adlarını onların etnolinqvistik yaddaşı kimi qiymətləndirir. O göstərir ki, axısqalıların toponimik sistemindəki bir çox coğrafi adlar uzun tarixi təkamül yolu keçməklə yanaşı, aid olduğu etnosun və mövcud olduğu ərazinin, tarixən bu yerlərdə baş vermiş ictimai və siyasi hadisələrin bir sıra spesifik cəhətlərini əks etdirmiş və bunlar da toponimik vahidlərin formalaşmasına müəyyən zəmin yaratmış-dır. Müəllifin araşdırmaları göstərir ki, Axısqa türklərinin ən qədim toponimik vahidlərinin əksəriyyəti etnik müxtəlifliyin mövcud oldu-ğu bir şəraitdə, əsasən də müxtəlif tayfa adları ilə bağlı əmələ gəl-miş-dir. Tədqiqaçı barsil, onoqur, abdal, sabir, tubal, abar, bozal, hun, qul, kuyvar, çol, tolos, sarı, çur, incə və s. tayfa adları izlərinin Axıs-qa türklərinin toponimik vahidlərində saxlanmasını məhz həmin qa-nu-nauy-ğun prosesin nəticəsi saymaqda haqlıdır.

İ.Kazımov axısqalıların yaşadığı türk mənşəli kənd adlarının (Adıgün, Samqur, Kobıxevi, Kobaze, Qandza, Kuna, Tuq, çala, Ba-zar-xana, çikil, Qorqul, Xançala, Qomar, Kola, Kanqar, Azqur, Uran, Toloş, Bazaleti, Ude, Onqar, Muqareti, Toba, Qobieti, Baladcur, İndcebla, Oral və s.) yaranmasında oğuz və qıpcaq tayfalarının aparı-cı rol oynadığını dəqiq faktlar əsasında müəyən et-mişdir.

Fikrimizcə, təkcə Axısqanın türkmənşəli etnotoponimləri, söz-ün həqiqi mə'nasında xüsusi bir tədqiqatın mövzusu ola bilər.

Əsərin ikinci fəsli Axısqa-gürcü dil əlaqələrinə həsr edilmiş-dir. Müəllif axısqalıların danışıq dilində özünü göstərən gürcü subs-trat-la-rının (kuç-mədə, tuç - dodaq, tün - beyin, naxülə - öd, kud - quyruq, pexi - ayaq, menz-omba, bud, turkmel - böyrək, tot - ləpir, tət - pəncə, nikor - ləkəli tük, kututo - göz qapağı və s.) struktur-seman-tik inkişafını izləmişdir. Tədqiqatçının fikrincə, bu kimi subs-tratlar gələcəkdə türk-gürcü dil əlaqələrinin hərtərəfli şəkildə öyrə-nil-məsi üçün böyük əhəmiyyət daşıyacaq. Həmin substratların izahlı lüğətini də yaratmaq türkoloci dilçilik üçün faydalı ola bilər. Müəllif həmçinin gürcü dilində Axısqa türklərinə məxsus söz, ifadə və digər elementlərin (qədim oğuzlardan, qıpçaqlardan qalma sözlər) işlənmə sə-bəb-lə-rini, türklüyün izlərinin geyim, oyun, çalğı alətləri, qab-qa-caq, yemək, içki, ölçü və s. adlarda qaldığını da tarixi mənbələrdən əl-də etdiyi zəngin faktlar əsasında aydınlaşdırmışdır. Gürcü dilində türk mənşəli sözlər ən çox i və a şəkilçilərini qəbul edərək işlən-miş-dir.

Kitabın həcmi nisbətən az olsa da, elmi aparaturası zəngindir və müəllifin tarixi mənbələrə dərindən bələd olduğunu göstərir.

Roza Eyvazova, filologiya elmləri doktoru, Nəsimi adına Dil-çilik İnstitutu Dil əlaqələri şö'bəsinin müdiri.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz