.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

 CƏBRAYILIN ETNOTOPONİMLƏRİ: YENİ FİKİRLƏR, YENİ MÜLAHİZƏLƏR

İSMAYIL Kazımov

 

Cəbrayılda tüxtəlif türk tayfalarının tarixən məskun olmaları yerli toponimlərdə təsbit olunur. Araşdırma göstərir ki. Cəbrayılın toponimik sistemindəki bir sıra toponimik adlar uzun tarixi təkamül yolu keçməklə yanaşı, aid olduğu etnosun və mövcud olduğu ərazinin, tarixən bu yerlərdə baş vermiş ictimai və siyasi hadisələrin bir çox özünəməxsus cəhətlərini də əks etdirmiş və bunlar da coğrafi adların əmələgəlmə və formalaşmasını şərtləndirmişdir. Bu ərazilərdə tayfa adlarının izləri yaşadan toponimik vahidlər çoxdur:. Məsələn: beqdili (Bəydili arxı), quş (Quşçular kəndi), tulus (Tulus kəndi), qaraman (Hacıqaraman piri), Çaxmak (Çaxmaq çayı, Çaxmaqtəpə), qır (Qıraxdın) və s.

Bu yer adları haqqında həmyerlilərimizdən prof., Q.Kazımov, prof., K.Vəliyev, Ə.Xələfli, Ə.Behbudov, İ.İmanzadə, Ç.Kazımov, B.Zeynalov, K.Ağayev və b. bəhs etmişlər. Lakin həmin müəlliflərin bəziləri Cəbrayılın ən qədim toponimlərindən olan Q ı r a x d ı n, Topçaq, G ə y ə n, Çaxmaqtəpə, Çaxmaq çayı, T u l u s, Q a z a n z ə m i, Bəydili arxı və s. haqqında bəzən subyektiv fikirlər söyləmişlər. Xüsusən də, lazım olan mənbələrdən istifadə etmədən Cəbrayılın keçmiş adınının- Qıraxdının mənşəyininin izahında təhrifə yol vermişlər. Müəlliflərin bir çoxu (K. Ağayev) «Qıraxdın» adının rus dilindəki «Karantin» sözü ilə bağlamışlar. Bəziləri «Qıraxdın» deyərkən «dindən kənar», bəziləri «qıraqdan, kənardan gələnlər» mənasında şərh etmişlər. Araşdırma göstərir ki, bu mülahizərin heç biri həqiqətə uyğun deyil. Bizim fikrimizcə, «Qıraxdın» coğrafi adının kökü «qır» (kır) tayfasının adındandır. Tədqiqatçılar göstərirlər ki, q ı r sözü qədim və çoxmənalı sözdür. M. Kaşğari bu sözün aşağıdakı mənalarını verir: k ı r yağı «gizli düşmən»; k ı r «qır rəngi»; k ı r at «qır rəngli at»; k ı r «su bəndi»; k ı r «yastı dağ» (Bax: Divanü-Luqat-it Türk. Tercümesi. Çeviren Vesim Atalay. Ankara, 1939-1941, c 1, s. 324). «Ət töhfə»də k ı r sözünün "çöl, səhra, adamsız yer, səma" mənaları var (Elbrus Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. B., 1999, s. 238). K ı r (qır, kir) sözü müasir türk dillərində «açıq boz, boz- bulanıq, çal; tarla, çöl, düzənlik»;»təpəlik, daşlı çöl, çılpaq çöl, yüksəklik və s. mənalarda işlənmişdir (Bax: Tureüko- russkiy slovarğ. M. , 1977, s. 540; Turkmensko- russkiy slovarğ. M. , 1968, s. 233). Qırlarla bağlı Azərbaycanın Ağsu (Qırlar), Goranboy (Qırıqlı), Ağstafa (Qırıqlı) rayonlarında kəndlər var. Q ı r coğrafi termininə Orta Asiyanın toponimikasında da rast gəlinir. Mənbələrdə kır (qır) adlı tayfanın olması da göstərilir. (Bax: Azərbaycan toponimləri. B., 1999, s. 16). Türkiyəli alim Hüseyn Saracoğlu «Doğu Anadolu Bölgesi» (İstanbul, 1989, s. 269) adlı irihəcmli kitabında Anadolunun mərkəzi sıra dağları və yaylarından söhbət açarkən Kıraktin yaylasından da bəhs edir və yazır ki, Sıradağı Balık gölünün kuzey kenarında ince ve nisbeten alçak bir s ı r t halındedir. Buralara Kıraktin yaylası denir. Lakin sıradağı buradan sonra gitgide yükselir ve genişler. Dedelerin söylediyine göre, bu yaylada k ı r kökenleri vaxtıile meskunlaşmışlar. Beləliklə, yuxarıdakı mənbələr və sonuncu H. Saracoğlunun mülahizələri deməyə əsas verir ki, Cəbrayılın keçmiş adı «qır» tayfa adı ilə bağlıdır. Bu fakt həmin ərazidə ən qədim tayfaların (qırlar) yaşadığını sübut edən dəlillərdəndir.

T o p ç a q düzü. Vaxtı ilə «Topçaq» düzü haqqında bir yazımızda bu adın «topa yer», dəyirmi yer» mənalarını verdiyini göstərmişdik (Bax: Qıraxdın, Gəyən və Topçaq toponimlərinin etimologiyası. - Azərbaycan onomastikası problemləri. B., 1990, s. 107-108). Bu fikri hörmətli xalq yazıçımız Sabir Əhmədliyə istinadən şərh etmişdik. Bu düzün təsvirini «Azığa doğru» romanında verən yazıçı yazır ki, babaların dediyinə görə, Topçaq vaxtı ilə müharibə meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı yer olarmı? Bir düzdü, bir meydandı, məcməyi kimi dəpdəyirmidi.

Toponimik, etnonimik araşdırmalar göstərir ki, T o p ç a q\\Topçak\\ Tobıçak bir etnosun adıdır. İ. N. Berezin orta yüzilliklərə aid olan «İqor knyaz Severskiy» adlı kitaba yazdığı rəydə T o p ç a k \\ T o b ı ç a k adlı tayfa birliklərindən də bəhs etmiş, həmin adın «kök at»; mənasını göstərmişdir (Bax: Jurn. «Moskovityanin». SPb, 1984, VI, №22, s. 70). V.Radlovun fikrincə, Topçak – 1) «qüvvətli, gözəl at»; 2) «girdə», «dairəvi», «yumru» (V. Radlov. Opıt slovarya tyurkskix nareçiy. SPb. , 1905, t. III, s. 1230) mənalarındadır. F. E. Korş t o p ç a k sözünün «xüsusi növ at « mənasında olduğunu göstərmişdir (F.E. Korş. Tureükie glementı v əzıke «Slove o polku İqoreve». -İzvestiə otdeleniə russkoqo əzıka i slovesçosti», t. VIII, kn. 4, SPb., 1903). Q. Yarrinq t o p ç a k sözünü «gözəl at, topçaq at», «boylu- buxunlu at», «qədd-qamətli at» mənasında izah etmişdir. Demək, bəzi araşdırmalarda «topçak» sözünün epitet olduğu qeyd edilir. Qazaxıstanın Kokçetav rayonunun Akmolin vilayətində Qaraqula- Tobuçaq adlı nəsil, tayfa indi də yaşayır. «İqor Polku»nda Topçak\\Tobuçaq sözü xüsusi ad kimi işlənmişdir. Topçaq sözünün mənşəyinə gəldikdə qeyd olunur ki, bu ad türk mənşəlidir, t o p – şar + çaq- kiçiltmə bildirən şəkilçi: t o p- ç a q «şarik, dairəvi; yumru şar. Çuvaşlarda Tepçek kişi adı kimi istifadə olunur. Elmi tədqiqatlar, göründüyü kimi, həmyerlimiz , yazıçı S. Əhmədlinin fikrinin doğru olduğunu sübut edir. Yəni, «Topçaq» düzü deyəndə, «yumru, dairəvi, şar şəkilli düz» nəzərdə tutulur. Görünür, bu ərazidə vaxtı ilə məskunlaşmış insanlar «Topçak» tayfalarının qalıqlarıdır. Maraqlıdır ki, məşhur Topçaq qarpızları da şar şəkilliolduğuna və xüsusi quruluşuna görə fərqlənirdi.

G ə y ə n düzü. Türk mənşəli addır. «Azərbaycan dilinin izahlı lüğəti»ndə bu sözün tam aydın, işıq olmayan mənalarına malik olduğu göstərilir. Bəzi mənbələrdə «Gəyən» sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrinmizdə bu söz genişlik, açıqlıq mənalarındadır. «Mal-qaranı gəyənlikdə bağladılar»- deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də «gəyən» düzün geniş, ucsuz- bucaqsız olması ilə əlaqədardır. Yazıçı S.Əhmədli yazır ki, Gəyən bir milyon qoyunu, dəvəni, ilxıları doyuran ger- geniş yataqlar, örüşlərdi. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır.

Mən aşıq gəyən yerlər.

Göyərmiş gəyən yerlər

Mənə nişanə qaldı Ayağın dəyən yerlər (Ustad aşıqlar).

Beləliklə, mənşəcə çox qədim olan türk mənşəli «Gəyən» toponimi təbii şəraitin bir sıra əlamətlərini (genişlik, susuzluq, quraqlıq, yarıqaranlıq) qorumuş və saxlaya bilmişdir.

«Quşçular» kəndinin adı quşlarla bağlıdır. Azərbaycanşünas M. Vəliyev yazır ki, kuşanların Azərbaycan ərazilərinə tez-tez soxulmaları izsiz qalmırdı. Hətta onların burada yaşadıqlarını ehtimal etmək olar. Bunu müxtəlif qəzalardakı bir sıra kənd adlarının «Quşçu» olması da təsdiq edir.

«Hacıqaraman»ocağının, pirinin adındakı «qaraman» tayfa adı «qara» (güclü, igid») və man- «insan» sözləri əsasında əmələ gəlmişdir.

Çaxmaq çayı, Çaxmaqtəpə. Bu etnonim şahsevənlərin eyniadlı tirəsinin adını daşıyır. Cəbrayılda hər iki ərazi adı bu tayfanın adını özündə əks etdirir. Türkiyənin Doğu Anadolu bölgəsində «Çakmak dağı» var. Bu çox basıq, geniş yaylalar halında alçalan bir dağdır. Bu dağda türkdilli çakmak tayfalarının yaşadığını D. Paqirov da göstərmişdir (Bax: Paqirov Q. Alfavitnıy ukazatelğ k pətiverstnoy karte Kavkazskoqo kraə, izdaniə Kavkazskoqo Voenno- Topoqrafiçeskoqo Otdela. Tiflis, 1913, s. 181). Ordubadda da «Çaxmaqlı» adlı dağ vardır.

Beləliklə, Cəbrayılın ən qədim etnotoponimlərinin hansı tarixi dövrlərin məhsulu olduğunu, onların hansı etnosla bağlı hadisəni özündə əks etdirdiyini müəyyən etmək bəzən çətin olsa da, bir sıra toponimlərin yaranma yollarını və səbəblərini bərpa etmək bir o qədər də mürəkkəblik yaratmır. Məhz tədqiqatların nəticələri göstərir ki, Cəbrayılın ən qədim coğrafi adlarının bir çoxu etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə, əsasən də ayrı-ayrı tayfaların (qır\\kır, quş\\kuş, qaraman, tulus\\tolos, topçaq, gəyən, bəydili\\beqdili, çaxmaq\\çaxmax və s.) adları ilə bağlı yaranmışdır.Adları qeyd edilən etnosların Cəbrayılın toponimikasında qorunub saxlanması həmin qanunauyğun prosesin təzahürüdür.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz