.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

HƏR ŞEYİN BİR YOLU VAR *

HEKAYƏ

Otkir Haşimov

 

Dursunəli arvadına jaket satın alıb gəlməsəydi, bu hadisələrin heç biri ol-mayacaqdı. Arvadı jaketi götürüb orasına-burasına baxdı sonra üzünü turşudub:

Neçiyə satın aldın? Deyə soruşdu.

Əlli suma.**

Arvadı sevinmək əvəzinə yenə dır-dır etməyə başladı:

İyirmi ildir ki, müəllim işləyirsən hələ də bir şey almağı bacarmı-san. Allahın 32 sumluk malı 50 suma satanların əlləri qırılsın! Yerin dibinə girsin.

---------------

I. Hekayə, Özbək kalikatura curnalı olan "Muştum" (Avqust, 1980 tarixli, 15-ji sayı)"dan götürülmüşdür.

II. SUM = Rubl (Özbəkistanda pul vahidi).

Dursunəlinin təpəsi atdı:

Bazardan deyil, tanış bir adamdan aldım, mənim üçün axtarıb tapdı. camaatın başqa işi yoxdur bir ja-ketdən ötrü məni aldadacaq!

Sizin kimi bir əfəli aldatmayıb da, kimi aldadacaqlar!

Dursunəli jaketi hiddətlə qoltuğuna vurub aldığı adamın yanına getdi.

Ay bala… bunu mənə niyə baha satmısan? Tanış adam sözü ağzında gəvələyir:

Hər şeyin bir yolu var! Müdür o jaketləri 45 suma satmağı mənə əmr edib. Sizi tanış hesab edib 50 suma verdim. Demək bu həm yaxşılıq həm də günah sayılır.

Dursunəli bir qədər duruxsundu və müdürün yanına girdi.

Hər heyin bir yolu var, ağabəy bax biz qardaş sayılırıq! Dedi və o səmimiliyi davam etdirdi:

Anbardan özümüz 40 suma aldıq. İnanmırsınızsa gedib anbardan topdan qiymətini soruşa bilərsi-niz.

Səndemə anbarın müdiri Dursunəlinin əlində yetişmiş tələbələrdən biri imiş. Bu tələbə riyaziyyatdan həmişə iki alırdı. cırtdan kimi arıx bir uşaq idi. İndi isə qa-rını çıxıb, yekəpər bir adam olub. Ağzı da qızıl diş ilə doludur. Gombul əllərini açıb:

Ooo, Dursunəli müəllim, salam necəsiniz, bir problem var? Dur-sunəli problemi açıb danışdı.

Dursunəli müəllim bunu niyə bilmirsiniz axı. Bu çox az tapılan bir maldır. Tüccarın özündən biz 34-ə almışıq.

Bu qarışıqlıqdan sonra Dursunəli boy-nubükük evə girdiyində bacanağı evdə idi. Bacanağı işini bilən biri idi, çobandı, amma Volqa marka bir maşını vardı.

İşlər necədir? Qoyunlardan bu mövsüm quzu götürə bildin? Deyərək onunla danışmağa uyğun bir mövzu tapmağa çalışdı.

Bacanağı seyrək saqqalını sığal-layaraq güldü:

Əlbəttə! Dedi. Hər 100 qoyundan əlimizə 250 quzu keçdi.

Dursunəli məhəttəl qaldı və dedi!

Bir qoyun da heç arxa-arxaya iki yarım quzu balalayarmı?

Balalayar! Deyərək gülən bacanağı dedi:

Balalamazsa balaladarıq. Yeri gəlsə yüz qoyundan üç yüz quzu da alarıq.

Ay Allah qorusun! Dedi Dursu-nəli və yaxasını sirkələdi.

Yolu var. Bilmək lazımdır. Bizdə plan var. Onu ödəməliyik.

Ertəsi gün Dursunəlinin işlədiyi məktəbə komissiya gələcəyi xəbərini məktəb direktoru sinifə girib ona xəbər verdi.

İlk siniflərdə vəziyyət qarışıqdır! Dedi direktor qaşlarını çatallaya-raq. Başqa siniflər yüzdə-yüz müvəffəqiyyət göstərirlər, amma 3-c"də hələ iki alanlar var.

Dursunəli özünü saxlaya bilmədi və hiddətlə dedi:

Hərfi tanımayan bir şagirdə mən necə 3 verim. Versəm də şagird-lər daha heç oxumayacaqlar, ayaq açıb başıma çıxacaqlar.

Direktor, etiraz istəmirəm! Deyə-rək əlini sirkələdi: Uşaqları evi-nizdəmi öyrədərsiniz, yoxsa bu-radamı o sizin biləcəyiniz bir işdir. Bizə komissiyanın yanında yaxşı hərəkət etmək lazımdır. Plan bundan ibarətdi. Üç gün so-nra komissiya gələcək. Vaxtınızı çalışacağam daha da artırım.

Dursunəli bütün gecə düşündü-da-şındı. Niyə hər yerdə hər şeyin bir yolu vardır, amma mənə gəldikdə isə hər şey çarəsiz qalır? Niyə indi bütün uşaqların əla qiymətlər alması mümkün olmasın? Əşi mümkündür!

Dursunəli arxayınladı. Sabah dərsə arxayın getdi, 3 c sinifinə girdi.

Uşaqlar yaxında sinifimizə ko-missiya gələcəkdir. Sizə bildiri-rəm. Ancaq siz hər şeyi mənə həvalə edin. Bir yolunu tapıb on-ları razı salıb göndərəcəyəm. Su-alları sizə əvvəlcədən ve-rəcəyəm. Komissiya gələndə də mən əzbərlətdiyim sualları ve-rəcəyəm kimin sualını verəcəy-əmsə onu qaldıracam və asanlıqla cavab verəcəksiniz. Amma hamı-nız əlinizi qaldırın. Mən kimi qaldıracağımı əvvəlcədən təyin edəcəyəm. Oldumu?

OLDU! Deyə uşaqlar cıvıldaşdı-lar.

Elə də oldu. Bir müddətdən sonra si-nifə uzunlu qısalı tam altı adam gəldi.

Dursunəli birinci sualı ortaya atdı:

Uşaqlar insanın döş qəfəsində hansı orqanlar yerləşir?

Uşaqların hamısı birdən əl qaldırmağa başladılar.

Mən deyim müəllim!

Yox mən deyəcəm!

Dursunəlinin uşqlara olan sevgisi daha da artdı. Afərin, yolunu tapmaq bax belə olar! İndi görək kim əfəldir. Dursunəli bi-rinci sualı kimə yazdırdığını həyəcandan unutdu. Uşaqlar isə sinifi dağıdarcasına əl qaldırırdılar. Ən birinci sırada oturan bir civirtdək uşaq yaman qışqırırdı. Dursu-nəli yəqin ki, bu bilir sualın cavabını, bir bundan soruşum.

Muxtar sən cavab ver! Dedi Dur-sunəli qorxa-qorxa.

Muxtar yerindən dik atılıb:

Qurbağa çox faydalı bir heyvan-dır. Milçək, ağcaqanad kimi zə-rərli həşəratları məhv edir…

Dursunəlinin beyni atdı.

Yox, oğlum mən səndə döş qəfə-sində yerləşən…

Muxtar bir an fikirləşdi və davam etdi:

Qurbağa qış yuxusuna yatır, ba-harda…

Otur! Dedi Dursunəli hirslə, so-nrakı sualı dedi:

Deyin görüm ölkəmizdə böyük şəhərlər hansılardır?

Yenə uşaqların hamısı əl qaldırdı.

Dursunəli ən çox bağıran balaca bir qızı qaldırdı. Deyəsən bu sualı ona yazdırmışdım.

Qızım, sən denən.

Qızın yerindən qalxması ilə bağırması bir oldu.

Meşələrdə ayı, şir, pələng, dov-şan kimi heyvanlar daha çox ya-şayır.

Mən səndən heyvanlarımı soruşu-ram! Hirslə dedi Dursunəli. İçi-nizdə bunu bilən yoxdur?

Sən otur!

Növbəti sual quşlar haqqında idi. Uşaqlar yenə əllərini qaldırlar.

Məhəmməd sən denən bu sualın cavabını.

Məhəmməd yerindən qalxmadı.

Nə oldu? Deyə Dursunəli fəryad etdi. Dilini uddun!?

Səlim gəlmədi, dedi Məhəmməd yavaşca. Bu onun sualı idi.

Arxada oturan uzunsaç bir qız müəlliminə yazığı gələrək icazə istəyib yerindən qalxdı.

Bayaq verdiyiniz sualı mənə yaz-dırmışdınız. Heç olmazsa ona ca-vab verim…?

Komissiya sinifdən Dursunəli müəllimin az qala meyidini çıxa-racaqdılar. Rəngi solmun halda birtəhər evə göndərdilər.

Arvadı onun bu halını görüb qor-xdu.

Vay, sizə nə oldu? Hardan gəlir-siniz?

Açıq qəbirdən! Deyə Dursunəli bağırdı.

Al bu jaketi rəddol səni gözüm görməsin!

Nə oldu ki?!

O jaketi yandıracağam, parçalay-acağam! Al apar onu gözümün qabağından!

Azərbaycan diline çeviren:

CAHİD Kazımov.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz