.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

 QURBAN SƏİD KİMDİR?

Manaf Sababi, İsveç

 

Bir çox xüsusatlar Lev Nissembaumun bu romanın müəllifi olmadığını göstərir

İlk olaraq 1980-ci illərdə Qurban Səidin adını bir isveçli dil müəllimindən eşitdim. O xanım mənim azərbaycanlı olduğumu bilib Qurban Səidin adını çəkdi. Təəssüflə "Bu azərbaycanlını tanımıram", - deyərək susdum. Ürəkdən istədim ki, bu xanım Şəhriyar, Səməd Vurğun, Pərvin Etisami kimi tanınmış (hər halda, bizlər üçün) azərbaycanlılar haqda söz salsın və mən onların əsərləri barədə məmnuniyyətlə fikir söyləyim. Amma neyləməli ki bu böyük azərbaycanlıların əsərləri və adları Qərbdə Qurban Səid ilə müqayisədə hələ kifayət qədər şöhrət qazanmayıb.

Bu hadisənin üstündən neçə illər keçmişdi və bir gün kitabxanada gözümə Qurban Səid adlı bir kitab toxundu və həmin kitabı alıb evə gətirdim. Kitab "Əli və Nino" adı ilə 1937-ci ildə alman dilində Vyanada nəşr olunmuş və sonra neçə Avropa dillərinə, o cümlədən ingilis, fransız və isveç dillərinə tərcümə olunmuşdu.

"Əli və Nino" 1905-ci il Rusiya inqilabı ərəfəsində bir müsəlman azərbaycanlı ilə gürcü qızı arasında məhəbbət əhvalatından danışırdı. Azərbaycanlı aristokrat ailədən olan Əli Xan Şirvanşir Nino Kipiani adlı gürcü qızına hələ məktəb dövründən aşiq olur və sonra onunla evlənir. Bu arada müəllif Əli xanın ikiüzlü erməni dostu - əbədi xəyanət simvolu - Nacarariyanı və XX əsrin başlanğıcında Qafqazda baş verən siyasi hadisələri da qələmə almışdı. Joan Vain, romanın müqəddiməsində yazdığı kimi, müəllif tarixi epizodlar yaratmışdı. Eyni halda, müəllif o çağdakı Şərq ilə Qərb (eləcə də islamiyyət ilə xristianlıq) arasında bağlılıqları və ziddiyyətləri də hərtərəfli göstərməyə cəhd edir. Romanın həyəcanlı səhnələri dəyişik yerlərdə (Bakı, Şuşa, Tiflis və Dağıstanda) formalaşsa da, tarixi hadisələrin detalları Bakıda və Tehranda qələmə alınır. Qeyd etmək lazımdır ki, müəllif bir akademik tarixçi olmadığı üçün, bəzi hadisələri, o cümlədən Teymurləngin yeddi dəfə Tiflisə yürüşünü (Nino deyir) və ya Fətəli şahın dövründə Rusiya səfirliyinə hücum səhnəsi və şahın o tədbirdən razı qaldığını düzgün izah etmir.

Qurban Səidin kimliyi haqda məlumat verilmədən nəşr olunan bu əsər uzun illərdən bəri Azərbaycan alimlərini narahat edib. Eyni zamanda, yəhudi və alman alimləri də bu müəllifə sahib durmağa cəhd edirlər. Bəzi rəvayətlərə görə, "Əli və Nino" Azərbaycanın məşhur yazıçısı Yusif Vəzir Çəmənzəminlinin əsəridir. Digər rəvayətlərə görə, müəllif ziyalı ailəsindən olan bir vətənpərvər azərbaycanlı dissident (siyasi qaçqın) olmuşdur. O, qohumlarını Stalin təhlükəsindən qorumaq üçün qondarma (yalançı) addan istifadə etmişdir.

Amma amerikalı jurnalist Tom Reiss (New Yorker, 1999, oktyabr) iddia edir ki, "Əli və Nino"nun müəllifi islam dinini qəbul etmiş bir yəhudidir. Tom Reissə görə, onun adı Lev Nissembaum idi və müsəlman olduqdan sonra Əsəd adını götürmüşdü. Lev 1905-ci ildə Bakıda almaniyalı zəngin bir yəhudi ailəsində doğulmuşdu və sonra bolşeviklərə görə vətəni tərk edib Berlinə getmişdi. O Əsəd adı ilə 15-dən çox əsər yazır və nəhayət, onun yəhudiliyi aşkar olunduqdan sonra, 1935-ci ildə qaçıb Vyanaya gedir. Tom Reissə görə, Lev bir alman baronunun arvadı Elfreyd von Ehrenfelsin məşuqu imiş və əslində, 1937-ci ilin şəraitinə görə, Elfreyd "Əli və Nino" romanı müəllifinin təxəllüsü olur. Lev 1938-ci ildə İtaliyanın Rozitano kəndinə qaçır və 1942-ci ildə 36 yaşında orda ölür və kəndin müsəlman qəbiristanlığında dəfn olunur.

FAKTLAR ÇƏMƏNZƏMİNLİ VƏ NİSSEMBAUMUN ƏLEYHİNƏ SÖZ DEYİR

Məncə, Qurban Səidin kimliyinin ədalətli həlli üçün bu variantları diqqətlə analiz etmək lazımdır.

1. Yusif Vəzir Çəmənzəminlinin bu əsərin müəllifi olması konkret sənədlərlə rədd olunmalıdı. Hansı səbəblərə görə ancaq bu əsərdə qondarma addan istifadə etməsi aydın deyil. Almanca ilk dəfə bu əsərin Vyanada nəşr olunması da Çəmənzəminlinin xeyrinə söz demir.

2. Ola bilsin ki, bu əsər bir az azərbaycanlı dissident vasitəsilə Vyanada yazılmış və ya oraya göndərilmiş, sonra alman dilinə çevrilib nəşr olunub. Müəllif qohumlarının təkidi ilə onları bəlaya salmayım deyə, qondarma addan istifadə etmişdir. Bu variantın əleyhinə heç bir sənəd olmadığına baxmayaraq, o biri variantların rəddi isə bu variantın həqiqətə daha yaxın olduğunu sübut edir. Əlavə etmək lazımdır ki, "Əli və Nino" romanı İlyas bəyin sözü ilə sona çatır. Orada İlyas bəy romanı nə cür ələ keçirdiyini bildirir və sonra onu Əli xanın ailəsinə verəcəyini vurğulayır.

3. Müəllifin Lev Nissembaum olub-olmaması xüsusunda romanda bir sıra ciddi və əhəmiyyətli məlumatlar var və onların incələnməsi gərəkdir. O məlumatlar bundan ibarətdir:

1. Birinci bölümdə Əli bəy qeyd edir ki, onun əmisi "Əsəd-ed-Devlə" Nəsrəddin (1848-96, İran) şahın ətrafında vəzifə sahibi olmuş, o isə Qacar şahlarının sarayında baş verən hadisələrə və əhvalatlara romanda aydınlıq gətirə bilir. Bundan əvvəl Azərbaycan əyalətinin başçısı Həsən Qulu xan ilə silahdaş olan İbrahim xan Şirvanşir (Əli bəyin babası, Səfər xanın atası) də Qacar şahları ilə sıx əlaqədə olmuşdur. Bu münasibətdən asılı olaraq müəllif geniş siyasi və ictimai məlumata malikdir. Bu həqiqətə qüvvət Əli xanın verdiyi məktubun son günündəki suala cavabdır. Müəllif o cavabda tarixi hadisələri qalib rus baxışının əksinə azərbaycanlı versiyasını (Şirvanşir ailəsinin versiyasını) təqdim edir. Bu, aydınca isbat edir ki, "Qurban Səid" Lev Nissembaum ola bilməəz. Ona görə ki, 1905-ci ildə anadan olmuş və islam dinini qəbul etmiş bir yəhudi belə bir xüsusi məlumata şahid ola bilməzdi. O dövrdə mövcud qaynaqlardan istifadə etmək də mümkün ola bilməzdi, çünki şahın ətrafında ali vəzifəyə malik olan ancaq o məlumatlara əl yetirə bilərdi.

Romanın 16-cı bölümündə müstəqil Azərbaycan Respublikası yaratmaq istiqamətində ilk hissədəki dialoqların izahı aydınca göstərir ki, vətənpərvər azərbaycanlılardan başqa, o yığıncaqda əslən azərbaycanlı olmayan (məsələn, islam dinini qəbul etməmiş bir yəhudi) iştirak edə bilməzdi və hətta bir bəhai dinli azərbaycanlı o toplumda iştirak etsə də onun ancaq vətənpərvərlik hissləri üstün tutulur. Lev isə o toplumda ola bilməzdi və olsaydı da illər keçəndən sonra o, hadisələri belə detalları ilə izah edə bilməzdi.

2. Romanın 5-ci bölümündə Qarabağ haqda söz gedir. Müəllif bir yəhudi olsaydı, yəqin ki, erməninin bu iddiası haqda başqa bir cavab verməliydi. Bu, bir müsəlman azərbaycanlının standart fikri kimi deyilir. Bundan başqa, müəllif Əli xan ilə Seyid Mustafa arasında Osmanlı qoşununun Bakıya yaxınlaşması ərəfəsində fikir mübadiləsində türklərin qardaş xalq olduğunu, onların şiə imamlara xəyanətindən üstün göstərir. Yəqin ki, islam dini qəbul etmiş almaniyalı bir yəhudi heç vaxt öz dini hissini milli hissdən aşağı tutmazdı.

3. 10-cu bölümdə Birinci dünya müharibəsi xəbərini eşidərkən Əli xan Quran kitabına müraciət edir və onu oxuyur. Həmçinin Tehranda olduğu zaman farsca danışması və şer deməsi müəllifin fars və ərəb dillərinə bağlılığını və qabiliyyətini aydınca göstərir. Beləliklə, 1905-ci ildə anadan olan Lev Nissembaum gənc yaşda yüksək səviyyədə Azərbaycan, rus, ərəb, fars, alman və yəqin ki, ivriti öz ana dili kimi bilməsi bir az həqiqətəuyğun gəlmir. Bir azərbaycanlı aristokratın bu dilləri öyrənmək imkanında olduğunu "Əli və Nino" nağılından anlamaq olar.

4. Müəllif romanın 22-ci bölümündə İranda yerləşən Ənzəli şəhərinin ev quruluşunu, xalqın əhvalını xırda detallarına qədər eynilə izah edir. Sonra, 23-cü bölümdə Rəşt ilə Tehran yolunu, Tehranın şəhər strukturunu o dövrə dəqiq uyğunluqla təsvir edir, həmin dövrdə saraylarda və xalq arasında hakim olan etik normaları bir tarixçi kimi yazır. Müəllif detallara davam edir və 24-cü bölümdə Tehranda siyasi mərkəzdən xəbər verir.

Romanda yazılan əhvalatlara diqqət yetirilərsə, aydınca görünür ki, Lev Nissembaum belə bir roman yaza bilməzdi. Belə dəqiq detalları vermək üçün o hadisələrdə iştirak etmək lazımdı və Lev Nissembaum nə yaşına, nə də sosial imkanlarına görə bunu edə bilməzdi.

Lev Nissembaum islam dinini qəbul etmişdisə, nədən onun romanında Əli xan heç zaman namaz qılmır və ya Nino və Nacarariyan ilə mübahisədə dini arqumentlərdən istifadə olunmur?

Bu romanın yəhudi Lev Nissembaum və alman qadın Elfreyd von Ehrenfelsin bilik məhsulu olduğuna dair iddialar da (Matt Nesviski, "Yeruselim post" qəzeti, yanvar, 2001) həmin yuxarıdakı qeyd olunan səbəblərə görə rədd olunmalıdır. Buna əlavə olaraq Elfreyd öz əsl adından yazılarında istifadə etmişdir. Lev Nissembaumun kim olduğuna gəldikdə isə, yəqin ki, Cenia Qraman (ilk dəfə romanı alman dilindən ingilis dilinə çevirib) və Tom Reiss demişkən, o, həmin Əsəd bəy olmuş və onun yazıları bioqrafik xarakter daşıyır.

İndi isə Cenia Qraman yenə də başqa bir romanın 1938-ci ildə Qurban Səid tərəfindən yazıldığını iddia edir (The Girl from the Golden Norn, Noyabr 2001). Roman Qurban Səidin müəllifliyi ilə dərc olunur və burada bir türk qızının Berlin şəhərindəki məhəbbət əhvalatından söz açır. Asiadeh Anbari (bir türk paşa qızı) birinci dünya müharibəsindən sonra Berlində olarkən bir alman həkimə (Dr. Hass) aşiq olur və yenidən bu iki fərqli kültürlər arasındakı ziddiyyətləri izah edir. Bu əsərdə ifadə olunan qəm-qüssə və bəlalar "Əli və Nino" kimi güclü deyil. Məncə, bu roman ilə "Əli və Nino" arasında çox fərq var və həmin şəxsin bu iki romanın müəllifi olması mümkün deyil. Məsələn, yazılan metaforalar və həyəcanlı səhnələrin izah formasını göstərmək olar. Həmçinin Azərbaycan qaydaları və ənənələrinin Türkiyə qaydalarından fərqli olduğu müəllif üçün belə bir imkanı yarada biblməz. Əlbəttə, təbiidir ki, kitabı çox tirajla satılsın deyə Cenia bu iddianı irəli sürmüş olsun.

O da aydındır ki, qeyri-qanuni təşəbbüslərə qarşı "Əli və Nino" romanının əsl yazarı qanuni mərkəzlərə müraciət etməyəcək. Həqiqətən, ola bilsin ki, bu yeni romanın müəllifi Əsəd bəy olsun, amma bu iddia da şübhə altına alınmalıdır...

...Məncə, Qurban Səid kim olduğunu ədalətlə həll etmək üçün bu variantlari diqqetle analiz etmək lazımdır.

1- Yusif Vəzir Çəmənzəminlinin bu əsərə müəllif olmasını konkret sənədlər rədd edir. Doğrudu ki Çəmənzəminli Müsavatın hakimiyyət dövründə Avropada səfir olub və alman dilində danışıq qabiliyyətinə malik olub. Amma, hansı səbəblərə görə ancaq bu əsərdə qondarma addan istifadə etməsi aydın deyil. Almanca ilk defe bu əsərin Vyanada nəşr olunması da Çəmənzəminlinin əleyhinə tamam olur. Buna əlavə, heç bir sənəd Çəmənzəminlinin alman dilinə bu vüsətdə bacarığı haqda əldə yoxdur.

2- Ola bilsin ki, bu əsər bir azərbaycanlı dissident vasitəsi ilə Vyanada yazılmış və ya oraya getirilmiş və sonra alman dilinə çevrilib və nəşr olunub. Müəllif qohumlarini təhlükəyə salmasın deyə, qondarma adından (Qurban Səid) istifadə etmişdir. Bu variantin lehinə heç bir sənəd olmadığına baxmayaraq, o biri variantlarin rəddi isə, bu variantin həqiqətə yaxın olduğunu daha sübut edir. Əlavə etmək lazımdır ki, ”Əli və Nino” romanı İlyas bəyin sözü ilə sona çatır. Orada İlyas bəy romani nəcür ələ keçirdiyini bildirir və sonra onu Əli Xanın ailəsinə verəcəyini vurğulayır.

Bəzi məlumatlara görə, Ceyhun Hacıbəyli ve Əbdürəhim bəy Haqverdiyev hər ikisi da alman dilinə o qədər bacarığı varıydı ki bu romanin müəllifi ola bilsin. Hətta Əbdürzhim bəy almanca hekayələr yazırmiş. Burada diqqətə layiq budur ki, həm Ceyhun bəy və həm də Yusif Vəzir Avropada olarkən Lev Nissembaum (Əsəd bəy) ilə əlaqədə olmuşdur. ”Əli və Nino” əl yazısı kimi orda alman dilinə çevrilib və neşr olunması və ya indiki neçə nəfərin əməkdaşlığı ilə hazırlanması da aydın deyil.

3- Müəllif Lev Nissembaum (tək başına) olmamasi üçün bir sıra ciddi və əhəmiyyətli məlumatlar romanda vardır ki onların incələnməsi lazimdir. O məlumatlar bundan ibarətdir:

- Birinci bolumdə Əli bəy qeyd edir ki, onun əmisi ”Əssəd-əd-Dəvlə” Nasr-əd-Din (1848-96, Iran) şahin ətrafında vəzifə sahibi olmuş....

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz