.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

AZƏRİ DİLİ

Prof. Q.Ş.Kazımov

 

Cənubi Azərbaycan ərazisində yaşayan xalqın dili əvvəllər Atropatena dili, ərəb işğalından sonra azəri dili adlan-dırılmışdır (Bəzi alimlərin fikrinə görə, ”azəri” sözünün tarixi çox qədimdir: ”Norveç xalqının dahi oğlu Tur Heyerdal dünyayaya sübut etdi ki, Şumer və Qobu-stan mədəniyyətləri - eyni mədəniyyət-dir və e.ə. VI-IV minilliklərdə - Şumerin çiçəkləndiyi dövrdə Qafqazın şərqində, indiki Azərbaycan ərazisində yaşayan yerli xalq aserlər (yə”ni: azərlər) adla-nıb”. Ə.Fərzəli yenə yazır: “Mən “azəri” yox, “azər”əm! Azər, şumər, kəngər, ov-şar (əfşar), sakər (ərsak - arsak), xacər, qacar, qarcar, qarqar, jügər,macar, hunər, hunqar, günər, alpər, tatar (tatər), bayər (boyar), tavar (tavər-tavr) və s. Bunlar da türk - azər oğuz boylu qədim qəbilə birləşmələçrimizin tavrixi soraqlarıdır.

İranlı - fars qardaşlarımızın tə-ləffüzündə “Azər” adını “Azəri” təkrarı sıxışdırmışdır.”Azəri” sözündəki “İ” yönlük, tə”yinlik bildirən şəkilçidir. Və “azəri” kəlməsi məhz həmin “İ” şəkilçisi ilə “azərbaycanlı”, “Azərbaycan vətən-daşı” məzmununda səslənir və bu mə”nada soy-xalq adından sanki uza-qlaşmış olur.

Deməli, biz “azəri” yox, “azər”ik. Bu mə”nvdva “azəri türkü” ifadəsi də özünü doğrultmur. “Azəri türkü” - hətta bir qədər yanlış səslənir.” (Əjdər Fərzəli Qorqud. Dədə Qorqud sözü. (Üçüncü ki-tab), ”Maarif” nəşriyyatı, Bakı, 1999, s.35). Lakin “Atropatena” sözü uzun müddət unudulmamışdır. Monqol bas-qınlarını gözləri ilə görmüş Gəncəli Kirakos “Ermənistan tarixi” əsərində 1241-ci il hadisələrindən bəhs edərkən yazır: “Onlar (monqol qoşunları -Q.K.) getdikcə farsların bütün ölkəsini, Atrpatakanı, Deyləmi dağıtdılar, qarşıların-da bir maneə qalmasın deyə, hamısını bir-bir yağma etdilər” (Qaynaq-lar, 89, 162) Görünür, ərəb işğalından başlayaraq, “Atropatena dili”, ”azəri dili” terminləri xeyli müddət - bir neçə əsr paralel işlənmişdir.

Qaynaqlar göstərir ki, azəri dili Azərbaycanın erkən türk əhalisinin dili olmuş, fars dilindən və pəhləvi ləhcə-lərindən fərqlənmişdir. “Əsrimizin 20-ci illərinə kimi və daha sonra tarixi ənənə azəri məfhumunu azərbaycanlıların adı ilə bağlamışdır” (Azərb., tarixi, 94, 226)

Azəri dilini Azərbaycan türk əhalisi-nin dili sayanlara (Lestrençin və b.) etiraz etsə də, Ə.Kəsrəvi ərəb işğalından baş-layaraq Azərbaycanda işlənən dilin azəri dili olduğunu təsdiq etmişdir: “Kəsrəviyə görə, azərbaycanlılar islamiyyətin birinci əsrin-dən türk dili yayılana kimi azəri di-lində danışmışlar” (Fazili, 84, 115) Ə.Kəsrəvi və onun həmkarlarının fikrinə görə, birinci minillikdə Azərbaycan ərazisində yaşayan əhalinin dili farsların təsiri ilə fars dilinə çevrilmiş və farslaşdırılmışdır. “Azəri dili” anlayışının tarixinə düzgün varmadan onu fars dilinin bir qolu hesab edən Ə.Kəsrəvi nəzərə almamışdır ki, Azərbaycan ərazisin-də e.ə. III-I minilliklərdə və eramızın I minil-liyində aborigen və gəlmə türklər o qədər güclü idi ki, onların dilini fars dili heç cür assimilyasiyaya uğrada bilməzdi. Əksinə, yerli türk dili Azərbaycan ərazisinə axan yeni türklərlə daha intensiv qaynayıb-qo-vuşur və bir çox istilaçıları da türkləş-dirirdi. Ə.Kəsrəvi azəri dili dediyi dilin mahiyyətində başqa dili düşünsə də, düz deyir, türk dili hətta Azərbaycana köç-ürülən hakim ərəbləri öz təsiri altına alır, onları türkləşdirirdi və belə bir şəraitdə türk dilinin farslaşdırılmasından söhbət gedə bilməzdi. Ə.Kəsrəvi yazırdı: ”Azər-bay-can--da üç yüz ildən artıq hökmranlıq etmiş olan ərəblər nəinki bu ərazinin sa-kinlərinin dilini dəyişə bilməmiş, əksinə, özləri də dillərini itirib onlarla qarışmış-lar” (Fazili, 84,116) Ərəblərin Azərbay-cana ilk gəlişi, Əl-Bəlazurinin qeydinə əsasən, Əşəsin vaxtında olmuş, Azərbay-can əhalisi yenidən ərəblərə qarşı üsyan etdikdə Azərbaycana Kufədən xeyli ərəb göndərilmişdir. Sonra yenə Azərbaycana Kufə və Bəsrədən, eyni zamanda Suriya-dan bir sıra ərəb tayfaları köçürülmüş, onlar Azərbaycan-da istədikləri qədər torpaq sahəsi tutmuş və almışlar. Lakin az sonra ərəblərin öz arasında düşmənçilik yaranmış, bu düşmənçilik smilahlı toq-quşmma ilə nəticələnmiş, yalnız Harün ər-Rəşidin zamanında sabitlik yaranmış-dır. Ərəb-lər sonralar öz ölkələri ilə əla-qəni itirmiş, dillərini unutmuş, türk dilini mənimsəmiş, türk adətlərini öyrənmiş və türkləşmişlər (Buniətov, 65, 170-77).

Ə.Kəsrəvi fars şovinizminin ən qatı təbliğatçısı kimi deyirdi: “Bizim fikrimiz-cə, bundan sonra dəmir yolunun İranın şəhərlərini bir-birilə birləşdir-məsi, habe-lə kəndlərdə məktəblərin açılması, mət-bua-tın kütləvi surətdə (kitab, məcmuə, qəzetin) yayılması ilə əlaqədar olaraq türk dilinin aradan çıxması Azərbaycanda xüsusilə nəzərə çarpacaqdır. Ola bilsin ki, bir-iki əsrdən sonra bütün iranlılar üçün bir dil olsun və türk, ərəb, kürd, mazan-daran, gilan, sisan, simnan, bəxtiyar, lur, şüştər və digər ləhcələrin adlarından başqa bir şey qalmasın” (Fazili. 84,120). Heç şübhəsiz, bu, alim uzaqgörənliyi deyildir və müəyyən dairələrə xidmət üçün söylənmişdir. Azərbaycan ərazisində son iki min il ərzində türk dili getdikcə qol-qanad atdığı kimi, bir sıra başqa etnoslar (tatlar, talışlar, ləzgilər, udinlər və b.) öz dillərini qoruyub saxla-mışlar. Hind-Avropa mənşəli tayfalar Azərbaycan ərazisinə türklərdən çox-çox sonralar gəlmişlər: ”Əslin-də, Şind-Avropa dil ailəsinə mənsub Ari mənşəli tayfalar er.əv. II minillikdə cənubi-şərqi Avropadan Orta Asiyaya gəlmişlər. E.ə. 1700-1500-ci illərdə onların bir hissəsi - vedalar ayrılaraq Hindistana getmiş, in-diki farsların, taciklərin, əfqan-ların, Pa-mirdə irandilli kiçik xalqların, kürdlərin, talışların, tatların, kiləklərin və s. ulu əcdadları isə Orta Asiyada və Əfqanı-standa qalmışlar. E.ə. birinci minil-liyin əvvəllərində farsların, kürdlərin, talış-la-rın, tatların, giləklərin və s. ari adlanan əcdadları İran ərazisinə gəlmişlər.” (Qeybullayev, 94, 39). Hind-İran dil qolu parçalandıq-dan sonra İran qolu hazırkı İran yaylasının mərkəzində və cənubunda məskunlaşmış, e.ə. I minilliyin ortalarında İran ləhcələ-rində danışan bir sıra etnoslar Azərbay-canın şərq və qərb rayonlarına irəliləmiş, burada fars ləhcəli etnosların əsasını qoymuşlar. Azərbaycan ərazisində qədim-dən heç İrandilli tayfalar olmamış, bu cür tayfalar e.ə. I minilliyin ortalarından gəl-miş-lər. Bunu görkəmli tarixçi alim İ.Əliyev də təsdiq edir: ”İnamla deyə bilərik ki, əlimizdə elə bir fakt yoxdur ki, midiyalı-ların gəlmə ele-ment olduğunu sübut etsin. Lakin bunu deyə bilərik ki, hər hansı bir İrandilli tayfa Midiya ərazisinə gəlmişdir”. (İst. Midii, 60,90) M.İsmayıl isə heç bir mənbə əsası olmadan midiyalıları gəlmə və irandilli hesab edir: “...tamamilə ay-dındır ki, İran-dilli midiyalılar bu torpaqlara hələ eramızdan əvvəl IX yüzillikdə Şərqdə qəsbkar kimi gəlmiş, Ön Asiyanı ələ keçirmiş”lər (M.İsmayıl, 97,75). Bu fikirlər heç bir mənbə ilə təs-diq olunmur. Müəllifin bu qənaəti ma-dayları (midiyalıları) İrandilli hesab etmə-sindən irəli gəlir, çünki, mə”lumdur ki, İrandillilər həqiqətən bu yerlərə gəlmə olmuşlar.

Parfiya dövründə, erkən orta əsrlərdə də bir sıra farsdilli tayfalar Azərbaycan ərazilərinə köçürülmüşdür. Lakin bunlar türkdilli əhali ilə müqayisədə azlıq təşkil edirdilər. Ölkəmizin ərazisindəki tatlar, talışlar, kürdlər, lahıclar yenə də iki min il əvvəlki yerlərində yaşamaqdadırlar və yerlərini çox nadir hallarda dəyişənlər olmuşdur. Talış zonasından aşağılarda Gilan və Mazandaran dilləri yayılmışdır ki, bunlar da pəhləvi ləhcələrinindəndir. İran-fars şovinizmindən fərqli olaraq, Azərbaycan türkləri heç bir etnosun dilini sıxışdırmır. Heç farslar da istədiklərinə nail ola bilməyəcəklər, çünki bir xalqı nə qədər sıxsan, o o qədər güc toplamağa çalışacaqdır. Azlıq təşkil edib yeni gələn etnosların dili o zaman yerli dil ilə tez qovuşa bilər ki, onlar qohum dillər ol-sunlar. Azərbaycanlıların qədim dili olan azəri dilini pəhləvi dilinin dialektlərindən sayan alimlər qəsdən nəzərə almırlar ki, tarixin üzərinə o qədər qalın pərdə çək-mək olmaz. “...Azərbay-canın bir sıra əl-lamə alimlərinin təsdiqinə çalışdıqları nəzəriyynin, yəni Azəri türklərinin far-sdan dönməsi “ideyası” Ulu Tarixin tə-kərlərinin altına zorla soxuşdurulan paz-dır. Sürətlə axıb gedən, şütüyən Zaman qatarının polad təkərləri altına paz qoy-mağa səy göstərmək, özünü, öz hissiz, duzsuz, əndamsız şəxsi varlığını təhlü-kədə qoymaq deməkdir. Yəni pazın əvə-zinə özün düşə bilərsən u iti çarxların al-tına, o andaca yaş yerin qalacağına heç bir şübhə yoxdur”.(Tariyel Vəli, 214)

“Azəri” sözü türk dilində “az ərləri” və ya “Azərbaycan” sözünün qısa formasıdır (atro - od qoruyucusu). Başqa bir fikrə görə, “Azərbaycan” və “azəri” sözlərinin əsasında asIaz adlı türk etnosu-nun adı durur: “Aslar - qədim, çox qədim, dilləri bizim dilimizin kökündə dayanan soy olmuşlar”.(M.İsmayıl,97,93)

cənubi Azərbaycan əhalisinin dilin-dən bəhs edən ərəbdilli qaynaqlarda bu termin tez-tez xatırlanır. Yaqut Həməvi (XII-XIII əsrlər) göstərir ki, “onların (Azərbaycan əhalisinin - Q.K.) dilini əl-azəriyə adlandırırlar. Onu başqaları anla-mır”. Yaqubi (IX əsr), Məsudi (X əsr) və başqaları da “azəri dili” haqqında məlu-mat vermişlər (Azərb. tarixi, 94, 222-223). Onlar bu dilin türk dili olduğunu qeyd etməsələr də, onu fars dilindən fərq-ləndirmiş və Azərbaycan ərazisində fars dili ilə yanaşı əsas dil olduğunu söy-ləmişlər. Çox zaman İran asılılığında olan ölkələrin hamısının dilini fars dili adlan-dırmış və yerli xalqın dili ilə rəsmi dövlət dili kimi istifadə edilən fars dilini eyni-ləşdirmişlər. Məsələn, Məsudi farslara tabe olan Azərbaycan, Ərməniyə, Arran, Beyləqan, Dərbənd, Rey, Təbəristan, Əl-Maskat, Şabiran, curcan, Nisabur, Herat, Mərv ölkə və vilayətlərinin adını çəkərək yazır:”Bütün bu ölkələr vahid idarəyə, vahid hökmdara və vahid dilə malikdir. Lakin onların dilləri bir sıra fərqlərə baxmayaraq, birdir, çünki yazdıqları hərflər eynidir, hərflərin birləşməsi də eynidir. Ancaq digər nisbətdə götürəndə bunlar, məsələn, (necə ki), pəhləvi (əl-fəhləviyə), dəri (əl-dəriyə), azəri (əl-azəriyə) və başqaları fars dilindən fərqlənirdilər” (Azərb. tarixi, 94, 224). Göründüyü kimi, tarixçi bütün bu ərazilərdə işlədilən əlifba ilə dilləri ey-niləşdirmiş, dillər arasındakı kəskin fərqlərə ciddi diqqət yetirə bilməmiş, onları bir-birinə yaxın saymışdır. XI əsrin görkəmli Azərbaycan alimi Xətib Tə-brizinin (1030-1108) öz müəllimi Əbülüla Məərri ilə məşhur söhbətində azəri dili-nin “Azərbay-can əhalisinin dili” kimi tə-qdim edilməsi “azəri” dedikdə türk dili-nin nəzərdə tutulduğuna heç bir şübhə yeri qoymur. Söhbətin məzmunu belədir: ”Xatib Tebrizi rasskazıval, çto v Nemane (qorode) v meçeti Maara ə sidel pered nim (Abululoy) i çto-to emu çital iz kniq. On (Xatib Tebrizi) skazal: “Ə dva qoda ostavalsə pri nem. İz svoey stranı ə ni-koqo ne videl. Vdruq uvidel odnoqo iz moix sosedey, vxodivşeqo v meçetğ dlə soverşeniə namaza (molitvı) i eqo uznal. Ot radosti u menə vse izmenilosğ. Abu-lula mne skazal: “Çto s toboö sluçilosğ?” Ə emu otvetil, çto dva qoda, kak ə ni-koqo iz svoey stranı ne vstreçal. Uvidel odnoqo soseda. On mne skazal: “İdi, po-qovoris nim”. Ə skazal: “Pustğ zakonçu urok”. On skazal: “Vstanğ, ə tebə podo-jdu.” Ə vstal i s nim (sosedom) dolqo po-ader-i-djide qovoril i obo vsem, çto xotel, eqo rasspraşival. Ə vernulsə i i sel pered nim (Abululoy). On skazal, çto gto za əzık? Ə otvetil: Gto əzık naseleniə Azerbaydjana. On skazal (gtoqo) əzıka ə neznaö i ne ponimaö. Odnako vesğ vaş razqovor ə naizustğ vıuçil. Vsled za tem on vesğ naş razqovor slovo v slovo po-vtoril. Sosed moy oçenğ udivilsə i skazal, kak on moq naizustğ vıuçitğ im neponət-noe” [463,s.145-146] (Sumbatzade, 89, 129).

A.S.Sumbatzadə bu gözəl mətni öz əsərində vermiş, lakin N.Z.Hacıyevanın şübhələrini nəzərə almamış, bir sıra alimlərin təsiri ilə azəri dilinin İran dil-lərindən biri olduğu qənaətinə gəlmişdir. Hətta XIII əsrin birinci rübünədək yaşa-mış Yaqut Həməvinin (1179-1229) yu-xarıda verdiyimiz fikri də nəticə çı-xarmaq üçün “əsas verməmiş”, azəri dilinin birdən-birə türk-monqol təsiri ilə izsiz yox olduğu qənaətinə gəlmişdir. Ən xırda İrandilli etnoslar bu günə qədər ya-şadığı halda, “Azərbaycan əhalisinin dili” olan azəri dili yox olub aradan çıxmış, heç bir iz qoymamışdır. Bütün axtarış və tədqiqatlarında düzgün yol tutan Q.Qeybul-layevin “azəri dilini müasir ta-lışların dili saymaq olar” (AzTT 224) ifa-dəsi onun yaradıcılığı üçün göy-dəndüşmədir. O. azəri dilini irandilli bir tayfanın dili hesab etdiyi üçün azəri dili-nin cənubi Azərbaycan - Atropatena əra-zisində geniş yayıldığını söyləyən alimlə-rin - S.Y.Qasımova, A.P.Novoseltsev və başqaların fikirləri ilə razılaşmamışdır (AzTT. 225).

Görünür, “azəri dili” bir termin kimi, daha çrox ərəb təhsillilərin dilinə məxsus olmuş, ərəblər Azərbaycanda öz möav-qeyini itirdikdən sonra “azəri” sözü də işləkliyini zəiflətmişdir. Biz bu qənaət-dəyik ki, bu söz işləkliyini zəiflətsə də, tamamilə unudulmamış və bütün minil-liuk ərzində daim daim Azərbaycan türk dilinin yığcam ifadə vasitəsi kimi gərəkli olmuşdur. XIII əsrdə elmi ədəbiyyatda öz izini saxlamış, XIX əsor mənbələrində də özünə yer tapmışdır. Biz əminik ki, ortada qalan beş əsrlik mənbələrdə bu söz iş-lənməmiş olmaz. Lakin bu da bir faktdır kit, XIII əsrdən sonra “türk dili” üstün mövqe qazanmış, “azəri” sözünün işlək-liyini məhdudlaşdırmışdır.

Mühüm bir problem kimi bu da maraqlıdır ki, bütün türk xalqlarının dili türk dili olduğu halda, nə üçün “türk dili” ifadəsi yalnız bizim dil üçün mühafizə olunmuşdur?

“Azəri” sözü ərəb istilası dövründən işlənməyə başlamışdır. Ərəblər şimallı-cənublu bütün ölkəni “Azərbaycan” ad-landırdıqları kimi, dilimizi də bu kökdən “-əl-azəriyə” - azəri dili adlandırmışlar. “Azərbaycan” sözü nədən düzəlibsə, eti-moloji cəhətdən bu sözün kökündə nə durursa, “azəri” sözünün kökündə də o durur. Bu söz 1300 ildir ki, işlənməkdə-dir. Bəs necə olmuşdur ki, “türk dili” ifa-dəsi bunu üstələmişdir?

Y.B.Yusifov Yaqut Həməvinin (XII-XIII əsrlər) azəri dili haqqında mə-lumatını xatırladıb qeyd edir ki, bundan sonra “Azəri dili haqqında qaynaqlarda daha məlumat verilmir.Bu dövrdə (XII-XIII əsr) yəqtn ki, “azəri dili” anlayışı “türk dili” anlayışı ilə əvəz olunur” (Azərb. tarixi, 94, 225-226). VII-XII əsrlərin ictimai-siyasi vəziyyətini nəzərə alaraq inamla ehtimal etmək olar ki, “türk dili” XII ərin məhsulu deyildi. VI əsrin ortalarında - 550-ci ildə Bumın xaqan I Göytürk dövlətini yaratmış və rəsmi olaraq “türk” sözünü öz dövlətinin adı kimi qəbul etmişdi: dövlətləri türk döv-ləti, dilləri türk dili kimi məşhur idi. VI-VII əsrlərdə 80 il ömür sürən bu dövlət sonralar öz müstəqilliyini itirərək 630-680-ci illər arasında 50 il Çin tabeliyində olmuşlar. 681-ci ildə öz müstəqilliyini əldə edib II Göytürk dövlətini (681-744) yaratmışlar. Bu zaman Göytürk dövləti öz ərazilərini daha çox genişləndirmiş, ÜIII əsrin ilk günlərində (701) şimaldan Sasa-nilərin keçmiş sərhədlərinə gəlib çıxmış-dılar. Bu zaman Azərbaycan və Arran artıq ərəblərin işğalı altında idi. “cənubda qədimdən Manna, Maday (Midiya) və Atarpatkan (V11 əsrdə Azərbaycan, daha dəqiqi Adarbaycan), şimalda Alban (Arran) adlanmış iki his-sənin “Azərbaycan” adlanması tarixdə vətəndaşlıq hüququna malikdir. Ona görə ki, əvvələn, hələ er.əv. 1 minillikdə öl-kənin hər iki hissəsində çoxluğu təşkil edən və ona görə aparıcı rola malik olan türkmənşəli etnoslar yaşayırdı. İkincisi, Atropatena və Albaniya (Arranq) V1 əs-rdə İran Sasanilər dövlətinin (Dərbənd qala divarında V1 əsrə aild farsca yazıda “Aturpatkan” adının qeyd olunması göstə-rir ki, o vaxt Dərbəndə qədərki ərazi Sa-sanilər dövlətinin tərkibində Atropate-naya - Azərbaycana məxsus idi), V11 əsrin ortalarından Ərəb xilafətinin tərki-bində bir inzibati vahidə daxil idi. Üçüncüsü, indi Şimali Azərbaycanın Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədər olan hissəsindən cənubda yerləşən ərazisi... tarixən Maday (Midiya), V11 əsrdən sonra “Azərbaycan” (daha dəqiqi Adarbaycan, yaxud Azarbaycan) forma-sını almış Aturpatkan dövlətinə mənsub idi.” (Qeybullayev-94,7-8) “Türk dili” anlamında “Azərbaycan dili” ifadəsi X əsr müəllifləri Əbu Reyhan Biruni və Xətib Təbrizi tərəfindən işlədilmişdir. X1 əsrin görkəmli filosofu Əbülhəsən Bəh-mənyarın Babəki “azərbaycanlı”, ərəbcə “əl-Azərbaycani” adlandırdığı da məlum-dur (Qeybullayev-94,8) Artıq bu dövrdə ərəblər Azərbaycanı bütöv görür və onun “qədimdən türk yurdu” olduğunu bi-lirdilər. Bir tərəfdən də yeni türk axınları davam etməkdə idi. “Türk” adı başqa böyük bir imperiyanın adı idi. Buna görə də ərəblər təbii və qanuni, məntiqi bir iş görmüş, türkdilli Azərbaycan əhalisini azərilər, əhalinin dilini “azəri dili” adlan-dırmışlar. Dediyimiz kimi, bu, son dərəcə təbii və məntiqi idi. Lakin “azəri” sözünün rəsmi işlənmə imkanları türkdilli əhalinin öz dillərini “türk dili” adlan-dırmasına da mane olmamış, yuxarı dairələrdə daha çox “azəri”, geniş xalq arasında “türk dili” sabitləşmişdir. Ma-hiyyət etibmrilə eyni olan bu ifadələrdən biri (türk dili) geniş, o biri konkret olmuş-dur. Ərəblər bir işğalçı kimi zəiflədikcə “türk dili” üstünlük qazanmışdır. Təsadüfi deyil ki, böyük Nizami də XII əsrdə “türkcə” sözünü işlətmişdir:

Türkcəlik bizə vəfalı olmağın sifəti (əlaməti) deyil,

Türkəvara deyilmiş söz bizə ldayiq deyil.

(“Leyli və Məcnun”,81,35)

Poema Şirvanşah Mənuçehr oğlu Məlik Axsitanın şairə müraciəti əsasında yazılmışdır. Şah özü onu ərəbb-fars inci-ləri ilə bəzəməyi məsləhət görmüşdür. Məzyədilər sülaləsindən olan Şirvanşahlar ərəb nəslindən idilər və X əsrdən fars dilinin aşiqi olmaqla sarayda təmtəraqlı fars dilindən istifadə edirdilər və Şirvan dövlətinin sonuna qədər də (XVI əsr) fars dilinə üstünlük vermiş, türk dilinə həqarətlə baxmışlar.

Xalq öz varlığını, müstəqilliyini cana doyduğu işğallardan qorumağa ça-lışdıqca öz mədəniyyətini, maddi-mənəvi özünəməxsusluqlarını da qorumuşdur. Budur, Yaqut Həməvidən 70-80 il sonra Həmdullah Qəzvini fars dilində yazdığı (“Nüzhətül-qülub”) (“Ürəklərin əylənc-əsi”) əsərində artıq “türk” sözündən bol-bol istifadə edir: “Xoy türk diyarı kimi tanınmışdır”. “Təbrizlilər görkli bir kim-səni cındır geyimdə gördükdə öz türk di-lində məsəl çəkirlər: “Hüluki üzümü yırtıq səbətdə durmaz...” “Burada ya-şayan xalqın üzünün rəngi ağdır, türk dil-lidir və çoxu hənəfi təriqətindəndir.” (Qaynaqlar, 89, 169---170). Bu dövrdə artıq qonşu Anado-luda Osmanlı dövləti (1299-1924) yaran-mışdı və dilləri rəsmi olaraq “Osmanlı dili” adlanırdı. Xəzərin cənub-şərqində və şərqində isə hər bir türk dili-nin adı vardı və ona görə də azərilərin öz dillərini “türk dili” adlandırmaları üçün heç bir rəqabət və təhlükə yox idi. ”Azəri” sözü az-az olsa da, tam unudul-ma-mışdı. Azərbaycan dilini ilk dəfə rəs-mi dövlət dili elan edən Şah İsmayıl təbii olaraq “türk dili”nə üstünlük verir. Şah İsmayıl ölkənin - Azərbaycanın həqiqi müstəqilliyinə çalışmış, ona görə də Anadolu türkləri ilə qarışmamaq, müstə-qil Azəçrbaycanın müstəqilliyini əbədi etmək üçün osmanlıların sünni məzhəbi müqabilində şiəliyi genişləndirməklə ya-naşı, dövlət dilini və onun adını da bey-nəlxalq aləmə tam fərqli şəkildə çatdırır və bu hal “azəri dili” ifadəsinin daha çox məhdudlaşmasına səbəb olur. Eyni an-layış haqqında iki termindən “türk dili”nin üstünlük qazanmasında həqiqətən Şah İsmayılın xidməti vardır. Lakin bun-dan istifadə edən İranpərəstlər xalqı və bütün elm, bilik sahiblərini aldatmağa ça-lışmış, azəri dilinin guya İran dilləri qrupuna daxil olan bir dil olduğunu və həmin dilin zorla Şah İsmayıl tərəfindən məhv edildiyini, yerinə türk dilinin qoy-ulduğunu isbat etməyə çalışmışlar. Amma Şah İsmayılın canını “qurtaranlar”, bu prosesi - türk dilinin fars azəri dilini hələ X1Ü əsrdə məhv etdiyini, yalnız sıxışdı-rılıb Ərdəbildə qaldığını iddia edənlər də var. (S.Ö.Kasmumova. Azer-bay--can v III-VII vv. Baku, 1992, s. 46) Bunlar son dərəcə məntiqsiz və əfsanə-vidir. “Guya Şah İsmayılın Osmanlı sultanları ilə bir-iki yazışmasından başqa, qalan bütün dövlət işləri farsca aparılmış; azərbaycanlılar Şah İsmayıla kimi və hətta ondan sonra XVII yüzilliyə kimi, kökcə İran mənşəli olan azəri dilində danışmış; Şah İsmayıl isə güc işlədərək bu dili azərbaycanlılara yabançı olan “türk dili” ilə əvəz etmişdir. Halbuki böyük alman alimi Adam Olearinin bu kitabda verilən yazısı (nömrə 52) 1630-cu illərdə, hətta Səfəvilərin paytaxtı İran şə-həri İsfahana köçürdükləri çağda, əcnəbi elçilərin qəbulunda, sarayda Azərbaycan dilinin işləndiyini göstərir. Fransız səyyahı Jan Batist Tavernye də yazır: ”Saray adamlarının dili türk dilidir”. (Qaynaqlar,89,185) Bundan 20 il sonra başqa bir alman aliminin Engelbert Kempferin sözlərini isə bir qədər əvvəl xatırlatmışıq.

Azəri dilinin İran dil qşrupuna aid olması barədə iddialar xalis əfsanədir. Bir anlığa düşünək ki, bu iddialar (Azərbaycan əhalisinin dilinin azəri adla-nan İran köklü dil olması) doğrudur və ölkə əhalisinin dili fars dilindən fərqli (iddiaçıların fikrinə görə, talış dilinə ya-xın) bir dil imiş. cəmi 37-38 il ömür sürmüş Şah İsmayıl bu dili necə dəyişib türk dilinə çevirdi? Şah İsmayıldan 200 il əvvəl Həmdullah Qəzvini Təbriz, Xoy kimi iri şəhərlərpin, paytaxt şəhərinin əhalisinin türkdilli olduğunu qeyd edirsə, bəs “İran köklü” azəri dilində kim danı-şırmış?

Yaqut Həməvi ərəb idi və çox olsa, fars dilini də bilərmiş. Görünür, türk di-lini bilmirmiş. Onun, “Onlar azəri dilində danışırlar, bu dili başqaları anlamır” de-məsi bir çoxlarını bu qənaətə gətirir ki, Azərbaycanın əhalisi elə bir spesifik İran dilində danışırmışlar ki, onların dilini başqaları anlamırmış. Onun bitr çox hal-larda düzgün olmayan, təqribi mülahizə-ləri İranistlərə qol-qanad vermişdir. Ya-qut Həməvi çox zaman öz məlumatlarını gözü ilə gördükləri əsasında deyil, “Əl-İstəxrinin deməsinə görə”, “söyləyirlər ki”, ”Mənim inandığım tacirlərdəçn biri mənə danışırdı ki”, “Mən düşünürəm ki”, “Azərbaycanda mən Bərdədə yaşamış adamlar ilə görüşmüş və onları şəhər haqqında sorğuya tutmuşam, onların de-məsinə görə” kimi əsaslar üzərində qurmuşdur. Onun dillər haqqında mə”lumatında da bu cür qeyri-müəyyən-lik müşahidə olunur: “O (Bab-əl Əbvab - Dərbənd) bir çox düşmən və müxtəlif dillərdə danışan xalqlar əhatəsindədir”. “Deyirlər ki, Bab-əl Əbvabdan o yana uzanan dağlarda 70-dən çox xalq yaşayır, bunların hər biri ayrıca öz dilində danışır və bu dili qonşular başa düşmür” & (Qaynaqlar, 89-167) Dərbənddən yu-xarıda Qafqaz dilli xalqlar idi ki, onlar daim bir-birini başa düşüblər. Qafqazdil-lilər-dən başqa, ikinci böyük dil qrupu hunlar, xəzərlər və ümu-mən türklər idi. Yaqut Həməvi azəri dili haqqında “bu dili başqaları anlamır” de-mək-lə çox asanlıqla fars şovinizminin təb-liğat-çıla-rına “əsas” vermişdir.

Yuxarıda - Şah İsmayıl ilə bağlı si-tatda bir fikir doğrudur: “azərbay-canlılar Şah İsmayıla kimi və hətta ondan sonra XVII yüzilliyə kimi... azəri dilində da-nışmış”lar. Yəni bunu belə başa düşmək lazım deyil ki, XVII əsrədək azərbaycan-lılar türk dilində deyil, fars ləhcələrindən birində danışmışlar. Həmin fikri bu cür anlamaq lazımdır ki, “türk dili” ilə yanaşı, hətta XVII əsrədək “türk dili” mənasında “azəri dili” ifadəsi də işlənmişdir. Bu, tam doğru fikirdir.

XV əsrdən başlayaraq Osmanla im-periyası zəifləməyə, Osmanlı dövləti tut-duğu əraziləri itirməyə başlamışdır. Nə-hayət, tədricən türklərin (osmanlı türklə-rinin) hakimiyyət dairəsi Anadoluya sığış-mış-dır. “Osmanlı imperiyası”, “Bö-yük Osmanlı dövləti” kimi ifadələor də öz əhəmiyyətini itirmişdir. Belə bir vax-tda yalnız öz əzəli yurdları ilə kifayət-lənməli olan Osmanlı türklərinə “Anado-lu türkləri” də deyilmişdir. Ona görə də XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan və Anadolu türklərini fərqləndirmək üçün yenidən “azəri” sözünə ehtiyac artmışdır. Və bu zaman-dan “azəri” sözü daha çox işlənməyə başlamışdır. Beləliklə, ərəb işğalından (VII əsr) bu günə qədər “azəri dili” hə-qiqi mənada “türk dili”nin sinonimi kimi işlənmişdir və bir linqvistik termin kimi, “azəri” sözü yüksəliş (VII-XIII əsrlər), tənəzzül (XIII-XIX əsrlər), yeni yüksəliş (keçən əsrin sonlarınndan XX əsrin 70-ci illərinə kimi - aradakı repressiya çıxıl-maqla) və yeni tənəzzül (70-90-cı illər) mərhələləri keçirmişdir. Əgər Hinjd-Avropa monopolizmi, Ə.Kəsrəvi kimi-lərin fars şovinizmi, bizim bir sıra görkəmli alimlərin və rus tarixçilərinin tarixi saxtalaşdıran iddiaları olmasa idi, XX əsrdə “azəri dili” uğurlu bir termin kimi öz yerini tuta bilər və ixtilaflara bə-hanə qalmazdı.

Tam təsəvvür yaratmaq üçün Q.Qeybullayevin azəri dili haqqında fik-rini bura köçürürəm: “Atropatenada ümumxalq dili Manna və Midiya dövründə əsası qoyulmuş özül üzərində təşəkkül tapmışdı və X əsrdən artıq “Azərbaycan dili” alanırdı. Çünki əgər biz Atropaten xalqının mövcud olduğunu qəbul ediriksə (xoşbəxtlikdən əksər təd-qiqatçılar bunu danmırlar), onda bu xalqın ümumxalq danışıq dili də olmalı idi.Deməli, “azəri” sözünün Azərbaycan türk etnosu və Azərbaycan türk dili an-layışları ilə heç bir əlaqəsi yoxdur, yalnız Azərbaycanda yaşadıqlarına görə həm irandillilərə, həm türkdillilərə şamil edilə bilən addır. “Azəri türkcəsi” anlayışı da məhz “Azərbaycan türk dili” mənasında-dır.

Bəs atropatenalıların dili necə adla-nıb? Bunun üçün iki qiymətli məlumat var. Əl-Biruninin (973-1048) “Azər-bay-can dili” və Xətib Təbrizinin (1012-1088) “Azərbaycan dili” ifadələri göstərir ki, “Azərbaycan dili” dedikdə V11 əsrə qə-dərki dövrə aid etsək, “Atropatena (ölkə-sinin) dili” mənasındadır. Deməli, “azərilər”, “Azəri dili” anlayışları ilə “azərbaycanlılar” və “Azərbaycan dili” anlayışları eyni deyil. Azəri dili Atropate-nada irandilli əhalinin dili, Azərbaycan dili isə burada yaşayan və çoxluğu təşkil edən türk mənşəli əhalinin dili idi” (AzTT 226). Çox mühüm bir səhvə yol verməsinə baxmayaraq, məsələnin ma-hiy--yətinə heç kim bu qədər yaxınlaşa bilməyib. İrandilli azəri tayfası haqqında kim məlumat verib? Bu tayfa nə qədər güclü bir tayfa olub ki, bütün Atropatena ərazisində öz adını gəzdirə bilib? Asər tayfası olduğunu və Asiya adının onun adından yarandığı barədə fikirlər var. (M.İsmayılov,s.3) Lakin Azərbaycanda azəri sözü tayfa adından əmələ gəlməyib. Ərəblər Adərbayqan sözünü tədricən Azər-baycan şəklinə saldıqları kimi, Azər-baycan sözünün ixtisarı əsasında azəri sözünü də yaratmışlar. Azərbaycanlılar dedikdə türk, iran və qafqazmənşəli bütün etnoslar əhatə olunduğu kimi, azə-rilər dedikdə də həmin etnoslar əhatə olunmuşdur. Lakin həm Azərbaycan dili, həm də azəri dili dedikdə çoxluğun dili, türk mənşəli xalqın dili nəzərdə tutul-muşdur.Azərilər sözü Azərbaycan ərazi-sində yaşayan bütün etnosları əhatə et-mişdir, lakin azəri dili türk xalqının dilini.Odur ki dəqiqləşdirmək üçün bə-zən azəri türklərinin dili ifadəsi işlədil-mişdir. Görünür, bu çoxmənalılığı aradan qaldırmaq üçün Şah İsmayıl azəri dili is-tilahını sıxışdırmağa çalışmışdır.Bütün bunlar göstərir ki, azəri dili ifadəsinin Azərbaycan adından doğmuşdur, ona görə də türk etnosu və Azərbaycan türk dili ilə bilavasitə bağlıdır. Azərilər və azərbaycanlılar anlayışları tam ekviva-lentdir. Azəri sözünün Azərbaycan sözü-ndən törədiyini nəzərə aldıqda həm azəri dili, həm də Azərbaycan dili ifadələri yayğın ifadələrdir. Lakin Azərbaycanın bütöv-lükdə bütövlükdə türkdilliliyini, yəni aparıcı etnosların türk, milli dilin türk dili olduğunu nəzərə aldıqda “türk dili” ifadəsinə ekvivalent kimi “azəri dili” ifadəsi dəqiq və uğurlu termindir.

“Azəri” sözü bizim dilimizi bütöv-lüdə (şimallı-cənublu) adlandıra bilən ən uğurlu sözdür. Azərbaycan türklərinə daim “azəri türkləri” demişlər və bu ifadə Azərbaycan xalqını həm Anadolu türklərindən, həm də şərq türklərindən fərqləndirmişdir. Hələ Nəsrəddin şah dö-vründə İranda buraxılmış “Name-i Da-neşvaran” adlı kollekttiv əsərdə cənubi Azərbaycan əhalisinin dili “azəri dili” adlandırılmış və aydın olmaq üçün izah edilmişdir: “azəri dili”, yəni “zəban-i turkan” (türk dili). Qərbin görkəmli şərqşünas alimləri və o cümlədən ingilis şərqşünası Q.A.Stranqe də bu cür nə-zərdə tutmuş, “azəri” sözünü “Azərbaycanın qədim türk dili” adlan-dırmışlar (İ.E.,61,118).

Əslən azəri türklərindən olan caha-ngir Zeynaloğlunun 1924-cü ildə İstam-bulda çap etdirdiyi “Müxtəsər Azərbaycan tarixi” əsərində oxuyuruq: “Hər yerdə olduğu kimi, burada da (Azərbaycanda - Q.K.) azlıq çoxluğa tabe olaraq, qədim əhalidən tat, talış, ləzgi və sonradan gələn ərəb, kürd kimi millətlər yerli türklər ilə qarışıb birləşmiş-lərdir və beyləcə yeni bir türk xalqı, yeni azəri türkləri vücudə gəlmişdir... Gözəllik və sadəliyi sayəsində bütün Qafqaz və Ru-siyada, hətta İran və bütün Asiyada işlə-nən beynəlmiləl bir dil halını da almışdır” (Zeynaloğlu, 92, 12).

6O-cı illərdə “azəri dili” termini ge-niş işlənməkdə idi və “Azərbaycan dili”,”türk dili” ifadələrinə nisbətən daha uğurlu və təbii idi. Lakin Azərbaycan türklərinə və ümumən türklərə daim qeyri-səmimi müna-sibət bəsləyən, tari-xin gedişində mü-tə-rəq-qi prosesləri daim hin-davropalıların xidməti kimi qələmə verməyə çalışa.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz