.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili

Azərbaycan dili dərsi

 

BAĞLAYIcI

cümlə üzvləri və cümləlr arasında əlaqə yaradan köməkçi nitq hissəsinə bağlayıcı deyilir. Bağlayıcılar sintaktik vəzifəsinə gö-rə iki yerə bölünür: 1) tabesizlik bağlayıcıları; 2) tabelilik bağ-layı-cıları.
Tabesizlik bağlayıcıları həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini, tabelilik bağlayıcıları isə tabeli mü-rəkkəb cümlənin tərəflərini əlaqələndirir.
Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü ola bildiyi halda, bağlayıcılar bağlandığı sözlə bərabər cümlə üzvü ola bilmir. Bə'zi qoşmalar sözlərə qoşulduqdan sonra şəkilçilər qə-bul etdiyi halda (Məs: Onun üçün-dür ki, sənin kimi-lər, bizim kimi-lər-dən və s) bağlayıcılar heç bir şəkilçi qəbul edə bilmir. Qoş-malar yalnız sözlərin sonuna qoşulduğu halda, bağlayıcılar sözlər və cümlələr arasında işlənir və heç bir hal şəkilçisi ilə əlaqədar olmur. Bağlayıcıların bir qismi durğu işarələri ilə əvəz oluna bilir.
Tabesizlik bağlayıcılarının mə'naca növləri.
1)Birləşdirmə bağlayıcıları: və, ilə (la2). Və bağlayıcısı cüm-lə-nin həmcinsi üzvləri (Məs: Uşaqlar çalır və oynayırdılar), tabesiz mürəkkəb cümlənin tərkib hissələri (Məs: Göy güruldadı və yağış yağmağa başladı) arasında, ilə bağlayıcısı isə cümlənin həmcins üzvləri (Məs: Lalə ilə Vüsalə tələbədir) və tə'yini söz birləşməsini ikinci tərəfindəki sözlər (Məs: Raminin qardaşı ilə bacısı bizə gəldilər) arasında işlənir.
2) Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, fəqət, halbuki, yoxsa. Bu bağlayıcılar cümlənin həmcinsi üzvləri (Məs: O çox əsəbi, lakin ürəyi yuxa adam idi), tabesiz mürəkkəb cüm-lə-nin tərkib hissələri (Məs: Qatar gəldi, ancaq gözlədiyim adam yox idi) arasında işlənərək qarşılaşdırma mə'nasının yaran-ma-sı-na xidmət edirlər.
3) Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə. Bu bağlayıcılar cümlənin həmcins üzvləri (Məs: Yol uzaq olduğundan ora ya atla, ya da maşınla get-mək lazımdır; Səhərdən gah yağış, gah da qar ara vermir) və tabesiz mürəkkəb cümlənin tərəfləri (Məs: Gah mən onu dinlədim, gah da o mənə qulaq asdı; Ya sən mənə kömək etməlisən, ya da mən gedib kimdənsə borc almalıyam) arasında işlənərək böl-üşdürmə, bə'zən də ehtimal mə'naları yaradır.
4) İştirak bağlayıcıları: həm, həm də, həm də ki, o cümlədən, habelə, hətta, da, də, həmçinin, özü də, bir də və s. Bu bağlayıcılar həmcins üzvlər, söz birləşməsinin tərkibindəki sözlər və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında işlənərək iştirak məz-munu yaradır. Məs: Vüqar həm anasını, həm də uşaqlarını kən--də göndərmək istəyirdi. İştirakçıları diqqətlə dinləmək, özü də ən yaxşısını müsabiqəyə göndərmək lazımdır. Gecə də, gündüz də fikrimdə sənsən. Dəvəsi ölmüş ərəb kimi nəinki qohum-əq-ra-basını, hətta atasının da sözünə qulaq asmaq istəmirdi. Bütün uşaq-lar, o cümlədən Vaqif də çox sevindi və s.
5) İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. İnkarlıq bağ-la-yı-cılarının sintaktik vəzifəsi tə'yini söz birləşməsinin tərəfləri ara-sındakı sözləri, həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkibindəki cümlələri bir-birinə bağlamaqdan ibarətdir. Məs: Qulu nə kəndin xeyri, nə də şərindən qalan adam deyildi. Nə Röv-şənin hədəsi, nə də anasının göz yaşları ona tə’sir edirdi. Rəhimin nə kənd cavanları, nə də ağsaqqallar arasında hörməti qalmamışdı.
6) Aydınlaşdırma bağlayıcıları: yə'ni, yə'ni ki, məsələn. Yalnız üç sözdən ibarət olan bu bağlayıcılar özündən əvvəl işlənən və izahı lazım olan sözü, söz birləşməsini və ya cümləni aydınlaşdır-ma-ğa, dəqiqləşdirməyə xidmət edir. Məs: Kişi bütün uşaqlarını, yə-ni Əhmədi, Muxtarı, Süsəni, Ələmdarı toya göndərdi. Elmi rəh-bəri aspirantlardan bir neçəsini, məsələn, Rəşad və Ramini möhkəm danladı və s.
Tabelilik bağlayıcılarının mə'naca növləri
1) Səbəb bağlayıcıları: çünkü, ona görə ki, buna görə də, onun üçün ki, ondan ötrü ki və s. Bu bağlayıcılar biri digərinə səbəb olan və səbəbə görə də biri digərinə tabe olan cümlələr arasında işlənir və onları bir-birinə bağlayır. Bu bağlayıcılar səbəb bu-daq cümləsini baş cümləyə bağlayan başlıca vasitələrdir. Məs: Kimsə məni qorxuda bilməz, çünki hamının yanında üzüm ağdır. Murad hamıdan sonra zala girdi, ona görə ki, lap arxa cərgədə oturmaq istəyirdi və s.
2) Şərt bağlayıcıları: əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki və s. Şərt bağlayıcıları, əsasən, tabeli mürəkkəb cüm-lənin şərt budaq cümləsini baş cümləyə bağlamağa xidmət edir. Məs: Əgər çalışsan, ali məktəbə girə bilərsən. İndi ki, belə-dir gə-rək onunla haq-hesabı çürüdək. Madam ki, gəlmək istəmir, xahiş etməyin mə'nası yoxdur və s.
3) Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki və s. Güzəşt bağlayıcıları tabeli mürəkkəb cümlənin tərkibindəki qarşılaşdırma budaq cümləsinin güzəşt yolu ilə baş cümləyə bağlayır. Məs: Hərçənd bir az naxoşam, amma toyda iştirak edəcəyəm. Hərçənd ki xanım özünü pis hiss edirdi, ancaq bunu qonaqlara bildirmədi və s.
4) Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Bu bağlayıcılar tabeli mürəkkəb cümlənin budaq cümləsini baş cümləyə müxtəlif cəhətlərdən aydınlaşdırma mə'naları ilə bağlayır. Məs: Aydın idi ki, Məmməd rayona getməyəcək. Müzakirəyə qoyulmuş məsələlər yaxşı həll olundu, belə ki, hamı razı qaldı və s.
7. Bağlayıcıların qurluşca növləri və orfoqrafiyası (yazılışı)
Bağlayıcıların quruluşca növləri aşağıdakılardır:
1) Sadə bağlayıcılar: və, ki, nə, həm, gah, amma, ya, guya, əgər və s.
2) Mürəkkəb bağlayıcılar: halbuki, hərgah, habelə və s.
3) Tərkibi bağlayıcılar: bu bağlayıcılar ən azı iki sözdən əmə-lə gəlir və ayrı yazılır: ona görə ki, və yaxud, ya da ki, ya da və s.
Sadə və mürəkkəb bağlayıcılar bitişik, mürəkkəb bağ-layı-cı-lar ayrı yazılır.
8. Bağlayıcılardan əvvəl və sonra vergülün işlənməsi.
-Təkrar olunan nə, gah, həm, ya bağlayıcılarından əvvəl (birincisindən başqa) vergül qoyulur. (Səhərdən gah yağış, gah da qar yağırdı)
-Amma, ancaq, lakin bağlayıcılarından əvvəl vergül qoyulur (Gün çıxdı, amma yağış, kəsmədi)
-Təkrar olunan da, də bağlayıcılarından sonra (sonuncudan başqa) vergül qoyulur (Həsən də, Əli də, Məmməd də tələbədir)
-Sadə cümlələri bağlayan çünki, ona görə ki bağlayıcılarından əvvəl vergül qoyulur (İmran tez getdi, çünki işi vardı)
-Yoxsa bağlayıcısından əvvəl vergül qoyulur (Tez getməliyik, yoxsa gecikərik)
Bağlayıcıların fərqləndirilməsi.
Bə'zən da, də bağlayıcısı ilə ismin yerlik hal şəkilçisi -da2, ki bağlayıcısı ilə sifət düzəldən –ki şəkilçisi qarışdırılır.
-yerlik hal şəkilçisi sözə bitişik (evdə, məndə), bağlayıcı isə ayrı yazılır (ev də tikdim, mən də gələcəyəm)
-sifət düzəldən –ki4 şəkilçisi ahəng qanuna görə dörd cür, həm də sözə bitişik (sabahkı, bugünkü, dünənki və s.), ki bağ-la-yı-cı-sı isə bir cürə (ki) və ayrı yazılır, ondan sonra vergül işarəsi qoyulur (Mənə elə gəlir ki, havalar istiləşəcək).

Geri

Print (cap)

 
Copyright © 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz