.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
 Ç I X I Ş

 

1.Hörmətli sədr, hörmətli Şura üzvləri, hörmətli qonaqlar, müdafiəyə təqdim olunmuş bu dissertasiya çoxqəbiləli, çoxtayfalı və çoxmillətli bir strukturda meydana gəlmiş, tariximizin bir parçası olan Axısqa türklərinin etnik dil xüsusiyyətlərinə həsr edilmişdir.

Axısqa geostrateji bir ərazidə yerləşən bölgələrdəndir. Axısqa tarixən türk tayfalarının keçid nöqtələrindən olmuşdur. Axısqa türklərinin yerləşdiyi bölgə q ı p ç a q boylarının yayılma ərazilərindəndir. Rusların Türkiyəni işğal etməsində bu bölgə önəmli bir ölgə idi. Bu baxımdan Axəsqa «İstanbulun kilidi» adlanırdı.

Qeyd olunmalıdır ki, bu gün Axısqa torpaqlarında heç bir türk qalmamış, 1944-cü ildən bütün türk Axısqadan deportasiya olunmuş, 50 ildən çoxdur ki, vətənsiz və sahibsiz qalmışlar.

Bu mövzu Sovet dövləti dağılandan sonra gündəliyə gəldi.Belə bir mövzunun seçilməsi f i l o l o j i a x t a r ı ş l a r və x e y i r x a h l ı q baxımından son dərəcə faydalı olmaqla, keçən əsrin 90-cı illərində və əsrimizin əvvəllərində böyük ərazilərdə yaşamış türk xalqlarının dilinin, qədim abidələrinin, tarix və mədəniyyətinin öyrənilməsi ilə məşğul olan rus misionerlərinin işini xatırladır.

2. Axısqa türklərinin fikrincə, hər xalqın varlığının birinci göstəricisi onun doğma dili- ana dilidir.Ana dili indiki vaxtda xalqı birləşdirən bağdır.

3.Yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş axısqalıların dili bu gün ancaq təsərrüfatla bağlı mövqeyini qoruyub saxlamışdır.Müxtəlif mənbələr, sənədlər göstərir ki, əvvəllər bu dilin intişar və işlək dairəsi yüksək olmuşdur.Gürcüstanda gürcülər, firənglər və digər millətlər bu dildə danışır, mahnı oxuyur və qoşqular qoşurdular. Bu dildə folklor nümunələri yazıya alınırdı. Həmin fikirlərə akad. N. Marrın qeyd və gündəliklərində rast gəlirik.

4. Mənbələrdə Axısqa türkləri «müsəlmanlar», «türklər», «gürcü- sünnilər», «azərbaycanlılar», «mesxeti türkləri», «türk- mesxetlər», «məhsəti türkləri», «Qafqaz türkləri» və s. adlandırılmışdır. Tarixi adı» Axısqa türkləri»dir.

5. Tədqiqatda axısqalıların dil və etnik tarixi Gürcüstanın türk dünyası ilə uzunmüddətli əlaqə və münasibətləri çərçivəsində araşdırılmışdır. T a r i x i – e t n i k istiqamətdən yanaşsaq, axısqalıların dili qıpçaq tayfaları ilə bağlıdır.Tədqiqatda aşağıdakı faktorlar axısqalıların qıpçaq boylarından olduğunu sübut edir:

a) Əsas faktorlardan biri Axısqa türklərinin yerləşdiyi bölgənin qıpçaq boylarının yayılma ərazilərindən olmasıdır.

b) Ü111 yüzillikdə Gürcüstanda türk əhalisi üstünlük təşkil edirdi, bütün kişi və qadınlar x ə z ə r dilində danışırdılar.

c) X1-X11 yüzilliklərdə bu ərazilərdə qıpçaqların sayı oğuzların sayından qat-qat çox idi: 350 min (10 min oğuz).Qıpçaqlara qohum olan tayfalar- sarı, qanqlı, kai, tele və s.

Ç) Qıpçaq tayfaları ilə bağlı toponimlər: Edincə,İncebla (İncə tayfası).Şərqdə qıpçaq, cənubda oğuz toponimləri geniş yayılmışdır.

6.Axısqa türklərinin dil xüsusiyyətləri i l k dəfə akademik N. Marr, S. Cikiya, R. Şor tərəfindən öyrənilmişdir. «Əcəri türk şivəsi» (Şor),»Mesxeti dialekti» (S. Cikiya).»Anadolu türk dilinin Axalsıx şivəsi».Sabircan Cəlilov; Fəzli Əliyev(Qazaxıstan).Türkiyəli alimlər: F. Kırzıoğlu, A. Ercilasunvə b

7. Axısqa türklərinin m ə n ş ə y i.

8.F o n e t i k a.10 sait , 23 samit. Samitlər sistemi zəngindir. A b r u p t i v (nəfəsli) samitlər ( k, p, t, ç) ; Sərbəst sağır nun səsi yoxdur. Lakin arxasıra samtlərinin təsirilə sağır nun səsi meydana çıxır.Məs.: yengi, yüng, cankürmax, anqo, hangi, kinkilə, yanğılmax və s.; ğ samiti söz əvvəlində işlənir: ğ a y a t (çox),ğ o z a p a ( pambıq qozası), ğus ( kərpiç), ğ e m i – gürcücə, görünüş; qoşa samitli sözlər: d o x x u z, o t t u z, a ş ş a ğ i və s.;Tayfa dilinin qalıqları: qovuşuq ts-səsi; ts-laşma hadisəsi, gürcü mənşəli sözlərdə : keseç (kəpək), kasitava( armud növü), satxi (yağlı pendir), sintal (küçük) və s.;

Türkmənşəli sözlərdə a h ə n g qanunun pozulması səbəbləri: i- l ə ş m ə hadisəsi söz köklərində birarniantlı şəkilçilərin tərkibində işlənərək ahəng qanununun pozulmasına səbəb olur: oğli, kızi , puvari və s.; dodaq səslərinin üstünlüyü: ayrilux, üstüaçux və s.;axısqalılarının yazısının uzun müddət gürcü əlifbası ilə işlənməsidir.

Dodaq saitlərinin ahəngi: xoroz, porsox

Z ə i f cingiltiləşmə hadisəsi: i g n ə , ö g ü d, d e g ir m a n, s ö g ü d və s.

L a b i a l l a ş m a hadiəsinin ləngiməsi: a v, a v c i, a v u c, a l a v, t a v u x və s.

X – səsinin çox işləkliyi:hax, baxşa, doxxuz,

Müxtəlif istiqamətlərdə səs keçidləri: s-ş: istər- iştər= Kövül iştar, düşem dövran eyliyem/ Qoy çox olsun belə toyi şennigin (C.Xalidov); s-z: zarxoş- sərxoş, zanki- sanki ;n-v: kövül- könül, dovuz- donuz:Kövlüm gögərçin oldi, Durmiyer yad vətəndə ( mani).

S ə s d ü ş ü m ü :sora,qaxar, daul, saux və s.

S ə s a r t ı m ı: h- l a ş m a hadisəsi: haxl, harx, yutan (udan), yitirməx, əliboxş, mandarinə, səngə (çənə), yüng (yun) və s.

Y e r d ə y i ş m ə hadisəsi: k ö s k+ Dağ köskünə çökən duman; b a x ş a, t a n h a- təhna// t e n h a, potlika, taska və s.

S ə s f ə r q l ə ş m ə s i : ləncpər- rəncpər, yüzgər- rüzgər; epenteza: zivana, kırış, saxnun; s i n k o p hadisəsi: xammamun- hamam, murabbaun- mürəbbə, çakkoş- çəkiş və s.

Beləliklə, fiziki, fizioloji və etnik- psixoloji kökləri dərinə gedən abruptiv- nəfəsli səslərin mənşəyi, samit keçidləri: n-v (könül-kövül); q-x (eşq-aşx); y- q (söqüt, iqnə), s-z (zarxoş, zanki), ç- j (janavar, jamuş), samit qoşalıqları (doxxuz, ottuz, aşşaği), qonşu türk dillərində cingiltili d ilə tələffüz edilən bir çox sözlərin "Kitabi-Dədə Qorqud"da olduğu kimi t ilə tələffüzü (tağ-dağ, taş-daş), aydın nəzərə çarpan h- laşma (harx), bizim üçün arxaikləşmiş olan söz önündə y səsi (yigit, yuja), bir sıra sözlərdə labiallaşma (xoroz, avuç), oğuz qrupunda sonralar o- laşmaqda olan bir çox sözlərdə əks prosesin- qədim formanın saxlanması (av, avçi), sağır ң və qovuşuq nq\\ng səslərinin dildə sabitliyi, söz əvvəlində ğ samitinin bol-bol işlənməsi, x səsinin intensivliyi, ahəng qanununun pozulması halları, i- ləşmə, cingiltiləşmə hadisələri, fonetik hadisələrin tipikliyi- bütün bunlar axısqalıların dilinin fonosemantik sisteminin müəyyənləşməsində, təşəkkülündə həlledici rol oynamışdır.

«Axısqa» sözü çox qədim tarixi yada salır. Hələ eradan əvvəl 111 minillikdə şimali İtaliyada böyük çarlıq yaratmış, min ilə qədər hakimiyyət sürmüş etruskları-tursaxları yada salır. Etrusk – Tursaka çarlığı Güclü çarlıq olmuş, qədim latınlar sədəniyyət sirlərini onlardan öyrənmişlər. Onlar həmin ərazilərə Anadolu xəttilə keçmişlər. Axısqalılar həmin sakaların varislərindən olmalıdır. Miladdan əvvəl 11 minillikdə Qara dənizin cənub-şərq sahillərində hökmranlıq etmiş m o s x l a r, Tövratda m o s o x və ya m o s x şəklində yad edilən xalq, qədim misirlilərin müşek dedikləri əhali eyni əhalidir və çox maraqlıdır ki, tamamilə bir-birindən fərqli görünən Axısqa və Mosox-Mesx sözləri eyni köklü sözlərdir və hər ikisinin əsasında sak sözü durur: mo-sak, Aq-sak.

İndi az görünən bu xalq parçalanıb, qarışıb, əriyib, azalıb. Parçalanmış olsalar da, hələ bir çox ərazilərdə dil və etnik uyğunluqlarını olduğu kimi saxlamışlar: «Bu gün doğu Anadolu bölgəsində (ərzurum-oltu, Hadman, Artvin-Şavşat, Yusifeli, Ardahan, Qars) dağınıq olaraq yaşayan Axısqa türklərinin danışdığı türkcə vaxtilə Gürcüstan sərhədləri daxilində yaşamış Axısqa türklərinin danışdığı türkcə ilə eynidir».

TƏKLİF: Belə isə Anadolu bölgəsində yaşayan axısqalıların dil xüsusiyyətlərini də öyrənilməmişdir.

Fonetik sistemin ətraflı tədqiqi göstərir ki, müxtəlif quruluşlu, müxtəlif sistemli dillərin əhatə və təsiri altında olmasına baxmayaraq, bu dil milli və orijinal xüsusiyyətlərini qorumuş, uzun bir mübarizə yolu keçərək digər dillərin assimilyativ təsirindən özünü xilas edə bilmişdir. Əksəriyyət etibarilə öz varlığını qorumaqla bəzi yad təsirlərə də məruz qalmışdır. Fonetik xüsusiyyətlər bütövlükdə dilin özünəməxsusdur və onu yalnız Qafqaz dillərindən deyil, şərqində, qərbində və cənubunda yerləşən qohum türk dillərindən də fərqləndirir. Bu əhalinin dilində P, G, K, T, U səslərindən ibarət maraqlı abruptiv – nəfəsli səslər vardır və bunların mənşəyinin öyrənilməsi maraqlı elmi nəticələr çıxarmağa imkan verir.

Samit keçidlərinin (n>v=könül-kövül); q>x (eşq-aşx), y>q (söqüt, iqnə); s>z (zarxoş, zanki), ç>j (janavar, jamuş) fiziki, fizioloji və etnik-psixoloji kökləri izah edilmişdir. Samit qoşalıqları (doxxuz, ottuz), qonşu türk dillərində cipgiltili d ilə tələffüz edilən bir çox sözlərin “Dədə Qorqud”da olduğu kimi t ilə tələffüzü (tağ-dağ, taş-daş), aydın nəzərə çarpan h-laşma (haçar-harx), bizim üçün arxaikləşmiş olan söz önündə y səsi (yikit, yuca), bir sıra sözlərdə labiallaşma (Xoroz, savux, avuq), oğuz qrupunda sonralar o-laşmaqda olan bir çox sözlərdə əks prosesin-qədim formanın saxlanması (av, avçi), sağır n və qovuşuq nq, ng səslərinin dildə sabitliyi bütün bunlar dilin fonosemantik sisteminin müəyyənləşməsində, təşəkkülündə fonetik qanun və hadisələrin həlledici rolunu üzə çıxarır.

Leksik layın işlənmə sahələri genişdir: məişətdə, maddi-mədəniyyət, əkinçilik, kənd təsərrüfatı, bostançılıq və s.

Bütün hallarda lüğəvi vahidlərin fonoloji quruluşunda özünəməxsusluq var: dirqən (yaba), tırpan (dəryaz), lazut (qarğıdalı), patlican (badımcaq), çancur (gavalı), kikgilə (ağcaqanad), laxana (kələm), kənçə (çömçə), çatal (çəngəl), boyunlux (şarf), küfə (sırğa) və s.

Ay adları özünəməxsusdur: zəmhəri, qüçük, girəz, oraq, xarman, bögrüm, şaran, köç, karakış).

- Alınma leksikanın xeyli hissəsi interferensiya hadisəsinə məruz qalmışdır.

- Leksik layda qıpçaq elementləri: məsələn, tavşal (tav, tavi qıpçaq dillərində “baş”, “dağ” mənalarında).

TƏKLİF: Qıpçaq elementləri çox olduğu üçün (müxtəlif dil səviyyələrində) geniş şəkildə öyrənilməlidir).

Axısqa gürcü dil əlaqələrinin öyrənilməsində güncü substratları mühüm əhəmiyyət kəsb edir. Kuç güncücə kiş – mədə, tuç=i-dodaq, tün-tvini beyin; naxülə-najvli-od, kud-quyruq, pexi-ayaq, turkmel-böyrək, tot-lətir, tət-pəncə və s.

Gürcü substratlarının struktur-semantik inkişafı izlənilir. Maraqlıdır ki, bu sözlərin əksəriyyəti insan və heyvanların orqanları ilə – bədən üzvlərilə bağlıdır. Tədqiqatçı Q.Kazımov yazır ki, belə sözlər hər iki xalqın qonşulur əlaqələri – birgə heyvandarlıq, quşçuluq təsərrüfatında çalışmaları, birgə ünsiyyət prosesində tarixən yaranmışdır.

3. TƏKLİF. Fikrimizcə, bu kimi substratlar gələcəkdə türk-gürcü dil-təsərrüfat əlaqələrinin hərtərəfli şəkildə öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edəcək. Həmin substratların izahlı lüğətini yaratmaq türkologiya üçün faydalı ola bilər: Həllini, tədqiqini gözləyən məsələdir.

Tədqiqatda, həmçinin gürcü dilində Axısqa türklərinə məxsus söz, ifadə və digər elementlərin (qədim oğuz və qıpçaqlardan qalma sözlər) (məs.: bani-yüksək, çatı-dam mənasında. «KDQ»-da «Van ev – yüksək ovaq), cildo (ödül-mükafat, «KDQ» – «cildu»); qocan (ozan), bağa (heyvan yemi), kada (kətə), kalaki (şəhər), çuxa, vezneli, arəsuluki, hazari, bostani, badya = geyim, çalğı və oyunlarda, yemək adlarında, məişət əşyalarının, ölçü, adlarında türklüyün izləri saxlanırmışdır.

4. TƏKLİF. Bu sözlər türk-gürcü dil əlaqələrinin ətraflı öyrənilməsinə yol açır.

Onomastik leksika bu elin tarixini əks etdirən bir fakt kimi onların orijinal tarixi coğrafiyasının, insan obrazını, Vətən anlamını yaşadır. Bir çox regionlarda məskunlaşmalara bu əhalinin onomastikasına da öz təsirini göstərir.

Tipik olmayan familiyalar ekstralinqvistik və region təsirləri nəticəsidir. 20-30-cu illrədə familiyaların məkrli siyasət nəticəsində zorla gürcüləşdirilməsidir. Gürcüstanda X1X yüzilliyin ortalarına türk bəy ailələrinin soyadlarında gürcü şəkilçiləri: şvili (oğul), dze (zadə), iya-ya, eli (li4), yani (gil, lər) Yaralaşvili, Qarakani, Karaqozişvili, Tukhareli. Bu haqda Ömər Faiqin Fikri: «Türklərin yaşadığı yerlərdə «ürəklərdən türklük duyğusunu, ağızlardan türk dilini nə cür olsa çıxarmaq üçün «Əlioğlunu» məcburən «Alidze» yazmaq və türk familiyalarını bu şəkildə dəyişdirmək siyasəti baş vermişdir («Açıq söz» qəzeti, 18 yanvan, 1917).

Ləqəblərlə müraciət dəb halını alıb. Çox vaxt adla yox, məhz ləqəblərlə müraciət etmələri qədim magig təsəvvürlərin, insanı şər qüvvələrdən qorumağa yönəlmiş ad yasağının qalığıdır: aprak (tənbəl), Qaraquyruq (lovğa), Quduz bocek (xəbi və s.).

Nəslin mənşəyi çox zaman taxımlarla təsbitlənir: Baxçacikil, Mollagil, Hasangil, Şamanlar, Qırınlar, Pepinovlar və s.

Toponimlər bu xalqın etno-linqvistik yaddaşı kimi qiymətlidir. Cənubi Gürcüstanda 300-dən çox türk kəndi qiymətlidir. Cənubi Gürcüstanda 300-dən çox türk kəndi qeydə alınmışdır: Axıqa, Adıgün, Azqur, Abbastuban, Qaratuban, Qardze, qobieti, Kuna, Çikil (məşhur qıpçaq tayfalarından biri), Qorqul (oğuz tayf), Bolta (baltalı), Xançala, Qamar, Kanqar, Bozaleti, Samqur, Abari, Tolosi, Toba, Tuc, Damğa və s.

Bu və ya digər türkmənşəli toponimlər axısqalıların tarixi təşəkkülündə bütün aborigen və gəlmə türklərin rolu olduğunu göstərir. Buna görə də həmin toponimləri nəzərdən keçirərək belə bir qənaətə gəlmişik ki, axısqalıların ən qədim coğrafi adlarının əksəriyyəti etnik müxtəlifliyin mövcud olduğu bir şəraitdə, əsasən də ayrı-ayrı sabir, tubal, abar, bozal, tolos, qanqlı və s.) qarışması ilə formalaşmışdır. Qeyd edilən tayfa adlarının axısqalıların toponimlərində qorunub saxlanması həmin qonunauyğun prosesin təzahürüdür.

TƏKLİF. Qədim Axısqa bölgəsində çoxsaylı toponimlərin ayrıca monoqrafik şəkildə öyrənilməsi çox vacibdir.

Morfoloji quruluş: Qonşu türk dilləri ilə müqayisədə axısqalıların dilində bir sıra morfoloji proseslərin «ləngiməsi» müşahidə olunur. Belə ki, türk və Azərbaycan dillərindəki bir çox 4 variantlı şəkilçilər bu dildə özünü yalnız 1 variantda göstərir.

111 ş. Mənsubiyyət şəkilçisi –i (quzusi, atasi), 1 ş. Cəmin xəbərlik şəkilçisi –ux (adamux, gəlinux), əmr şəkilinin 1 şəxs təkinin şəkilçisi –em (şəkil çəkem), indiki zaman ş. –iyer (baxiyer) və s. birvariantlı olub, ahəng qanununun tələblərinə cavab verəcək şəkildə variatlaşmamışdır. –lar? Şəkilçisilə yanaşı –lux (adamlux-adamlıq), arxaik-ayım, ərim onnar/unnar, onnux/unnux ikivariantlı əvəzliklər qapalı saitlilik (-ım,-sın), birgəlik halın, -qa, -kə yönlük halın, -ibən4 feli bağlı fəal mövcud, arxaik fellərin çoxluğu (tütümək, ulaşmaq, qonmaq və s.); adlıq və təsirlik hallarında saitlə qurtaran qohumluq bildirən bəzi sözlərə –y, -ay formaiantlarının artırılması, söz sonunda i-ləşmə (çoxi, qali) bu əhalinin dilinin fərqləndirici morfoloji əlamətlərindəndir.

Aydın hiss olunur ki, axısqalıların dilinin cümlə sintaksisində nisbi sərbəstlik vardır. Tədqiqatdan belə nəticə çıxır ki, istər sadə, istər də mürəkkəb cümlə sintaksisində cümlə üzvlərinin və mürəkkəb sərbəstliyi qədim türk dilindən, ondakı gürcü informasiyavericiliklə bağlı olan analitizidən irəli gəlir.

Beləliklə, bir etnos kimi azlığı, məhdud ərazidə məskunlaşması, daha çox yad təsirlər əhatəsində olması, dəfələrlə baş verən təzyiq və köçürmələr, daim öz şifahi ədəbi dilin inkişafı üçün əlverişli zəmin olması axısqalıların dilində qədim tayfa dillərindən gələn arxaik formaların qalmasına və ümumilikdə axısqalıların dilinin bir türk dili kimi, Azərbaycan və Türkiyə türkcəsindən fərqlənməsinə dilini Azərbaycan və ya Türkiyə türkcəsilə qarışdırmaq və ya həmin dillərdən birinin dialekti kimi mənalandırmaq olmaz.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz