.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
5.1.8. Xitab və ara cümlələr.

     

Axısqa türklərinin dilinin cümlə sintaksisində müraciət məqsədilə işlədilən sözlərə - xitablara da çox rast gəlirik. Xitablar ən çox insanlara müraciətlə işlədilir, Vətənə çağırış, Vətənə dönmək, əsasən bu xitabların məzmununu ifadə edir: Gəlin, cəməhət, az bişe olsa da hər birimiz Vətən üçün çalışax (F.Şəhriyev); Ay baba, Vətənə misəfir gedax (G.Şahin); Əziz həmvətənlərimiz! Əli qələm dutan, sözi ötgün ziyalılarımız, söz sizindir (S.Toraman).
Xitablardan şer dilində də çox istifadə olunur: Usta Mürtəz, iştərsin dünya vəfasın\\ Sındırma heç vaxtı könül qafasın [70, XI.1992].
Ara cümlələr. Axısqa türklərinin dilində cümlə daxilində əlavə cümlələr də işlənir. Bunlar mötərizə içərisində verilir. Belə cümlələrlə danışan əlavə qeydlər edir, müəyyən dəqiqləşmələr aparır. Bu cür cümlələrdəki fikir ya əsas cümlədəki fikirlə bağlı olur, ya da həmin cümlədəki hər hansı bir sözün ifadə etdiyi hadisə barədə əlavə məlumat verir. Məsələn: Xalqımızın başına gələn və heç bir xıl ölçiyə sığmiyan fələkətlər, biz türkləri (Kendini bir türk kimi tanımişsə) daha sıx birləşməyə, bir məqsəd, bir amal uğrunda mübarizə etməyə yaxınlaşdurmalidur (İ.Səfil).

 

 

 

 

 

 

 

 

 

 

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz