Axısqa türklərinin
sintaktik sistemində cüttərkibli yarımçıq
cümlələr geniş yayılmışdır.
Bu cür yarımçıq cümlələr
cüttərkibli bütöv cümlələrin
funksiyasını yerinə yetirir, ünsiyyət
prosesində böyük rol oynayır. cüttərkibli
yarımçıq cümlələr
daha çox dialoqlarda reallaşır, dildə
kommunikativ vahid kimi informasiya verir. Dialoji nitqin
cüttərkibli yarımçıq cümlələri,
əsasən, müəyyən sualların
tələbindən doğur. Sual əsasında
əmələ gəldiyindən belə
cümlələr cüttərkibli cavab
yarımçıq cümlələr
adlanır. Axısqa türklərinin dilində
yarımçıq cümlənin bu cür
quruluşu digər türk dilləri üçün
ümumi olan, həm də spesifik xarakter daşıyan
sual əvəzlikləri ilə əmələ
gəlir.
Mübtədanın
suallarına əsasən əmələ
gələn cavab yarımçıq cümlələr:
Kim haray - həşir qopardi? - Qarilər;
-Kim bizi vətəndən çıxardiyer?
- Kafirlər.
Xəbərin sualları
ilə əlaqədar işlədilən
cavab yarımçıq cümlələr.
- Günahımız nədür, ilahi? -
Günahsızlığımız (Ş.Adıgünli);
Bu qürbət ellərin, de, kimiyux biz? - Bir
ovuc torpağın yetimi (M.Paşali oğli).
Təyinin suallarına
əsasən işlədilən cavab
yarımçıq cümlələri:
- Nasıl xəbər idi? - Dəhşətli.
Zərfliyin suallarına
əsasən işlədilən cavab
yarımçıq cümlələri:
Nədə, kimdə, nəyin və kimin
günəhini nerada aramaliyux? - Bu qarma - qaruşux
yüng yığımında (M.Paşalioğli).
Axısqa türklərinin
dilində cüttərkibli cavab yarımçıq
cümlələr ədatların köməyilə
də düzəlir. Xüsusilə, "mı"
ədatının türk dillərində
yarımçıq cümlələri
formalaşdırmaqda rolu böyükdür
[84, s. 11]. Bu ədat sual cümləsinin mənasını
daha da qüvvətləndirir. Məsələn:
- Bura Axısxadurmi? - deyib yaxından baxmax
üçün maşının yan şüşasıni
aşağı endirdi. - Axısxadur.
Ki ədatı da Axısqa
türklərinin dilində cavab yarımçıq
cümlələrin formalaşmasında
müəyyən rol oynayır: - Özün
gördün ki? - Gördüm (G.Şahin).
Axısqa türklərinin
dilində cüttərkibli cavab yarımçıq
cümlələr intonasiyanın köməyilə
də qurulur. Sual əvəzliklərilə
əmələ gələn cavab yarımçıq
cümlələrdən fərqli olaraq,
intonasiya və ədatlarla qurulan bu tipli cavablarda
məzmunca təsdiqlik və inkarlıq
ehtiva olunur.
Bu əhalinin dili üçün
səciyyəvi olan ümumi qanunauyğunluqlardan
biri belədir: sual cümləsində olan
xəbərlər cavab yarımçıq
cümləsində yenidən təkrar
edilir: Belə çıxıyer ki, bizdəmi
dağılmalıyux? - Dağılmalıyux;
- Bunun çıxış yoli varmi? - Var.
Türk dillərində
cavab yarımçıq cümləsi yeni
üzv nəticəsində əmələ
gəlir [89, s. 16]. Yeni üzv nəticəsində
əmələ gələn cavab yarımçıq
cümlələr mübtədadan, xəbərdən,
tamamlıqdan, təyindən ibarət olub,
bu əhalinin dilində dialoqları təmin
edir.
Məlumdur ki, türk
dilləri başqa dillərdən həm
də sintaktik quruluşun kompleksivliyinə
görə fərqlənir. Hind-Avropa dillərindəki
mürəkkəb sintaktik konstruksiyalar bu dillərdə
(o cümlədən, Axısqa türklərinin
dilində) çox zaman sadə quruluşda
ifadə edilir. Bu baxımdan Axısqa türklərinin
sintaktik quruluşunda "çevik" və
"yığcam" bir kommunikativ vahid kimi
yarımçıq cümlələrin
ekspressiv - üslubi imkanları maraq doğurur.
Axısqa türklərinin
sadə cümlə sintaksisində, onun dialoqlarında
nere-ora, ne zaman - o zaman, nə qədər
- o qədər və s. korrelyativ cütlüklər
paralel olaraq işlənir, bunlardan birincisi
sual cümlələrində olur, o biri isə
cavab yarımçıq cümlə kimi
fəaliyyət göstərir: - Misəfir
nere keçiyerdi? - Ora.
Dialoqun sual cümləsində
olan bir üzvlə cavab yarımçıq
cümləsi informativ şəkildə
bağlanır. Məsələn: Nerəyə
götüriyerlər? - Meşaya. Bu dialoji
nitqdə "nerəyə - meşaya"
cütlükləri informativ şəkildə
sual və cavab cümlələrini bir-birinə
bağlamışdır.
Axısqa türklərinin
dilində cüttərkibli cavab yarımçıq
cümlələrin quruluş xüsusiyyətlərindən
biri də onların təkrarən işlənməsidir.
Belə yarımçıq cümlələrə
ən çox emosional və həyəcanlı
nitqdə rast gəlirik: Hani Məndüf?
- Anbara qirdi, anbara qirdi; - Qatarlar nerədən
gəlir? - Uzax Sibirdən, uzax Sibirdən
(danışıqdan).
cavab yarımçıq
cümlələri həmcins üzvlərdən
də qurula bilir: Bişmişə həsrət
qalan adamlar nə yeyirdi? - Lazud, lobyay, arpay (danışıqdan).
Bu dildə əlavədən
ibarət olan yarımçıq cümlələr
də çox işlənir. Əlavələr
yarımçıq cümlənin daxilində
özünü göstərir. Yarımçıq
cümlənin əlavəsi də yarımçıq
olur. Əlavədən ibarət olan cavab
yarımçıq cümləsi özündən
əvvəlki yarımçıq cümləni
məna cəhətdən konkretləşdirir.
Məsələn: Adıgün ziyalıları
neredə yaşayırlar? - Axısqada
- Çıldır elində, - Qapiləri
kim möhürləmişdi? - Əli avtomatlılar
- əsgərlər (danışıqdan).
Axısqalıların
dilində cavab yarımçıq cümlələrin
struktur imkanlarından biri də onların
söz-cümlə ilə yanaşı
işlənməsidir. Yarımçıq
cümlə konkretləşdirici olduğu
üçün o, söz-cümlədən
sonra gəlir: Sizidəmi maşaya götüriyerlər?
- Yox, götürmiyerlər (danışıqdan).
Sadə cümlələr
arasında maraqlı quruluş xüsusiyyətlərinin
böyük bir hissəsi söz sırası
ilə bağlıdır. Sadə cümlə
sistemində, o cümlədən də
yarımçıq cümlələrdə
bu əhalinin dilinin söz sırası nisbi
sərbəstliyə malikdir. Bu əlamət
qaqauz dilində də özünü göstərir.
Qaqauz dilində cümlə üzvlərinin
yerləşməsindəki sərbəstliyi
tədqiqatçılar slavyan dillərinin
təsiri hesab edirlər [126, s. 22; 120, s. 258;
160, s. 68]. Bu fikirlə müəyyən
mənada razılaşmaq olar. Doğrudan
da, həm qaqauz, həm də keçmiş
SSRİ ərazisində yaşayan Axısqa
türklərinin dilinin başqa slavyan dilləri
ilə yaxın təmasda olması, onlarla
bir regionda yerləşməsi belə bir
fikrə haqq qazandırır [33, s. 13]. Bununla
bərabər, hər iki dildə qaqauz
və Axısqa türklərinin dilində
yazılı ədəbi ənənələrin
olmaması, qaqauz dilinin 50-ci illərə
qədər danışıq dili kimi
formalaşması da onun, eləcə də
yazısı olmayan dillərin sintaktik sistemində
söz sırasının sərbəstliyinə
səbəb olan başlıca faktorlardandır.
Müəyyən
bir üzvün buraxılması yarımçıq
cümlə üçün əsas və
başlıca sintaktik əlamət hesab
edilir. Bu əhalinin dilinin cavab yarımçıq
cümlələrində ayrı-ayrılıqda
mübtəda, xəbər, tamamlıq
və zərfliklə yanaşı, bir
neçə üzv birlikdə də buraxıla
bilər.
cavab yarımçıq
cümlələri dialoji şəraitdə
üç vəziyyətdə ola bilir:
1.Başlanğıc vəziyyətdə;
2.Orta vəziyyətdə; 3.Son vəziyyətdə.
Bu vəziyyətlər
buraxılmanın kəmiyyətinə
görə müəyyən edilir. Başlanğıc
vəziyyətdə bir üzv, orta vəziyyətdə
iki üzv, son vəziyyətdə isə
daha çox üzv buraxılır.
Başlanğıc
vəziyyətdə mübtəda buraxılır:
Hani Məndüf? - Anbara girdi.
Başlanğıc
vəziyyətdə xəbər, tamamlıq
və zərflik də ayrı-ayrılıqda
buraxılır.
Orta vəziyyətdə
baş üzvlər birlikdə (mübtəda
c xəbər) buraxılır. Buraxılmış
mübtəda və xəbər dialoqun
sual cümləsində olur: - Nereyə gedəcək
bəy əfəndi? - Xastanevə..
Üç üzvün
birlikdə buraxılması son vəziyyətdə
olur. cümlədə bir neçə üzvün
buraxılması cümlə üzvlərinin
çoxluğu ilə bağlıdır.
Sual cümləsində dörd üzv iştirak
edir, cavab cümləsində onlardan biri qalır,
yerdə qalanlar isə buraxılır.
"Təyin c tamamlıq c zərflik"
qrupu bu dildə - bu dilin cavab cümlələrində
buraxılır: Bu cəməhəti
kövdə gördün? - Gördüm (danışıqdan).
Təktərkibli yarımçıq
cümlələr. Axısqa türklərinin
dilinin sadə cümlə sintaksisində
təktərkibli yarımçıq cümlələr
də əsas yer tutur. Mübtəda əsasında
formalaşan adlıq cümlə bədii
əsərlərin dilində çox işlənir.
Məs.: 14 noyabr 1944-cü yil. Noyabr gecəsi.
Sabah namazına yaxın gecənin içində
vahiməli bir canlanma vardı. Tise köyi.
Bu köy Türkiya sərhəddinə çox
yaxundur. Qatarlar. Sürgün qatarları. Zulum
qatarları. Adresi bəlli olunmayan tərəfə
gediyerdi. Orta Asiyanın yilan məliyan çölləri.
Bu xalqın belə yerə səpələdilər
(cümlələr Ş.Adıgünlinin
"Ayrilux havasi" adlı hekayəsindən
götürülmüşdür [70, XI.1992].
Göründüyü
kimi, adlıq cümlələr bu dildə
də adlıq halda olan adlarla, təyini söz
birləşmələri ilə (sadə
və mürəkkəb) ifadə olunur.
Burada həmin xalqın başına gələn
faciəli hadisələrin zamanı, yeri
və s. göstərilir, lakin onlar barədə
heç bir informasiya verilmir.
Söz əhatəsinə
görə də adlıq cümlələr
bu dildə müxtəlif və geniş
formalarda özünü göstərir.
Yalnız bir baş
üzvdən ibarət olan adlıq cümlələr
müxtəsərdir. Məs.: Axısqa
dərəsi... Qara puvar... Geniş adlıq
cümlələrdə baş üzvlərlə
yanaşı, ikinci dərəcəli
üzvlər də iştirak edir. Məs.:
1978-ci yil. Bu yil bənim və babamın
həyatında dəyərdə qiyməti
bilinməz dərəcədə bağışlanmış
bir nemət, qırx yil həsrətinan
alışıb yanduğumuz Vətən
torpağıni görmax idi (G.Şahin).
Təktərkibli cümlələrin
bir qismi xəbər əsasında formalaşır
və bunlar da dialoji nitqdə reallaşa
bilir. Adlıq cümlədən başqa.
Dialoji nitqin sual cümləsi təktərkibli
olduqda, onun cavab cümləsi də təktərkibli
və yarımçıq olur. Məs.:
- Əskərlərin kimə hirsi tutub?
- Molla Dursuna (Ş.Adıgünli) dialoji vahidlərində
iki təktərkibli cümlə var. Birinci
cümlə - sual cümləsi təktərkibli
şəxssiz cümlədir, onun tələbilə
işlədilən cavab cümləsi də
- "Molla Dursuna" təktərkibli şəxssiz
cümlədir. Lakin bu cümlə eyni zamanda
yarımçıqdır, daha dəqiq
desək, "Molla Dursuna" cümləsi
mübtədanın olmamasına görə
şəxssiz, xəbərin buraxılmasına
görə isə yarımçıqdır.
Axısqa türklərinin dilində təktərkibli
cümlələrin yarımçıq
növləri aşağıdakılardır:
a) Şəxssiz yarımçıq
cümlələr. Xəbərin ifadəsinə
görə şəxssiz yarımçıq
cümlənin də aşağıdakı
növlərinə rast gəlmək olur.
1. Xəbəri məsdər
c olar; (olmaz) quruluşlu şəxssiz yarımçıq
cümlələr. Bu tipli şəxssiz
yarımçıq cümlələr
tam və natamam quruluşlu xəbərdən
ibarət olur.
Tam quruluşda olanlar:
- Əhalisi yüz bindən yoxari olan bu xalqı
öz kəndi vətəninə qaytarmax
olar? - Qaytarmax olar (İ.Şahzadə oğli).
Natamam quruluşda olanlar:
- Bu xalqi aldatmax olar? - Olmaz… (İ.Şahzadə
oğli).
Bu cür şəxssiz
yarımçıq cümlələr
olar, olmaz feli xəbərindən ibarət
olur. Burada xəbərin məsdər hissəsi
iştirak etmədiyindən bunlar natamam quruluşlu
şəxssiz yarımçıq cümlələr
adlanır. Natamam quruluşlu şəxssiz
yarımçıq cümlələr
yüksək hiss-həyəcanla deyiləndə
təkrarlanır. Məs.: - Yerli cəməhətin
səsini kəsmax olmaz? - Olmaz, əfəndim,
olmaz (Ş.Şahzadəoğli).
2. Xəbəri məsdər
c gərək, lazım quruluşlu şəxssiz
sual cümlələri əsasında şəxssiz
yarımçıq cümlələr
törəyir. Bu cür şəxssiz yarımçıq
cümlələr tamamlıqdan və zərflikdən
ibarət olur. Bu quruluşda olan şəxssiz
yarımçıq cümlələrdə
xəbər tam (bütövlükdə)
buraxılır. Məs.: - cəməhəti
nerdə aramaq lazım? - Vaqonlarda (G.Şahin).
3. Xəbəri məsdərlə
ifadə olunan şəxssiz yarımçıq
cümlələr. Xəbər bu növdə
natamam (bir hissə) buraxılır. A.N.Baskakov
türk dilində olan belə cümlələri
«masdarnıe odnosostavnıe predlojeniə"
adlandırmış, bunun iki növündən
("nominativnıe masdarnıe predlojeniə"
və "modalğnıe masdarnıe predlojeniə")
bəhs etmişdir [88, s. 6-24].
Axısqa türklərinin
dilində şəxssiz yarımçıq
cümlənin bu növü geniş yayılmışdır.
Məs.: - Susmax və tanriya iltica etmək!
Bir istiraba son vermax! (İ.Səfil).
4.Buraxılmış
xəbəri felin vacib şəklində
olan şəxssiz yarımçıq cümlələr.
Məs.: - Ne zaman əvə dönülməli?
- Axşam (İ.Şahzadə oğli).
5.Buraxılmış
xəbəri şəxssiz növ fellərlə
ifadə olunan şəxssiz yarımçıq
cümlələr. Bu cür şəxssiz
yarımçıq cümlələr
ikinci dərəcəli üzvlərdən
(zərflikdən, tamamlıqdan) ibarət
olur. Məs.: -Məsələnizə
nə vakıt bakıldı? Yarın
(İ.Şahzadəoğli).
Qeyri-müəyyən
şəxsli yarımçıq cümlələr.
Bu cür yarımçıq cümlələrin
özünəməxsus səciyyəvi
quruluş xüsusiyyəti xəbərin
buraxılması və ikinci dərəcəli
üzvlərinin saxlanmasından ibarətdir.
Axısqa türklərinin dilində qeyri-müəyyən
şəxsli yarımçıq cümlələr
ikinci dərəcəli üzvlərdən
ibarət olur.
1. Tamamlıqdan ibarət
olanlar. Məs.: Qəsəbədən
istiyerlər. - Kimi? - Bəni (S.Toraman).
Monoloji nitqin yarımçıq
cümlələri. Yarımçıq
cümlələrin monoloqla bağlı
bir sıra xarakterik xüsusiyyətləri
Axısqa türklərinin dilində də
müşahidə edilir. Axısqa türklərinin
dilində bu sintaktik vahidlərin qəzəb,
fikri təsdiq və inkar edən, dəqiqləşdirən,
xahiş, arzu və çağırış
məzmunlu monoloqlarda işləndiyi, ekepressiv
- üslubi imkanlara malik olduğu özünü
göstərir.
Monoloji nitqin maraqlı
xüsusiyyətlərindən biri də
burada dialoji vahidlərin işlənməsidir.
Lakin dialoji nitqdən fərqli olaraq, monoloji
nitqdə sual verən yarımçıq
formada özü cavab verir. Məsələn:
Kesə yolun nə olduğuni düşünmiyerlərmi?.
Bəncə, düşüniyerlər
(İ.Şahzadə oğli); Belə
çıxıyer ki, bizdəmi dağılmaliyux?
Yox! Dağılmamalıyux (İ.Səfil).
Monoloji nitqin yarımçıq
cümlələri özündən əvvəlki
cümlədə olan bir üzvün yenidən
təkrar edilməməsi nəticəsində
yaranır. Məsələn, Xızır
yanaşiyer. Bir çocuğu yumruxla vuriyer
öldürer ("Xızır və Musa"
hekayəsindən).
İkinci cümlə
ona görə yarımçıqdır
ki, bunun buraxılmış mübtədası
əvvəlki cümlədə mövcuddur.
Əvvəlki cümlədə adı
çəkildiyindən (Xızır) sonrakı
cümlədə onun təkrarı lazım
bilinməmiş, "o" şəxs
əvəzliyi ilə də əvəz
edilməmişdir.
Monoloji nitqin yarımçıq
cümlələri mürəkkəb cümlələrin
tərkibində iki yolla əmələ
gəlir.
1. Müstəqil yolla
əmələ gələnlər.
Bu yolla əmələ gələn yarımçıq
cümlələr bağlayıcısız
tabesiz mürəkkəb cümlələrin
tərkibində işlədilir. Bu cür
yarımçıq cümlələr
Axısqa türklərinin dilində qarşılaşdırma,
müqayisə və iştirak məqamlarında
əmələ gəlir. Məsələn:
Gəlin xəmir daşiyer, qari çorpa.
Axısqa türklərinin
dilində monoloji nitqin yarımçıq
cümlələrinin struktur - semantik cəhətdən
kontekstual və elliptik növləri fərqləndirilir.
Kontekstual cümlələrdə
mübtəda, xəbər, tamamlıq,
zərflik və bir neçə üzv buraxılır.
Xəbərin buraxılması
daha çox müşahidə olunur: Ağanın
vari gedər, xizmətkarın cani (əski
söz); Allah bin dərt vermiş, bin bir də
dərman (əski söz); Ana qızına
taxt vermiş, baba qızına baxt (əski
söz); Bayazın adı var, qaranın dadi
(əski söz) və s.
Kontekstual yarımçıq
cümlənin qoşulma tipi. Bu cür yarımçıq
cümlələr dilçilik ədəbiyyatında
göstərilmiş adi yarımçıq
cümlələrdən fərqlənir.
Türk dillərində qoşulma yarımçıq
cümlələr, demək olar ki, az tədqiq
edilmişdir. Rus dilçiliyində P.V.Kobzevin,
V.N.Kudimovanın yarımçıq cümlənin
bu tipinə dair tədqiqatları bizə
Axısqa türklərinin dilindəki belə
cümlələri əsaslı şəkildə
öyrənməyə istiqamət verir
[132; 135].
Qoşulma yarımçıq
cümlə məsələsi dilin sintaktik
sistemində mövcud olan parselyasiya hadisəsi
ilə sıx bağlıdır.
Parsellərə bölünmüş
cümlədə iki tərəf-qoşan
və qoşulan tərəf olur. Qoşan
tərəf əsas tərəfdir, bu
bazis cümlə də adlanır. Qoşulan
tərəf isə parselyatdır, remaya
uyğun gəlir. Əslində qoşulan
tərəf qoşan tərəfin bir
hissəsidir. Qoşulan tərəf, adətən,
quruluşca yarımçıq olduğu
üçün belə cümlələri
qoşulma yarımçıq cümlə
adlandırmaq olar.
Axısqa türklərinin
dilində parselyat qoşulma yarımçıq
cümlələr kənara çıxma
yolu ilə əmələ gəlir. Əsas
cümlədən kənara çıxan
hissə qoşulma yarımçıq
cümlədir. Məsələn: Hər
şey kövrək idi. Daş da, torpax da...
Qaragünli cəməhətin qəlbindən
bir şey silinmədi. Türk adi, türk
mədəniyyəti! Dərd kəliyerdi.
Türk əvlədinin başına eylanmasi
uzun çəkəcax bir dərd (Ş.Adıgünli).
Axısqa türklərinin
dilində qoşulma cümlələrin
əksəriyyəti əvvəlki cümlədə
olan fikri, üzvü daha da aydınlaşdırmaq,
konkretləşdirmək və dəqiqləşdirmək
məqsədilə işlədilir.
Qoşulma cümlələr
struktur-semantik bütövlüyünü mətn
daxilində saxlaya bilir. Belə cümlələr
mətnsiz yaşaya bilmir. Buna görə
də bu cür cümlələrin yaratdığı
semantik çalarlar çoxşaxəlidir.
Bunlar aydınlaşdırıcı,
konkretləşdirici, dəqiqləşdirici,
izahedici, ümumiləşdirici və s.
mənalara malikdir.
Axısqa türklərinin
dilində olan bu tip sintaktik konstruksiyalar mətnin
komponentlərinin həm qrammatik, həm semantik
cəhətdən əlaqələnməsində,
onun kommunikativ bir vahid kimi müəyyənləşməsində
mühüm rol oynayır.
Elliptik cümlələr.
Elliptik yarımçıq cümlələrdə
xəbər "sıfır variant"da
olur. Buraxılmış xəbər
relyativ - nisbi xarakter daşıyır. Xəbər
struktur - semantik cəhətdən fərqlənən
aşağıdakı tip cümlələrdə
elliptik xarakter daşıyır:
1. Atalar sözlərindən
ibarət olan cümlələrdə xəbərin
ellipsisi.
2. Əmr - çağırış
xarakterli cümlələrdə xəbərin
ellipsisi.
3. Arzu mənalı
cümlələrdə xəbərin
ellipsisi.
Atalar sözlərində
xəbər qarşılaşdırma
və müqayisə məqamında buraxılır
[213, 1954, N 4, s. 87].
Məsələn:
Atda qarın, yigitdə burun (....)
Qeyd: 1. Mötərizə
içərisindəki nöqtələr
buraxılmış üzvü bildirir.
Ac gezmədən tox
ölmax (eydür - ismi xəbəri buraxılıb);
Qarisiz əv - susuz dəgirman ("kimi"
qoşması buraxılmışdır).
«Uşaqsız
ev - dəyirmansız daş» (Azərbaycan
dilində).
"Bəllidür"
xəbərinin buraxılması: Qutli gün
toğuşundan (əski söz).
"Çürüməx"
xəbərinin buraxılması: Dəmür
nəmdən, insan qəmdən (əski
söz).
"Kərək"
(dir) xəbərinin buraxılması: Azan
kurda kızan köpək (kərəkdir).
Əmr - çağırış
xarakterli elliptik cümlələrdə iş
və hərəkət felləri buraxılır.
Məsələn: Müdirin odasına...;
Bögündən qəsəbəyə!
və s.
Arzu mənası elliptik
cümlələrdə də bəzi
feli xəbərlər buraxılır.
Məs.: Saqlıqla... Bənim saqlıqıma!
(danışıq dilindən).