.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

     

Dildə olan sözlər öz şəkil və mənalarına görə çoxmənalı, omonim, sinonim və antonimlərdən ibarət leksik-semantik söz qruplarını təşkil edir.
Çoxmənalılıq. Axısqa türklərinin dilinin sözlərində olan çoxmənalılıq, demək olar ki, əksər nitq hissələrində müşahidə edilir. Bunların içərisində kəmiyyət etibarilə isimlər, sifətlər və fellər çoxluq təşkil edir.
1. İsmin çoxmənalılığı: ayax (davarın ayaği), (işkafın ayaği), ağız (adamın ağzı; bıçağın ağzı) və s.
2. Sifətin çoxmənalılığı: ey (yaxşı və sağlam mənalarında), kalın (Bu mindər kalındır; Onun göni kalındır) və s.
3. Felin çoxmənalılığı: çalmax (biçmək) - çalmax (oğurlamaq), kaxmax (qalxmaq) - kaxmax (bir yerdən başqa yerə köçmək) və s.
Omonimlik. Axısqa türklərinin dilində olan əksər omonimlər digər türk dilləri ilə, o cümlədən, Azərbaycan dili ilə də eyniyyət təşkil edir.
Axısqa türkləri eyni sözün müxtəlif mənalarından istifadə edərək dildə maraq doğuran zəngin omonimlik yaratmışlar. Məsələn: çağ (coşmaq mənasında) -çağ (vaxt, zaman mənasında): Haçan ki cuş edib çağlasa sellər,\\ Açılar lalələr, sünbüllər, güllər (cövhəri),\\ Güz çaği gətürdün bağına (Hüzuri)\\ kurd (canavar) - kurd (həşərat):\\ Gezərdi içində avisi, kurdi,\\ Çamli-namudli meşa haxlıma gəldi (İlim Şahzadayev),\\ Laxanaya kurd düşmişdi (Xeyransa Mirzəyeva).
Tığ (ülgüc, biz) - tığ (buğda, arpa topası mənasında): Tığ yarasu eylanur, dil yarasu eylanmaz (əski söz), Uzaxdan buğday, arpay tıği göriniyerdi [70, 10.XI.1992].
Sinonimlik. Axısqa türklərinin dilindəki sinonim sözləri müəyyənləşdirmək üçün, öncə, onların leksik-semantik əlamətlərini nəzərə almaq lazımdır. Sinonimlərin əksəriyyəti məna incəliklərinə malik olan, az bir hissəsi isə eyni mənalı sözlərdir.
Bu dildə işlənən sinonimlər bədii dilin imkanlarını zənginləşdirir, məna çalarlarını genişləndirir. Aşağıdakı nümunələr bu cəhətdən xarakterik sayıla bilər:
qəm-qüssə: Xəbər-ətər yox idi, nə qəmdən, nə qüssədən.
çiplax-yalın ayax: Çiplax, yalınayax qaçardux.
ağlamax-sızlamax: can qalmadi daha bizdə ağlamaya, sızlamaya.
Yer-yurd: Yerimizdə, yurdumuzda başxaları at oynadur [70].
Antonimlik. Antonim sözlər zidd mənaları ifadə edir. Axısqa türklərinin dilindəki əsas nitq hissələrinin hamısında antonimliyə rast gəlmək olur. Məsələn: Məcbur oldux geca-gündüz xısın-xısın söyləməyə. Ölən öldi, qalan qaldi. Bu böyüklük məmləkətdə varlux ikən yoxa döndux. Hər addımda bir mum kimi yanıb söndux. Yaramızın qabuğini biz bağladux, onlar açdi [70].

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz