Onomastik vahidlərin
xüsusi bir qrupu antroponimik leksikadır. Bu xalqın
onomastikasında elə şəxs adlarına,
familiyalarına, nəsil adları və
ləqəblərə rast gəlirik
ki, bunlar özümlü cəhətləri
ilə, eləcə də bu xalqın
əmələ gəlmə tarixi ilə
bağlı formalaşmışdır.
Şəxs adları
bir insanı digərindən fərqləndirir.
Quruluşuna görə şəxs adlarını
iki qrupa bölmək olar:
1) Sadə şəxs
adları: İlim, Bəhri, Mövlud, Məhlüd,
Vətən, Fəzli, Usman, Xasan və
s.
Sadə şəxs
adları kişi və qadın adlarından
ibarətdir:
a) Sadə quruluşlu
kişi adları: Ömər, Məhəmməd,
Hüseyn, Laçın, İlyas və s.
b) Sadə quruluşlu
qadın adları: Şuşa, Taci, Süsən
və s.
2) Mürəkkəb
quruluşlu şəxs adları: Belə
şəxs adları iki sözün birləşməsindən
əmələ gəlir. Məsələn:
Lətifşah, Abubekir, Balabek, Vəlican,
Şəhmərdan, Gülsara, Bağdaqül
və s.
Mürəkkəb
şəxs adları kişi və qadın
adlarından ibarət olur.
a) Mürəkkəb
quruluşlu kişi adları: Güləhməd,
Zeynali, Şahismayıl, Şahyusif və
s.
b) Mürəkkəb
quruluşlu qadın adları: Sayalı,
Gülzada, Gülşən, Gülhar, canxanım,
Bağdaqül və s.
Kişi adlarının
bir hissəsi dini adlardan ibarətdir: Ömər,
Ali, Məhəmməd, İslam, Namaz və
s.
Kişi adlarının
leksik tərkibi müxtəlifdir. Bunları
aşağıdakı kimi qruplaşdırmaq
olar:
1."Xan" tərkibli
kişi adları: Xanmirzə, Alixan, Vəlixan
və s.
2."Mirzə"
tərkibli kişi adları: Təhərmirzə,
Balamirzə və s.
3."bek" (bəy)
tərkibli kişi adları: Balabek, Əhədbek,
Ənvərbek və s.
4."Şah" tərkibli
kişi adları: Bədirşah, Şahismayıl,
Şahyusif, Muqimşah, Şahvələd,
Şəhmərdan, Şahbaz və s.
5."can" tərkibli
kişi adları: Vəlican, Sabircan və
s.
-Jan (djan) komponentli kişi
adları (Alimjan) digər türk dillərində
də müşahidə edilir. Müasir
uyğurlarda -jan (-djan) komponentli adlar 35% təşkil
edir [151, s. 192].
6."ağa" tərkibli
kişi adları: Bədəlağa,
Yusifağa və s.
Kişi adlarının
tərkibində "Ali" (Əli) sözü
çox işlənir: cumali, Qınali, Köşali,
Palnali, Zeynali, Minəli, Binali, Sərvəli
və s.
7."dar" tərkibli
kişi adları: Təhmindar, Bayraqdar və
s.
Qadın adlarının
da leksik tərkibi müxtəlifdir. Bunları
da aşağıdakı kimi qruplaşdırmaq
olar:
1."can" tərkibli
qadın adları: Gülcan (nənə),
Abican və s.
2."xanım"
tərkibli qadın adları: Gülxanım,
Nazxanım, canxanım, Şəfiqəxanım
və s.
3."Qül" (gül)
tərkibli qadın adları: Narqül, Bağdaqül,
Qülsara, Qülzada və s.
"Qül" komponentli
kişi adları da var: Güləhməd.
Göründüyü
kimi, kişi adlarının tərkibində
"xan", "mirzə", "bek",
"şah", "din", "can" və
s. sözlər, qadın adlarının
tərkibində isə "can", "xanım",
"qül" və s. leksik vahidlər çox
işlənir.
Semantik cəhətdən
qadın adlarını bir neçə
cür qruplaşdırmaq olar:
1. Planet adlarından
ibarət olanlar: Bədriya, Şimşək,
Qünəş və s.
2. Metal əşyaların
adlarından ibarət olanlar: Altun, Kufə,
Furuza və s.
3. Bitki adlarından
ibarət olanlar: Lələ (lalə), Reyhan
və s.
4. Spesifik qadın adları:
Taci (Kamalova), Zərə nənə, Qülhar,
Bilorxala, Mehri, Şuşa, Nunuş və
s.
Kişi adlarını
da semantik cəhətdən aşağıdakı
kimi qruplaşdırmaq mümkündür.
1. Əşya adlarından
ibarət olanlar: Bayraq, Dəmür, Taştan
və s.
2. Planet adlarından
ibarət olanlar: Şimşək (Atayev):
Bu ad həm kişi, həm də qadınlara
verilmişdir; Şimşək Dursunov (kişi),
Şimşək Faxlulova (qadın), Bədir,
Bədirşah və s.
3. Quş adı ilə
bağlı kişi adları: Laçin
(Türkoğli), Laçın (Sağrızeli)
və s.
4. Spesifik kişi adları:
Köşəli, Bəhri, Meyyar, Vətən,
Qınali, İlim, Toraman, Şəhri,
Qoçali, Çəlik, Başad və
s.
Bu xalqın antroponimik
leksikasının bir hissəsi türk, digər
hissəsi isə ərəb-fars mənşəlidir.
Türk mənşəli
şəxs adları çoxluq təşkil
edir: Dursun, Taştan, Dəmür, İşıx,
Orman, Balabəy, Türən və s.
Bununla belə ərəb-fars
mənşəli şəxs adları
da müəyyən münasibətlərlə
(xüsusən də, dini münasibətlər)
əlaqədar bu xalqın məişətinə
daxil ola bilmişdir. Bu baxımdan aşağıdakı
şəxs adları xarakterik sayıla
bilər: Mövlüd, Məhəmməd,
Hüseyn, İlim, İslam, Mikayıl, Bədəl,
Ənvər, Heydar, Fərman, Xalid, Reyhan,
Firuza, Mustafa, Ələddin, Osman, İlyas
və s.
Ərəb-fars mənşəli
qadın adları da çoxdur: Zülfiyyə,
Şahzadə, Sayali, Xeyransa, İzzət,
Reyhan və s.
Axısqa türklərinin
özlərinin göstərdiyi kimi "dilimizdəki
hər yüz adam və qari adından 90-95
-i arap və fars sözləridur ("Vətən
eşqi" qəzetindən). Bu cəhəti
Ömər Faiq də məqalələrində
dönə-dönə qeyd etmişdir [59].
Şəxs adları
leksik-semantik cəhətdən bir neçə
cür təsnif olunur:
1. İgidliklə,
qəhrəmanlıqla bağlı şəxs
adları: Qoçali, Mərdalı, Qəhrəman
və s.
2. Arzu, istək, həsrət
mənalı şəxs adları: Murad,
Həsrət və s.
3. Əzizləmə
mənalı şəxs adları: Vəlican,
Sabircan və s.
4. Gözəllik anlayışı
ilə bağlı şəxs adları:
Qözəl.
5. Vətən anlayışlı
şəxs adları: Vətən, Aləm,
Dünya. Axısqa türkləri üçün
Vətən məfhumu müqəddəs
olduğu üçün şəxs adlarına
da belə adları veriblər. Bu adda Vətənə
məhəbbət, Vətənə
sevgi duyğuları öz ifadəsini tapmışdır.
6. Məişət
sözləri xüsusiləşərək
şəxs adlarına çevrilə bilir.
Məsələn, dəmir - Dəmür,
taş - Taştan, altun - Altun, almas - Almaz və
s.
Bu xalqın familiyalarında
müxtəliflik daha çoxdur. Familiyaların
tərkibindəki şəkilçilərə
görə bunları iki qrupa bölmək
olar:
Tipik olanlar -lı, -li
şəkilçili və oğli sözünün
iştirakı ilə düzələn
soy-köklərdir. -lı, -li şəkilçili
familiyalar milli xüsusiyyəti ilə fərqlənir.
Məsələn, Ş.Adıgünlü,
Yusifli, Muradli, Şahvələdli və
s.
Oğli sözünün
iştirakı ilə düzələn
soy-köklər. Məsələn: İlim
Şahzadə oğli, Müsəddin Seyfəddinoğli
və s.
Türk adını,
Buntürk adını yaşatmaq üçün
Turanşahoğli, Buntürk (Seyfəddin),
Türkoğli (Laçin) kimi soy adlardan istifadə
olunur.
Seyfəddin şəxs
adının sonunda olan Buntürk təxəllüsü
oğuz tayfalarından birini əks etdirir.
Buntürk (böntürk) adı altında
qədim oğuz eli, oğuz yurdu nəzərdə
tutulur. Buntürklər - əsas türklər,
yəni qalın oğuzlardır.
Tipik olan familiyalara nümunə
olaraq yer adlarına qoşulan -li şəkilçili
adları da aid etmək olar. Belə təxəllüslərdən
biri Adıgünli adlanır. Bu təxəllüs
Adıgün kənd adı ilə əlaqədardır.
Adıgün həm də Gürcüstanda
Axısqa türklərinin yaşadığı
rayonlardan biridir.
Tədqiqat göstərir
ki, Axısqa türkləri bu təxəllüsün
bir neçə formasından istifadə
etmişlər. Birinci variant dialekt, ikinci isə
ədəbi dil formasıdır. Hər
iki təxəllüs, inisallardan göründüyü
kimi, ayrı-ayrı şəxslərə
verilmişdir. Tipik olan şəxs adlarına
qoşulan təxəllüslərdən
biri də X.Acarlı təxəllüsüdür.
Təxəllüs "Acarclı" komponentlərindən
ibarətdir.
"Sağrıze"
Gürcüstanda türklərin yaşadığı
kəndlərdən biridir. Bu kənddə
yaşamış Laçın adlı
bir şəxs özünə Sağrızeli
təxəllüsünü götürmüşdür:
Laçın Sağrızeli.
"Varxan" cənubi
Gürcüstanda türklərin yaşadığı
kəndlərdən biridir. Bu kənddə
yaşamış Meyyar, Nədim adlı
şəxslər Varxanlı təxəllüsünü
götürmüşdür: Meyyar Varxanlı,
Nədim Varxanlı.
"Azqur" cənubi
Gürcüstanda Axısqa türklərinin
yaşadığı kəndlərdən
biridir. Bu kənddə yaşamış
Faiq adlı şəxs özünə
Azqurlu təxəllüsünü götürmüşdür:
Faiq Azqurlu.
"Kaxaret"də
Axısqa türklərinin Gürcüstanda
yaşadığı kəndlərdən
biridir. Bu kənddə yaşamış
Şimşək adlı şəxs
özünə Kaxaretli təxəllüsünü
götürmüşdür: Şimşək
Kaxaretli.
"Sakunet"də
Axısqa türklərinin Gürcüstanda
yaşadığı kəndlərdəndir.
Məhəmməd adlı həmin kənddən
olan bir şəxs özünə Sakunetli
təxəllüsünü götürmüşdür:
Sakunetli Məhəmməd.
Kənd adlarından
düzələn təxəllüslər
sadə şəxs adlarına əlavə
olunduğu kimi, mürəkkəb şəxs
adlarına da artırılır. Xeveşenli
kənd adı bu baxımdan səciyyəvidir.
Ali Sultan adlı bir şəxs özünə
Xeveşenli təxəllüsünü
götürmüşdür.
Bu və ya digər
təxəllüslər həmin xalqın
milli xüsusiyyətlərini əks etdirir.
Həmin təxəllüsün familiya əvəzinə
işlənməsini müsbət hal kimi
qiymətləndirmək olar.
"Zazola" da kənd
adlarından biridir. cənubi Gürcüstan
ərazisindədir. Bu addan Zazolali təxəllüsü
meydana gəlmişdir. Həmin təxəllüsü
isə Rızayev Nuri adlı bir şəxs
daşıyır.
Kalmıkiyada yaşayan
Süleyman adlı bir Axısqa türkü
də Zazolali təxəllüsünü
götürmüşdür.
Sise adlı kənd
də Gürcüstanda yerləşir. Astarxanda
yaşayan Vəhli adlı bir şəxs
bu toponimlə bağlı Siseli təxəllüsündən
istifadə edir.
Kikinet toponimindən
Kikinetli təxəllüsü əmələ
gəlmişdir ki, bu təxəllüsü
də cavab Kikinetli adlı bir şəxs
daşıyır. cavab Kikinetli Axısqa
türklərinin məşhur pəhləvanlarındandır.
Qafur Hüseynov adlı
bir şəxsin də təxəllüsü
Kikinetlidir.
Entel kənd adından
Entelli təxəllüsü yaranmışdır
ki, bu təxəllüs də Bədəlağa
adlı bir şəxsə məxsusdur.
Bədəlağa Entelli də axısqalıların
məşhur pəhləvanlarındandır.
Gürcüstanda Axısqa
türklərinin məskunlaşdığı
kəndlərdən biri də Qorqisimda
adlanır. Abbas adlı bir pəhləvan
Qorqisimdalı (Abbas) təxəllüsünü
özü üçün seçmişdir.
Təxəllüslər
təkcə kişilərə məxsus
deyil. Axısqa qadınları da bir sıra
təxəllüslərdən istifadə
etmişlər: Gülxanım Binəli
qızının təxəllüsü
Laşe kəndinin adı ilə Laşeli
əlaqədardır.
Axısqa türkləri
familiyalar əvəzinə ata adından
daha çox istifadə edirlər. Bunun üçün
oğli, qızi sözlərindən istifadə
olunur.
1) oğli sözü
ilə düzələn ata adları. İlim
Şahzadə oğli, Məhəmməd
Paşali oğli, Köşəli Bəhri
oğli, Murad Əfət oğli, cumali
Murad oğli, Müsəddin Seyfəddin oğli,
Eyvaz Əməz oğli, Məhəmməd
Dərvişoğli, İlyas Hüseynoğli,
Şahbəndər Muradoğli, Alı
Sədimoğli və s.
2) qızi sözü
ilə düzələn ata adları: Səriyyə
Mirnağı qızi, Səbriyyə
Mizan qızi və s.
Belə ata adları
da tipikliyi ilə seçilir.
"i" - şəkilçili
familiyalar da qismən yayılmışdır.
Məsələn: Bayram Muslimi, Əli Səbri.
Bayraxdarov familiyalı
antroponimlər də çoxdur. Bu familiya
bütöv bir nəsli əks etdirir. Nəsrətdin
Bayraxtarov, Mövlüd Bayraxdarov, Rza Bayraxdarov,
Rasim Bayraxdarov və s. Bu familiya tipik deyil. Çünki
ov, şəkilçisinin iştirakı
ilə əmələ gəlmişdir.
Şimşək Dursunov, Şimşək
Aytayev, Vahid Validov, Məhəmməd Usmanov,
Bəxtiyar Faxlulov və s. kimi familiyalar da
tip olmaması ilə fərqlənir. -va,
-yeva şəkilçili qadın familiyaları
da çoxdur: Xuşminaz Binaliyeva, Gülzada
Faxlulova, Satun Fayzulova, Taci Kamalova, Zülfiyyə
Mürsəlova, Gülsara Mövlüdova və
s.
Axısqa türklərinin
antroponimik sistemində şəkilçisiz
familiyalar, yalnız şəxs adından
ibarət olan familiyalar da üstünlük
təşkil edir. Belə adlar da spesifikliyi
ilə seçilir. Məsələn: Ömər
Faiq, Hüseyn Çəlik, İlim Səfil,
Güləhməd Şahin, Məhəmməd
Zəki, Rza Şahvələd, Sabircan Toraman,
Zeynul Yektay və s.
Bu mürəkkəb
quruluşlu antroponimlər türk dilinin təsiri
ilə formalaşmışdır. Müasir
Türkiyədə belə antroponimlər
çoxluq təşkil edir.
Tipik olmayan, fars mənşəli
zadə şəkilçili familiyalar da
az da olsa işlədilir. Məsələn:
Şəfiqəxanım Əfəndizadə.
Familiyalarda interferensiya
hadisəsi müşahidə olunur Məsələn:
Azərbaycan dilində,
Minəliyev Elmdar ad və familiyası axısqalıların
dilində Binaliyev İlimdar şəklindədir.
Əksər ad və
familiyalar Azərbaycan ad və familiyaları
ilə oxşarlıq təşkil edir.
Lakin son illər türk modelinə uyğun
ad və familiyalar formalaşmaqdadır. Məsələn,
Məhəmməd Zəki, Zeynul Yektay,
Rza Şahvələd, Nasim Dunmas və
s.
Tipik olmayan familiyalar regional
təsirlərin nəticəsidir. Həmin
təsirlər rus, gürcü, özbək
və qazax dillərinin nəticəsidir.
Tipik olmayan familiyalar,
demək olar ki, şəxsin istəyi və
soy-kökü ilə bağlı deyil, burada
yad dillərin, yad faktorların təsiri
danılmazdır. Məsələn, Axısqa
türkləri Vətənə dönmək
üçün məcburiyyət qarşısında
qalıb öz familiyalarını dəyişmək
istəmişlər. Bu fikrə biz "Vatan
aski" qəzetinin səhifələrində
rast gəlirik. Burada oxuyuruq: "Son zamanlar xalq
arasında başxa-başxa ideyalar yayılmaxdadur.
Bazilari familiya və millətini degişmax
yoluni doğri sayiyer, bu yolinan Vətənə
dönəcəğımizi düşüniyerlar.
Bu yolda "Komsomolğskaə pravda" (02
aprel 1992-ci yil) qəzetində çıxan
məqalə də xalqi şaşurdiyer.
Bütün bunlar bir qrup mənəviyyatca
düşgün adamların quramasıdur"
[70].
Gürcülər də
Axısqa türklərinin gürcü familiyaları
qəbul etdiyini təsdiqləyirlər.
Məsələn, Mayya Purtseladze "Qarı
düşmən dost olmaz" adlı məqaləsində
(məqalə tərcümədə
"Vətən eşqi" qəzetinin
noyabr 1992-ci il sayında dərc edilmişdir
- İ.K) Axısqa türklərinə
düşmən münasibət bəsləyərək
bir şahidin - Georgi Velicanaşvilinin dilindən
yazırdı ki, familiyaları gürcü
familiyası olsa da, məgər gürcüdürlərmi?
Əslinə baxanda,
Georgi adlı bu şəxsin familiyası
olan Vəlican türk adıdır.
Tipik olmayan familiyalara
ən çox gürcü dili təsir göstərmişdir.
Belə ki, məlumdur ki, 20-30-cu illərdə
Axısqa türklərinin familiyaları
məkrli siyasətin nəticəsində
zorla - məcburən gürcüləşdirilmişdir.
N.Marr "Zametki o tureükom
əzıke okrestnostey Abastumani" (1937) məqaləsində
1928-ci ildə Abastumanda Axısqa türklərinin
dilinin fonetik və leksik xüsusiyyətlərini
öyrənərkən bu siyasətin qurbanı
olan həmin xalqın məruz qaldığı
problemləri göstərir [137, 27-31].
Beləliklə, məkrli
siyasət nəticəsində (Stalin siyasəti)
Mesxet-Axısqa türklərinin soykökündə
dəyişiklik edilmişdir. Bir çox
ad və familiyaları gürcüləşdirilmiş,
bir sıra el şairləri Aşıq
Mahmud Yaralaşvili, Aşıq Murad İsparaşvili,
Yetim Gürcü, Aşıq İşva
və b. gürcü sənətkarları
kimi təqdim edilmişdir. Halbuki həmin
sənətkarların dili, istifadə etdikləri
qaynaqlar, öncə milli kolorit həmin sənətkarların
əsərlərinin Axısqa türklərinə
mənsub olduğundan xəbər verir.
İndi də gürcü
familiyalarını daşıyanlar az deyil.
Həmin familiyalar dze, şvili şəkilçiləri
vasitəsilə əmələ gəlmişdir.
1) dze - şəkilçili
Axısqa türklərinə məxsus
familiyalar: Zakir Tutadze, Sariya Lomidze və s.
2) şvili - şəkilçili
Axısqa türklərinə məxsus
familiyalar: Xəlil Quzalaşvili, Lətifşah
Barataşvili, Trubkay Xəlil Quzalaşvili
və s.
Assimilyasiya - gürcüləşmə
meylinin nəticəsində Axısqa türklərinin
bəzi dərnəkləri (məsələn,
"Kısna" dərnəyi) - bizlər,
Axısqa türkü deyilik, Axısqa gürcüləriyik
- deyirlər, beləliklə, özlərini
əsil türklərdən ayırmış
olurlar.
Axısqa türkləri
Qazaxıstanda da uzun müddət yaşamışlar.
Bu uzunmüddətli məskunlaşma onların
ad və familiyalarına da öz təsirini
göstərmişdir. Raxmatullin, Mustafina familiyaları
axısqalıların Qazaxıstan ərazilərində
tarixən yaşamaları, qaynayıb-qarışmaları
ilə əlaqədardır.
Axısqa türkləri
adın (şəxs adı) ixtisar və
əzizləmə formalarından çox
istifadə edirlər. İxtisar və əzizləmə
formaları aşağıdakı morfoloji
göstəricilərlə əmələ
gəlir:
-oş şəkilçisi
ilə: İdoş (Hidayət), Xadoş
(Xədicə), Saboş (Səbriyyə),
Teloş (Telman) və s.
-ış4 - şəkilçisi
ilə: Bunun üçün sözün birinci
hissəsi (iki və ya üç səs)
saxlanılır və üzərinə
həmin şəkilçi əlavə
edilir: İbiş (İbrahim), Diliş
(Dilarə), Fatış (Fatimə) və
s. Bu formalara Azərbaycan antroponimik sistemində
də rast gəlinir.
-ir şəkilçisi
ilə: Kibir (Kəbirə), Fikir (Fikriyyə)
və s.
-ik şəkilçisi
ilə: Sürik (Süreyya), Mizik (Mizayya), Nazik
(Nizami) və s.
-o şəkilçisi
ilə: Sabo (Səbriyyə), Kibo (Kibriyya)
və s.
Bəzi hallarda sözün
ilk iki hecası saxlanılır və heç
bir şəkilçi əlavə edilmir.
Məsələn: Fati (Fatimə), Xədi
(Xədicə) və s.
-at şəkilçisi
ilə: Faxat (Fərhad), Xənzət (Xənzədə)
və s.
Adda baş verən
belə hadisələrə, əsasən,
Azərbaycan dilinin Naxçıvan və
Ordubad dialektlərində və bəzi
türk dilinin dialektlərində rast gəlmək
olur [66, s. 137].
Axısqa türkləri
hörmət əlaməti olaraq adın
sonuna dədə, nənə sözlərini
(qohumluq terminləri - İ.K) əlavə
edirlər: Məlik dədə, Kibar dədə,
Əhməd dədə; Gülcan nənə,
Səkinə nənə, Göyərçin
nənə və s.
Ləqəblər
axısqalılar arasında çox yayılıb.
Ləqəblərlə müraciət
dəb halını alıb. Hər kəsi
öz işinə, sənətinə,
məşğuliyyətinə görə
adlandırmaq əsas xüsusiyyət kimi
diqqəti cəlb edir. Sənətkarlıqla
bağlı ləqəblər intensivliyi
ilə seçilir: Davulçu Mərdalı,
Davulçu Şahbaz, Qavalçı Əhməd,
Zurnaçı Şəhmərdan, Zurnaçı
Əmirşah, Zurnaçı Mehri, müğənni
Müdir, müğənni Nurəddin, müğənni
Mikayıl, müğənni Yunis, müğənni
Zülfiqar, müğənni Lətif, müğənni
Osman və s.
Bu fakt göstərir
ki, Axısqa ellərində sənətkarlar
çoxdur.
Bəzi ləqəblərin,
təxəllüslərin mənasını
açmaq çətindir. Çünki bu
sözlər xalqdan gəlir. Məsələn:
Sürlü Türən, Sabircan Toraman və
s.
Axısqa türklərinin
antroponimləri nitq hissələri ilə
ifadəsinə görə 2 yerə bölünür:
İsmi antroponimlər
adlardan qurulur: Səbriyyə, Mizan, Dərviş,
Məhəmməd, Şimşək,
Müşür, Nihad, Sazair, cabir, Şəhri,
Xasan və s.
Feli antroponimlər fellərdən
ibarət olur: Bunlar sadə, düzəltmə
və mürəkkəb olur.
1) Sadə formada olan
feli antroponimlər: Turdi, Tursun və s.
2) Düzəltmə
formada olan feli antroponimlər: Yitgin (Qomoroli).
3) Mürəkkəb
formada olan feli antroponimlər: cumaqeldi, Xudaberdi,
Berdişükür, Keldimühəmməd,
Dursunmühəmməd, Qurdumurad və s.
Feli antroponimlər bütöv
və yarımçıq formalarda müşahidə
olunur. Bu adların həm birinci, həm də
ikinci tərəfi fellərdən əmələ
gəlir.
1) Birinci tərəfi
feldən ibarət olanlar: Berdimurad, Keldiilim
və s.
2) İkinci tərəfi
feldən ibarət olanlar: cumaverdi, Tanrıberdi,
Dustkeldi və s.
Axısqa türklərinin
antroponimikasına məxsus xüsusiyyətlərdən
biri şəxs adı, ata adı və
familiyanın əvvəlinə hansı
kənddən olmasının göstərilməsidir.
Konkretləşdirmə baxımından
bunun əhəmiyyəti çoxdur. Bu faktı
aşağıdakı cədvəldə
göstərə bilərik.
Antroponimlərə
məxsus səciyyəvi xüsusiyyətləri
göstərən cədvəl
Kəndin adı Nəslin
adı Şəxsin adı Ata adı
Familiya
Qeyd: Dəqiq məlumat
olmadığı üçün bəzi
nəslin adı, ata adı və familiya
göstərilməmişdir.
Yuxarıda qeyd olunduğu
kimi, Axısqa türklərinin bir-birinə
çox vaxt adla yox, məhz ləqəblərlə
müraciət etmələri qədim magig
təsəvvürlərin, insanı şər
qüvvələrdən qorumağa yönəlmiş
ad yasağının qalığıdır.
Asif Hacılı "Axısqa türklərinin
etnik mədəniyyəti" kitabında
onların ləqəblərini də
toplamış və geniş yayılmış
ləqəblərə aşağıdakıları
nümunə göstərmişdir: Aprak
(tənbəl), Beç səmə (yelbeyin),
Verasiya (avara, səfil), Qaraquyruq (yekəbaş,
lovğa), Şoşi (acgöz), Hoyrat (eybəcər),
Quduz böcek (əsəbi, çılğın),
Nakubal (balacaboy), Paşa (səfil, veyil), Peçxat
(hərfi mənası - köhnə süpürgə,
məcazi mənası əl-ayağa
dolaşan adam), Gecrəvi (dəcəl,
zəhlətökən), Xınzır
(kobud, qara adam), Tazlax, sırıx, Filiç
boyli (uzun, nazik adam)... Bundan başqa, fərdi
ləqəblər də var. Ağzıqara
Rəhim, Zarxoş Qafur, Qanli Osman, Qurd Çələm,
Dındıl Xəlil, Tilos Xəlil, Atqafa
Məcid, Zıbıl Məhlüd [27,
s.89].
Fərdi ləqəblər
arasında Sabircana məxsus Toraman, İlimə
məxsus Səfil ləqəbləri
də seçilir. Trubkay Xəlil, Qınali
Gülşən ləqəbləri də
maraq doğurur.
Nəsil adları
- taxımlar. Nəslin mənşəyi
çox zaman nəsil adında - taxımlarda
təsbitlənir. Axısqa türklərində
nəsil adları - taxımlar soy-kök,
peşə-sənət, tarixi xidmətlər
və s-dən doğur. Hər bir taxımda
bir neçə ailə, familiya birləşir.
Məsələn, hal-hazırda Saatlı
rayonunun Varxan kəndində yaşayan Abastubanlı
Hacıgillər nəslinə - taxımına
dörd familiya (Hüseynov, Akifov, İbrahimov,
Aslanov) aiddir. Axısqa türkləri, əsasən,
bu məqsədlə - gil və -lar, -lər
morfoloji göstəricilərindən istifadə
etmişlər.
Hər bir türk kəndi
müxtəlif uruğlardan - taxımlardan
ibarətdir. Bəzi kəndlər üzrə
taxım nümunələri bunlardır:
Varxan - Baxçacikil,
Abdullagil, Balcigil, Həsrətgil, Dabaxgil, Badurgil,
Hasanağagil, Mollagil, Reşidağagil, Tillogil,
colakgillər, Bampagil və s.
Seniban - Hasangil, Torogil,
Qoçagil, Çolokgil, Qukyagil, Tosoygil və
s.
Abastuban - Hacıgil,
Eyyubağagil, Mehrigil, Puşolar, ciftçigil,
Saracoğullarıgil, Qaxgil, Abdıgil, Səfərdədəgil,
Xurşidağagil, Hüsigil, cebeçigil;
Laxis - Mollagil, Dəmircigil,
Qotomangil, Türənağagil, Sulmağagil;
Kikinet - Eyyubgil, Toromangil,
Çobangil, İsmayılemigil, Alıemigil,
Qoryagil, Musagil, İstanbolligillər, Mahmudgillər,
Yetimgil;
Pulate - Qayadədəgil,
Hemidağagil, coşğundədəgil,
Təmiroğullarıgil, Əcərəlilər,
Dursundədəgil, Yuxalar, Husogil, İşıqdədəgil,
Ömürdədəgil, Quşogil, Durajalar,
Yeqanağagil;
Utkusuban - Topaloğullarıgil,
Şamanlar, Xocagillər, Moşolar;
Xero - Üzeyirlər,
Boranlar, Abdurazaxlar, Totoşlar, İbişlər,
Arabağullarıgil;
Zediban - Hacıoğullarıgil,
Altunoğligil, Həsrətlər, Memişlər,
Kurtaoğullarigil;
cela - Balaşgil, İbogil,
Lazgil, Tosogil, Kirtanolar;
Adıgün - Alışangil,
Poladgil, Şeyixgil, Xalidgil, Zəkimgillər,
Lanqolar;
Çeçla - Yavanoğullarigil,
canioğullarıgil, Mollagillər, Qırtseloğligil,
Yaholar, Dadaşoğullarıgil;
Qortuban - Dursunağagil,
Qarasupogil, Sivitlər, Çeçelgillər,
Mollaosmangil;
Xeveşen - Kekeçgillər,
Haytagil, Qırımlar, Qurbangil, Gidellər;
Zanav - Bayraqdarlar, Dədəgil,
Qoçaligil, Danağigil, Hüseynağalar,
Reşidağalar, Yetim İbrahimlər
və s.
20-ci yüzilliyin əvvəlindən
yeni nəsil adları - familiyalar meydana çıxmış,
məşhur ziyalı nəsilləri
olan Nemanzadələr, Pepinovlar, Emilzadələr
və başqalarının yeni tipli taxımları
bütün Qafqaza yayılmışdır.
Axısqa türkləri
familiyalarının mənfur siyasət
nəticəsində dəyişilməsinə
qarşı da etiraz səsini qaldırmışlar.
Filologiya elmləri doktoru Məhərrəm
Qasımlı Qazaxıstanın combul vilayətində
elmi səfərdə olarkən Axısqa
türklərinin də nümayəndələri
ilə görüşüb söhbət
edib. Müşür baba ilə olan söhbət
familiyalara, soy-kökə münasibət baxımından
maraq doğurur. Həmin söhbəti olduğu
kimi burada verməyi məqsədəuyğun
sayırıq:
- Bizim oymaqlarımız
binayi - qədimdən Anadolu bölgəsinin
torpaqları sayılıb. Sonradan sərhəd
çəkiblər, biz qalmışıq
bu üzdə. Yadımdadır, davadan qabaq
əlləşirdilər ki, bizi türklükdən
çıxarsınlar. Özü də
nə desələr yaxşıdır.
Min bir yalan-palannan uydururdular ki, bəs biz qədimlərdə
gürcü olmuşuq, sonradan bizi zorla türkləşdiriblər.
Bu torpaqlar da qədim gürcü torpaqlarıdır.
Odur ki, gərək biz təzədən
qayıdıb gürcüləşək.
Çox deyirdilər, yazıb-pozurdular, di
gəl bir kimsənin ağlına yerləşdirə
bilmirdilər;
- Baba, bəs sənin
familiyan niyə Paşaladzedir?
Elə biləsən
nəsə yarasına toxunur. Sinədolusu
qullab vurub söhbətini bir az da isidir:
- Söhbətimi elə
oraya gətirirəm, oğul. Qəsdən
eləyiblər. Gördülər özümüzü
gürcüləşdirə bilmirlər,
başladılar familiyalarımızı
dəyişməyə.
Biz türklərdə
familiya məsələsi belədi ki, babanın
adına "oğlu" sözü qoşulur.
Mənim babamın adı Paşa olub. Bizə
də Paşa oğlu deyiblər. Di gəl
ki, pasport verəndə Paşaoğlunu
zorla çevirib yazdılar Paşaladze. Qonşumuz
Dadaşoğluydu, elədilər Dadaşidze.
Bir para adları dəyişəndə
qəsdən korlayıblar. Mənim xalauşaqlarım
var. Zeynaloğlu tayfasıdır. O vaxt zorla
yazıblar Zenişvili. Hərəni bir
yolla kökündən azdırmaq istəyirdilər.
Gündə bir hoqqa çıxardırdılar.
- Müşür baba,
bəs sonra niyə fikirlərini dəyişdilər.
Gürcüləşdirmək istədikləri
bir elə əhalini ilan mələyən
səhraya sürgün elədilər?!
- Mən bilən baxdılar
ki, baş tutan iş deyil. Bizi türklükdən
çıxarmaq çətin məsələdir.
Özü də bizim haqq-hesabla Stalin, Beriya
şəxsən maraqlıydı. Dava
vaxtı əllərinə girəvə
düşdü.
Axısqa türklərinin
soy-kökündə olan məcburi dəyişiklik
onların mənəviyyatını sarsıtmadı.
Onlar türk adını yüksək şəkildə
qorudular. Məhərrəm Qasımlı
bu yenilməzliyi aşağıdakı
şerində çox gözəl əks
etdirmişdir: Sökülməyən bənd-bərələr
sökülər,\\ Dəli çaylar yatağından
çəkilər,\\ Dağlar - daşlar
əriyib də tökülər,\\ Türklüyümüz
yenilməz!\\ Qarı düşmən,
yüz dəyişsin adımız,\\ Qandan
getməz dədə-baba odumuz,\\ Gör nə
deyir sümüyümüz - südümüz,\\
Türklüyümüz yenilməz!\\ Sən
ha çalış azdırasan yolunu,\\ Tanıyaram
ulusumu - ulumu,\\ Bağlasan da qanadımı-qolumu,\\
Türklüyümüz yenilməz!\\ Biz qartalıq,
tükü-tükdən seçərik,\\
Gərək olsa, çəkib ağı
içərik.\\ Qanlı-qanlı qılınclardan
keçərik,\\ Türklüyümüz yenilməz!\\
Müşür baba, söylədiyin o sözü,\\
Tanrı qanımıza yazıbdı
özü,\\ Qadir mövlan belə yaradıb
bizi -\\ Türklüyümüz yenilməz!
[39, s. 53-55]
Soyadların assimiliyasiyası
tarixi bir prosesdir. Bu proses bir sıra səbəblərlə
və sosial amillərlə bağlıdır.
Soyadların assimiliyasiyasına iki amil təsir
göstərir: a) linqvistik amillər; b) sosial
amillər. Linqvistik amillərin təsiri
müsbət və mütərəqqi
təsirdir. Bu istiqamətdə daha çox
milli soy-kökə qayıdış ifadə
olunur. Soyadlar bu zaman milliləşdirilir, həmin
dilin özünəməxsus qayda-qanunlarına
uyğunlaşdırılır.
Qeyd etmək lazımdır
ki, türkdilli soyadlarımız əsrlər
boyu assimiliyasiyaya məruz qalmış, xalqın
özü də bilmədən bu adlarda
müəyyən əməliyyatlar aparılmış,
zorakı təsir millətin mənəviyyatına,
tarixi-etnik mədəniyyətinə, milli
varlığına hopmuşdur.
Soy-kökdə olan
əməliyyat-proses "özününküləşmə
siyasəti" ilə bağlı olmuş,
türklər heç özləri də
bilmədən gürcü və digər
familiyaları qəbul etmişlər. Axısqa
türkü cüməli Rasidzenin də bu
haqda fikri dediklərimizi təsdiqləyə
bilər. "Ədəbiyyat və incəsənət"
qəzetinin müxbiri soruşur ki, cüməli
əmi, bəs niyə familiyanız Rasidzedir?
- "Eh, onun da uzun tarixcəsi var. O vaxt Gürcüstanda
yaşayarkən bizə zorla bu famili verdilər.
Özbəgistanda dəyişmək istədik,
qoymadılar, dedilər ki, olmaz. Yuxarıdan
belə tapşırıblar. Qaldıq
məəttəl. Bəlkə indi familimizi
dəyişib əslimizə, soy-kökümüzə
qayıdaq... [19, 27.10. 1989].
Əlipaşa Ənsarov
"Ahıska türkləri" kitabçasında
gürcü millətçilərinin türklərə
qarşı çox uzaqgörən bir siyasət
yeritdiyini, vəzifə başına keçmək
istəyənlərə gürcü familiyaları
qəbul etməyi təklif olunmasını
göstərmişdir, "Ahıska türkləri
arasında zamanın bu ağır millətçilik
təzyiqinə, tələbinə boyun
əyənlər də oldu, familiyalarını
dəyişdirənlər də... Əhali
arasında belə bir ictimai fikir yaratmağa
çalışdılar ki, guya Ahıska
türkləri mənşə etibarilə
gürcüdürlər, yəni gürcüdən
dönmədirlər. Adamların bir qismi
bu fikrə inansa da, böyük əksəriyyəti
bunun təbliğat olduğunu duyur, "biz
gürcüdən dönmə deyilik, türkük.
Həqiqi türk heç vaxt öz dinindən,
millətindən dönməz! [24, s. 7].
"Vətən eşqi"
qəzeti Y.Sərvərovun "Podlostm i
lijemerie-udel izmennikov" adlı məqaləsində
(3 mart 1992-ci il sayında) "iskonnuö familiö"
daşıyanların siyahısını
və onların dönük çıxmasını
göstərmişdir: Matanidze-Matanov Boxoder
(Oşoroli), Korodaşvili - İskanderov Alixan
(Abasdumnni), Şavadze-Mamedov Munur (Muxeli), Şavadze
Şukri (Kexvanni), Dursunov - Manədze Fatul (Üaxanni),
Koçaliev - Koçalidze Said (Zanovli) və
b. [169, 03.03.1992].
Şamil Qurbanov "Vətən
eşqi" qəzetində "Məhsəti
türkləri" adlı məqaləsində
familiyalarda baş verən repressiyanın
səbəbləri haqqında yazırdı:
Türklərin bəzilərinin gürcü
familiyası daşımasına gəldikdə,
demək lazımdır ki, əvvəla,
familiya hələ milli mənsubiyyətin
yeganə ölçüsü deyildir. Rus familiyası
ilə çoxlu gürcü (Sisianov, Mouravov,
Andronikov və s.) vardır ki, onların
gürcü olduğunu heç kəs inkar
etmir. İkincisi, o zaman gürcü familiyasını
daşıyan türklər buna ciddi əhəmiyyət
vermirdilər. Gürcü familiyası ilə
mollalar da vardır. Görünür, buna başqa
cür əhəmiyyət verənlər
və gələcəkdə müəyyən
məqsəd daşıyanlar olmuşdur
[45, 03.03.1992].
Ömər Faiq Nemanzadə
isə vaxtı ilə yazırdı ki,
türklərin yaşadığı
yerlərdə "ürəklərdən
türklük duyğusunu, ağızlardan
türk dilini nə cür olsa çıxarmaq"
meyli bir vaxt çox güclənmişdir.
Hətta türk olan Əlioğlunu məcburən
"Alidze" yazmaq və türk familiyalarını
bu şəkildə dəyişmək
siyasəti baş vermişdir [9, 18.01.1917].
Lakin onlar qəlbən də, ruhən də
türklüyündə qalmışlar
və indi də qalırlar.