.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

     

Dissertasiyanın bu hissəsində türklüyün Gürcüstanla bağlılığı məsələsinə toxunulmuşdur.
Gürcüstan Qafqaz sıra dağlarının güneyində yerləşir. Türkiyə-Ermənistan - Azərbaycan-Dağıstan - Kabartay-Arkazeli və Qaradəniz arasında yerləşən Gürcüstan coğrafi baxımdan, ta qədimdən iki hissəyə ayrılaraq tanınır. Doğu Gürcüstan və Sağ-Gürcüstan.
Ta qədimdən bu yerlərdə türklər yerləşmiş və uzun sürən hakimiyyətə sahib olmuşlar. Türk dili bu ölkədə dərin izlər buraxmışdır. Bir az tarixə baxmamız gərəkdir. Tiflis və Çıldır gölü arasında və Xram çayı hövzəsində yerləşə Tıryal/Tıryalet bölgəsi kurqanlarında Saka (Skuth) atlı köçərilərinə aid çoxlu gümüşdən düzəldilmiş əşyalar əldə olunmuşdur.
Tarixi mənbələr göstərir ki, Saka adı ilə tanınan bu tayfalar Kür çayı boyunca yuxarı hərəkət edib (28000 ailə - 28 oymaq) Karteldə yerləşərək farsları bu ölkədən qovdular və Sarkinet (Sarkın yurdu) adlı şəhər saldılar. Bu zaman həmin ərazilərdə 6 dildə (kartvelcə-gürcücə, xəzərcə, asurca, yahudicə, yunanca, ermənicə) danışırdılar. Filipp oğlu Aleksandr m.e. 320-ci ildə Kartelə gələndə Kür çayı və onun qolları boylarında yəni, «Sağ Gürcüstan» (Tərəkəmə-Gürcüstan kəsiyində) yerləşmiş qorxunc dərəcədə yabanı tayfalardan sayılan Bun-türk (Bön) Saf-oğuzlar kimi yalan və hiylə bilməyən Türk və Qıpçaqlar ilə qarşılaşır. Bunların qoruduqları istehkam: Göruh boyunda və Şavşat quzeyindəki Viran-şehir yerində yerləşən Tukharis (Tukhari), (Xram çayı boyunda, qədimdən Qartal yurdu mənasında «Orbet» deyilən və Çenastan) ortasaylı türklərin ölkədə Ocaqlı Başkumandan xanədanı «Orbeliyan»ların mərkəzi və «Üç-ok» anlamına gələn), «Şam-Şvilde» («Kitabi-Dədə Qorqud» kitabındakı «Şor» boyundan «Şamsoldın» adlı xanədanın malikanəsi) və Kür çayı ilə Xram çayı qovuşuğundakı torpaq hasar («Kunan»)-Hunlar adlı qalaları bu türklərin şiddətlə müdafiə etdikləri «Kartlis-Skovreba»da anladılır.
M.Brossetin fikrincə, qıpçaq şəhəri Sarkinet üçün «Türk orbeliyanlar yapısı» və «Sam-Şvilde» //- Sami-solge (Üs-Ok) istehkam mərkəzində oturan Başkumandalar xanədanı içində, haqlı olaraq «Orbelyanlar Gürcüstanda yerləşən türklərdir», bir yurdları da (İmeretdə və Kutayis) Arquetdə (Arqu yurdu) idi [189].
A.Zəki və V.Toğan Türküstan tarixindən bəhs edən əsərlərində yazırlar ki, Sarkinet adını verən türk tayfasının Orta Asiyada qalan qolunun torunları-nəvələri bu gün «Sarık» və «Sarıq» adları ilə qırğızlar və təkə türkmənləri arasında yaşamaqdadırlar. «Sarkın» adı qıpçaq dillərində «Sarıklar» deməkdir [205, s. 71, 73, 75, 233, 234].
1. Azqur (Axısqa quzeyində qala, Oğuzların «Yazqur»/ Yazır boyundan).
2. Arquet (Kutayisin güneyində bölgə, «Arqu»lardan).
3. Şoraqet (-Şor çayı, Borçalıda Şor / Şor boyundan).
4. Xalxal (Kürün solunda, Şırak - Kızık - düzü kəsimində Alban/Aran hökmdarlar qışlağı).
5. Xoni (Hun, Kutayis elində).
6. Xunan (Hunlar mənasında, Kür-Xram qovuşuğunda torpaq hasarlı alınmaz sayılan yer).
7. Kankark (erməni dilində - «Kankarlar» mənasında, gürcücə, «Kanqarni» - Kanqarlar güclü qıpçaq boylarındadır, Çıldır gölü sahillərində sancaq adıdır).
8. Kasak (646-cı ildə islam fatehində anılır, Kürün sağında və Tiflis-Gəncə arasında).
9. On-Oğuri 550-ci ildə Fars-Bizans müharibəsində, Şərqi Gürcüstanda Fas/Riyon irmağı boyunda qədim Çanar-Laz bölgəsində yerləşən Türk uruğu adıyla, təhrif olunmuş şəkildə «Onur-Kurisi»də deyirlər).
10. Sığnak - Alazan çayının sağında ölkə, mərkəz.
11. Taşırık (Taşırlar, mərkəzi Loru (Lore şəhəri olan Borçalı kəsiyində, Potolemeydə Tosaren).
12. Tukhark (Tukharlar, «Kartlis Skhovreba»da «Tukharisi» - Tukharlı, Şavşat quzeyində qədim istehkam qala, Batı Türküstanda Tokhar tayfasının qolu var, Ağqoyunlulardan «Duharlı Yusif bəy».
13. «Kitabi-Dədə Qorqud»da adı çəkilən və bu gün Gürcüstan ərazisində qalan bölgələr aşağıdakılardır:
1. Ak-sıka qalası (Akhıska)
2. Başıaçuk
3. Karaçuk
4. Kökcə-tağ
5. Tokuz-tümen
6. Tumanın (Tumanlar qalası)
Gürcüstanda xalq arasında yaşayan qədim oğuzlardan
qalma sözlər:
cildo - ödül, mükafat mənasında. «KDQ»-da «culdu» şəklində.
Bani - yüksək, çatı, dam mənasında. «KDQ»-da «Ban-ev» - yüksək otaq.
Qosani - ozan, saz şairi.
Xel-Osani - usta, mahir adam, kişi mənasında.
Qosan - sözündə sonralar «q» səsi düşmüş, söz «osan-ozan» şəklində sabitləşmişdir. Sözün «qusan» (aşıq) forması da mənbələrdə qeyd olunur [190, s. 253-255].
Gürcü dilinə keçən türk sözləri. Belə sözlər təkcə türk mənşəli deyil, həmçinin ərəb, fars, rum, yunan mənşəlidir. Gürcü dilinə keçən bu cür sözlər bəzi fonetik dəyişiklərə uğramışdır.
Gürcü dili (bu dilə kartuli də deyirlər - İ.K.) belə sözləri qəbul edərkən M.Fahrettin Kırzıoğlunun göstərdiyi kimi «səsli ilə bitən adların və sözlərin sonuna bir A və çoxluqla bir İ eklenerek işlənir [207, 23-30. V. 1975, s. 150].
Məsələn:
A) (Türkçə sözlər: adati (adət), almasi (almas/elmas taşi), amaqi (yemək), arxi (arıq), bayraqi (bayraq), baği (bağ-bağça), batmani (batman), bulbuli (bülbül), qutani (kotan, pulluk), kabakhi (kabak, nişangah), ocaki (hocak, aile), soloqa (solak), torula (torul, toğrul, toydar kuşu), yalkani (yelgen), yataqi (yatak), yerişi (yeriş, hucum).
B) Xüsusi adlar: Acara (Acar, qədim eger əvəzinə), Kura (Kür çayı), Batumi (Batum şəhəri), Korkuta (kişi adlı-Korkut), Mamuka (kişi adı-Mamuk), Tatari (Tatar), Turki (Türk).
V) Alınma sözlər. Gürcü dilində işlənən belə sözlərdə leksik vahidin ilk və ya ikinci hecasının saiti düşür. Məs.: Rakhsi (Araks, Aras), Rani (Aran), Rat (Arat - qıpçaqlarda kişi adı), Şota (Aşot, Aşut - kişi adı), çraki (çırak, yağkandili), dram (dirhem, direm), Ksani (Kasan-Kür çayının bir qolu), Karçokh (Karaçuk - «KDQ»-da «Karaçuk-Çoban»), Terqi (Terek çayı) və s.
q) Gürcü dilində «f» səsi olmadığı üçün onun yerinə «p» və ya «v» səslərindən biri işlənir. Məs.: Pineti (Finet-Fin yurdu, Finlandiya), peranqi (firengi, fireng kömleqi), Sapranqeti) Fireng eli, ölkəsi, Fransa), alapi (alaf, heyvan yemi), davtari (defter, hesap kitabı), dapi (def, tef çalğısı) və s.
Gürcü dili şəkilçilərini qəbul etmiş türk soyadları
Gürcüstanda XIX yüzilliyin ortalarında türk bəy ailələrinin soyadlarında gürcü dilinə məxsus aşağıdakı morfoloji göstəricilər işlənmişdir.
1. Şvili - oğlu.
2. Dze - fars dilində keçən «zadə», ən çox bəy ailələrində işlənmişdir.
3. İya və ya Türk dilində nisbət bildirən - lı,
4. Eli -li, -lu, -lü şəkilçisi mənasında.
5. Yani. Türk dillərindəki gil/lər şəkilçilərinin qarşılığı kimi işlənir.
Həmin şəkilçiləri qəbul etmiş 44 bəy ailəsinin soyadları M.Brossetin «Wakhuşt Çoğrafiya»sında və «Tavadlar Listesi»nin sənədlərində qeydə alınmışdır [189, s. 487-490; 492-493].
1. camakuryan (can - Bakuryan (Orbelyan qolu).
2. Yaralış-şvili.
3. Dolenocis-şvili.
4. Barata-şvili (Orbelyan qolundan Barat-Eli bəyləri).
5. Solaqa-şvili.
6. Arquta-şvili.
7. Amilakhori.
8. Xidir-Beqis-şvili.
9. cavaxis-şvili.
10. Tumanis-şvili (Orbelyan qolu, Amerikadakı Tarix professoru Prens Tumanov bunlardandır).
11. (A)Ratis-şvili.
12. Tarxanis-şvili (Tarkhan oğlu).
13. Amir-Ecibi (Emir-hacib-saray naziri).
14. Şalıka-şvili.
15. Şolaka-şvili.
16. Turkistanis-şvili (Turkistanlı oğlu).
17. Korkana-şvili.
18. Qarakani-dze.
19. Karaqozis-şvili.
20. Tur(A) Manis-şvili.
21. Urkmazas-şvili (Urkmez oğlu).
22. Tukhar-Eli.
23. Tazis-şvili.
24. Kadaqis-şvili (Kadaklı-Yasaklı oğlu).
25. Lala-dze (Lalazadə).
26. Tula-şvili.
27. Çubini-şvili (Horasan-sakalı «Bəhrəm-Çubin» nəslindəndir).
28. Tatis-şvili (Tat (Tatlı oğlu).
29. Kobyakhi-dze (Kobyakzadə).
30. Ali-Beqis-şvili (Ali-Beqli oğlu).
31. Budukh-avuri.
32. Şaka-şvili.
33. Ali-Kula-şvili (Şiə müsəlmanı olmuş Ali-Kuli oğlu).
34. Becanis-şvili (oymak Becanlı oğlu).
35. Alkahazis-şvili (Alkasın oğlu).
36. Çaşita-şvili (Çaşit-Devlet-casusu oğlu).
37. Çaçika-şvili.
38. Kay (I) Tmaza-şvili (Kayıtmaz oğlu).
39. Kabak-şvili (Kabak oğlu).
40. Tarulis-şvili.
41. Kar (A) Khana-şvili.
42. Kodala-şvili (Orta-Toroslardakı Bulqar-Karsak oymağı «Kodallı» adı ilə də tanınan Qıpçaq oymağı qolundan «Kodal oğlu».
43. Uqana-dze (Uqanzadə).
44. Ağa-şvili (Ağa oğlu) [207, s. 151-152].
Gürcülər Axısqa türklərinə məxsus olan sözləri də aşağıdakı formalarda işlətmişlər:
Ayasi (ayaz, şafak aydınlığı), Baği (bağ, bağçe), Bağa (beğe, hayvan yemliqi), Palakhi (palak, kıraç yerdə bitən incə yarpaqlı ot), Baykuşi (baykuş), Bayraqi (bayrak), Bokhça, Buqa, Bukhari, Burqi (burqu), Burquli (bulqur), capa (çapa, emek), cari (çeri, asker), ceyrani (ceyran, ceylan), cilağo (cidağu, atın omuzbaşı), cildavo (çağatay-qıpçaq şivələrində cilqava, bir soy tilki), ciridi (cirid oyunu, atlı takım sporu, İstanbul ağızlarında «cirit»), cirid-Oba (ciritçilik, cirit oynama), cuca (cüce, çox ufak gövdeli kişi), Çanari (canar balığı), Çanqali (çengel, yaba), Güli (gül), Dağ (dağma, damğa), Dinçi (dinc, rahat, hüzurlu), Doşaki (döşek), Dudquna (tutkun burunla danışan), Duşaki (KDQ-da tuşak-at və insan ayağına vurulan göstek), Qazli (qazil, yun-iplik), Qutani (kotan, 6-12 cift öküz və ya manda ilə çəkilən ağır yerli pulluk), Xali (hali), Xav (tüq, incə dəri), Xizani (göçkün), Kada (kete, su katılmadan yoğurt və ya süd ilə yoğrulan yufkalar yağlanaraq yapılan və «iç» denilən yağla umaclanmış kısmı ilə çox dayanıqlı yolçu çörəyi (yağ ketesi, tava ketesi, paşa ketesi, şeker ketesi kimi növləri var), Kalaki (kalak, şəhər) Qazax, qırğızlarda da var. «KDQ»-da Oğuz eli çifte başkendindən «Ağça Kala» adı sonundakı «k» səsi düşmüşdür), Kağalki (kağıt, kuru, türkcə - «Kakıt»), Keça (keçe, fərt), Köpaki (köpək), Kaçaği (qaçaq), Kaçaq-Oba (kaçaklık, kazaklık), Kadağa (qıpçaqlarda-yasak), Karaçi (karaçi, çox yağız, esmer kimse), Karavuli (karağul, karavul), Karavi (karaev, kıl-çadır), Karkumi (kakum-çöl hayvanı), Koçaği (koçak, yigit), Koçi (koç), Komrali (kumral), Korqani (korqan, kurqan, tümsek və ya dikmetaş), Kuti (kutu), Maraği (merek, yem və ot, saman anbarı), Noxi (Şəki-Nuxa halvası), Nokari (monqol dilində nökər, başqasının işçisi və ya malını satan), Oda (ev), Ocaxi (oçak, ailə), Tasma, Tati (tetik, ət yeyən məməlilərin en ayağı, pəncə), Tav (baş, qıpçaq dillərində «tav»-dağ mənasında, tepe (Eristav - Er başı), Tavani (tavan (tavan), Teni (ten, islak, nemli), Tuçi (tuç, tunc), tuniki (tənəkə), Tusaqi (tutsaq, əsir), Tusaq-Oba (tutsaklık), Urdo (ordu, qadilə), Yağunti (yakut taşi), Yalkani (yelkən), Yataki (yatak), yonca (ot adı).
Geyim adlarında türklüyün izləri:
Çuxa, Vezneli (fişeklili), Çepken, Arkalık, Kuşak, Serhadlık (enli kayış kəmər), Sallama-Kemer (incə və gümüşlü), Matara (kayışdan bıçaq və başqa əşyalar asılır), Şalvar, Görüklü-Ziqva, Çizme (çarık), Kabalak (papak), Xevsu (kaftan), Süslü corap, Peştemal (önlük), Boncuk (mercan şüşeli), cura (sədəfli saz), Abruşumi (ebrüşüm, ipek, ipekli), Arxaluki (arkalık, kişilərin geydiyi uzun cübbə), Atlasi (atlas, kumaş), Bamba/Pamba (farsca - pambık, pam uklu), Bambazi (pamuklu, kutnu), Başliği (başlık), Boxça, Bur/U/Ka (bürük, bürüncek), cibe (sep), ciğa (cığa, sorğuc), Çanta, Çekme (ayaqqabı), Me-Çekme (çekmeçi), Çoxa (çuka, kişi çekmeçi), Çuli (çul, bərk qumaşdan hazırlanmış geyim), Dambaça/Tambaça (tabanca), Dolbandi (dölbend, tülbend), Dukme/Tokma (düğme), Eleqi (yelek), Qazli (qazil, corablıq yun ipliği), Xalati (ərəbcə - «xilat», xalat, kaftan), Xançali (Xançari-hançer), Kaba (kaba, cübbe, kaftan), Kabalakhi (kabalak, iki yandan başa sarıq kimi dolanan şal - başlıq), Kamari (kemer), Kavuxi (kavuk), Kondaxi (kundak, tüfek), Kürki (kürk), Me-Küke (kürkçü), Kürk-Oba (kürkçülük), Kürtaki (kürdek, qısaqollu qadın kaftanı), Kuti (kutu, koynunda və ya kəmərdə-kuşakda daşınır), Leçaki (leçek, tüldən qadın başörtüyü), Matara, Matraxi (matrak, kamçı), Mesti (mest, mes), Pambuli (pamuklu), Papaxi (papak), Peranqi (firengi gömlek, beyaz və dönmə yaxalı gömlek), Partle (partal, paltar, kumaş), Me-Partle (partalçı, kumaşçı, manifaturaçı), Sima (Sirme-sırma, kaytan, ipekli şerit), Şali (şal), Şalvari/Şarvali (şalvar), Tasma, Tardzi (Terdzi-terzi), Yaraqi (yarağ, kesici silah).
Çalğılarda və oyunlarda türklüyün izləri:
Lek-Uri (lek/ilek/Lezgi oyunu), Mezure (zurnaçı), Medole (davulçu), Vurmalı, Doli («tovıl», «davul») [202, III, s. 165], Diplipito, «Daura» (Dayra, daire), Zilli-def (tef), Çonquri (çonqür/çequr, qopuz, bağlama saz), Çiyanuri (üç telli kemençe).
Nəfəsli çalğı alətləri:
Duduki (düdük), Mey/Meyi/- meydan çalğısı, zurnadan kiçik çalğı), Zazandari/Tulumi/- tulum/tulum-zurna, Salamuri (endən altı, arxadan bir deşiyi olan kaval), Zurna (kamışlı, kıskançalı və tablalı türk zurnası), Ar-La (türküsü), Horovel (xalq şarkısı), Davluri/Davli/Dağlıuri (oyun adı), Xorumi (oyun adı), Dağlıların dansı (oyun adı), Davli oyunu, «Koroğlu» oyunu (kılıç ve ya kama ile iki erkek oyunu), «Kılıç-Kalkan» oyunu, Şorani oyunu, Xançer-Barı oyunu, Bıçak oyunu, Kazbek dansı, Qoça-Oba (-koç oyunu, qoç döyüşdürülür), Çida-Oba (-çida/karğı oyunu), cirit-Oba (-çırıt oyunu), Genc Kızların Ağır Dansı, Terekeme, «Karabağ», «camış Girdi Bağa», ceyrani, Partsa (parça- qıpçaqlarda- barça- bütün- birlikdə oynamaq), Khorum oyuni (Dünya yansa, bir xorum otu yanmaz); Ağzını, bir xorum ot tutmaz (tıkımaz)- deyimləri də axısqalılarda geniş yayılıb. Şavşat-Artvində yaşayan axısqalılar deyirlər ki, «Xorum, bir çeşid oyun» (xalq oyunudur).
Gürcülərdə «xorumi» şəklində söylənməkdədir.
Yemək adları və onlarla bağlı digər sözlər.
Yemək alınan yerlərin adları: Bazar (pazar, çarşı), Bostani (bostan), dukani (dükkan), Me-dukane (dükkançı), Xabazi (ərəbcə-xabbaz - ekmekçi), Xabaz-Oba (ekmekçilik), Kasapi (kasap), Purni (furun).
Qab-qacaq adları:
Badya (badiya, çanak), cami (cam, ağzı geniş tas, su və şarap içmeğe yarar), Çanaxi (çanak), çanqali (çengel, yemek çatalı), Kobi (küp), kalyani (kalyan, nargile), Kapkuri/kapkiri (kefqir, kevqir), Pincani (fincan), Supça/supri (sofra), Şuşa (şişe, şişe kap), Tabaxi (tabak), Taxta, tapa (tava), Tasi (tas), Tepşi (tepsi), tolça (tolça-dolça), Tulumi (tulum, yağ, bal, pekmez, şarap kibi nesneler için), Tuci (tuç/tunç, dökme demir tençere), Tunqi (tünqü, şarap ve su için ufak tulum, tavşan tulumu).
Yemək və içki adları:
Abi (hap), Badrican/Patricani (badıncan/patlican), Banqi (bend, afyon, esrar), Birinci (pirinc), Bozbaşi (bozbaş, pirinc- soğan və bibərli haşlama), Burquli (bulqur), Burnuti (burunoti, enfiye), cadi (çadi-mısır etmeqi/ekmeqi), Çıxitma (çiklutma- çıkıtma- sirke, etli- yumurtalı- sirkeli çorba), Dombaki (tömbeki, nargile tütünü), Komi (kum darısı, darı), Halva (helva), Xaşi (xaşil, kotan xaşılı), Xinkali (xingel, bol yoğurt və yağla bişirilən «tatar böreqi»; etli-xingel- mantı- bu da axısqalılarda sultani yeməklərdən sayılır), Kada (kete), Kandi (kand, kelle-şeker), karaki (kerek yağı) tereyağ) azərbaycanca - kərəyağ, karapapaklar və dağıstanlılar «kere/kereğ» deyirlər [207, s. 165], Kava (kahve), Me-Kava (kahveçi), Kavurma, lavaşi (lavaş, incə və uzun ekmeqi). Ərzurumda «ecem-ekmeqi» deyirlər. Muraba (mürebba, reçel), Plapi (pilav), Şarbati (şerbet), Tarkhuni (tarxun- güzel kokulu bostan otu), Taro (taru, darı), Tutuni (tütün), Zaprani (za'feran).
Ölçü adları:
1. Ağırlıq ölçüləri: Batmani (batman- 6 okka), Çağurdaği (çekirdek, kuyumçu tartısı), Drami (dirhəm), Kankari (qıpçaqlarda «Kankar»ların adı ilə), Miskhali (4 miskal), Nuki (nüqü), Oka (okka - 400 dirhəm), Tukhti (tukht- 3 yumurta);
2. Taxıl ölçüləri: Çanakhi (çanak- yarım kod), Kharvari (kharva/xalvar- 12,5 kod), Kila (kile), Kodi (kod- buğdası 20, arpası 16 kq. Gəlir), Somari (somar- 16 kod), Tağari (tağar- 3 kod);
3. Sulu yemək ölçüləri: koka (koqa/kova- 12 tünqü), Sitil/1/2 tünqü, «Koroğlu» dastanında belə bir cümlə var: «Koroğlu bir oturuşda üç tünqü şarap içər, bir qızarmış qoyun yeyirdi»);
4. Uzunluq ölçüləri: Ağaçi (ağaç, fersax, 5000 m.ə. yaxın yol ölçüsü. «KDQ»-da belə bir ölçü adından istifadə olunmuşdur), Andaza (endazə, terzi, və kumaşçı arşını), Arşuni (arşın- 67 santım);
5. Pul (para) ölçüləri: Abazi (abbasi- 200 dinar- 20 köpük), Altuni (altın- 1 dinar, 5 altun- 1 pul), denqa (tenqe- 1 pul- 5 dinar), min-altuni (bin- altın- 5 abazi (Abbasi- 1 altın), Uz-Altuni (yüz altın- 100 dinar- 10 qəpik- 1 tanqiri (tanqir), Puli (pul- 5 dinar- 1 denqa- yarım qəpik), Tumani (tümən- onbin- 10 bin dinar- 20 altın ruble).
Bu və ya digər dil fakları göstərir ki, Axısqa türklərinin gürcülərlə kontaktları nəticəsində gürcü dilinə türk dilindən qeyd edilən sahələrlə bağlı xeyli sözlər keçmişdir. Gürcü dilində - məişətində belə sözlər daha çox -i- və -a- şəkilçilərini qəbul edib işlənmişdir.

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz