.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.7. Dilin şivələri

     

Bəzi tədqiqatçılar Axısqa türklərinin dilini dialekt səviyyəsində araşdırmışlar. Bu dili türk dilinin mesxet dialekti adlandırmışlar [113, s. 116-122]. Sabircan cəlilov yazır ki, mesxetskiy dialekt əvləetsə odnim iz krupnıx dialektov tureükoqo əzıka na territorii SSSR [109, 1982, №1, s. 128].
S.cəlilov bu dialektdə aşağıdakı şivələrin varlığını qeyd edir: Zeqan şivəsi, Savaelya şivəsi, Axalsıx şivəsi, Sur-Boqa şivəsi, Aspindz şivəsi, Axalkələk şivəsi, keçid şivələri [109, 1982, №1, s. 128].
Axısqa türklərinin dilinin ümumi lüğət tərkibinə, ədəbi dilə məxsus sözlərdən başqa, bu dilin Zeqan, Savaelya, Axalsıx, Sur-Boqa, Axalkələk və s. şivələri üçün səciyyəvi olan sözlər də daxildir.
İndiki şərait, Axısqa türklərinin dilinin müxtəlif regionlarda yaşayan xalqların dillərilə əlaqə və münasibəti bu dildə yeni şivələrin də yaranması üçün müəyyən zəmin hazırlayır. Beləliklə, yerli şivələrin lüğət xüsusiyyətləri hiss edilən dərəcədə öz qüvvəsini hələ də göstərir. Dil nə qədər kütləvi bir xarakter alsa da, ayrı-ayrı ərazilərdə, hətta ümumi bir xarakter daşıyan sözlərin müxtəlif şəkildə işlənməsinə təsadüf edilir. Məsələn: ana; ciyi, abay, nənə, ene və s.
Bu şivə Türkiyədə Qars sərhədləri daxilində fəaliyyət göstərən Qars yerli ağızlarına daxildir. Bu şivədə danışanlar vaxtı ilə Axısqadan Anadolu bölgəsində köç edənlərdir. Dr. Ahmet B.Ercilasun «Kars ili ağızları» (səs bilgisi) əsərində Qars şivələri içərisində Ərdahan-Posov yerli ağızlarını da fərqləndirir. Müəllif yazır ki, Ardahan-Posov yerli ağzıyla konuşan bu türk qolu Kars ilinde en eski teşekküle sahip olan qruplardan biridir. Bunlar Ardahan, (Meşe Ardahan) və Posov qəza mərkəzləriylə bu mərkəzlərə bağlı olan yerli köylərində yaşayan insanlardır. Bunlar XII əsrdə buralara xristiyan olaraq gəlib yerləşən Qıpçaq axınçılarının övladlarıdır [198, s. 32-33].
Söz sonunda «i»-ləşmə hadisəsi Gürcüstan ərazisində yaşayan axısqalılarda olduğu kimi, Qars və Ərdahan-Posov yerli şivələrində də görünür: Məs.: ğari, sünqi, ğuri, oldi, ğirdi, Garsli, ğöli, üzi,oni, buni, ölüsi v.b. [198, s. 149].
Fonetik hadisələrdə açıq-aşkar qıpçaq təsiri aydın hiss olunmaqdadır. Ahmed Ercilasun bu təsir haqqında belə bəhs edir: Terekeme ağzında müəyyən təsir buraxan qıpçaqlar, Ardahan-Posov yerli ağzında daha başqa izlər buraxmışlar. Bu ağızlarda ən çox diqqəti cəlb edən qıpçaq xüsusiyyəti ön damaq saitlərindən sonra qalın samitlərin (ünlü) gələ bilməsidir. XVI yüzildən qalma erməni qıpçaqcasına aid mətnlərdə kopluxunda, keltirqay, kişiğa kimi kəlmələrdə müşahidə edilən bu xüsusiyyət qıpçaq bakiyesi olan Karayımlarla Ardahan Posov, Ahıska, Goruh ağızlarında sahasını çox daha fazla genişlədərək həmən-həmən bütün eklerde ünlü uyumunu pozan bir hal almışdır. Məs.: ğal-, kas və s. [198, s. 147].
Digər Anadolu şivələrinin bir çoxunda aradan çıxmış Ardahan-Posov şivələrində əksinə unudulmayan qaşuh, artuh, başun, qelür, ortaluh kimi nümunələrdəki yuvarlaq ünlülü ekler də şübhəsiz, qıpçaq təsirindən başqa bir şey deyildir.
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz