.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

     

Axısqa türklərinin dilində türk ədəbi dili ilə ortaq olan sözlər də çoxdur. Belə sözlərin bir çoxuna müasir Azərbaycan dilində təsadüf olunmur. Ortaq əlamətləri aşağıdakı kimi göstərmək olar:
Axısqa türklərinin Türk ədəbi Müasir Azərb.
dilində dilində dilində

dişəri disari, çöl, bayır
nasıl nasil necə
cocux jojuq uşaq
qari qari arvad
nerə nerə hara
lazut lazut qarğıdalı
kendi kendi öz
beklemek beklemek gözləmək
çarşi jarsi bazar
soxax jokak küçə
arxataş arkadas -

Müasir Azərbaycan dili ilə ortaq olan sözlər
Müasir Azərbaycan Axısqa türklərinin
dilində dilində

qurd qurd
keçi qeçi
xırman xarman
daş taş
tutmac tutmac
yorğan yorğan
ev əv
meşə meşa
neft-mazut nəft-mazut
Qeyd etmək lazımdır ki, bu əhalinin dilində türk ədəbi dili ilə müqayisədə müasir Azərbaycan dili ilə ortaq olan sözlərin işlənmə tezliyi daha çoxdur. Bunu tarixən həmin toplumun azərbaycanlılarla (Borçalıda yaşayan azərbaycanlılarla və s.) yaxın təması ilə əlaqələndirmək olar.
Bununla belə, bu toplumun dilində elə leksik vahidlər də vardır ki, onu Azərbaycan dilində tərcümə etməyə ehtiyac duyulur. Bunlardan bəzi nümunələri göstərə bilərik:
Axısqa türklərinin dilində Azərbaycan dilində
dirqən yaba
tırpan kərənti
nəfəsluğ pəncərə
bişmiş xörək
kəsdənə şabalıd
sırt təpə
koşat tir
pimpila bibər
zərdə yerkökü
pırasa kəvər
şalğam turp
çarğala çuğundur və s.
Axısqa türklərinə məxsus olan bu sözlərin əksəriyyəti alınma olduğu üçün Azərbaycan dilinə yaddır.
Axısqa türkləri alınma sözləri öz dillərinə uyğunlaşdıraraq istifadə edirlər. Belə sözlər müasir Azərbaycan dilində işlənsə də, fərqli yazı formaları meydana çıxır. Aşağıdakı qarşılaşmadan - müqayisədən bu faktı görə bilərik:
Müasir Azərbaycan Axısqa türklərinin
dilində dilində
maşın maşina
şorba çorbay
sabun sabon
kartof qartopi
-------------------------------
Qeyd: «Qartopi», «qartopu» frpmalarına Azərbaycan dilinin Qarabağ dialektində, o cümlədən Cəbrayıl keçid şivəsində rast gəlmək olur.

papiros paproz
Leksik-terminoloji vahidlərin üç dildə oxşar və fərqli formaları
Bəzi nümunələr:
Axısqa türklərinin Azərbaycan Türk ədəbi
dilində dilində dilində
adres ünvan adres
ayran ayran ayran
bəyaz ağ beyaz
müsafir qonaq misafir
komşu qonşu komsu
qavğa döyüş savas
şifaxana xəstəxana hastane
saxal saqqal sakal
tımrıq dımrıq tirmik
çorbay borş borj
valenok valyonka keje jirme
biznesmen biznesmen is adami
çatal çəngəl satal
dirqən yaba yaba
suç günah suj
vişna gilənar visne
yatırım yatırım yatirim
ekonomik iqtisadiyyat ekonomik
torun nəvə torun
şofer sürücü suruju
qurd canavar (qurd) kurt
bazar bazar bazar
dün dünən dun
jeton jeton yeton (fis)
yelək jilet yelek
soxax küçə sokak
şuba kürk (şuba) kurk
hadisə hadisə olay
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz