.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.3.4. Heyvan adları (zooloji terminlər).

     

Terminoloji söz qrupları arasında heyvan adları da mühüm yer tutur. Bu adların formalaşma tarixi qədimdir. Lap qədim zamanlardan türkdilli xalqlar təsərrüfatın heyvandarlıq sahəsi ilə də müntəzəm məşğul olmuşlar. Vəhşi heyvanları ovlamış, əhliləşdirmiş və ev heyvanları şəklinə salmışlar. Qədim türklər ev heyvanlarını fərqləndirmək üçün müxtəlif adlar qoymuşlar ki, bunların da böyük hissəsi ümumtürkoloji xarakter daşıyır. Bu adlar qədim epoxanı yaşatmaqla yanaşı, həm də heyvandarlıq terminologiyasını formalaşdırmış və zənginləşdirmişdir.
Axısqa türklərinin dilində heyvan adlarını tematik cəhətdən iki böyük qrupa bölmək olar:
a) Ev heyvanlarının adları
b) Vəhşi heyvanların adları.
Ev heyvanlarının adları arasında kənd təsərrüfatında çalışan heyvanların adları da müəyyən yer tutur. Məsələn: at, dəvə, inək, tavar, koyun, qeçi, öküz, douuz, tay (dayça, qulan), tana (dana), kuzi (quzu), oğlax (təkə, erkək keçi), ənük (küçük) və s.
Azərbaycan dilində geniş dairədə işlədilən "mal" sözünü Axısqa türkləri "tavar" şəklində işlədirlər. "Mal" sözü ümumtürk mənşəlidir. Müasir türk dillərində işlənən areal adlardandır. Hər arealda müstəqil işlənir. K.M.Musayev "tuvar" sözünün şərqi qıpçaq qrupu dillərində - yeni mənalarda ("imuhestvo", "boqatstvo") işləndiyini göstərir [149, s.53].
"Davar" sözü müxtəlif fonetik variantlarda müasir türk dillərində işlənir. Türk, Azərb. (davar), türkm. (dovar, bir suri dovar), (tat. tuar, mal-tuar) və s.
"Tuvar"ın qədim abidələrdə tabar (tavar) formaları da var. Məsələn, anta ötriy turqes karlukığ tabarın alıp ebti yulın barmıs ebime tusmts. Uyğur abidələrində, o cümlədən Mahmud Kaşğarinin lüğətində bu ada "dobro", "imuhestvo", "boqatstvo" mənalarında rast gəlirik: bu buşıqı bramanlarka berquluq tavarım yokuçun [121, s. 542]. M.Kaşğarinin lüğətində tavar "skot, imuhestvo, tovar" mənalarında işlənmişdir: tavar kimin, uqilsə, bəkl anar kərkəiur, tavarsızın kalıb, bək erəkç e n eməqyur [202, t. III, s. 343].
"Mal" sözü oğuz qrupu türk dillərində aşağıdakı əsas mənalara malikdir: 1.İmuhestvo, sostoənie, tovar; 2. tovar; 3. skot; 4. denğqi; 5. krasota, prelestğ (arqo) [180, s. 22].
"Mal" sözü başqırd dilində "mal-tıuar skot" formasında işlədilir [149, s. 76].
Qıpçaq qrupu türk dilləri üçün xarakterik olan "sıyır" sözü oğuz qrupu türk dillərinin əksəriyyətində "inək" şəklində işlənir. Lakin Axısqa türklərinin dilində, eləcə də qaqauzların dilində "sığır", "sıır" formasındadır.
Azərbaycan dilində atın balasına - cavanına "dayça", "qulan" deyirlər. Lakin Axısqa türklərinin dilində bu sözün qədim forması ("tay") hələ də qalmaqdadır.
Türk dillərində oxşar variantlar:
tay /dayça/ day / tai /tayunşa / tailak /taixar.
dəvə / dəyə /təyə /tebə / təbə /tgmggn / tgməqən /tgven / tgmgqg, tgmgn [180, s. 23].
at /aduu /at iteu / aduqun /adu/ adun
ayqır /ayqur /ayqır uqez / azraqa /adırqa /aifir
İnək /inek /ine /ungg / inak / uniqg / un"gn.
eşşək /eşək / işək /iljiq / iljqgn / gljiq.
öküz / ököz / uqez /uxer / oqus / ovus / nqus / ukur /uku / ukurg / uker / oquz / oquzça [149, s. 54].
b) Vəhşi heyvan adları: avi (ayı), aslan, kurt, janavar (canavar), sığın (maral), tavşan (dovşan), jamuş (camış), siçan və s.
Axısqa türklərinin dilində işlədilən vəhşi heyvan adları da ümumtürkoloji səciyyəlidir. Etimoloji təhlil göstərir ki, vəhşi heyvan adları türk dillərində ev heyvanlarının adlarından ümumi xarakter daşıması ilə fərqlənir [97, s. 10].
Qeyd etmək lazımdır ki, bu dildə işlədilən vəhşi heyvan adları da Azərbaycan dilində olduğu kimidir. Lakin bəzi fonetik fərqlər özünü göstərir. Məsələn, "avi" heyvan adı Azərbaycan dilində "ayı" şəklindədir.
v) Suda və quruda yaşayan heyvan adları: yilan (ilan), xuliti (kərtənkələ), qəməkli böjük (tısbağa), kurbağa (qurbağa) və s.
q) Ev və vəhşi quş adları: tauux (toyuq), xoroz (xoruz), jüjük, çuçul (cücə), gələmkuş (qaranquş), kukki (ququ quşu), qöqərçin (göyərçin) və s.
d) Həşərat adları: gərincə (qarışqa), kinkilə (ağcaqanad), sinək (milçək), çəkürjək (şala cırcırama), örümjək (hörümçək), pətək (arı, bal arısı), çiya (yağış soğulcanı) və s.
Heyvandarlıq terminlərinin əsas kütləsi ata-baba sözləridir.
Axısqa türkləri Qazaxıstanda olarkən dəvəçiliklə daha çox məşğul olmuşlar. Odur ki, dəvəçilik leksikası bu dildə xüsusi tədqiqat tələb edir.
Qədim çəki və ölçü və zaman adları: karış, misqal, batman, arşun, toxar, hoxqa, girvənkə, pud, kodi, xalvar, süvəm (barmaq ölçüsü), dirsək, qoq (böyük barmaq ölçüsü).
Vaxtın təyini: Türklər günlə vaxtı təyin edirlər. Deyirlər, dəstədən üç saat keçib. Maraqlıdır ki, onlar axirət vaxtını "sonuç" adlandırırlar. Tayfa dilinin qalığı olan bu söz axirət sözünün leksik paralellərindəndir. "Kitabi-Dədə Qorqud" un dilində də (sonucu ölümlü dünya) müşahidə olunur (Bax: Hacıyev Tofiq. Dədə Qorqud.Dilimiz, düşüncəmiz. Yeni Nəşrlər Evi, "Elm" nəşriyyatı, Bakı, 1999, s. 190- 191).

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz