.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.3.3.Xalq təbabəti terminləri.

     

Axısqa türklərinin təbabət tarixi yüzillərin sınağından çıxmış və bu gün də öz elmi-praktik əhəmiyyətini itirməmişdir. Bu xalq təbabətə aid yüzlərlə söz-termin yaratmış və indi də ondan istifadə edir.
Terminoloji leksikanın bir hissəsini də xalq təbabət terminləri təşkil edir. Belə terminlər elmi terminlərdən bəzi cəhətlərinə görə fərqlənir. Xalq təbabəti terminləri milli, müasir tibbi terminləri isə beynəlxalq səciyyəlidir.
Xalq təbabəti terminlərinin bir hissəsi xəstəlik adlarıdır. Xəstəlik adları həm insanlara, həm də heyvanlara aiddir:
a) İnsan xəstəliklərinin adları: göti yara (rak), gitelə (qızılca), mayasir (babasil), yilanjux (qızıl yel), dəmrəvi (ekzema-dəri xəstəliyi), uyuz (qotur), şiş (şiş), ağ (göz qarasına düşən ağ ləkə), gırıx (qırıq), çıxux (çıxıq), yanux (yanıq) və s.
b) Ev heyvanları xəstəliklərinin adları: tabax (dabax), yanigara (azar, qırğın), kuduz (quduz), gotur, qəjəvi (qotur), kəpənək (plevropnevmoniya - ağ ciyərin iltihabı), yağır (cidav - atlarda) və s.

Bu xəstəlik adlarından dəmrov, qırıq, çıxıq, yanıq, dabax, quduz, qotur, kəpənək, cidav Azərbaycan xalq təbabətində də işlədilir.

 

 

 

 

 

 

 


Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz