.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.3.2. Ay, gün, həftə və astronomik adlar.

     

Ay, gün, həftə və planet adlarında xalqın dünyagörüşü, zəkası, inamı və müdrikliyi əks olunub. Bu adların formalaşmasında xalqın müşahidəsi əsasdır. Belə ki, xalq aya, günə və s. öz əlamətinə görə ad vermişdir.
Bu adlar Axısqa türklərinin dilində milli xarakteri ilə fərqlənir. Bu spesifiklik ilk dəfə bu dilin xüsusiyyətlərindən bəhs edən Y.N.Marrın, S.cikiyanın və F.Əliyevin diqqətini cəlb etmişdir [137, s. 28; 113, s. 117; 78, s. 22].
Ay adlarını həm Axısqa türklərinin, həm də bəzi türk dillərinin materialları əsasında nəzərdən keçirək:
Yanvar. Türk dillərində bu ay adının bir neçə paralelləri işlənir. Müasir türk dilində bu ay osakau adlanır. Qaqauzlar isə bu ayı həm janavar, həm də bÿÿk ay - yəni "böyük ay" adlandırırlar.
Axısqa türkləri isə zimhəri-zəmhəri deyirlər. "Zəmhəri" sözü (ərəbcə) - qışın ən soyuq vaxtı deməkdir.
Fevral. Müasir türk dilində bu aya şuvat (subat) deyirlər. Türk dilinin əksər dialektində bu ada rast gəlmək olur. Axısqa türkləri həmin aya qücük (küçük) deyirlər. Axısqalıların fikrincə, qüç sözü ağır deməkdir. Yəni qışın ən ağır vaxtı bu aya təsadüf edir. Lakin mövcud lüğətlərdə "qücük" sözü-qısa, gödək ay mənasında işlənir [98, s. 112]. Doğurdan da, fevralda günlər qısalır, gecələr uzanır. Qaqauzlar da qujuay deyərkən qısa ayı (korotkiy mesəü) nəzərdə tuturlar. Onlar yanvara bÿÿk qujuk, fevrala isə kÿçÿk qujuk deyirlər [172, s. 361].
Mart. Bu ay adının fərqli olanı yoxdur.
Aprel. Əksər türk dillərində, o cümlədən, axısqalıların dilində bu forma saxlanılmışdır. Qaqauzlar isə paralel olaraq həm april, həm də çiçek ayı işlədirlər. Çünki bu ay ağacların, güllərin çiçək açdığı vaxta təsadüf edir. Apreldə hər tərəf gül-çiçəyə qərq olur.
May. Mayis (müasir türk dilində), pipiruda ayı (qaqauz dilində), "Pipiruda" - boboçka, flutura-kəpənək, böcək deməkdir. Bu ayda təbiət gözəlləşir, havalar istiləşir, kəpənəklər, böcəklər uçuşurlar. Qaqauzların diqqətini bu ayda, görünür daha çox kəpənəklərin uçuşu, böcəklərin səs-küyü cəlb edib. Ona görə də bu aya pipiruda adı vermişlər. Qaqauzlar may ayına "ay petri ayı"da deyirlər.
Axısqa türklərinin dilində may ayının başqa adı yoxdur.
İyun. Naziran (müasir türk dilində), "ay petri ayı" (qaqauz dilində). Axısqa türkləri bu aya kirəz ay deyirlər. Kirəz - yunan mənşəli sözdür, gilas deməkdir. Həmin ayda gilas yetişir. Buna görə də belə adlandırılmışdır.
İyul. Temmuz (müasir türk dilində), "ay iliya" (qaqauz dilində), Axısqa türklərirnin dilində bu aya orağ ayı deyirlər. Bundan əlavə, Axısqa türkləri iyulu çürük ay da adlandırırlar. Orağ ayına osmanlıca çürük ay deyirlər. Laz dilində isə iyula çuruği deyirlər [138, s. 143].
Avqust. Agustos (müasir türk dilində), Axısqa türkləri bu aya xarman ayı deyirlər. Qaqauzlarda da xarman ayı işlənir. Çünki bu ay taxılın biçin vaxtıdır: xırman döyülən vaxtdır. Bu ay Azərbaycanın bəzi dialektlərində biçin ayı da adlanır.
Sentyabr. Eylul (müasir türk dilində), Axısqa türkləri bu aya böqrüm (bögrüm) ayı deyirlər. Sentyabrda sığırın, öküzün, inəyin höyürə gələn vaxtıdır. Mal-qara höyürə gəlmə vaxtı çatanda böyürdüyü üçün bu ay belə adlandırılmışdır.
Qaqauzlar isə bu aya həm sentyabri, həm də panaya ayı deyirlər. Bu ad xristianlıqda İisus Xristosun anası bakirə Mariyanın adının epitetidir. Qaqauzlar panayır qunu deyərkən "bazar günü" (bazarnıy denğ) nəzərdə tuturlar.
Oktyabr. Ekim (müasir türk dilində), Axısqa türkləri bu aya şarapayı deyirlər. Bu zaman üzüm və digər meyvələrin yığıldığı, toplandığı vaxta təsadüf edir. Meyvələrdən şərab hazırlanır.
Noyabr. Kasim (müasir türk dilində), Axısqa türkləri bu ayı koçay (sluka oveü i baranov) adlandırırlar. Koçi kattallar tovara, hoqur alsın tavar [137, s. 28].
Qaqauzlar noyabr ayını kasım ayı adlandırırlar.
Dekabr. Araliq (müasir türk dilində), Axısqa türkləri karakış (qara qış) deyirlər. Bu ay qışın ən sərt vaxtıdır. İlin axır ayıdır.
Axısqalılar "güzay", "bahar ayı" adlarından da istifadə edirlər. "Güz"- payız deməkdir. İndi də bu əhalinin dilində güz sözü işlənir: Güzə yaxın meyvələri döşrülür (İ.Şahzadayev).
-------------------------------
Qeyd: Dialekt leksikasında geniş şəkildə işlənən güz/küz/kuz «quzu salınan yer» sözü də mənşəcə «payız mənasında olan qədim kuz sözü ilə bağlıdır. [89, s. 249].

Beləliklə, ay adlarının bəzi türk dillərilə qarşılaşdırılması göstərir ki, Axısqa türklərinin istifadə etdiyi ay adlarında özümlü cəhətlər çoxdur. Bunlar xalqın mifik təsəvvürünün, zəngin dünyagörüşünün məhsuludur. Onların aylar haqqındakı təsəvvürləri maraqlı olduğu qədər də orijinaldır, bir-birini təkrarlamır.
Oğuz qrupu türk dillərində ay adları
cədvəl 3.1.
Müasir Azərb. Dili Müasir türk dili Axısqa türklərinin dili Qaqauz dili
Yanvar
Fevral
Mart
Aprel
May
İyun
İyul
Avqust
Sentyabr
Oktyabr
Noyabr
Dekabr Osak
Subat
Mart
Nisan
Mayis
Naziran
Temmuz
Aqustos
Eylul
Ekim
Kasim
Aralik Zəmhəri
Qücük
Mart
Aprel
Mayis
Kirəz
Orağ
Xarman
Bögrüm
Şarap
Koç
Karakış Vook ayı
Qujuk ayı
-
Çiçek ayı
Pipiruda ayı
Ay petri ayı
Ay iliya
Xarman ayı
Panaya ayı
Oktəbri
Kasım
Dekabri

Kəəbə yoli (müqəddəs yol), Tərəzilər (kiçik ayı bürcü), Hüngərlər (ülkər), Gökyoli (Ağ yol, Süd yoli), (planet adları), ayna, sali (həftə adları) və s. astronomik həyatın spesifik cəhətlərini aydın əks etdirir. Bu adlar arxaikləşsə də, indi yaşlı nəslin danışığında işlədilir.
Həftə günləri
Axısqa türklərinin dilində Azərbaycan dilində
Bazarertəsi birinci gün
Sali ikinci gün
Çerşamba üçüncü gün
cuma dördüncü gün
Perşamba beşinci gün
cumaertəsi altıncı gün
Bazar bazar
Sali (sayılı, sayli) "opredelennıy denğ", "prazdnik" [168, t. II, №2, 1923, s. 103].
"Bazar" sözü türk dillərinə rus dili vasitəsilə daxil olmuşdur. Həmin söz təkcə həftə adını deyil, həm də bazar (rınok) mənasını ifadə edir.
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz