.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.3. Terminoloji leksika

     

Axısqa türklərinin dilinin terminoloji leksikası ümumxalq səciyyəli sözlərdən ibarətdir. Buraya qohumluq terminləri, insanın bədən üzvləri adları, xalq təbabəti terminləri, ay, gün, həftə və planet adları və s. daxil edilir.
Qohumluq terminlərinin əsasını fono-morfoloji quruluşa uyğun olan ümumtürk sözləri təşkil edir. Belə terminlər qədim leksik qatlardandır. Bu xalqın dilində qohumluq terminləri ata xətti (dədə, baba, torun, kardaş, baji, əmi və s.) və ana xətti (xala, tayi, abla, yeqən və s.) üzrə inkişaf prosesi keçirmişdir.
-lux şəkilçisi bu dildə qohumluq bildirən terminlərin formalaşmasında fəaldır: babalux, analux, dədəlux və s. Azərbaycan dilinin Qarabağ, Lənkəran və Qazax dialektlərində də bu şəkilçili qohumluq terminlərinə rast gəlirik [182, s. 168].
Bəzi qohumluq terminlərinin axısqalıların dilində, eləcə də, Azərbaycan və türk ədəbi dillərində müqayisəli göstəricisi.
Nəvə
Axısqa türk dilində - torun
Azərbaycan dilində - nəvə
Türk ədəbi dilində - torun
Dayı
Axısqa türk dilində - tayi
Azərbaycan dilində - dayı
Türk ədəbi dilində - dayi
Arvad
Axısqa türk dilində - qari
Azərbaycan dilində - arvad
Türk ədəbi dilində - kari
Ər
Axısqa türk dilində - koja
Azərbaycan dilində - ər
Türk ədəbi dilində - koja
Ərin bacısı
Axısqa türk dilində - eniştə
Azərbaycan dilində - ərin bacısı
Türk ədəbi dilində - eiste
Baldız
Axısqa türk dilində - qörüm
Azərbaycan dilində - baldız
Türk ədəbi dilində - goruje
Nəticə
Axısqa türk dilində - şöbere
Azərbaycan dilində - nəticə
Türk ədəbi dilində - torun oglu
Qardaş oğlu
Axısqa türk dilində - yeqən
Azərbaycan dilində - qardaş oğlu
Türk ədəbi dilində - yeqen
Əmi arvadı
Axısqa türk dilində - abla
Azərbaycan dilində - əmi arvadı
Türk ədəbi dilində - teyze
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz