.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.2. Alınma leksika

     

Məişət sözlərinin bir hissəsi alınmalardan ibarətdir. "Terminologiyada alınmalar dilin kasıblığına dəlalət etmir, əksinə, onun dil kontakları hesabına zənginləşməsinin göstəricisi kimi çıxış edir" [49, s. 9]. Alınma sözlərdə danışıq dilinin güclü təsiri hiss olunur. Türk dili tədqiqatçısı Xeyriyye Süleymanoğlu Yenisoy yazır ki, mesxet türklərinin söz xəzinəsinə ümumi bir nəzər yetirsək, rus dilinin bu dilə nə dərəcədə böyük təsiri olduğunu görə bilərik. Araşdırdığımız bir hissə alınmaların çox keçmiş zamanda bu dilə keçdiyi məlumdur: vedre (vedro), sapuk (sapoq - çizmə) və s. [33, s. 15].
Alınmaların bir hissəsi interferensiya hadisəsinə məruz qalmışdır. Məsələn, tilivizir (televizor), şilapa (şlyapa), iskam (skameyka), istikan (stəkan), sırtuk (sortuk), potlika (butılka), piçka (spiçka), kirpiç (kərpiç) və s.
Göründüyü kimi, bir qisim məişət sözləri fonetik cəhətdən həmin dilin tələffüz qaydalarına uyğunlaşdırılmışdır.
Alınmalar fonetik, qrafik, leksik, semantik və qrammatik cəhətdən mənimsənilir. Fonetik mənimsənilmə səs əvəzlənmələri nəticəsində baş verir: kuxna - kuxnə, sapuq - sapoq, kirpiç - kirpiç, iliktir - glektriçestvo, kuartel - kvartira, kırış -krışa və s.
Morfoloji mənimsənilmə: makoronnar - makaronı, çulkilər - çulki, tuflilər - tufli və s.
Müəyyən tarixi amillər, məkan-zaman koordinatları ilə bağlı olaraq ərəb, fars, rus-Avropa və Qafqaz dillərindən bu xalqın dilinə xeyli leksik vahidlər daxil olmuşdur.
Ərəb dilindən keçən leksik vahidlər: ramazan, iftar, yəməni (ayaqqabı), maxaç (qayçı), misəfir, Səlimə, Şahmurat və s.
Fars dilindən keçən leksik vahidlər: kəpçə (çömçə), ləngər (padnos), pirinç, əriştə, bəng (xal), yüzqər (külək), bərf (qar) və s.
Bizə elə gəlir ki, alınma prosesi Qafqaz regionunda tarixi şəraitlə bağlı olaraq eyni vaxtda getmişdir. Lakin bəzi alınmalar Azərbaycan dilindən "yan keçmişdir".
Rus-Avropa dillərindən keçən leksik vahidlər: laxana (kələm), lodos (cənub küləyi), tulumba (nasos), olta (tilov), kulup, uçaska, povar, xirul (cərrah), sutka (gün) və s.
Paralel şəkildə işlənən leksik-terminoloji vahidlər də bu dildə çoxdur: sırğa (küfə), havli (dəhliz), anaxtar (açajak, açar), mərtək (dirək), örkən (ip), cəhrə (çığırıq), güz (payız) və s.
--------------------------
Qeyd: Özbək dilində «xovli» şəklindədir.

Müasir Azərbaycan dilində işlənməyən, klassiklərimizin dilində mövcud olan bəzi məişət sözləri bu xalqın dilində hələ də işləkliyini saxlamışdır. Məsələn: Tiğ-qılınc, ülgüc; Tiğ yarasi eylanur, dil yarası eylanmaz (əski söz).
M.Füzulinin dilində: Qəmzəsin sevdin könül, canın gərəkməzmi sana,\\ Tiğə urdun ismi-üryanın gərəkməzmi sana?

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz