.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.1.7. Bəzi bəzək (taxıncaq) adlarının struktur-semantik xüsusiyyətləri.

     

Boncuq. Bu bəzək adının bon hissəsi boyun sözü ilə bağlıdır. Boyundan asılan bəzək əşyası. "Qədim türk lüğəti"ndə bu söz monçak, Azərbaycan dilində munçuq, qazax dilində monşakğ, kumık dilində minçakğ, tatar dilində və onun dialektlərində muen, buyınsa [175, s. 152], V.Radlovun lüğətində [165, t. IV, s. 2120] moinşak "krasnıe busı" şəklindədir.
Küfə. Axısqa türkləri həm sırğa, həm də küfə sözündən istifadə edirlər. Küfə - sırğanın küpəyə oxşamasına görə verilmişdir.
"Kübə" formasında "Kitabi-Dədə Qorqud"da rast gəlirik; Çaya çalmalu, çal qaraquş ərdəmlü, qurqurma quşaqlu, qulağı altun kübəli... [38, s. 148].
Küpə sözünün paraleli kimi Azərbaycan dilinin dialektlərində təpə sözü də işlədilir: Qıza nişan göndərəndə üzüx də, təpə də qoyillər [5, s. 378]; Qulağımı təpə incider [5, s. 378; 122, s. 24].

Türk dillərində daha çox işlənən sırğa sözüdür. Sırğa sözünü bəzi tədqiqatçılar rus mənşəli [165, t. I, s. 398], bəziləri [162, t. II, s. 281/qot mənşəli, Fasmer isə [174, t. III, s. 611] türk mənşəli hesab edirlər. Sonuncu fikir düzgündür. Sırğa - asırğa sözünün kontaminasiya olunmuş formasıdır. "Qulaqdan asılmış bəzək əşyası" - mənasındadır.

 

 

 

 

 

 

 

 

 

 


Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz