Məlumdur ki, məişət
leksikasına məişətin müxtəlif
sahələri ilə bağlı sözlər
- geyim və bəzək şeylərinin
adları, yeyinti məhsulları adları,
ev əşyaları və kənd təsərrüfatı
əşyalarının adları və
s. daxildir.
Bu xalqın həyatı,
məişəti, adət-ənənəsi,
psixologiyası məişət leksikasında
real təsvir olunur. Məsələn: Yəməni,
ya yəməni,\\ Yəməniyə qoy
bəni\\ İki kız bir səvilməz\\
Ya oni al, ya bəni (mani).\\ Biləziqim nal edəyim,\\
Fəracemi qül edəyim (türkü) və
s.
Axısqa türklərinin
dilində məişətlə bağlı
sözlər zənginliyi və qədimliyi
ilə seçilir. Leksikanın bu sahəsinə
aid sözlər, demək olar ki, hələ
toplanmamış, "Sözlük" şəklində
tərtib olunmamışdır. Biz məişətdə
işlədilən sözləri ancaq danışıq
dilindən və folklor materiallarından,
el şairlərinin əsərlərindən,
eləcə də "Vətən eşqi"
adlanan qəzetin səhifələrindən
seçmişik.
Məişət
leksikası deyəndə bu xalqın məişətinə
daxil olan sözlərin ümumi məcmusu
nəzərdə tutulur. Dildə elə
söz və ifadələr mövcuddur ki,
həmin söz və ifadələr hamı
tərəfindən işlədilir və
dərk edilir.
Bu leksika əsas leksik
fondun bir hissəsidir. Məişət
leksikası bu xalqın həyatını,
məişətini, adət-ənənəsini,
konkret ictimai mərhələdə psixologiyasını
əks etdirir. Bu leksikanı leksik-semantik baxımdan
aşağıdakı sahələrə
ayırmaq olar:
1. Ev, tikinti işləri
və ev əşyaları, mətbəx
avadanlıqlarının adları: yastı
damlı ev, çardaqlı ev, havli (dəhliz),
koşat (tir), qübbəvari taxtapuşu
olan ev, kirəmitli ev, baja, tülkülü
pəncərə, kirəmid dam, taxta döşəmə,
yazlux (şüşəbənd), furun,
sac, tandur, kersan, ustura, maxas (qayçı),
anaxtar, mitəkkə, döşəklux,
peşkun, kaşuk, biçak, küp, səbət,
maşa, çəngəl, farduc, süzək,
paxır, kəpçə (çömçə),
vedrəy, sahan (kasa), qüqüm (su üçün
kiçik bardaq), səkü (taxt), miz, sufra,
dolab, tərəkə, mindər, xali-palaz,
oturqax mindəri, yastux, zandux, yorğan, döşək,
boyaynasi, söbə, buxari, kilim, çatal kilim,
cecim, palas, məndil, alaça (palaz), sapli (çömçə),
ibrıx (bardaq), aş taliki (boşqab), çay
talik, ləngər (sini), xasır, kazan, nəlbəki,
sini, çul, həgbəy, marşafa (su
qabı), tas (qüqüm), çötal (vilka).
A) Kişi geyimləri
adları: çarux, çaruxbaği, kömlək,
qaftan, xələt, ətək, kürk,
tavşali, qaytanlı köynək, arxalıx,
dəri papax, başlıx, fəs, çalma,
çoxa, dar şalvar, yelək (zubon), canlıq-jilet,
gödəkcə, "qızılbaş
qiyafəsi", palto, qalife şalvar, frenc,
gimnastyorka, furajka, sırıxli bera, papax,
börk, potinka, qondura, tapuçka;
B) Qadın geyimləri
adları: ehram (bəyaz çadra), belbağ,
şal, tavşal, al don, önlük, gümüş
belbağ, ləçəkli şal, katxa
(altun pulla, bəzənmiş araqçın
növü), çalma, yəməni, foşi,
kondura, çit, çənbər, şitambil,
boyunlux (şarf), buluz (köynək), kabalax
(ayaqqabı dabanı), doppi, şuba, qayısa,
dufli.
Axısqa türklərinin
dilində olan geyim adlarının bir çoxu
ümumtürk sözləridir. Bunların
bəzilərini nəzərdən keçirək:
Giyim. Sözün kökü
gey feli, -im şəkilçisi feldən
isim düzəldən leksik şəkilçidir.
Bu sözün tarixi inkişafı maraq doğurur.
Belə ki, XI yüzilliyə aid qədim
türk abidələrində bu söz knzqu
formasındadır [201, s. 167].
Bu söz türk lüğətində
kedim [165, t. II, s. 1343], Azərbaycan dilində
geyim, türkmən dilində qeyim, kumık
dilində kiyim, qazax dilində kiim, tatar dilində
kiom, qırğız dilində kiyim şəklindədir.
Kömlək. Bu söz
də ümumtürk mənşəlidir.
"Köynək", "rubaşka"
mənasında bir sıra türk dillərində
işləkdir. Müasir türk (qomlek) və
Axısqa türklərinin dilində (kömlək)
variantında olan bu geyim adı Azərbaycan
dilində köynək, kumık dilində
qelek, tatar dilində kumlmek, özbək dilində
kuylak, qırğız dilində koğynoğk,
tuvin dilində xoğylenq variantlarında
müşahidə olunur.
Bu geyim adı qədim
türk mənbələrində də
qeydə alınmışdır. Mahmud
Kaşğarinin lüğətində
kenqleker kenqleklendi-Kişi köynəyini geydi
[202, s. 350-411].
Özbək dilində
geyim adlarından namizədlik dissertasiyası
yazmış M.Asamutdinovanın nöqteyi-nəzərincə,
kelek - komn "vıdelannaə koja" mənasında
olmuşdur [82, s. 16].
Axısqa türklərinin
dilində tışkömlək adı
isə digər türk dillərində
alt köynək (Azərb.), işki koğlek
(qazax), iç kuylak (özbək), ij gomlegi
(türk), tış kelek (qaraçay-balkar),
tıskı koğylek (noqay), tışkğı
kulğdgk (başqırd) və s. formalarda
işlədilir.
Qaftan. Kişi geyimidir.
Sözün mənşəyi mübahisəlidir.
Mahmud Kaşğarinin lüğətində
(I, 408) kaftan "üst geyim, xalat, kaftan"
mənasındadır. V.V.Radlov bu sözü
fars mənşəli kaba (üst geyim) sözü
ilə əlaqələndirir [165, t. II,
s. 434]. Qaftan sözünün kaftan (Azərb.),
kaptal (qırğ.), kaptal (alt.) kaptal (çuv.)
kimi variantlarına təsadüf olunur. İ.M.Otarov
bu sözün kmaptal "kaftan-beşmet"
şəklində qaraçay-balkar dilində
olduğunu göstərir [155, s. 15].
A.Q.Preobrajenski etimoloji
lüğətində "kaftan" sözünü
rus dilindən alınma söz hesab edir [162,
t. I, s. 302].
M.Fasmer isə bunun əksinə
olaraq həmin sözü fars mənşəli
sayır [174, t. II, s. 212].
D.N.Uşakovun lüğətində
də bu sözün fars mənşəli
olduğu qeyd edilmişdir [171, t. I, 1935, s.
1338].
M.Ryasanen hesab edir ki, bu
söz türk dillərinə gəlmədir
və aşağıdakı dəyişmələrlə
inkişaf etmişdir: kmapton - kmaptan - kaftan
[167, s. 65].
Digər müəlliflər
hesab edirlər ki, kaftan - kaptun "dublennaə
şuba" mənasındadır [170,
s.154].
Al don. Ümumtürk
sözüdür. Qadın üst geyimidir. Bəzi
türk dillərində, məsələn,
qaraçay-balkarlar ton sözünü şuba
mənasında (isti, yuxarı geyim) işlətmişlər.
Bu söz qohum türk
dillərində müxtəlif forma və
mənalarda istifadə olunur: don (azərb.),
ton (noq., tat-kumık), tun (tat.), son (yakut).
Bu sözün bir variantı
"iç donu"da türk dillərində
işlədilir. "İç don - işton
- iştan - ştanı [181, s. 173].
Belbağ. Axısqa
qadınlarının üst geyimini bağlayan
əşyanın adı. Bu söz mürəkkəb
quruluşda olub, "bel" və "bağ"
sözlərindən ibarətdir. Həmin
mürəkkəb sözlə hələ
qədim türk qaynaqlarında rastlaşırıq.
Müasir Azərbaycan dilində (belbağı),
qaraçay-balkar dilində (bel bau), kumık
dilində (belbav), yakut dilində (biln), karaim
dilində (belibau) formalarında müşahidə
olunur.
Bəzi tədqiqatçılar
bu geyim adının prosadik əlamətə,
malik olduğunu, belbeu, bel, bau, beu sözlərinin
semantik yaxınlığını, analoji
quruluşlu olduğunu qeyd edirlər [163,
s. 182-183].
Axısqa türkləri
belbağına "oxçuri" də
deyirlər: Əvə gələndən
sonra oxçurini (belbağı) açanda
əmədəni (qəfil) oxçurundan
altun düşiyir [27, 126].
Boyunlux. Şarf mənasında
Axısqa türklərinin dilində işlədilir.
Türk mənşəli söz olan bu düzəltmə
termin, təəssüf ki, Azərbaycan dilində
rus alınması (şarf) ilə öz
ifadəsini tapır. Müasir türk dilində
isə bu söz, söz birləşməsi
şəklindədir (boyun atrisi). Qazax dilində
bu ad moyın oramal şəklindədir
[155, s. 31].
FƏS. Papaq növüdür.
Din adamları mədrəsələrdə
başlarına qoyurlar. D.Uşakov bu sözün
mənşəyini Fes şəhərinin
adı ilə əlaqələndirir.
Fars mənşəli olan bu söz fes, fers,
pes, fng "freska" formasında işlənməkdədir
[171, IV, s. 1070; 158, s. 236].
Başlıx. Başörtüyü
mənasında türk dillərində
işlədilir. Morfoloji yolla (başclıx)
yaranan geyim adıdır [140, s. 271].
Bu adın baslık
(noq.), baslıq (kalmk.) fonetik variantları
da işləkdir.
Şal. Fars mənşəlidir.
Yun materialdan hazırlanmış qadın
baş örtüyü. Şal sözü
müxtəlif dillərdə müxtəlif
formalarda işlədilir. Azərbaycan dilində
şal sözü "yun parça", "dəsmal",
qırğız dilində "şal
jooluk", "kaşameriovıy platok",
erməni dilində "yun kurtka", ləzgi,
çeçen, abxas dillərində aşğal
"platok-şalğ" mənalarında
istifadə olunur [151, s. 124, 515, 611].
Axısqa türkləri
tavşal (tavsal) sözündən də
istifadə edirlər. Bu söz hibrid sözdür.
Sözün birinci komponenti mavi (tavi) qıpçaq
dillərində «dağ», şal
isə fars mənşəlidir.
Çarux. Göndən
kişi və qadın üçün tikilən
ayaqqabı növü. Ümumtürk sözüdür.
M.Kaşğarinin lüğətində
(I, 363) çaruk - ayaqqabının bir növü
kimi göstərilmişdir.
Türk və digər
müxtəlif sistemli dillərdə bu söz
bəzi fonetik dəyişikliklə istifadə
olunur: çarıq (azərb.), çarık
(qaqauz, alt.), şarık (noq.), qen çarıkğ
(kumık), çargk (kürd), çarıx
(talış), çgrq (kalm.), qonüarıx
(diqor.).
M.Xabiçevin fikrincə,
çarıkğ çarı jarı
"zamşa iz oveçğey şkurı"
mənasındadır [175, s. 76].
Şalvar. Kişi
geyimi. Axısqa türklərində şalvarın
iki növündən (dar şalvar, qalife şalvar)
istifadə olunur.
Tədqiqatçılar
şalvar sözünü iran mənşəli
sayırlar. D.Uşakovun lüğətində
bu sözün fars sözü olduğu göstərilmişdir
[171, t. IV, s. 1321]. A.Q.Preobrajenski [162, t. II, s. 1230]
rus sözü olan "şarovarı"
sözünün türk dilində şelvar
"uzun ştan" formasında işləndiyini
qeyd etmişdir.
Müxtəlif sistemli
dillərdə şalvar sözünün
şalbar, şalpar, salbar (oset.), çalbar,
şalbır, şglver və s. variantlarına
təsadüf olunur.
Məişət
sözləri düzəltmə və
mürəkkəb quruluşda da müşahidə
olunur.
Axısqa türklərinin
dilində məişət sözlərinin
tərkibində aşağıdakı
şəkilçilər özünü
göstərir:
ça: ayax-ça,
i: xoşav-i, turş-i, buxar-i (truba), ajax: aç-ajak
(açar), jək: əl-jək: x: kaurma
-kaurmax, la: buğlama - buğlamax: i: bişi,
li: sap-sapli; lux: yazlux.
jux - şəkilçisi
ilə "bonjuk" məişət
sözü əmələ gəlmişdir.
Azərbaycan dilində "muncuk" şəklindədir.
Fikrimizcə, "bonjuk" sözünün
"bon" hissəsi bədən üzü
olan boyunla bağlıdır. Çünki
bu əşya qadınların boynunda olur.
Söz əslində "boyuncuq" şəklində
olmalıdır. Azərbaycan dilində
isə b səsi m səsilə əvəz
edilmişdir (bin-min sözlərində olduğu
kimi).
Mürəkkəb
məişət sözləri. Məişət
sözlərinin bu tipi sintaktik yolla (iki sözün
birləşməsilə) əmələ
gəlir. Bu yolla yeni sözlərin - leksemlərin
yaranması türk dilli xalqların dilinin
leksikasının inkişafında müəyyən
rol oynamışdır.
Müasir dillərdə
sintaktik yolla söz yaradıcılığı
prosesi öz qədim dövrlərindən
fərqli olaraq, bir çox yeni əlamətlər
qazanmışdır. Həmin prosesin tədqiq
mərkəzi analitik və mürəkkəb
sözlərdir. Mürəkkəb məişət
sözləri Axısqa türklərinin
dilində üç formada müşahidə
edilir.
1. Mürəkkəb
söz formasında: ətmək-aşi
(ətməğaşi), çaruxbaği,
südbayaz, qırmaşəkər, boyaynasi,
kırtnamaşekar, Dizqırma, Qoçali,
Topali, əcərəxorum, kələmquş
(qaranquş), koçiteli, zurnaçibaşi,
əsgərbaşi, içğası
və s.
Bunların əksəriyyəti
həmin dilin yalnız özünəməxsusdur.
Zorun varsa, zurnaçibaşi ol (əski söz);
Almay atdım əzildi,\\ Əsgər yola
düzildi.\\ Bir qardaşim var idi\\ Əsgərbaşi
yazıldi (mani).
2. Qoşa söz formasında:
aş-ətmək, kap-kajak, örti-döşək,
davul-zurna və s.
3. Söz birləşməsi
formasında: puşruk çorbasi, qızılcuq
çorbasi, süt çorbası, cincar çorbası,
pirinc çorbasi, tutmac çorbasi, su börəgi,
qulaqlı qətmər, çumana qətmər,
tandur ətməgi, yağli cadi, aş
taliki, çay taliki və s.
3. Yeyinti məhsullarının
adları: buraya müxtəlif xörək,
çörək, içki və şirniyyat
adları daxildir.
Xörək adları
(Taxıl məhsullarından - buğda
və yulafdan hazırlanan xörək adları):
sıyıq, qutab, quymak, xingal, lapata xingali,
əfəndi xingali, beşbarmak, manti, xanım
mantisi, ətmək-aşi, ərişdə,
tatarbəyi.
İ.M.Otarov «beşbarmak»
və «mantı» xörəklərinin
qırğızlarda əsas yemək
növü olduğunu göstərmişdir
[120, s. 127-133].
Ət xörəklərinin
adları: bişi, bazlama, dolma, bozbaş,
savutma, sucuq, kabab, beşbarmak, basdurma, piti, paça,
buğlama, çiğirtma, kavurma.
Aş növləri:
ətli aş, səbzəli aş, südlü
aş, pilav: Toyda təzə, gözəl
urba geyilür,\\ «Bir yastuxda qocalsınlar»
deyilür.\\ Çorba, pilav, qavurmalar yeyilür,\\
Bu yeməkdür - eyi, zayi, şennigin (c.Xalidov).
Axısqalılar «axşamu»
sözünü axşam yeməyi, «sabahu»
sözünü isə səhər yeməyi
mənasında işlədirlər.
Şorba adları:
puşruk çorbasi, qızılcuq çorbasi,
cincar çorbasi, pirinc çorbasi, mərci
çorbasi, tutmac çorbasi, südlü çorba,
süd aşı, pəstil (lavaş) çorbasi.
Digər xörək
adları: bulamaci, kayğana (qayğanaq),
luxma, qələcan, xoyul, ezme, kartopi ezmesi,
pata, paxıraçlama, kələcoş,
kələcan, heris, hoçuta, şirinqurusu,
kartopi haşlamasi, palaça, lazut.
Şirniyyat adları:
qətmər, şəkərləmə,
kəvrək, lüxum, paxlava, siron, qulaqlı
qətmər, çullama qətmər,
subörəki, kətə, halva.
Yeyinti məhsullarının
adları (Süd məhsullarının
adları): yağ, qaymax, qurud, dələmə,
davar peyniri, təpmə peynir, çuma peyniri,
catxi (şor), penir, yoğurt, ayran, atma peyniri,
koy peyniri, çeçil peyniri, güz peyniri.
Çörək növləri:
bişi, yuxa, luxma, üfkə, çadi, pəstil
(lavaş), tandurətməgi, furunətməgi,
xaçapur, somin, suxarı, yuxa, yağli çadi,
arpayəppəyi, buğday əppəyi.
Müasir dövrdə
Axısqa türklərinin etnik-mədəni
özünəməxsusluğu bir çox
örnəklərdə qorunub yaşayır:
|