.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
3.1.3. Heyvandarlıq leksikası.

     

Maddi-mədəniyyət leksikasının bir hissəsini heyvandarlıq terminologiyası təşkil edir. Bu adların formalaşma tarixi qədimdir. Demək olar ki, heyvandarlıq terminləri ümümtürk mənşəlidir: tavar (mal), öküz, tay (dayça), oğlax (erkək keçi), ənük (küçük), avi (ayı), sığın (maral), kərinjə (qarışqa), kinkilə (ağcaqanad), sinək (milçək), səkərjək (cırcırama), pətək (arı), tavşan (dovşan), çiya (soğulcan), posruq (porsuq), toru və s.
------------------------
Qeyd: Toru - qara ilə qızıl arasında bir rəngdə bulunan at: Ben babamın evin yaktın. // tavladan torusun çəktin (türkü).

Bu adların oğuz və qıpçaq qrupu türk dillərində müxtəlif fonetik variantlarına rast gəlmək olur. Məsələn: tay-day - mai - dayça -tayunşa - mailak - maixar; öküz - ököz - uqez - uxer - oqus - ovis - nqus - ukur -uku - ukurn -uker - oquz - oruzra [149, s. 53-55].
Ümumtürkoloji səciyyə daşıyan heyvan adları qədim epoxanı yaşatmaqla yanaşı, heyvandarlıq terminologiyasını formalaşdırmış və zənginləşdirmişdir.
Axısqa türkləri mal-heyvanın və onların yeminin saxlandığı yerlərə də adlar vermişlər: mərək (taxıl və saman saxlanan yer), axor (pəyə), kom (qoyun ağılı), baqa (quru ot tayası) və s.
Axısqa türkləri süd məhsulları ilə bağlı aşağıdakı termin və terminoloji ifadələrdən istifadə edirlər: yağ, qaymak, qurud, dələmə, tavar peyniri, təpmə peynir, çuma peyniri, catxi (şor), yoğurt, ayran, atma peyniri, koy (qoyun) peyniri, çeçil peyniri, güz peyniri və s.
Balıqçılıq leksikası. Axısqa türkləri Kür, Posxov, Anaxtır çaylarından müxtəlif balıqlar ovlamışlar: loko, mursa, canar; Onlar balıqları tutmaq üçün müxtəlif alətlərdən istifadə etmişlər: ip, olta, qırmaq, tor, qanca (qırmaq növü), ciya (soxulcan), ciyaqalə və s.

 

 

 

 

 

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz