Assimilyasiya. Söz tərkibində
bir səsin özündən əvvəl
və ya sonra gələn səsə
təsir etməsi hadisəsi axısqalıların
dilinin fonetik sistemində də geniş yayılmışdır.
Səslərin eyniləşməsi bu
hadisənin əsas məğzini təşkil
edir. Həmin hadisə fonetik və morfoloji
səviyyələrdə meydana çıxır.
Assimilyasiya nəticəsində
söz kökündə olan samit səs sonrakı
səsin təsirinə məruz qalaraq dəyişir
və eyniləşir. Kökə qoşulan
şəkilçi isə sabit qalır.
Axısqa türklərinin dilində fonetik
assimilyasiya s, n samitlərinin "çevik"liyilə
bağlıdır. Yəni, bu səs
özündən əvvəlki səsi
öz təsiri altına alaraq uyğunlaşdırır.
Məsələn, ts (atsa) - ss (assa): Yokari
assa his olur, aşaği qoysa pas olur (əski
söz); nğ (ağnamaq) - nn (annamax): Bişe
ağnaşılmaz dünya varından,
ğəmlənib oturma ahu-zarinən (Usta
Mürtəz).
Assimilyasiya söz kökü
və leksik, qrammatik şəkilçilər
ətrafında müşahidə olunur.
Sözün sonuncu samiti şəkilçinin
ilk samitini öz təsiri altına alaraq eyniləşdirir:
nl (düzənlik) - nn (düzənnux): Tağın
üstündə düzənnuxda bir göl
var (nağıllardan); nl (makaronlar) - nn (makoronnar);
nd (bostandan) - nn (bostannan): Bismillah deməynən
doouz bostannan çıxmaz (əski söz);
nd (arslandan) - nn (arslannan): Yatağan arslannan
gezegen tilki eydir (əski söz); md (adamdan) -
adamnan (mn): Qari yüzli adamnan (kişidən)
adam yüzli qaridən əlhəzə
(əski söz). Morfoloji assimilyasiyada n səsinin
mövqeyi güclüdür.
cingiltiləşmə
hadisəsi. Bu hadisə Axısqa türklərinin
dilində intensiv deyil. Qeyri-bərabər
inkişaf kar samitlərin bu dildə cingiltiləşməsini
təmin edə bilməmiş, nəticədə
bu proses öz qədimliyini Axısqa türklərinin
dilində hələ də qoruyub saxlamışdır.
Zəif cingiltiləşmə nəticəsində
samit səslər söz daxilində keyfiyyətcə
dəyişmir, məsələn, g samitinin
y samiti ilə əvəzlənməsi
müasir Azərbaycan dilində olduğu
kimi görünmür: ignə (iynə), ögüd
(öyüd), degirman (dəyirman), gögərçin
(göyərçin), sögüd (söyüd)
və s. Nümunələr: İgnə
sançdım sögüdə, yeni girdim
ögüdə (mani); Dün gecə neredəydin,
kövlümün gögərçini (mani);
Degirmanın bendinə, dönər kendi
- kendinə (mani); Bu dərənin yavşani,
yügrək olur tavşani (mani).
Labiallaşma hadisəsi.
Labiallaşma hadisəsində belə bir
ardıcıl proses müşahidə olunur
ki, arxa sıraya aid açıq damaq saitindən
dilarxası və dilönü dodaq samitinə
keçid olduğu halda, dilönü açıq
damaq saitindən yalnız dilönü dodaq
saitinə keçid vardır. Dilarxası
qapalı damaq saitindən yalnız dilarxası
qapalı dodaq saitinə, dilönü qapalı
damaq saitindən isə dilönü qapalı
dodaq saitinə keçid mümkündür
[72, s. 14].
Axısqa türklərinin
dilində labializasma bir sıra səs keçidlərini
əhatə edir:
a-o. Məlumdur ki, a
səsindən o səsinə keçid
sonrakı prosesdir. İndi bəzi türk
dillərində (ədəbi dillərdə)
vaxtı ilə a səsinin iştirak etdiyi
sözlərdə o səsinə keçid
baş vermişdir. Lakin Axısqa türklərinin
dilində ilkin forma mühafizə edilmişdir.
Bunu indi müasir bədii əsərlərdə,
qəzetlərdə işlədilən
av, avci, savux, tavux, alav, avuc, qaun kimi sözlər
bir daha təsdiq edə bilər. Bu cür
sözlərin a səsi ilə işlənməsi
qədim xüsusiyyətdir; belə formalara
qədim abidələrimizin dilində də
rast gəlirik: av [121, s. 68, 492]. Deməli,
Axısqa türklərinin dilində inkişafın
qeyri-adekvatlığı nəticəsində
yuxarıdakı sözlərdə labiallaşma
hadisəsi baş verməmiş, proses
ləngimişdir. Nəticədə sözün
tarixən işlənən forması
olduğu kimi qalmışdır.
Aşağıdakı
nümunələr bu cəhətdən
səciyyəvidir: Alavli yürəgin ataşsız
yandi,\\ Bənim həyatımın mənası
anam! (X.Acarli); Bizə güc gələməz
boran, qar, savux,\\ Qırx yildə bunlari biz
çox görmüşux (G.Şahin); Dost
yolunda bir avuc\\ Verməyə canın olsun
(M.Səfili); Toprağa nə əksən,
inkarmi edər, \\Laxana, baklacan, qartopi, qaun (M.Səfili);
İlk bahar olanda yaylaya qaxar\\ İnəgi,
camuşi, tovar surüsi (A.M.Səfili); Qazanduğuz
"şan-şöhrətin" savurdilər
külüni (M.Səfili); Dağ bizim, maral
bizim,\\ Yad avcilər nə gezər (mani);\\
Bu dərənin yavşani,\\Yügrək
olur tavşani (mani).
Türk dillərinin
inkişafının müəyyən
pilləsində a-dan o-ya keçid nəticəsində
av - ov, avci-ovçu, alav - alov, savux - soyuq, avuc
- ovuc, qaun - qovun, savurmax - sovurmaq, yavşan -
yovşan, tavşan - dovşan tipli sözlərdə
labializasiya hadisəsi baş vermiş, a
saitindən o saitinə sıçrayış
olmuşdur.
Azərbaycan dilindən
fərqli olaraq, Axısqa türklərinin
dilində sözün ikinci hecasındakı
a səsi o səsinə keçmişdir.
Məs.: boğaz (Azərbaycan dili) - boğoz
(Axısqa türk dili). Padişahın boğozundan
əkmək keçmiyer ("Şah Abbasinən
Usta" nağılından).
Bundan əlavə,
Axısqa türklərinin dilində aşağıdakı
səs keçidləri müşahidə
olunur:
a-ə keçidi: Çorabın
naxışlari,\\ Çıxamam yoxuşlari.\\
Qardaşa selem götür\\ Əzerbeycan quşlari
(mani).
Toponimik adlarda müşahidə
edilən a-ə keçidi fonetik antonamaziyaları
yaradır. Bu o deməkdir ki, toponimin tələffüz
forması, həmin dil-nitq şəraitində
ə-a uyğunluğu əsas götürülür.
Bu cür antonamaziyalar ə-e saitlərinin
keçidində də müşahidə
edilir: Ağ dəvə düzdə qaldi,\\
Yüki Tevrizdə qaldi (mani).
a-ə keçidinə
aşağıdakı alınma sözlərdə
də rast gəlmək olur: cəməət
(camaat), dərmən (dərman), sələvət
(salavat), əşkər (aşkar), sələm
(salam), sədə (səda), minə (mina),
kələndər (kalendar), maşinə
(maşina) və s.
ə-a keçidi: xasta
(xəstə), xarc (xərc), şarab (şərab),
hafta (həftə), Ali (Əli), xalbur (xəlbir),
geca (gecə).
Prof. M.Yusifov göstərir
ki, Azərbaycan dilində a-ə istiqamətindəki
keçid zəifdir, lakin bir sıra oğuz
qrupu (türkmən) və qıpçaq
qrupu türk dillərində a refleksi üstün
mövqe tutur. Məs.: qəmə (Azərbaycan
dili) - qama (türkmən), qəflət (Azərbaycan
dili) - qaflat (türkmən dili) [72, s. 16].
ə-e keçidi bu
dildə daha çox müşahidə olunur:
edebiyat, senet, kesa, esgi, zengin. Asif Hacılı
bu səs keçidini yuxarı və aşağı
kəndlərin (Axısqa türklərinin
yaşadığı kəndlər
nəzərdə tutulur - İ.K.) təbii
coğrafi xüsusiyyətləri deyil, müəyyən
etnoqrafik və dil çalarları ilə
əsaslandırır və yazır:
Aşağı kəndlərdə
yuxarıların dialekt fərqləri əsasən
s - ş (istiyuruk - iştiyirux), e-ə (e
m i -əmi) kimi əvəzlənmələrdə
təzahür edir. Türk ədəbi dilinə
ən yaxın şivə Axısqa-Azqur
şivəsidir [27, s. 41].
a saitindən e saitinə
keçid türk dillərinin əksəriyyətində
qeyri - adekvatdır. Odur ki, bu istiqamətdə
olan keçidlərdə bir dili digər
dildən üstün hesab etmək mümkün
deyil. Bu cəhətdən müasir Azərbaycan
dili Axısqa türklərinin dili ilə
müqayisədə bu keçid baxımından
sabitliyini qoruya bilmişdir. Müq. et: yaşıl
(Azərbaycan dili) - yeşil (Axısqa türk
dili). Dünya bənə dar gəliyer, Yeşil
daşdan qan gəliyer (Türk marşı).
ö-ə keçidi:
dövlət (devlət), bənövşə
(mənəmşə) və s.
ı-u keçidi. balux
(balıq), bağarsux (bağırsağ),
baba lux (babalıq), balduz (baldız), yazlux
(yazlıq) və s.
Axısqa türklərinin
dilində eyni sözdə ə-dən
a-ya və i-dən u-ya keçid də baş
verir: xərbil (Azərbaycan dili) - xarbul (Axısqa
türk dili).
Axısqa türklərinin
dilində saitlərin keçmə istiqamətləri
özümlü cəhətləri ilə
nəzərə çarpır. Digər
türk dilləri ilə müqayisədə
bəzi sait keçidləri ləngimiş
və nə vaxtsa həmin proses baş
verə bilər. O zaman sözlərin ilkin
formaları yeni strukturla əvəzlənəcəkdir.
Bir sıra keçidlər isə dialekt
səciyyəlidir. Lakin ümumi halda bu hadisə
fonetik sistemin təkamülü ilə bağlı
şəkildə yaranır.
Axısqa türklərinin
dilində samitlərin spesifik keçmə
oriyentasiyası mövcuddur. Bu oriyentasiyalar samitlərin
məxrəcləri ilə əlaqəlidir.
Samitlərin keçidlərində əsas
prinsip "güclü - zəif" iyerarxiyasına
əsaslanır, yəni fonoloji-akustik cəhətdən
güclü olan samit zəif samiti üstələyir
[72, s. 16].
Samitlərin keçid
istiqamətləri, başlıca olaraq,
aşağıdakı iyerarxiyaya əsaslanır:
b-p istiqamətində
keçid: parmax (barmaq), pac (bac), pal (bal), çorap
(corab), səpət (səbət), panqa
(banka), patinka (botinok), qəssap (qəssab).
Nümunələrdən göründüyü
kimi, bu dildə b samitinin refleksi kimi p samiti işlənir
və bu da həmin dildə cingiltiləşmə
meylinin zəifliyi ilə bağlıdır.
Bəzi alınma sözlərdə
əksinə keçid istiqamətləri
(p-dən b-yə) müşahidə olunur:
başport - pasport.
q-k istiqamətində
keçid: kara (qara), kuyi (quyu), kılıc
(qılınc), kardaş (qardaş), buruk
(buruq), kayğanaq (qayğanaq), kəhvə
(qəhvə), kazan (qazan), kız (qız),
kuzi (quzu), koy (qoyun), kayın (qayın), kabux
(qabıq), kazayaği (qazayaği) və
s.
Axısqa türklərinin
dilində əksər vaxt q səsi əvəzinə
x səsi işlənilir. Bu vəziyyət
söz sonunda müşahidə edilir: kabux
(qabıq), yaprax (yarpaq), budax (budaq), kavax (qabaq),
kuyrux (quyruq), kırıx (qırıq),
çıxux (çıxıq), yanux (yanıq),
oğlax (oğlaq), bajanax (bacanaq), kabalax (qabalaq),
bonjux (muncuq) və s.
Axısqa türklərinin
dilində h samitinə x səsi mövqeyində
rast gəlmək olur. Məsələn,
harman (xırman), haşlama - kartopi haşlaması
(xaşlama). Müasir türkmən dilində
də həmin mövqedə işlədilən
sözlərə təsadüf olunur. hendek
(xəndək).
Əksinə, müasir
Azərbaycan dilində h samiti ilə başlanan
və bitən elə sözlər vardır
ki, bunlar Axısqa türklərinin dilində
x səsilə ifadə olunur: xasır (həsir):
Nə kilim qalmışdür, nə əsgi
xasır (M.Səfili), sabax (sabah), ancax (ancaq).
g səsinin q samiti ilə
əvəzlənməsi. Bu hadisə
Axısqa türklərinin dilində geniş
yayılmışdır: qörüm (görüm),
qə-lin (gəlin), qöqərçin
(göyərçin), qül (gül), qünəş
(günəş), qüz (güz) və
s.
M.Şirəliyev bu
hadisənin Zaqatala və Qax şivələrində
müşahidə olunduğunu göstərmişdir:
qün, qördi, qöz, qomuş və s.
[66, s. 84].
Alınma sözlərdə
x samiti ğ samiti ilə əvəzlənir:
buğantel (buxalter), buğantellux (buxalterlik).
Axısqa türklərinin
dilində q səsinin x səsi ilə əvəzlənməsinə
də rast gəlirik: Yuxarıda qeyd edildiyi
kimi qoşa q səsləri əvəzinə
x səsi işlədilir: saxal (saqqal), çaxal
(çaqqal). Qoşa q səsi qoşa x səsilə
də əvəzlənir: doxxuz (doqquz).
ğ səsinin x səsilə
əvəzlənməsinə az da olsa
bu dildə təsadüf olunur: axsuvax (ağ
suvaq): cumadan-cumaya gəlür sədələr,
Axsuvaxli, mərmər taşli adalar (Usta
Mürtəz).
y səsinin q səsi
ilə əvəzlənməsi. Bu əvəzlənmə
tarixən qədimdir. Axısqa türklərinin
dilində bu qədim xüsusiyyət hələ
də qalmışdır. Aşağıdakı
sözlər bu baxımdan səciyyəvidir:
söqüt (söyüd), çiqit (çiyid),
iq (iy), düqün (düyün), iqnə (iynə):
İlim-ilim iqnəsi, ilim xatun düqməsi
(bulmaca), İqnə sançdım sögüdə,
Yengi girdim ögudə (mani).
s-ş əvəzlənməsi:
Vaxtı ilə akademik Y.N.Marr Axısqa türklərinin
dilində bu keçid prosesini müşahidə
etmiş və iştər (ister) sözündəki
ş-s əvəzlənməsini nümunə
göstərmişdir [137, s. 27].
s və ş samitləri
məxrəclərinə görə
yaxın səslərdir. ş samiti s samitinə
nisbətən bu dildə güclü artikulyasiyaya
malik olduğundan bəzi sözlərdə
üstün mövqe qazanır və s samitinin
yerinə işlənir: Gövül iştar,
düşem dövran eyliyem,\\ Qoy çox olsun
belə toyi şennigin (c.Xalidov); Yuxi yastux
iştəməz (əski söz); Yügrək
at qamçi iştəməz (əski
söz); Getdi gül, gəldi bülbül,
iştər ağla, iştər gül
(mani), hər keş (kəs) vətəndə
yaşar, biz qaldux köşələrdə
(mani). Belə bir keçid də tarixən
qədimdir, tarixi abidələrimizdə,
Azərbaycan klassiklərinin əsərlərində,
həmçinin qərb qrupu dialektlərində
belə keçid prosesi müşahidə
olunmuşdur: şaj (sac), şancı (sancı)
[72, s. 83].
Həmin sözlərə
şanşu şəklində qazax, ş
a ş şəklində isə qaraqalpaq
dillərində də rast gəlirik [72,
s.39].
s-z əvəzlənməsi:
Axısqa türklərinin dilində s samitindən
z samitinə keçid söz əvvəlində
və söz sonunda özünü göstərir.
s samiti akustik - fonoloji cəhətdən
z samitindən güclü olsa da, Axısqa
türklərinin dilində əksinə
müşahidə olunur: zarxoş (sərxoş)
- Zarxoş puvarlar, Zarxoş Qafur; zandux (sandıq),
zanki (sanki) - Məndüfün gövdəsi
boşlaşdı, zankioni dov vurdu ("Vətən
eşqi" qəzeti, noyabr 1992-ci il), zanmax
(sanmaq) - Əsgərə gedəni gəlürmi
zandım, kəsilən kəlləri
qoyunmi zandım (folklor nümunəsi); giraz
(gilas) və s.
Bəzi hallarda əksinə
keçid prosesi də müşahidə
olunur. Məsələn: Azərbaycan dilində
sonu z samiti ilə bitən bəzi sözlər
bu dildə s səsilə ifadə olunur:
palas (palaz).
c-j əvəzlənməsi:
Azərbaycan dilinin dialektlərində müşahidə
edilən bu əvəzlənməyə
Axısqa türklərinin dilində də
rast gəlmək olur. Aşağıdakı
sözləri bu əvəzlənməyə
nümunə göstərmək olar: jəuüz
(cəviz), jamuş (camuş), janavar (canavar),
böjük (böcək), jüjük (cücük),
çəkürjək (dəmirçi),
örümjək (hörümcək), yonja
(yonca), haj (hacı), jüzdan (sumka), tüjjər
(tacir), xoja (xoca).
b-m əvəzlənməsi.
Müasir Azərbaycan dili ilə müqayisədə
Axısqa türklərinin dilində bu cür
əvəzlənmə qeyri-bərabərdir.
Yəni, həm b, həm də m refleksləri
bu dildə eyni səviyyədə qorunub
saxlanmışdır. Müq. et: bonjuk (Axısqa
türk dili) - muncuq (Müasir Azərbaycan dili),
mənəmşə (Axısqa türk
dili) - bənövşə (Azərbaycan
dili), bin (Axısqa türk dili) - min (Azərbaycan
dili). Nümunələr: Bənim səvdəli
yarım, Gecəyi bələr gəlür
(mani), Puvar, zarxoş axarsın, Mor mənəmşə
qoxarsın (mani).
f-p əvəzlənməsi.
P samitindən F samitinə keçid Axısqa
türklərinin dilində sözün əvvəlində
özünü göstərir: Poşi - foşi:
Foşilər, ay foşilər, Əl
degməmiş foşilər (mani).
d-t əvəzlənməsi.
Axısqa türklərinin dilində işlənən
t samiti əksər sözlərdə d
samitinin refleksi kimi çıxış
edir. Belə əvəzlənmə sözün
əvvəlində və sonunda özünü
göstərir: tuar (divar), ton (don), tolma (dolma),
tırmıx (dırmıx), tayi (dayı),
tavar (davar), tay (dayça), tabak (dabaq), tavşan
(dovşan), armut (armud) palut (palıd), taş
(daş), süt çorbasi, (süd şorabası),
tarax (daraq), tört (dörd), tokuz (doqquz), tuz
(duz) və s.
n-v əvəzlənməsi:
kövül (könül), dovuz (donuz): Kövlüm
qöqərçin oldi, Durmuyer yad vətəndə
(mani): Kövül iştar, düşem dövran
eyliyem (c.Xalidov). Dovuzun bitin ələn alma
ki, başan çıxar (əski söz).
Səsdüşümü.
Qədim fonetik hadisələrdən olan
səs düşümünün söz daxilində
yaranması, başlıca olaraq, səslərin
tutduqları mövqe və münasibətlə,
həmçinin səslərin güc iyerarxiyası
ilə əlaqədardır. Belə ki,
nitq prosesində bəzi səslər gücünü
itirir və əvvəlki mövqeyində
qala bilmir. Səslərin düşümü
nəticəsində sözlər sadə
şəkil alır və bu prosesdə
"artıqlıq" deyilən qüsur
aradan götürülür. Əvvəlcə
nitq daxilində əmələ gələn
bu hadisə sonradan dil normasına çevrilir.
Axısqa türklərinin
dilində səs düşümünün
aşağıdakı tiplərinə
rast gəlmək olur.
a) Səslər sözün
ortasında düşür. Söz ortasında
n, l, h, r, v, d, y samitləri düşür.
Bu samitlərin bəzi türk dillərində
düşümü, fikrimizcə, nitq prosesi
ilə əlaqədar olsa da, Axısqa türklərinin
dilində artıq bədii əsərlərin
və mətbuatın dilinə yol tapmış,
beləliklə, dil normasına çevrilmişdir.
n səsinin düşməsi:
Sora (sonra) gəmükləri yığıyer,
ancaq düz yığmıyer ("Vətən
eşqi" q. noyabr 1992-ci il), Qərəfil
(qərənfil) qoxi neynar (Taxtalar muxi neynar)
(mani).
H.Mirzəzadə n
səsinin sözdə düşümünü
qədim hadisə hesab edir və aşağıdakı
nümunəni də göstərir: Tortasın
atandan sora. Yüz dirhəm zeytun yağı
töküb. ordan alış-veriş kəsülür
[52, s. 31].
l səsinin düşməsi:
İlk bahar olanda yaylaya qaxar, İnəgi,
jamuşi, tovar sürisi (Aşıq Məmməd
Səfili), Qax ayaği ey məzlum xalq, Şər
atarlar yatma nahax (Aşıq Məmməd
Səfili), Nəsrəddin oxuyer, koç
ayaq kaxiyer (nağıllardan).
v səsinin düşməsi:
Bu samit iki qalın sait (u, a) arasında düşür:
puar (puvar), qaun (qavun), daul (davul), tuar (divar). Nümunələr:
Düzündə gezibdə, meşəyə
çıxın, Puardan, dəryadan açılmaz
gözün (Aşıq Məmməd Səfili),
Torpağa nə əksən, inkarmi edər?
Laxana, baklacan, qartopi, qaun (A.M.Səfili), Səslənsin
toylarda zurnanın səsi, Patladın dauli
qızışsın meydan (A.M.Səfili),
cəhd edib qaxanda tuardan dutma (A.M.Səfili).
d səsinin düşməsi:
qünüz (gündüz). Qünüz günəşlidir,
gecə işıxli, İşığa
qərq olmiş nur Kobilyani (A.M.Səfili).
r səsinin düşməsi:
biləzük (bilərzük), patlatmax (partlatmaq);
Səslənsin toylarda zurnanın səsi,
Patladın dauli qızışsın
meydan (A.M.Səfili).
y səsinin düşməsi.
Axısqa türklərinin dilində o, u
saitləri arasında y samiti düşə
bilir: saux (soyuq), taux (toyuq); Baxarım yağan
qara\\ Toprax saux nəfəsli\\ Həsrətim
səvən yara (A.M.Səfili).
b) Səslər sözün
əvvəlindən düşür. Bu
səs düşümünə çox
az təsadüf olunur. Yalnız örümjək
(hörümçək) sözünün
əvvəlində h samitinin düşməsinə
təsadüf etmək olur.
v) Səslər sözün
sonunda düşür. Alınma sözlərdə
bu düşüm daha geniş yayılmışdır.
h samitinin düşməsi.
Mət (h), padişa (h): Daima mət edem molla
Kələşi. Dəliğaniləri
bənzər huri qılmana (A.M.Səfili);
Padişa qızi onlara diyer ki, elə bir
saray yapacaqsızki, heç bir vilayətdə
olmasın ("Şah Abbasinən usta"
nağılından).
t samitinin düşməsi:
sərbəs (t), manifes (t), oblas (t).
ə saitinin düşməsi:
nec (necə): Bir miras sorayım, miras deqirman,
Aşıxların sadıx yari nec olmiş
(A.M.Səfili).
Azərbaycan dilində
sonu l samitilə bitən bəzi sözlərə
cəm şəkilçisi (-lar) artırılanda
qoşa samitli söz əmələ gəlir.
Məs.: yollar, ballar, mallar. Axısqa türklərinin
dilində qoşa l samitlərindən biri
düşür. Məs.: yolar/Tağlari
karladilər, yolari bağladilər (mani).
Səsartımı.
Səsartımı hadisəsi dildə
səsdüşümünün əksidir.
Səs artımı hadisəsinə təkcə
türk mənşəli sözlərdə
deyil, həmçinin alınma sözlərdə
də təsadüf olunur. Alınmalara artırılan
səslər söz alan dilin qanunlarına
unifikasiya olunur. Axısqa türklərinin
dilindəki alınmalarda bu fonetik hadisə
geniş yayılmışdır. Səslər
sözün əvvəlinə artırılır,
bu dilin orfoepik tələblərini ifadə
edir.
Axısqalıların
dilində səsartımının məqamı
və sabitləşmə dərəcəsi
nəzərə alınmır. Ümumiləşmiş
qanuni bir hal sayılmayan (müasir Azərbaycan
dili ilə müqayisədə) məqamlar
yazıda da qeyri-qanuni olaraq sabitləşmişdir.
Bunlar alınmalarda ən çox müşahidə
olunur.
a) Alınma sözlərə
artırılan səslər: istikan (stakan),
iskam (skameyka), iştapil (ştapel): Ermanilar
kəndi dinin taparlar, İstikani bir-birindən
qaparlar (A.M.Səfili); Furun üstündə
furun,\\ Əngəllər geri durun\\ Bu gecə
yar gələcəx\\ Altun iskamlar qurun (mani).
Axısqa türklərinin
dilində protezanın digər növləri
ilə də qarşılaşırıq.
Rus alınmalarında səsartımı
sözün həcmini, kütləsini artırır.
Haftamat (avtomat), hayripulan (aeroplan) və s.
Axısqa türklərinin
dilində ən çox müşahidə
olunan səsartımı h-laşma hadisəsi
ilə bağlıdır. h səsi, əsasən,
a səsi ilə başlayan axl (ağıl),
açar, ax (ah), arx tipli sözlərin əvvəlinə
artırılır. Məsələn,
Arın haxli tarimar, genə səvdə
bəndədir (mani): Biri bağliyan kapiy,
Biri haçar, ağlama (mani); Buynuzsuz koçun
haxi (ahi) buynuzli koçda kalmaz (əski söz);
Su gəlür harx (arx) uzuni, Qəzəl
örtər yüzüni (mani); Uzaxdasan, yaxın
gəl El haxlidür tez düyar (mani); Xizmətdə
dolanur, verür badələr, haxlızu
aldurur. olman divanə (A.M.Səfili).
Qeyd: Yazıda sabitləşmişdir.
Axısqa türklərinin
dilində h səsi iki sait arasına da artırıla
bilir: sahat (saat). İki sahat yan-yana, İştəməz
rahatlanma (mani).
y səsinin artırılması.
Əslində bu səs aşağıdakı
türk sözlərinin tərkibində
qədimdən mövcuddur: Yüzük (üzük),
yigid (igid), yüz (üz), yuca (uca): Bu dərənin
taği yuca (cabir Xalidov); Baxçali, barli yigit,
hayvali, narli yigit (mani); Yüz - gözüzi əşkitmen
misəfirim, gedərim (mani).
Azərbaycan dilinin müasir
səviyyəsində y samiti yürəg,
yigirmi, yüzük və s. sözlərdən
düşmüşdür. Lakin dialektlər
qismən istisna təşkil edir.
Azərbaycan dilində
elə alınma sözlərə rast gəlirik
ki, Axısqa türklərinin dilində həmin
sözlərdə artıq səslər
özünü göstərir. Yəqin ki,
bu əlamət səsartımı hadisəsinin
nəticəsidir. Məsələn, Azərbaycan
dilində "vaxt" sözü işlənir.
Axısqa türklərinin dilində bu söz
"ı" saiti artırılmaqla işlədilir:
Vakıt gəlür sənin də suyun
isinur (A.M.Səfili).
b səsi də bu
cür məqamda artırılır. Belə
səsartımına Azərbaycan dilinin
dialektlərində təsadüf etmək
olur. Axısqa türklərinin dilində
aşağıdakı nümunəyə
diqqət edək: Bir suval (sual) sorayım,
miras deqirman,\\ Aşıxların sadıx
yari nec olmiş (A.M.Səfili).
Qeyd etmək lazımdır
ki, bəzi alınma sözlərə ı,
u saitlərinin artırılması da müşahidə
olunur: kırış (krışa),
kulup (klub), urus (rus): Urus hökuməti açsın
bu yoli (A.M.Səfili).
-------------------------
Qeyd: Yazıda qeyri-qanuni
olaraq sabitləşmişdir.
y səsinin artırılmasında
digər türk dillərindən fərqli
xüsusiyyətlər vardır. İtirmək
sözü yitirməx, udan sözü yutan
formalarında yazılı dildə də
işlədilir: Oğul, bu torpağın
havasından yutan (udan), suyundan içan hər
bir türk oğli bu yurdi göz-bəbəki
kimi qorimalidur (G.Şahin).
x səsinin artırılması
ilə bir sıra sözlər Azərbaycan
dili ilə müqayisədə fərqli
şəkil alır: əliboxş (əliboş):
Eşidən kimi buriya qaldım ki, əliboxş
getmiyasız ("Vətən eşqi"
q. noyabr 1992).
ə səsinin artırılması:
mandarinə (mandarin); q səsinin artırılması:
çənqə (çənə).
k səsinin artırılması:
yünk (yun).
q və k səslərinin
çənə və yun sözlərinə
artırılması əslində qədim
əlamətdir, qovuşuq nq, ng səslərinin
həmin sözlərin tərkibində
işlənməsi ilə bağlıdır.
Lakin müasir dövrdə bu əlamət
səs artımı kimi diqqəti cəlb
edə bilər. Həmin sözlərin
aldığı və yaxud da qaldığı
forma bu dil üçün normal sayılır.
Orfoepik norma və qaydaları əks etdirmək
baxımından səs artımı hadisəsinin
Axısqa türklərinin fonetik sistemində
mühüm əhəmiyyəti vardır.
Yerdəyişmə
hadisəsi. Dilçilikdə metateza adlanan
bu hadisə orfoepik normalar əsasında
formalaşır. Bu hadisə nəticəsində,
səslərin ilkin sırası pozulur.
Yerdəyişmə hadisəsi söz ortasında
baş verir, sözün tərkibində
fonoloji fərq meydana çıxır. Bu
hadisənin meydana çıxmasını
M.Yusifov belə izah edir: Yerdəyişmə
hadisəsi, başlıca olaraq, o zaman meydana
çıxır ki, etimoloji cəhətdən
söz kökünün sonu güclü samitlə
bitsin, şəkilçi əvvəli
zəif samitlə başlasın. Bu zaman
söz kökü sonu zəif mövqe olduğuna
görə güclü səs qüvvətli
mövqeyə, yəni şəkilçi
əvvəlinə keçməli olur [72,
s. 91].
Axısqa türklərinin
dilində yerdəyişmə hadisəsi
pr, ks, hn, çx, kz, ms, nr, xş kimi səslərin
yanaşı işlənməsi məqamında
baş verir. Bu səslərin yanaşma
hüdudunda formalaşan yerdəyişmə
hadisəsi Axısqa türklərinin dilində
dil normasına kimi inkişaf etmiş, lakin
ilkin formaların saxlandığı hallar
da olmuşdur.
Axısqa türklərinin
dilində yerdəyişmə hadisəsi
həm türk mənşəli, həm
də alınma sözlərdə özünü
göstərir. Türk mənşəli
sözlərdə səslərin yerdəyişməsi
tarixən qədimdir. Qədim abidələrimizdə,
klassiklərin yaradıcılığında
işlənmiş bəzi sözlərdə,
məsələn köks sözündə
bu vəziyyətlə qarşılaşmaq
olur. Yəni, bu sözə köks formasında
qədim türkdilli abidələrdə
rast gəlirik. sk yanaşması fikrimizcə,
ilkin formadır. Türk dillərinin sonrakı
inkişafı bu səslərin yerini sözün
tərkibində dəyişmiş, ks
- şəklinə salmışdır.
Maraqlıdır ki, Axısqa türklərinin
dili bu inkişafdan kənarda qalmış,
belə yerdəyişmə prosesi həmin
sözün tərkibində baş verməmişdir,
nəticədə yanaşmanın ilkin
forması mühafizə edilmişdir. Aşağıdakı
müasir şer nümunələri bu fikrə
haqq qazandıra bilər: Sən, ey gözəl
arzu, gümən\\ Dağ köskünə
çökən duman (c.Xalidov); Köskündə
döqünən bu yarali yürəkdür;
Mələkülmət gəldi kendi qöskümə\\
Ləün şeytan gəldi iman kəsdimə;
Qavğada olubda ölümi görən; Hər
dərdə, əzəbə, qösküni
verən (A.M.Səfili).
sk-ks səs dəyişkənliyi
yüskək sözündə də özünü
göstərir. Axısqa türklərinin
dilində də bu söz ilkin formasını
- yəni səs dəyişikliyi baş
verməmiş formasını saxlamışdır.
Məsələn: Yüskək minaradan
atdım kəndimi \\Çox aradım bulamadım
fəndimi (Usta Mürtəz).
Azərbaycan dilinin indiki
mərhələsində yüskək
forması yüksək şəklinə
düşmüşdür. Göründüyü
kimi, Axısqa türklərinin dilində
bu qədim xüsusiyyət də qalmışdır.
ks səslərinin
yanaşma sərhəddində baş
verən yerdəyişmə hadisəsi
"diskinmax" sözündə də özünü
büruzə verir: Başımda tolanur neçə
xıl fikir\\ Pozulur rahatlux, yürək diskinur
(A.M.Səfili);
şx və xş
səslərinin yanaşma sərhəddində
baş verən yerdəyişmə hadisəsi
başqa türk dillərindən fərqli
olaraq Axısqa türklərinin dilində
mövcuddur. Məsələn, başqa
- baxşa; Baxşa planetə sürmədilər
ki,\\ Azax yolumuzi, görmiyax səni (A.M.Səfili).
pr səslərinin
yanaşma sərhəddində baş
verən yerdəyişmə hadisəsi:
toprax (torpaq), yaprax (yarpaq); İnsanlardur yurda
naxış, Uli toprax, sənə alqış
(cabir Xalidov).
Söz daxilindəki
səslərin qarşılıqlı
halda öz mövqelərini dəyişməsi
hadisəsinə - metatezaya Axısqa türklərinin
fonetikasında kontakt və distansion formalarda
rast gəlinir.
Metateza hadisəsinə
əsas etibarı ilə sonorlar (r, l, m, n),
kar samitlər (t, p, k) və kar spirantlar (s,
s, h, x, j) məruz qalır.
Bu toplumun dilində
metatezaya türk mənşəli sözlərdə,
substratlarda və alınmalarda rast gəlinir.
Kontakt metateza: Bu növ
metatezanın aşağıdakı tipləri
işləkdir:
1. jk>[j(,kj): byxji<bıckı,
oxjur<uckur (kəmər, qayış).
Türk dilinin Anadolu dialektində: bıhcı<bıkcı<bıckı;
ohcur (Divriki ağrı)< uckur [212, s. 1-7].
2. ğr>rğ:
örğanmax>öğrenmek. Anadolu dialektininin
Dmanisi şivəsində «örgənməx»
[110, s. 64].
3. hr>rh: marhama<mahrama
(burun dəsmalı): Anadolu dialektində:
Zehra<Zerha, mamerhem<mamahrem (Çaferoğlu,
4); Azərbaycan dilinin dialektlərində
səhra<səhra, çərhayı//çarhayı<çəhrayı
[66, s. 118,124].
4. kr>rk: tarkal<tekrar;
Anadolu dialektində: terkel<tekrel<terrar [212,
s. 4].
5. ks>(sk)>sğ:
Disğinmax<tiskinmek<tiksinmek; asgük<eskük<eksik,
jüsgar< jüskar<jüksek, ösgürmax<öskürmax<öskürmek.
Anadolu dialektində: yüsgek, ösgür,
esgil<eksil [212, s. 4]; Azərbaycan dialektlərində:
diskindi// disgindi<diksindi; əsginə<
əksinə, əsgəriyyət <əksəriyyət
[66, s. 120].
6. kş>sg: esgi<ekşi
(turş); Anadolu dialektində: eşgieşki<ekşi
[212, s. 4].
7. kz>z: vazal<vazal<vokzal
(rusca); Azərbaycan dialektlərində: vazqalvazğal<vokzal
[66, s. 119].
8. rhlh>hl: mahlammelhem<ərəb:
Anadolu dialektində: mehlёmmehlem< mehlem,
[212, s. 5].
9. ml>lm: kölmak<gömlek
(köynək); Anadolu dialektində: melmeket<
memleket, cölmek<cölmek, gölmek<gömlek
[212, s. 5]; Azərbaycan dialektlərində:
yelmix<yemlik, məlməkət< məmləkət
[66, s. 121].
10. ms>sm: kisma< kim
ise.
11. nh>hn: tanha<tenha;
Anadolu dialektində tane [145, s. 5].
12. mr>rm: jyrmanmax<cemrenmek.
13. rp>pr: kiprik>kiprik.
14. pr>rp: körpi<körpü,
jarpax<yarpak, tarpan<tepren, torpax<toprak; Anadolu
dialektində: carpaz<capraz (Doğu illeri),
torpah, yarpah, terpen [212, s. 5].
15. rv>vr: davrüs<derviş;
Anadolu dialektində: devrişdevrüş,
pevra<perva... [212, s. 5].
16. rh>he: macramat<mehramet,
pahriz<perhiz, manrüm<mehrum; Anadolu dialektində:
mehremet, pehriz, mehreba, mehrum [212, s. 5].
17. rs>srxs: baxsa<başka;
Anadolu dialektində: boşka; Azərbaycan
dialektində: boxşab< boşxabboşqab,
rəxşənd < rişxənd rişqənd;
baxşa [66, s. 122].
18. şh>hş:
mahşur<meşhur.
19. şr>rş:
marşaba<maşrapa (suqabı). Anadolu
dialektində: marşaba [212, s. 6].
21. vh>hv: lövhə<levha
(plastinka).
22. ru>ur^turba<truba
(russ.); Azərbaycan dialektlərində: durba//durpa//turpa;
Tatar dilinin mişar dialektində: torbatruba
[143, s. 105-106].
23. yl>li: potlika//potlika
(butulka - russ.).
24. nu>un: dounz<donuz
(donuz).
25. ym<mu: sarmusa<sapymsak
(sarımsax).
Bəzi metateza hadisəsinə
məruz qalmış sözləri qədim
türk dili ilə müqayisə etmək
lazım gəlir:
1. n>n: ana//acna (xırtız
şivəsində) <aa>ana> ana//acna.
2. ja>ju: çömüs<çömça//çümça.
Bu hadisə tatar dilinin
mişar dialektində də müşahidə
olunur: çüteç>qədim türk.
jömça/çümça [143, s. 106].
3. br>rb: jorba qədim
türk jobra: tatar dilinin mişar dialektində:
şurba [143, s. 106].
1. l-n>n-l. nalet<lanet:
Anadolu dialektində: naletleme< lanetleme, nağlet<lanet.
2. l-r>r-l: sarbal<şalvar,
carval<yalvar.
3. r-l>l-r: telerka<tarelka
(russ.). Tatar dilinin mişar dialektində: təlikətarelka
[143, s. 105].
4. m-n>n-m: mindar<nimdar;
Mişar dialektində ağraman<aqronom
[143, s. 105]; Azərbaycan dialektində: mindər<nimdər
[66, s. 123].
5. n-r-r-n: ğeneral/general
(Qazaxıstan şivəsində) - qeneral
[78, s. 80].
çx səslərinin
yanaşma sərhəddində baş
verən yerdəyişmə hadisəsi:
bıxçi (bıçxi).
hn səslərinin
yanaşma sərhəddində baş
verən yerdəyişmə hadisəsi:
tanha - təhna: Atım qaşqa qabaxdur, Yüküm
tanha tabaxdur (mani).
ms samitlərinin yanaşma
sərhəddində baş verən yerdəyişmə
hadisəsi: kismə - kimsə: Belə
xoşbaxt kismə (kimsə) varmi? ("Şah
Abbasinən usta" nağılından).
Alınma sözlərdə
də yerdəyişmə hadisəsinə
rast gəlmək olur. Aşağıdakı
sözlər bu qəbildən maraq doğurur:
vazqal (vokzal), qerenal (general), potlika (butılka),
taska (taksa).
Dissimilyasiya (səsfərqləşməsi)
hadisəsi. Bir çox dillərdə olduğu
kimi, Axısqa türklərinin dilində
də səs fərqlənməsi deyilən
bir fonetik hadisə mövcuddur ki, nitq axını
prosesində söz tərkibində olan həmcins
səslər digər məxrəcdə
olan bir səsə çevrilir. Bu hadisə
belə bir fakta əsaslanır ki, sözdə
eyni olan iki səsdən biri tələffüzcə
dəyişir. Axısqa türklərinin
dilində dissimilyasiya çox az hallarda müşahidə
olunur və adi danışıq dilinin
xüsusiyyətlərindən irəli
gəlir. Bununla belə, dissimilyasiya bu dildə
orfoqrafik norma səviyyəsinə keçmiş,
tələffüzcə dəyişmiş
sözlər artıq bədii əsərlərin,
eləcə də mətbuatın dilində
işlənməyə başlamışdır.
Məs.: şarvar (şalvar): Şarvari
- şaldan, oxçuri qaldan; mərdivan (nərdivan):
Az yatiyer, çox yatiyer, bir də göriyer
ki, bir gözəl qız mərdivandan enə-enə
gəliyer ("Şah Abbasinən usta"
nağılından). ləncpər (rəncbər):
Berem onlardan sizə xəbəri, Ləncpərluxda
yox barabari (S.Bayraqdarova); laqan (naqan); ordel (orden).
Yüzgər (rüzgar):
Bir də gördilər ki, bir dumanli, yüz
gərli bir şey gəliyer ("Şah
Abbasinən usta" nağılından).
Sararmax (saralmaq): Bən bir türküm, sülhi
dostlux ararım, Səvdügümün boynuna
qol sararım (c. Xalidov).
Epenteza hadisəsi. Rus,
ərəb və gürcü dillərindən
alınmalarda epenteza hadisəsi özünü
göstərir:
a) rus mənşəli
sözlərdə: piriqada (briqada), zivana (zveno),
kulup (klub), kırış (krışa)
və s.
b) Ərəb mənşəli
sözlərdə: iznun (izin), saxnun (sahan)
və s.
v) gürcü mənşəli
sözlərdə: jneli (jinel), ğılep
(ğlep-porsux).
Alınma sözlərdə
sinkop deyilən fonetik hadisə də özünü
göstərir. Bu hadisəyə rus, ərəb,
fars və gürcü dillərindən alınmış
leksik vahidlərdə təsadüf olunur:
paproz (papirosa), tona (tonna), xammamun (hamam), murabbaun
(mürəbbə), çakkoş (çəküç),
bibilə (biblo) və s.
Beləliklə, faktlar
göstərir ki, sözün maddi əsasını
təşkil edən səslər bu toplumun
dilində öz həyatiliyini, inkişaf
prosesindəki rolunu qoruyub saxlamış,
daşıyıcısı olduğu
dilin təsir dairəsindən kənara
çıxa bilməmiş və müxtəlif
qanun və hadisələrin meydana çıxmasını
şərtləndirmişdir.