.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
2.1.2. Tayfa dilinin qalıqları.

     

ü - dilönü, alveolyar, sürtünən, kar, nəfəsli, affrikatdır. ü-laşma tarixən Gürcüstan ərazisində məskun olmuş xəzərlərin dil xüsusiyyətləri ilə bağlı hadisədir. Axısqa türklərinin samitlər sistemində müşahidə olunan fonetik xüsusiyyətlərdən biri də -ü-laşmadır. Lakin qeyd etmək lazımdır ki, axısqalıların dilində ü-səsinin istifadə arealı çox məhduddur. Hər halda sabir - xəzər ittifaqı türklərinin dil qalıqları [26, s. 91-95] olan bu xüsusiyyətin bu gün axısqalıların dilində qalması maraq doğurmaya bilmir.
Bu qovuşuq səsin mənşəyi haqqında türkoloji ədəbiyyatlarda müəyyən fikirlər mövcuddur. M.Rəsənen, N.Poppe, K.Menqes, A.Şerbak ü-nı pratürk ç-nın qanunauyğun inkişafı hesab etmişlər. Buna əks mövqeyi - qovuşuq ü arxetipindən daha sadə ç-ya inkişafı Ş.X.Akbayev təklif etmişdir [77, s. 100-101].
N.A.Baskakov yazır ki, vaxtı ilə xəzər dilində "ç" səsi ilə paralel olaraq "ü" səsi də işlənmişdir [85, s. 110-111].
E.Əzizovun nöqteyi-nəzərincə, tatar dilinin mişar dialekti haqqında tədqiqat müəllifi olan L.Maxmutova müxtəlif türk dilli areallarda ü-laşmanın və ona paralel olan dz-ləşmənin yayılmasını düzgün əsaslandırır: "ü-laşmanın və əksər hallarda ona paralel dz-ləşmənin belə yayılması ehtimal etməyə əsas verir ki, ü-dz affrikatları bir vaxtlar türk tayfalarının müəyyən hissəsi üçün səciyyəvi olmuşdur ki, bir sıra tarixi səbəblər üzündən müxtəlif ərazilərə düşmüşlər [26, s. 94; 143, s. 66].
ü-samiti axısqalıların dilində işlənən Üxıtuban, Tse kimi toponimlərdə, eləcə də gürcü alınmalarında (üatxi- yağlı pendir, üintal -küçük) müşahidə olunur: Molla Yüsüf deqar Üxıtubana \\Hani Tse, Hanı Varxan \\ Biz qazansax olur çalxan (A.M.Səfili).
Axısqa türklərinin dilində bu samit fonematik məzmuna malik deyil və semantik cəhətdən fərqləndirici keyfiyyət daşımır. Lakin substrat və alınmalarda intensivliyinə görə fərqlənir. Abruptiv qarşılığı ilə variantlıq təşkil edir. Bu fonem variantına gürcü sözlərində sözün hər üç mövqeyində rast gəlinir: Üise - gürcü mənşəli toponim, keües (kəpək), kaüitava (armud növü).
Qoşa səslər. Bu dilin fonetik sistemində p, q, x, t, ş samitləri qoşalaşa bilir.
p - samitinin qoşalaşması: Doppunun tarixi uzun olsa da,\\ Özbəqin andıri, mirasidur o (A.M.Səfili); Sən qaldursan, biz qaldursax həppimiz (A.M.Səfili).
q - samitinin qoşalaşması: Yiyanda ətməqi pozulur halın\\ Düşəndə təqqətdən, gücdən qocalux (A.M.Səfili).
x- samitinin qoşalaşması: Bir baba doxxuz oğul bəslər, doxxuz oğul bir babayi bəsliyamaz (əski söz).
t- samitinin qoşalaşması: Bu samit qoşa şəkildə sayların tərkibində işlədilir. Lakin Azərbaycan dilində bu samitin iştirak etdiyi qoşa səs bir səslə ifadə edilir. Məs.: otuz (Azərbaycan dili) - ottuzun (axısqalıların dili): Ottuz yeddi də ki, tufan qopanda\\ Fitnə -fəsətlərə yol açılanda (A.M.Səfili).
ş - samitinin qoşalaşması: Müasir Azərbaycan dilində tək samitli (ş) sözlər bu dildə qoşa ş - samiti ilə yazılır. Bu əlamət həmin dilin orfoepik normalarına uyğunlaşdırılıb: Aşağı (Azərbaycan dili) - aşşaği (axısqalıların dili); Görüşən görüşünə kəlmişim, ana torpağım \\Gül-çiçək əlimdə, başım aşşaği (A.M.Səfili).
Maraqlıdır ki, müasir Azərbaycan dilində qoşa ş samiti ilə işlənən bəzi sözlər Axısqa türklərinin dilində tək samitlə yazılır: eşşək (Azərbaycan dili) - eşək (axısqalıların dili); At olmiyan yerdə eşək də atdur. At yerinə eşək bağlama (əski söz).
q səsinin qoşalaşması: daqqa (dəqiqə). - Sizə on beş daqqa vaxt veriliyer! ("Vətən eşqi" qəzeti, noyabr 1992-ci il).
------------------------------
Qeyd: «Vətən eşqi» qəzetində ayların tarixi göstərilməyib.

Müasir Azərbaycan dilində qoşa samitli (qq) bəzi sözlər Axısqa türklərinin dilində tək samitli x səsilə ifadə olunur: çaqqal (Azərbaycan dili), çaxal (axısqalıların dili). Çaxallar mələşür, ularlar qurdlar (A.M. Səfili).
Müasir Azərbaycan dilində qoşa samitli (qq) bəzi sözlər Axısqa türklərinin dilində qoşa samitli xx səsilə də ifadə olunur: doqquz (Azərbaycan dili) - doxxuz (axısqalıların dili).
n samitinin qoşalaşması türk mənşəli sözlərdə də müşahidə olunur: İştiyersin halaya gəl, bar oyna\\Toyda toğar güni, ayi şennigin (c.Xalidov).
Sait və samitlərin işlənmə mövqeləri: g saitindən istifadəyə görə bu dil türk ədəbi dilindən və Azərbaycan dilindən fərqlənir. ə saitindən istifadəyə görə Azərbaycan dilinə yaxınlaşsa da, müasir türk ədəbi dilindən ayrılır. ə saiti olmadığı üçün türk ədəbi dilində 8 sait fərqləndirilir.
Axısqalıların dilində də dodaq və damaq ahəngi, əsasən, sabitdir. Məsələn: burğun, tütün, gövül, dügün və s. Bir sıra sözlərdə isə, türk ədəbi dilində olduğu kimi, dodaq ahəngi pozulur. Məsələn: ufax, günah, uldi, buzli, kurdi, qomşi və s.
Axısqa türklərinin dilində (həmçinin digər oğuz qrupu türk dillərində) iki saitin yanaşı gəlməsi xarakterik deyil. Ancaq bəzi samitlərin (məsələn, y samitinin) düşməsi nəticəsində saitlər qoşalaşır. Məsələn, müasir şer dilində: Kimsə bilməz bu dünyanın işini,\\ Neçələri tökmüş göün yaşıni\\ Dərəə atmişlər məzar taşıni (Şimşək Sürgün Kaxaretli).
Şübhəsiz, bu cəhət canlı danışıq dilinə xas olan bir xüsusiyyətdir. Lakin bunu bəzən türk dillərində diftonq saitlərin mövcudluğu kimi də izah edirlər [73, s. 128].
ğ samitinin söz əvvəlində işlənməsi (xüsusən də, ərəb və fars mənşəli sözlərdə) adi haldır. ğalib, ğənimət, ğəfil və s. Yərənnük deyilsə, sırrın doğrusi\\ Ğəfil bir-birizə çalxışiyersiz (c.Xalidov).
V samiti bu dildə bizim dilimizdəki n səsini əvəz edir: kövül\\könül: Kövül iştar, düşem dövran eyliyem, Qoy çox olsun belə toyi, şennigin (c.Xalidov).
x - arxasıra, nəfəsli, kar, spirant samitdir. Müasir türk ədəbi dilində işlənmir. Lakin Axısqa türklərinin özünəməxsus sözlərində, eləcə də gürcü substratlarında, digər alınmalarda sözün üç mövqeyində işlənir: xoroz, xasta, xasur, maxas (qayçı), kixe (turş), tisxal (armud növü), xotorlanmax (qırxmaq) və s.
x - samiti anlautda ədəbi dildəki k - samitini əvəz edir.
x səsini söz sonunda qoşa qq samitləri əvəz edir. Məs.: hax-haqq: Qüvvətim var, ədətim var, dilim var\\ Hax yolunda həp çalışan elim var (c.Xalidov).
t kar samitinin d cingiltili samitinin mövqeyini üstələməsi bu dildə fəaldır. Məsələn: tağ-dağ, talda-dalda və s. Əqilmiyan uca başli, Bizim tağlar, bizim tağlar.\\ Qayasına çıx qanad aç,\\ Boran olsa taldaya qaç (c.Xalidov); Gerçekdanmi getdin gördün tağ göskündə kövləri\\ Seyretdinmi taş təməlli, bədəvrəli əvləri (c.Xalidov).
Müasir Azərbaycan dilində "ağıl" tipli sözlər axısqalıların dilində h samiti ilə başlanır. Bunu vaxtı ilə N.Marr da müşahidə etmişdir. Məsələn: Bülbülün yerinə bayquşlar qonmiş, Haxlimi (ağlımı) tağayir etdim də gəldim (Şimşək Sürgün Kaxaretli).
Bəzi türk dillərində olduğu kimi, axısqalıların dilində də iki saitin arasında bitişdirici y, s samitləri artırılır. Məsələn: Hər qapiya yüz yol getdiz\\ Ayağız xeyirli olsun (Yitgin Qomoroli).
Müasir Azərbaycan dilindən fərqli olaraq, söz əvvəlində y samitinin işlənməsi müşahidə olunur: igid-yigid, ürək - yürək, iyirmi - yigirmi. Allah deyib oturmişux,\\ Yürəkdə qəm bitürmişük (İ.Şahzadə oğli); Yigid kimi mərd durmişiz\\ Göskə nişan yapdurmişiz (Yitgin Qomoroli).
Ən çox müşahidə olunan fonetik xüsusiyyətlərdən biri q samiti əvəzinə x samitinin müxtəlif mövqelərdə işlədilməsidir. Məsələn: eşq - aşx: Sizdəki hünərə şaşdım,\\ coşa gəldi yatan aşxım.\\ Varaxlandi Vətən aşxım\\ Barağız xeyirli olsun (Yitgin Qomoroli).
Onu da qeyd etmək yerinə düşər ki, Axısqa türkləri bəzən eyni sözün müxtəlif formalarından istifadə edirlər. Məsələn, Y.Qomoroli adlı şair aşx, Məhəmməd Paşali oğli adlı şair isə eşq sözünü işlətmişdir: Na eşqinan puvarlardan su içdim,\\ Na ilhamsız coşamadım, Vətənim (M.Paşalioğli).
Haqq - hax: haxın (haqqın) səsi, türkün nidası, millətin taleyi qollarımda qüvvətə döndi (İ.Şahzadəoğli).
Doqquz - doxxuz: Bin doxxuz yüz qırx dörd! Qalip gələn cağ (c.Xalidov).
Bu əlamət çox sözlərdə müşahidə edilir ki, biz bunun səbəbini axısqalıların dilində düzgün yazı qaydalarının sabitləşməməsində, tənzimlənməməsində, orfoqrafiyanın naqisliyində, eləcə də danışıq dili ilə mətbuat dili arasında fərqin aradan qaldırılmamasında görürük. Bizcə, mətbuatda çalışanlar həmin cəhətə diqqəti yönəltməli, bu pərakəndəlik aradan götürülməlidir.
Yigid sözü də bəzən igid şəklində yazılır: Bax; bizə həmin igid çavuşun mərmiy qaldurduği anın inami gərəkdür (İ.Şahzadəoğli).
Gövül sözü də bəzən könül şəklində yazılır: Nerdə gözəl görsən könül yetürmə\\ Ara, dilbərlərin xoşuna dolan (Usta Mürtəz).
İmla pərakəndəliyindən bəhs edərkən bu xalqın böyük oğlu Ömər Faiq Nemanzadə narahatlığını belə ifadə etmişdir: "İmla xüsusunda dünya üzündə elə bilirəm ki, bizdən bədbəxt, bizdən uyğunsuz heç bir millət yoxdur. İngilis, firəng ədibləri hələ o yana dursun, heç bir çini-maçinli, siyamlı bir ədib düşünməz ki, bir sözün, ədatın imlasını iki-üç cür yazsın. Amma gəlib bizim ədiblərə baxın. Bir sözü biri "anlaməzsən", o biri "anlaməzson", daha o biri "anlaməzsin", dördüncüsü "anlamazsin" yazır. İki-üç cür yazılan minlərcə sözlərdən mən nümunə üçün bir neçəsini yazıram: "nəsl" - "nasıl", "qəzğan" - "qəzan" - "qazan", "istəyür - istiyor - istəyir", "ancaq" - "ancax", "demir" - "dəmur", "bəşqə" - "başqa", "anlaşılsun - anlaşılsın - anlaşilsin", "doqri" - "doğru", "gəlmisün" - "gəlmisin" -"gəlməsün" - "gəlməsin" və qeyri. Bu imla ayrılığı təzə fikirlərdə, təzə yazılarda daha artıq görünür, hələ bundan sonra daha çox görünəcəkdir. Bunlardan anlaşılır ki, türk imlası hələ müəyyən deyil; hələ ümumən bir imla tərzi qəbul edilməmişdir.Bizdə imla qarşılığı ondan ötrü elə olub ki, biz türk ləhcəsinə, türk dilinin qanununa tabe olmaqdan ziyadə ərəb və fars imlasına təqlid etdiyimiz kimi, dilimizi, imlamızı da ərəblərdən almağa, özümüzü itirib ərəbləşməyə çalışmışıq. Min illərdən qalan türk adlarımızı, türk ləğəblərimizi, türk sözlərimizi həqarətlə çürüdüb dilimizə heç yaraşmayan adları tapmışıq [58, s. 78-80].
Axısqalıların dilində də iki samitin yanaşı gəlməməsi daha çox alınmalarda özünü göstərir. Onlar bu qoşalığın (müxtəlif samitli) qarşısını almaq üçün samitlər arasına saitlər əlavə edir və danışıq dilində olduğu kimi qəzet və şer dilində də bu formadan istifadə edirlər. Məsələn: sehr - sıhır: Fələk bizi sıhırlamiş, bağlamiş\\Bu sıhıri açamadım, Vətənim (Məhəmməd Paşalioğli).
ə - səsinin müxtəlif mövqelərdə işlənməsi. Müasir türk ədəbi dilində ə saitinə təsadüf olunmur, lakin dialekt və şivələrdə bu sait qeydə alınmışdır. Axısqa türklərinin dilində isə ə saiti müxtəlif mövqelərdə çıxış edir: əv, ətmək, qəlin, maşinə və s. Bu dünyanın acluğuni gördux biz,\\ Ətmək nədür, boş otuni yedux biz (G.Şahin); Əğladuxca axar gözlərim yaşi (İ.Şahzadayev).

Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz