.
Ana sehife cahidbdu@yahoo.com    
Axisqa (Mesxet) turklerinin dili
2.1.1.Abruptiv fonemlər.

     

Axısqa türklərinin dili digər türk dilləri və dialektlərindən samitlər sisteminin zənginliyi ilə fərqlənir. Abruptiv samitlər (k, p, t, ç), arxasıra samitləri (ң - sağır nun, qovuşuq nq\ng, x, ts) toplumun dilinə spesifiklik verir. Bu samitlərin əksəriyyəti fonematik məzmuna malikdir.
Sait fonemlərdən fərqli olaraq samit fonemlərdə nəfəslilik əlaməti özünü göstərir. Nəfəsliliyə görə də samilər bir-birindən fərqlənir, güclü əzələ gərginliyi ilə tələffüz olunan samitlərə nəfəsliliyin çoxluğu, zəif samitlərə isə nəfəsliliyin azlığı əsasdır. Bu, abruptivləşmə-nəfəsləşmə hazisəsi olub məhdud dariəli fonetik hadisələrdəndir. Bizim dilimizdə kipləşən- partlayan kar samitlərin (p, t, k) bu hadisəni əmələ gətirdiyi tədqiqatlarda göstərilmişdir. Axısqalıların dilinin fonetik sistemində k, p, t, ç konsonantları kimi paralel işlənən abruptiv səslər mövcuddur ki, bu səslər partlayan burun səslərilə (k, p, t, ç) omonim sözlərdə bir neçə fonematik məna yarada bilir. Məsələn, kav (lovğa) - kav (qarmaq); paça (şalvarın aşağı hissəsi) - paça (sıxılmış qatı bal); tor (setka) - tor (kəhər at); çağ (yaş) - çağ (əlcək) və s. [78, s. 6].
-------------------
Həsənov Həsrət. Azərbaycan dilinin fonetikası. Bakı, 1999, s. 78.

Axısqa türklərinin dilində samitləri sadə (k, p, t, ç) və abruptiv (k, p, t, ç) olmaqla iki qrupa bölürlər. Abruptiv samitlər fonematik məna daşıyır. Məsələn, çağ: Bundan sora kobliyan çay, Çağlar bənim yürəgimdə; Bin doxxuz yüz qırx dörd! Ğalip gələn cağ (c.Xalidov).
"Mesxeti - türk dili" (Əlifba, II sinif, proqram) adlı vəsaitin əlyazmasında bu nəfəsli samitlər haqqında aşağıdakı məlumatları oxuyuruq: Mesxeti-türk dilində Azərbaycan və türk ədəbi dillərindən fərqli özünəməxsus abruptiv səslər (k, p, t, ç) mövcuddur. Bu səslərin sadələrdən (k, p, t, ç) istər tələffüz, istərsə də məna cəhətdən fərqli olduğu diqqət mərkəzində saxlanılmalıdır. Abruptiv samitlərin tələffüzünə xüsusi fikir verilməli, bu məqsədlə də həmin səslərin məna fərqliliyi müvafiq nümunələr əsasında (tikan-tikan; tar-tar; tor-tor; tuj-tuj; tag-tag; kal-kal; kav-kav və s.) sözlərin kontekstində öyrənilməlidir.
Abruptiv samitlər bu dildə elə inkişaf etmiş fonemlərdəndir ki, istər türk mənşəli sözlərdə, istərsə də alınmalarda digər səslərlə eyni hüququ mövqedə çıxış edir.
Axısqa türklərinin dilində abruptiv samitlərin mövcud olması ilk dəfə R.Şor tərəfindən aşkar edilmişdir. R.Şor, N.Marr və S.cikiyanın fikrincə, bu dildə işlənən abruptiv samitlər İber-Qafqaz və Dağıstan dillərinin substrat qalıqlarıdır. Bu qalıqlar fonetik substratlardır [184, s. 43-44; 137, s. 31; 113, s. 116-122].
Axısqa türklərinin dilində abruptivləşmə hadisəsi - kar və cingiltili samitlərin nəfəsləşməsi söz önündə, söz ortasında və söz sonunda baş verir. Məsələn; balıq - palux, bal - pal, butulka - potlika, dayı-tayi, dağ - tağ, spiçka - piçka, metro - mitro, kvartira - kuarter, skamya - iskam və s.
Öyrənilən dildə işlədilən abruptiv səslərə Azərbaycan dilinin Zaqatala və Qax şivələrində də rast gəlmək olur; bu da İber - Qafqaz dillərinin təsiridir.
Abruptiv fonemlərin təsviri:
t - önsıra, dil-diş, partlayan, kar, abruptiv samitdir. Bu fonem t-samitindən abruptivliyi ilə seçilir və onunla fonematik oppozisiya təşkil edir. Burada belə bir proses baş verir: kipləşmiş üzvlərin bir-birindən aralanma anında t səsi kimi formalaşmış səs axını azacıq nəfəslə örtülür və belə abruptivləşmə (nəfəslənmə) t samitinin söz başında və söz sonunda tələffüzündə təzahür edir. Bu samit fonematik məzmuna malikdir. Məs.: tikan (iynə) - tikan (çəpiş, oğlaq, keçi balası); tar (musiqi aləti) - tar (dar), tor (setka) - tor (kəhər) və s.
------------------------
Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Bakı, "Maarif", 1984, s. 74.

t - foneminə həm türk, həm gürcü substratlarında, həm də alınma sözlərdə leksik vahidin hər üç mövqeyində rast gəlinir: turmux (mala, dırmıx), turnax (dırnaq), taksi (taksi), tank (tank), çintli - qr. (kal, yetişməmiş, dəyməmiş meyvə) və s.
p - qoşadodaq, önsıra, partlayan, kar, abruptiv samitdir. P - fonemindən abruptivliyi ilə fərqlənir və onunla fonematik oppozisiya təşkil edir. Məsələn: para (pul) - para (uşaq oyunu), pal (bostanın kəsiyi) - pal (bal), paça (şalvarın aşağı hissəsi) - paça (sıxılmış bal), pas (saqqız) - pas (topu vermə), Pitik (məktub) - pitik (şenok-küçük) və s.
p - fonematik məzmuna malikdir və axısqaların dilində sərbəst samitdir. Bu fonemə həm türk, həm gürcü substratlarında, həm də alınmalarda leksik vahidin üç mövqeyində rast gəlinir: palux (balıq), paproz (siqaret), turxi (tam, eynilə), pirpila (kəpənək), şapka (şapka), şulep (parasenka) və s.
ç - önsıra, yumşaq damaq, partlayan, kar abruptiv samitdir. Bu samit ç-dan nəvəsliliyi ilə seçilir və onunla fonematik oppozisiya təşkil edir: çurax (çıraq) - Çurax (insan adı), çağ (zaman, vaxt), çağ (şəbəkə) və s.
Bu abruptiv samit leksik vahidin hər üç mövqeyində fəal şəkildə işlənir: çiplax, çinçar (gicitkən), kunçul (kənar), paçka (paçka), piçka (spiçka), tuç (dodaq) və s.
k - fonemi- kipşləşən, dilortası, partlayan, kar, abruptiv samitdir. K - dilortası samitindən abruptivliyi ilə fərqlənir. Arxasıra kar, abruptiv k - samitindən əmələ gəlmə yerinin daha irəli olması ilə seçilir və yalnız incə saitlərdən əvvəl və bə`zən sonra işlənir. Fonematik məzmun daşımır və özünü k - foneminin variantı kimi göstərir. Türk mənşəli sözlərdə k səsinə rast gəlinmir. Gürcü substratlarında, rus-Avropa mənşəli alınmalarda fəallıq göstərir: keçeç (kəpək), kilo (kiloqramm), kino (kino), pitik (küçük), akişka (akuşka), pik (pik) və s.
Qədim səslər: ң (sağır nun) - dilarxası, sonor, cingiltili samitdir. Bu səs qədim türk dillərində fəal işlənmişdir. Türk dillərinin sonrakı inkişaf dövrlərində bu səs maraqlı bir yol keçmişdir [110, №116, V, 1965, s.265].
n - samitinin qeyri-mütəhərrikliyi araşdırmalarda qeyd edilmişdir [104, s. 18]. Axısqa türklərinin dilində sərbəst «sağır nun» səsi yox dərəcəsindədir. Burada biz yalnız arxasıra samitlərin təsiri ilə meydana çıxan «sağır nun» haqqında danışa bilərik. Çünki həmin mövqələrdə türk mənşəli olmayan sözlərdə də adi sonor n- səsi çox vaxt n-səsinə keçir. ң (sağır nun) səsinin meydana gəlmə mövqeləri aşağıdakı kimidir:
1. g - samitindən əvvəl: yengi, yüng, canga, düngüz, yengə, dəng, ləngaz və s.
2. k - samitindən əvvəl: xinkal, çankla, çinko, kinkilə (ditdili), cankürmax (itin hürməsi) və s.
3. q - samitindən əvvəl: ənqadi (tam), anqurmax (anqırmaq), anqo (ağılsız), anqa (zümrüdi anqa quşi), yanqulmax (səhv etmək) və s.
4. ğ - samitindən əvvəl: zanğal (zəng), qanğa (qanqal) və s.
5. x - samitindən əvvəl: funxurmax/punxurmax.
Əksər türk dillərinin fonetik sistemindən çıxmış n səsinin ilkin formaları olan nq (ncq) (qovuşuq nq) öz işləkliyini Axısqa türklərinin dilində qoruyub saxlamışdır. nq səs qovuşuğu həmin əhalinin dilində bir neçə şəkildə (ng\\nq\\nğ) təzahür edir. Bu səsdən bəhs edən tədqiqatçılar göstərir ki, həmin səslər istər qədim, istərsə də müasir türk dillərində söz başında işlənmir, amma söz ortasında bütün türk dillərində müşahidə edilir [167, s. 168]. Axısqa türklərinin dilində də bu hala təsadüf edirik. Məsələn: Oyan da, oyan ufax da yavrum. Şafax da yengi atiyer (c.Xalidov); Yetdi yıl ölmişsə, yengi çürimiş, Ahu gözlüm, nə dönərsin məzari (A. M.Səfili); Bismillah deməyinən donquz bostandan çıxmaz (əski söz).
Bu səsin Axısqa türklərinin dilində hələ də işlənməsi fonetik quruluşun zəif inkişafı ilə bağlıdır. Axısqa türklərinin dilində n g dilarxası burun foneminin n (sağır ң) variantı q, ğ, k, g samitlərinin əvvəlində işlənir. Aşağıdakı nümunələr bu baxımdan xarakterikdir: kingilə (ağcaqanad), yanğılmax, çanklamax (cırmaqlamaq), təlnəng, hangi və s. Saralmiş təlnənglər verandır bağlar\\ Bülbülün qonduği dallar zərişan (Xasta Hasan); Sənə qurban olem Ardahan çayi,\\ Aparursan hangi diyara bəni (Şenliklə Sümaninin deyişməsindən).
Yuxarıda göstərildiyi kimi, Axısqa türklərinin dilində sərbəst ң (sağır nun) səsi mövcud deyil. Həmin səs bu etnosun dilində yalnız arxasıra samitlərinin təsiri ilə meydana çıxır.
Axısqa türklərinin dilində anlaut və inlautda ң (sağır nun) səsinə təsadüf olunur. Bu dildə həmin səs bir sıra sözlərdə tarixi funksiyasını qoruyub saxlamışdırsa da, digər mövqelərdə, ya n, m, v səslərinə çevrilmiş, ya tamamilə düşmüş, ya da metateza hadisəsinə uğramışdır: n>n: bən<bən, sana<sənə, tanrı<tanrı; n>m: qomşi-konşi, kölmək-könlək; n-v: tov-ton/don; tamamilə düşür: sora - sonra, yalquz /yalağiz - yanil / yolunuz; metateza hadisəsinə uğrayır: douz - donuz, ağna - anğa / anla - bu sözün aynamax forması bəzi şivələrdə Azğur, Xırtaz və b. kənd şivələrində işlənir.
ğ samitinin sözün əvvəlində işlənməsi. ğ - arxasıra, küylü, cingiltili, spirant samitdir. Bir sıra türk dialektlərində fəal işlənir. ğ - samiti Axısqa türklərinin dilində sözün müxtəlif mövqelərində işlədilir. Məsələn: ğayat (çox), ğozapa (pambıq qozası), ğus (kərpiç), ğemi < gürcücə- Ğomi (görünüş), ğrnamax (hürmək), ağuz, tağ (dağ), çağ (zaman) və s.
Prof. A.Axundov göstərir ki, müasir türk və Azərbaycan dillərində antautda ğ - fonemi işlənmir [4, s. 258].
Azərbaycan dilinin əsas lüğət fondunun diqqətlə araşdırılması nəticəsində məlum olur ki, ilk səsi ğ - ilə başlanan söz dilimizdə yoxdur. İlk səsi ğ- ilə başlanan sözlərin təxminən əksəriyyəti dilimizə ərəb dilindən keçmişdir: Məsələn: ğalib, ğaib, ğüssə, ğeyrət və s. [54, s. 43-44].
Axısqa türklərinin dilində bir sıra təqlidi sözlər (yamsılamalar) vardır ki, ğ - samiti anlautda işlədilir: ğarğar, ğuğun, ğuzulti, ğurutun, ğraç və s.
Geri

Print (cap)

 
Copyright 2003 WebStar
webmaster:CahidKazımov
Ismayil Kazimov
Используются технологии uCoz